A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə46/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   42   43   44   45   46   47   48   49   ...   116

116 
 
Nizaminin  1524-1525-ci  il  tarixli  "Xəmsə"  əlyazmasına  (Nyu-York, 
Metropoliten muzeyi) çəkilmiş "İskəndər Xaqanın qəbulunda" və Nəvainin 1527-ci il 
tarixli  divanına  (Paris,  Milli  kitabxana)  çəkilmiş  "Bəhram  Gur  ovda"  adlı 
miniatürlər  rəssamın  ilk  əsərlərindən  hesab  edilir.  Lakin  obrazların  həlli, 
kompozisiyanın  mürəkkəbliyi,  insan  və  heyvan  fiqurlarının  canlı,  ifadəli  və 
dinamik təsviri bu əsərlərin  yenicə  fəaliyyətə  başlamış  naşı bir rəssam  tərəfindən 
deyil,  yaradıcılığı artıq  püxtələşmiş  qabil bir  sənətkar  tərəfindən  çəkildiyini  sübut 
edir. 
Soltan  Məhəmmədin  təxminən  1535-ci  ildə  Hafizin  divanına  (Paris, 
Kartiyenin kolleksiyası) çəkdiyi miniatürlərdən birində Sam Mirzənin sarayında kef 
və  musiqi  məclisi  təsvir  olunur.  Adi  həyat  hadisəsinin  real  təsviri  olan  bu  şəkil 
Hafizin "Bu gün bayramdır, gül və kef dövranı başlayır" rədifli qəzəlini illüstrə edir. 
Rəssam da şair kimi eşq və məhəbbəti, gül və bülbülü, mey və badəni vəsf 
edərkən,  real  həyatın  gözəlliklərini,  insanın  hiss  və  ehtiraslarını  tərənnüm  edir, 
onları hər cür dünyəvi hissləri qadağan edən dini ehkamlara qarşı qoyurdu. Hafiz 
lirikasının  ruhunu  əsil  ideya  məzmununu  düzgün  əks  etdirmək  üçün  rəssam  çox 
orijinal kompozisiya yaratmışdrr. O, həyətdəki real kef məclisini damın üstündə təzə 
aya  baxaraq  salavat  çevirən  zahidləri  təsvir  edən  ikinci  səhnəciklə  qarşılaşdırır. 
Real həyat, dünyəvilik ön plana çəkilir, dini mistikaya qalib gəlir. 
Həmin ideya məzmunu Hafizin "Mələk öz nəşə badəsini qaldıraraq gülab 
kimi huri və pərinin üzünə  səpirdi" beytli qəzəlinə çəkilmiş maraqlı bir miniatürdə 
öz  əksini  daha  mənalı,  daha  qabarıq  tapmışdır.  Ədəbiyyatda  "Sərxoşluq"  adı  ilə 
məşhur  olan  bu  əsərdə  mayolika  ilə  zəngin  bəzəkli  meyxanada  ekstaz  dərəcəsinə 
çatmış kef  məclisi təsvir edilir. Çalğıçı  və  xanəndələr ehtirasla çalıb oxuyur, beli 
bükülmüş ağsaqqal qoca coşqun rəqs edən cavanlardan geri qalmamaq üçün sürəkli 
hərəkətlə  oynayır, saqilər durmadan şərab daşıyır... Bu coşqun kef  məclisi damın 
üstündə  təsvir  edilən  məlakələrə  də  sirayət  etmiş,  onlar  da  əlində  badə  içir,  bir-
birlərinə şərab verirlər. 
Soltan  Məhəmmədin  yaradıcılığı  və  ümumiyyətlə,  Təbriz  məktəbinin 
yüksəliş dövrü XVI əsrin 20-30-cu illərinə təsadüf edir. Bu dövrdə Təbrizdə saray 
kitabxanasında  yaranmış  miniatürlü  əlyazmaları  içərisində  Şah  Təhmasib  üçün 
hazırlanmış  "Şahnamə"  nüsxəsini  xüsusilə  qeyd  etmək  lazımdır.  Bu  həmin 
"Şahnamə"  nüsxəsidir  ki,  ilk  olaraq  Dust  Məhəmməd  onun  adını  çəkir,  Soltan 
Məhəmmədin, Ağa Mirəkin və Mir Müşəvvirin ona illüstrasiyalar çəkdiyini xəbər 
verir  və  yazırdı  ki,  karxananın  ən  cəsur  rəssamları  Soltan  Məhəmmədin  həmin 
əsərə  çəkdiyi  pələngpuşan  (pələng  dərisi  geymiş)  təsvirləri  önündə  qibtə  ilə 
başlarını  aşağı əyirdilər. 1574-cü ildə  Şah Təhmasib tərəfindən III Sultan Murada 
hədiyyə  kimi  göndərilən  51  nəfis  əlyazmalarından  bəhs  edərkən,  Budaq  Qəzvini 
həmin "Şahnamə"nin də adını çəkir və onun 20 ilə hazırlandığını qeyd edir. 
XX əsrin əvvəllərindən başlayaraq Şərq miniatür sənəti  haqqında  yazılmış 
bütün  əsərlərdə  "Rotşild  "Şahnaməsi",  son  vaxtlarda  isə  "Houğton  "Şahnaməsi" 
adlanan  və  mütəxəssislər  tərəfindən  yüksək  sənət  əsəri  kimi  qiymətləndirilən  bu 


117 
 
əlyazması,  həqiqətən  Şərqdə  kitab  sənətinin  ən  qiymətli  nümunələrindən, 
"Şahnamə"nin  şahanə  nüsxələrindəndir.  Bəlli  olduğu  kimi,  "Şahnamə"nin  bədii-
estetik  baxımdan  dəyərli,  yüksək  sənət  əsərləri  sayılan  yüzlərlə  nəfis  nüsxələri 
vardır.  Lakin  bunlardan  üçü  incəsənət  tarixində  xüsusi  şöhrət  qazanmışdır.  Şərqdə 
miniatür  sənətinin  görkəmli  məktəbləri,  ustad  rəssamları  öz  yaradıcılıq  səylərini, 
hünərlərini cəmləşdirərək öz dövrünün bütün nailiyyətlərini özündə birləşdirən bir 
şahanə  "Şahnamə"  nüsxəsi  hazırlamışlar.  XIV  əsrdə  Təbriz  məktəbi  "Demot 
"Şahnaməsi",  XV  əsrdə  Herat  məktəbi  "Baysungər"  "Şahnaməsi",  XVI  əsrdə  isə 
yenə  də  Təbriz  məktəbi  "Şah  Təhmasib  "Şahnaməsi"  kimi  kitab  sənətinin  nadir 
incilərini yaratmaqla şöhrət qazanmışdır. 
Hazırlanmasına hələ Şah İsmayıl dövründə başlanmış bu monumental əsərin 
bədii tərtibatı, süjeti, üslubu və sənətkarlıq  xüsusiyyətlərinə  görə  müxtəlif  olan  258 
miniatür ilə bəzədilməsi 1537-ci ilə qədər davam etmişdir. 
Soltan  Məhəmmədin  yaradıcılığı  üçün  daha  səciyyəvi  olan  və  XVI  əsr 
Təbriz  məktəbinin  bütün  nailiyyətlərini,  yüksək  üslub  xüsusiyyətlərini  özündə 
cəmləşdirən  ən  kamil  və  daha  məşhur  əsərləri  Nizaminin  1539-1543-cü  il  tarixli 
"Xəmsə"  əlyazmasına  çəkdiyi  illüstrasiyalardır.  Londonun  Britaniya  muzeyində 
saxlanan bu məşhur nüsxə incə nəstəliq xətti, səhifələrinin zəngin bədii tərtibatı və 
miniatürlərinin  misilsiz  bədii  keyfiyyətinə  görə  haqlı  olaraq  yalnız  Azərbaycanda 
deyil, ümumiyyətlə, Yaxın və Orta Şərqdə kitab sənətinin ən zərif, ən qiymətli şah 
əsərlərindən hesab edilir. XVI əsrin ən görkəmli xəttatlarından sayılan Şah Mahmud 
Nişapurinin  yazdığı  bu  nəsif  nüsxə  Soltan  Məhəmməd,  onun  tələbələri  Mirzə  Əli, 
Müzəffər Əli, Mir  Seyid  Əli və  müasirlərindən  Ağa  Mirək  və  Mir  Müsəvvir  kimi 
dövrün  ən  mahir  ustad  rəssamları  tərəfindən  illüstrə  edilmişdir.  Kitabda  Soltan 
Məhəmmədin 4 miniatürü vardır. 
"Xosrov  və  Şirin"  poemasına  çəkilmiş  bir  miniatürdə  Şirin  çimərkən 
Xosrovun  onu  seyr  etməsi  təsvir  olunur.  Yaxın  və  Orta  Şərqin  bütün  sənət 
məktəblərində,  müxtəlif  sənət  sahələrində  ən  çox  fırçaya  alınmış  bu  süjetin  ən 
qədim  təsvirinə  XII  əsrə  aid  çini  qabda  rast  gəlirik.  Şərq  rəssamlarının  ən  çox 
sevdikləri bu lirik səhnə XIV-XVII əsrlərdə, yəni Soltan Məhəmməddən əvvəl də, 
sonra da dəfələrlə Təbriz, Şiraz, Herat, Buxara və başqa məktəblərin nümayəndələri 
tərəfindən  fırçaya  alınmışdır,  lakin  öz  dolğun  və  yüksək  bədii  ifadəsini  Soltan 
Məhəmmədin çəkdiyi miniatürdə tapmışdır. 
Soltan  Məhəmmədin  əsərlərinin  bədii-estetik  təsir  qüvvəsinin  əsasını 
təşkil  edən,  onlara  əsrarəngiz  gözəllik  verən  zəngin  kolorit  və  dekorativlik 
Azərbaycan  miniatürləri  üçün  səciyyəvi  üslub  xüsusiyyətlərindən  olub,  onları  başqa 
məktəblərin əsərlərindən fərqləndirir. 
Kitab  illüstrasiyalarından  əlavə  S.Məhəmmədin  bir  sıra  portretləri  və  real 
həyat  hadisələrini  əks  etdirən  məişət  janrlı  miniatürləri  vardır.  Bu  əsərlərin 
əksəriyyətində rəssamın öz dövrü üçün səciyyəvi olan saray həyatı, şah başda olmaqla 
saray əyanlarının əyləncələri təsvir olunur. 
Sankt-Peterburq  Saltıkov-Şedrin  adına  kitabxanada  saxlanan  2  miniatürdə 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə