A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə48/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   44   45   46   47   48   49   50   51   ...   116

120 
 
lələklə  bəzənmiş  bir  oğlan  surəti  təsvir  olunur.  Tipajı,  geyimi  və  s.  zahiri 
əlamətlərinə görə bir-birindən fərqlənməyən, yalnız müxtəlif vəziyyətdə -bir yerdə 
daş-qaşla bəzənmiş kürsüdə, ikincidə - çiçəklənmiş badam ağacının yanında (Sankt-
Peterburq),  üçüncüdə  -  xalça  və  döşəkçədə  dizi  üstündə  oturmuş  şah,  hər  yerdə 
kitab oxuyarkən təsvir olunur. 
Ədəbiyyatda  şərti  olaraq  Şah  Təhmasibin  portreti  adlandırılan  bu  və 
bunlara  bənzər  başqa  əsərlərdə 
"ideal  hökmdar"  obrazı  əks 
etdirilir. Sənətkarlıq baxımından, 
bədii  ifadə  vasitələrinə  görə 
Topqapı  sarayında  saxlanan 
"Kare  ustad  Soltan  Məhəmməd 
nəqqaş əst" (Ustad rəssam Soltan 
Məhəmmədin 
işidir) 
yazılı 
portretlə, 
Sankt-Peterburqda 
saxlanan 
portret 
xüsusilə 
dəyərlidir.  Hər  iki  əsərdə  mahir 
sənətkar  əli,  yüksək  bədii  üslub 
duyulur. 
Cəsarətlə 
birbaşa 
çəkilmiş  səlis  mühit  xətlərin 
axıcılığı, 
plastik 
ifadəliyi, 
qırmızı-göy, 
çəhrayı, 
yaşıl, 
bənövşəyi  və  narıncı  lokal 
rənglərin 
harmoniyasından 
yaranan  zəngin  kolorit  və 
dekorativlik 
bu 
portretləri 
miniatür  sənətində  olan  başqa 
portretlərdən fərqləndirir, onların 
ifadəliyini, bədii təsir qüvvəsini gücləndirir. 
Nəzərdən  keçirilən  əsərlərdən  əlavə  Soltan  Məhəmmədə  bir  sıra  başqa 
illüstrasiyalar, müstəqil süjetli miniatürlər və portretlər, təsvirli kitab cildləri, bədii 
parça  və  süjetli  xalçalar  üçün  hazırlanmış  eskizlər  çeşnilərə  aid  edilir.  Üslub 
xüsusiyyətlərinə  görə  onun  əsərlərini  xatırladan  bu  miniatürlərin  Soltan 
Məhəmmədin öz əlindən çıxmasa da, onun rəhbərliyi altında çalışan tələbələri tərə-
findən  işlənməsi  şübhəsizdir.  Çünki  Soltan  Məhəmməd  öz  yaradıcılığı  ilə  Təbriz 
məktəbində  elə  bir  mükəmməl,  miniatür  sənətinin  inkişaf  zirvəsini  təyin  edən 
qüvvətli  üslub  yaratmışdı  ki,  XVI  əsrin  son  rübünə  qədər  heç  kəs,  hətta  çox 
istedadlı rəssamlar belə bu üslubun təsirindən azad ola bilməmişlər. 
Geniş  diapazonlu  yaradıcılığı  ilə  yalnız  miniatür  sənətində  deyil, 
ümumiyyətlə, təsviri və dekorativ sənətlərin  inkişafında mühüm rol oynamış Soltan 
Məhəmmədin çoxlu tələbələri və davamçıları olmuşdur. Onlar uzun müddət Soltan 
Məhəmmədin  üslubunda  işləyərək  müxtəlif  yollarla  böyük  sənətkarın  yaradıcılıq 


121 
 
ənənələrini  davam  etdirməyə  çalışmışlar.  Onlardan  bəziləri  asan  yolla  gedərək  bu 
üslubun  formal  cəhətlərinin  əsiri  olaraq  qalmış,  təqlidçilikdən  bir  o  qədər  də 
uzaqlaşa  bilməmişlər.  Dövrün  istedadlı  rəssamları  isə  nəinki  həmin  üslubda 
yaratdıqları  orijinal  əsər-lərində,  hətta  Şərq  poeziyasında  olduğu  kimi,  təsviri  sənətdə 
də, qanuni sayılan nəzirələrində də ənənəvi süjet və obrazları bədii forma və obrazlı 
ifadə  vasitələrini  təzələməyə,  daha  da  təkmilləşdirməyə  çalışmışlar.  Şübhəsiz  ki, 
Soltan  Məhəmməd  məktəbinin  əsil  davamçıları,  bu  məktəbi  Azərbaycan  miniatür 
sənətinin ən yüksək inkişaf mərhələsi kimi səciyyələndirən rəssamlar da epiqonistlər 
deyil,  məhz  həmin  ustad  sənətkarlar  olmuşdur.  Məhz  bu  ustad  sənətkarlar  Təbriz 
məktəbinin  təsir  dairəsini  daha  da  genişləndirmiş,  öz  yaradıcılıqları  ilə  İranda  və 
Türkiyədə, Hindistanda və Orta Asiyada miniatür sənətinin inkişafında əhəmiyyətli 
rol oynamışlar. 
Mirzə ƏIi. Yaradıcılıq istiqaməti və bədii üslub xüsusiyyətlərinə görə Soltan 
Məhəmmədin ən yaxın davamçısı öz oğlu və tələbəsi Mirzə Əli Təbrizi olmuşdur. 
Qazı  Əhmədin  göstərdiyinə  görə,  Mirzə  Əli  öz  dövrünün  istedadlı  və  məşhur 
sənətkarlarından idi. "Boyakarlıq sənətində  onun  tayı-bərabəri  yox  idi.  Təsvirçilikdə 
çox az adam ona çata bilərdi". Mustafa Ali də onu çox görkəmli boyakar rəssam və 
mahir rəsm ustası kimi tərif edir. Rəssamın elm aləmində bəlli olan 3-4 əsəri orta əsr 
müəlliflərinin tamamilə haqlı olduqlarını sübut edir. 
Aydındır ki, Mirzə Əli bədii təlimini atası Soltan Məhəmməddən almış və 
Qazı  Əhmədin  qeyd  etdiyi  kimi,  onun  sağlığında  Şah  Təhmasibin  saray 
kitabxanasında  işləyib  şöhrət  qazanmışdır.  Mirzə  Əlinin  nə  vaxt  müstəqil 
yaradıcılığa  başladığı  və  hansı  əlyazmasına  ilk  illüstrasiyalarını  çəkdiyi  bəlli  deyil. 
Lakin onun öz müəllimi və atası Soltan Məhəmmədlə  və  dövrün  ustad sənətkarları 
ilə birlikdə 1539-1543-cü il tarixli "Xəmsə" əlyazmasının bədii tərtibatı üçün dəvət 
edilməsi  Mirzə  Əlinin  bu  illərdə  artıq  təcrübəli  və  şöhrət  qazanmış  bir  rəssam 
olduğunu göstərir. Digər tərəfdən Mirzə Əlinin "Xəmsə" nüsxəsinə çəkdiyi 2 əsərin 
yüksək  üslubu,  böyük  sənətkarlıqla  işlənməsi,  bunların  ilk  yaradıcılıq  təcrübəsinin 
nəticəsi deyil, səriştəli bir sənətkarın kamil işləri olduğunu sübut edir. 
Bu  sözləri  eyni  ilə  rəssamın  daha  əvvəllər,  1537-ci  il  tarixli  Təhmasib 
"Şahnamə"sinə  çəkdiyi  əsərləri  haqqında  da  söyləmək  olar.  "Şahnamə"nin 
ədəbiyyatda bəlli olan illüstrasiyalarından bir neçəsi bu və ya başqa dərəcədə Mirzə 
Əlinin  məlum  əsərlərini  xatırladır.  Onlardan  ikisinin  -  "Nuşirəvanın  Hind  elçilərini 
qəbul  etməsi"  və  "Zahidin  xəstə  qadına  xeyir-dua  verməsi"  səhnəsini  təsvir  edən 
miniatürlərin isə Mirzə Əliyə mənsub olması heç bir şübhə doğurmur. 
Birinci  əsər  çoxfiqurlu  kompozisiyanın  təşkili,  fiqurların  qruplaşdırılması 
və yerləşdirilməsi, memarlıq formaları və onların dekorativ bəzəyinin, taxt-rəvanda 
əyləşmiş  şahin,  bir  sıra  başqa  fiqurların  və  detalların  təsvirinə  görə  Mirzə  Əlinin 
"Xəmsə"yə  çəkdiyi  "Xosrovun  Barbedin  musiqisinə  qulaq  asması"  miniatürünü 
xatırladır.  Bəzi  detallar,  o  cümlədən  arxa  planda  yer  belləyən  bağban  surəti,  sarayı 
bəzəyən divar rəsmi,  qol-budaqlı çinar demək olar  ki,  rəssamın bütün əsərlərində 
bu  və  ya  başqa  formada  təkrarlanır,  onun  fərdi  yaradıcılıq  üslubunun  səciyyəvi 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə