A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə50/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   46   47   48   49   50   51   52   53   ...   116

124 
 
gedir.  Məsələn,  XV  əsr  Herat  rəssamlarının  əsərləri  daha  çox  illüstrativ  xarakter 
daşıyır.  Ədəbi  mətndən  kənara  çıxmayan  rəssam,  hadisəni  sadə  və  aydın 
kompozisiyada, bəsit mənzərə fonunda təsvir edir. 
XVI  əsr  Təbriz  məktəbinin  əsərlərində,  o  cümlədən  Müzəffər  Əlinin 
"Bəhram  Gur  və  Fitnə  ovda"  adlı  əsərində  isə  kompozisiya  mürəkkəb  və 
çoxfiqurludur,  ədəbi  mətndə 
olmayan  yeni  əlavələr,  köməkçi 
fiqurlar, heyvan təsvirləri, təbiət 
motivləri  və  s.  əsərin  daha 
canlı, təbii və zəngin dekorativ 
təsir 
oyatmasına 
səbəb 
olmuşdur.  Əslində  Müzəffər 
Əlinin  əsərində  də  bir  o  qədər 
artıq  fiqur,  əlavə  detallar 
yoxdur. Əsas qəhrəmanlardan - 
sürətlə  at  çapıb,  ox  atan 
Bəhram  və  at  üstündə  oturub 
arfa  çalan  Fitnədən  başqa, 
burada  2  süvari  ovçu,  2  nəfər 
dağ  dalından  baxan  müşahidəçi 
və  bir  gənc  qulam  təsvir  edilir. 
Mənzərə  də  çox  mürəkkəb  və 
qarışıq  deyil.  Lakin  gül  və 
çiçəkli  aşırımında  böyük  palıd 
ağacı,  gümüşü  çeşmə  olan 
dağlıq mənzərə fonunda fiqurlar 
elə  ustalıqla  yerləşdirilmiş  və 
rəng  uyğunluğu  cəhətdən  elə 
məharətlə  həll  edilmişdir  ki, 
miniatür  izdihamlı  görünür. 
Emosional  təsir  qüvvəsinə  görə 
Müzəffər  Əlinin  əsəri  bu  süjeti 
təsvir  edən  bir  sıra  başqa 
əsərlərdən fərqlənir. 
Müzəffər  Əlinin  ikinci 
imzalı  işi  Əscodinin  "Gərşaspnamə"  əsərinin  1537-ci  il  tarixli  London  nüsxəsinə 
(Britaniya  muzeyi)  çəkilmiş  bir  illüstrasiyadan  ibarətdir.  "Firdovsi  və  saray  şairləri" 
adlanan bu miniatürdə güllü-çiçəkli bir bağçada, yaraşıqlı sərv ağaclarının yanında, 
yaşıl  çəmənlikdə,  meyvə  və  şərab  dolu  qablar  düzülmüş  süfrə  arxasında  əyləşərək 
söhbət edən üç nəfər, onların önündə isə əlindəki uzun əsasına söykənərək dayanmış 
bir  kişi  təsvir  olunur.  Mətndən  aydın  olur  ki,  bir  gün  görkəmli  saray  şairləri  Ünsüri, 
Fərruxi və Əscodi şəkildəki kimi məhrəm bir məclis qurub şeir qoşmaqda yarışarkən 


125 
 
onlara  naməlum  bir  şəxs  yaxınlaşır.  Ünsüri  həmin adamdan  kim olmasını soruşur  və 
əgər bacarırsa yarışa qoşulmasını xahiş edir. Əsərdə həmin bu an təsvir edilir. 
Təəssüf  ki,  Müzəffər  Əliyə  məxsus  olması  şübhə  doğurmayan  başqa 
əsərləri  hələlik  bəlli  deyil.  Düzdür,  bəzi  alimlər  (Puqaçenkova,  Martin  Kühnel)  bir 
neçə  imzasız  əsəri  ona  aid  edirlər,  lakin  bunların  hamısını  tam  etibarlı  saymaq 
olmaz.  Məsələn,  Kühnel  naməlum  bir  əsərə  çəkilmiş  çox  maraqlı  bir  miniatürü 
Müzəffər Əliyə aid edir və səhv olaraq onu "İki aqilin mübarizəsi" adlandırır. Əslində 
isə  burada  arxitektor  Simnarın  faciəli  ölüm  səhnəsi  təsvir  edilir.  Miniatürün 
kompozisiya  mərkəzini  təşkil  edən  Xavərnaq  sarayının  portalındakı  yazıdan  bəlli 
olur  ki,  bu  miniatür  Soltan  İbrahim  Mirzənin  kitabxanası  üçün  hazırlanmış 
kitabdandır. Bədii üslub xüsusiyyətlərinə görə əsərin Soltan Məhəmməd məktəbinə aid 
olması şübhəsizdir. 
Əlbəttə,  məsələ  əsərlərin  sayca  az,  ya  çox  olmasında  deyil.  Müzəffər 
Əlinin  nəzərdən  keçirdiyimiz  hər  iki  əsərinin  yüksək  sənətkarlıq  xüsusiyyətləri, 
püxtələşmiş  üslubu  onun  Təbriz  məktəbinin  ən  istedadlı  nümayəndələrindən  biri 
olduğuna, bu məktəbin inkişafında və təsir dairəsinin  genişlənməsində  əhəmiyyətli 
rol  oynadığına  dəlalət  edir.  Onun  Sadiq  bəy  Əfşar  və  Siyavuş  bəy  kimi  mahir 
rəssamlar  yetişdirməsini  də  nəzərə  alsaq,  ustad  sənətkarın  Azərbaycan  miniatür 
sənətinin ümumi inkişafında görkəmli yer tutduğunu söyləmək olar. 
Mir Seyidəli. XVI əsr Təbriz məktəbinin hərtərəfli inkişaf etmiş görkəmli 
sənətkarlarından  biri  də  Mir  Seyidəlidir.  Orta  əsr  mənbələrinin  verdiyi  məlumata  və 
rəssamın  elm  aləmində  bəlli  olan  əsərlərinə  görə,  o  öz  dövrünün  məşhur 
miniatürçüsü və ornamentalçı rəssamı, mahir xəttatı və şairi olmuşdur. 
Mir  Seyidəli  əsrin  əvvəllərində  Təbrizdə  rəssam  ailəsində  anadan 
olmuşdur.  Dust  Məhəmməd,  Qazı  Əhməd,  Budaq  Qəzvini,  Sadiq  bəy  Əfşar  və  s. 
tarixçilərin  verdiyi  məlumata  görə  onun  atası  Mir  Müsəvvir  dövrün  görkəmli 
sənətkarlarından  idi.  O,  istedadlı  portret  ustası  olmuş,  Şah  Təhmasibin 
emalatxanasında  işlərkən,  şah  üçün  xüsusi  hazırlanmış  "Şahnamə"  və  "Xəmsə" 
əlyazmalarının bədii tərtibatında yaxından iştirak etmişdir. 
Mir  Müsəvvir.  Mir  Müsəvvirin  müstəqil  yaradıcılığına  nə  vaxt  və  hansı 
əsərlə  başladığı  məlum  deyil.  Hələlik  bəlli  olan  əsərlərindən  biri  -  "Şahnamə"  üçün 
çəkilmiş "Ərdəşir və Gülnar" miniatürü portalın üzərindəki kitabəyə əsasən 1527-ci 
ildə  işlənmişdir.  İstər  bu,  istərsə  də  "Zöhhakın  dəhşəti",  "Mənuçöhrün  taxta 
çıxması"  və  "Zal,  Mihrabın  Kabildən  göndərdiyi  hədiyyələri  qəbul  edir"  adlı 
əsərlərin çoxfiqurlu kompozisiya qurumu, baş qəhrəman və əlavə surətlərin ifadəli 
həlli,  memarlıq  forma  və  ünsürlərinin  böyük  ustalıqla  təsvir  edilməsi  Dust 
Məhəmmədin  rəssam  haqqında  dediyi  tərifli  sözlərə  tamamilə  haqq  qazandırır. 
Onun  Təhmasib  üçün  hazırlanan  "Xəmsə"  və  "Şahnamə"də  Ağa  Mirəklə  birlikdə 
fəaliyyət  göstərdiyini  yazarkən,  Dust  Məhəmməd  onların  əsərlərinin  çox  yüksək 
səviyyədə  olduğunu,  onları  layiqincə  qiymətləndirməyin  mümkün  olmadığını  qeyd 
edir. 
Rəssamın  imzalı  əsərlərindən  birində  saray  süfrəçisi  Sarxan bəyin portreti 


126 
 
təsvir olunur. Fiqurun canlı və dinamik həlli, rəsmin səlis və plastikliyi, surətin ifadəliyi 
və  s.  sənətkarlıq  keyfiyyətləri  Mir  Müsəvvirin  həqiqətən  məharətli  portret  ustası 
olduğunu  sübut  edir.  Üslub  xüsusiyyətlərinin  eyniliyinə  görə  "Şah  və  qulam"  adlı 
qoşafiqurlu  kompozisiyanı  (London,  Britaniya  muzeyi)  da  Mir  Müsəvvirə  aid  etmək 
olar. 
Mir Müsəvvirin yaradıcılıq üslubunu, sənətkarlıq qüdrətini nümayiş etdirən 
ən  görkəmli  əsəri  1539-1543-cü  il  tarixli  "Xəmsə"də  "Sirlər  xəzinəsi"nə  çəkdiyi 
miniatürdən  ibarətdir.  "Ənuşirəvan  və  bayquşların  söhbəti"  hekayəsinə  çəkilmiş  bu 
illüstrasiya ilk baxışda gözəl bir mənzərə təsirini oyadır. Möhtəşəm, zəngin dekorativ 
bəzəkli sarayın xarabaya, vəhşi heyvan və quşların məskəninə çevrilmiş qalıqları, onu 
əhatələyən qamətli sərv, çiçəklənmiş ağaclar, yaşıl budaq, güllü-çiçəkli, ağ və göyümtül 
buludlu qızılı səma təbiət təsvirinə füsunkar gözəllik verir. 
Əsərin  ideya  məzmunu,  əsas  süjet  xətti  kompozisiyanın  mərkəzində  təsvir 
olunan şah və vəzirin obrazları vasitəsilə açılır. Kəhər atın belində gedən Ənuşirəvan 
qatırla arxasınca gələn vəzirə tərəf dönərək, əli ilə sökük piştağın  üstündə oturmuş 
bayquşları  göstərir  və  onların  nə  söhbət  etdiklərini  soruşur.  Vəzir  cavab  verir  ki, 
bayquşlardan biri o birisinin qızını istəyir. O isə əvəzində süd bahası olaraq bir neçə 
xaraba  kənd  tələb  edir.  Qızı  istəyən  bayquş  deyir:  "Şahımız  bu  işə,  onun  zülmü 
sayəsində məndən min xaraba kənd ala bilərsən!". Vəzirin cavabı - dahi Nizaminin bay-
quşların  dili  ilə  hökmdara  dediyi  dərin  hikmətli  sözlər  -şahın  göstərdiyi  səmtdə, 
sarayın yuxarısında yazılmışdır. 
Başqa  miniatürlərdən  fərqli  olaraq  burada  ədəbi  mətn  kompozisiyasının 
ayrılmaz  hissəsinə  çevrilir,  təsviri  vasitələrlə  birlikdə  əsərin  ideya  məzmununun 
açılmasına xidmət edir. 
Miniatürdə hər şey - kompozisiya qurumu və obrazların həllindən tutmuş 
ən kiçik ünsürlərə qədər yüksək bədii zövqlə, misilsiz ustalıqla işlənmişdir. Surətlərin 
canlı və ifadəliliyi, mənzərənin, heyvan fiqurlarının real təsviri, kompozisiyanın şux və 
əlvan rənglərin vəhdətindən doğan zəngin koloriti və dekorativliyinə, dərin emosional 
təsir  qüvvəsinə  görə  bu  miniatür  yalnız  "Xəmsə"nin  deyil,  ümumiyyətlə, XVI əsr 
Təbriz məktəbinin ən dəyərli əsərlərindəndir. 
Şübhəsiz  ki,  belə  kamil  fırça  ustasının  öz  oğlu  Seyidəlinin  bədii 
tərbiyəsində  və  yaradıcılığının  formalaşmasında  mühüm  rolu  olmuşdur.  Mir 
Seyidəlinin müstəqil yaradıcılığının erkən çağları və ilk əsərləri haqqında heç nə bəlli 
deyil.  Güman  etmək  olar  ki,  Şah  Təhmasibin  sevimli  rəssamlarından  olan  Mir 
Müsəvvir oğlunu da saray emalatxanasına cəlb etmiş və gənc rəssam Orta Şərqin ən 
qüvvətli  sənət  mərkəzlərindən  olan  bu  emalatxanada  Soltan  Məhəmmədin  rəhbərlik 
etdiyi yaradıcı kollektivlə birlikdə işləyərək öz sənətkarlığını təkmilləşdirmişdir. 
Mir  Seyidəlinin  bədii  fəaliyyətinin  ən  yüksək,  məhsuldar  və  çoxcəhətli 
dövrü  1530-1540-cı  illərə  təsadüf  edir.  Həmin  illərdə  o  öz  atası  və  dövrün  ən 
məşhur  ustad  rəssamları  ilə  birlikdə  Şah  Təhmasib  üçün  xüsusi  hazırlanmış 
"Şahnamə" və "Xəmsə" kimi Şərqdə kitab sənətinin ən nəfis, nadir nümunələrinin 
illüstrə  edilməsində  yaxından  iştirak  etmişdir.  Bundan  əlavə,  yenə  həmin  illərdə 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə