A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə53/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   49   50   51   52   53   54   55   56   ...   116

131 
 
konkretləşdirən mənzərəni, xüsusən ağac, heyvan və quş təsvirlərini təbii, real və 
olduqca ifadəli əks etdirir. 
Məhəmmədinin  yaradıcılığı,  onun  əsərləri  üçün  səciyyəvi  olan  üslub 
xüsusiyyətləri bir tərəfdən klassik kitab miniatürü ilə, Kəmaləddin Behzad və Soltan 
Məhəmmədin  inkişaf  etdirdikləri  bədii  ənənə  ilə  bağlıdır.  Digər  tərəfdən  isə  onun 
miniatürləri,  xüsusən  rəsmləri  ədəbi  əsərlərə  çəkilən  illüstrasiya  məhdudluğundan 
azad  olub,  geniş  həyat  mövzularını  əks  etdirən  müstəqil  dəzgah  boyakarlığı  və 
qrafikasının  ilk  nümunələri  kimi  qiymətləndirilməlidir.  Buna  görə  də 
Məhəmmədinin  əsərləri  bir  tərəfdən  XVI  əsrin  sonlarına  doğru  Azərbaycan 
incəsənətində  özünəməxsus  gözəlliyə,  təsir  qüvvəsinə,  spesifik  təsvir  vasitələrinə 
malik  olan  kitab  miniatür  sənətinin  tədricən  tənəzzül  etməsini  göstərir,  digər 
tərəfdən  isə  əvvəlki  dövrlərdə  müstəsnalıq  təşkil  edən  dəzgah  boyakarlığı  və 
qrafikasının  getdikcə  inkişaf  etdiyini  xəbər  verir.  İdeya  məzmununa  görə 
Məhəmmədinin 
əsərləri 
incəsənətin 
mövzu 
dairəsinin 
genişləndiyini, 
demokratikləşdiyini, həyatla, xalqla əlaqəsinin möhkəmləndiyini sübut edir. 
Məhəmmədinin orta  əsr  Azərbaycan  incəsənətinin  inkişafındakı rolundan 
danışarkən  qeyd  etmək  lazımdır  ki,  onun  yaradıcılığı  E.Behzad  və  Soltan 
Məhəmmədin yaradıcılığı kimi, xüsusi və müstəqil bədii məktəbin yaranmasına səbəb 
olmuşdur. Hər bir  mahir  sənətkar, böyük  ustad  kimi  onun  da  bir  sıra  davamçıları, 
tələbələri  və  təqlidçiləri  olmuşdur.  Lakin  onların  çoxu  Məhəmmədinin  saray  və 
hakim dairələrin estetik tələbindən - dəbdəbəli, təmtəraqlı bəzəkçilikdən uzaq olan 
yaradıcılığının  əsas  mahiyyətini,  demokratik  məzmunu  və  realistik  meyillərini  başa 
düşməyib,  ancaq  onun  formal  cəhətlərini  təkrar  etməklə  kifayətlənmişlər. 
Məhəmmədinin  yaradıcılıq təsiri çox geniş  və qüvvətli olmuşdur. Buna  görədir ki, 
bu dövrdə işlənmiş, lakin müəllifləri bəlli olmayan əsərlərin əksəriyyəti elmi ədəbiy-
yatda  Məhəmmədiyə  və  ya  onun  üslubuna  aid  edilir,  bu  istilah  isə  çox  zaman 
"Qəzvin məktəbi" mənasında işlədilir. 
Sadiqi  bəy  Əfşar.  XVI  əsrin  sonu  -  XVII  əsrin  əvvəllərində  yalnız 
Azərbaycanda  deyil,  bütün  Yaxın  və  Orta  Şərqdə  miniatür  sənətinin  ən  görkəmli 
nümayəndələrindən biri də Sadiqi bəy olmuşdur. Dövrünün hərtərəfli inkişaf etmiş 
ustad  sənətkarlarından olan  Sadiqi  gəncliyindən  saray  və  sultanlardan  uzaq  gəzmiş, 
müxtəlif  peşələrə,  xüsusən  incəsənətə  böyük  məhəbbət  bəsləmişdir.  Sonralar 
yazdığı "Qanun üs-süvər" adlı risaləsində gənclərə "həyatın boyu peşə və incəsənətə 
yiyələnməyə, öz sənətini təkmilləşdirməyə çalış, çünki sənətsiz həyat, həyat deyil" 
-  deyən  Sadiqi bəy  həyatını  yaradıcılığa  həsr  etmiş,  ən  ağır  günlərində  belə  yazıb-
yaratmaqdan  əl  çəkməmişdir.  Ziddiyyətli  və  macəralarla  dolu  həyat  yolu  keçmiş 
Sadiqi bədii yaradıcılığın müxtəlif sahələrində fəaliyyət göstərmiş, rəssam və xəttat, 
şair, təzkirəçi və sənətşünas olmuş, bu sahələrin hər birində indi belə öz elmi-nəzəri
bədii-estetik dəyərini itirməyən maraqlı əsərlər yaratmışdır. 
Rəssamlıq  sahəsində  özünün  bədii-estetik  tələblərinə  uyğun  gələn  bir 
ustad sorağında gəzən Sadiqi Müzəffər Əlini özünə müəllim seçir və özü demişkən 
"qulam kimi bir neçə müddət onun xidmətində kəmərbənd" olur. 


132 
 
Sadiqinin  macəralarla  dolu  həyatı,  müharibələrdə  göstərdiyi  qəhrəmanlığı 
və  yaradıcılığı  haqqında  maraqlı  məlumatlar  verən  İskəndər  Münşinin  yazdığına 
görə, rəssam "Tükdən də zərif fırçası ilə minlərlə heyranedici portretlər çəkmişdir. 
Bu rəqəm mübahisəli olsa da Sadiqinin çox məhsuldar, nadir istedada malik 
sənətkar  olduğunu  sübut  edir.  Şübhəsiz  ki,  Sadiqinin  yalnız  portretləri  deyil,  kitab 
illüstrasiyaları və müasir həyat hadisələrini əks etdirən müstəqil miniatürləri də çox 
olmuşdur.  Çox  təəssüf  ki,  bu  böyük  rəssamın  zəngin  bədii  irsi  hələ  layiqincə 
öyrənilməmiş,  bir  neçə  imzalı  portreti  və  1573-cü  il  tarixli  "Gərşasbnamə"yə  çək-
diyi "Gərşasbin divlərlə  vuruşması"  adlı  miniatürlərindən  başqa  digər  əsərləri  üzə 
çıxarılmamışdır. 
Sadiqinin hazırda bəlli olan "Əmir", "Teymurxan", "Dərviş", gənc oğlan və 
qızların  surətini  təsvir  edən  portretləri  rəssamın  konkret  şəxslərin  fərdi 
xüsusiyyətlərini,  oxşarlığını,  hətta  bəzən  psixoloji  xarakterini  canlı  və  ifadəli  əks 
etdirən qüvvətli əsərlərdir. 
Bu  baxımdan  Sadiqinin  bir  əsəri  xüsusilə  orijinal,  miniatür  sənəti  üçün 
nadir  olan  keyfiyyətlərə  malikdir.  Rəssamın  geniş  şöhrət  qazanmış  bu  əsərində 
uzaqdan  görünən  şəhər  mənzərəsi  fonunda  qatıra  minərək  yol  gedən  ortayaşlı  bir 
dərviş  təsvir  olunur.  Bu  əsər  kompozisiya  qurumu,  insan  və  heyvan  fiqurunun 
həcmli,  plastik  təsviri,  proporsiyası,  rənglərin  təbii  düzümü  və  sıralanması  arxa 
planda  görünən  şəhərin  perspektiv  qanunları  əsasında  işlənməsi,  obrazın  psixoloji 
ifadəliyi  və  s.  xüsusiyyətlərinə  görə,  ümumiyyətlə,  miniatür  sənətinin  tarixində 
müstəsna əhəmiyyətə malikdir. Əslində Şərq miniatür sənəti üçün yabançı olan bu 
realistik  keyfiyyətlər  rəssamın  Avropa  sənəti  ilə  tanışlığını,  Avropa  boyakarlıq 
formaları və bədii ifadə vasitələrinin Şərq sənətinə sirayət etməsini göstərir. 
Bədii üslub xüsusiyyətlərinə,  xüsusən obrazın həllinə  görə  bu  miniatürlə 
rəssamın  bir  sıra  əsərləri,  o  cümlədən  qrafik  üsulla,  ancaq  kontur  xətlərlə  çəkilmiş 
"Əmir portreti", boyakarlıq üslubunda işlənmiş "Teymur xan Türkmanın portreti" və 
"Ağac  altında  oturmuş  dərviş"  rəsmi  ilə  yaxınlıq  təşkil  edir.  Bu  əsərlərdə  rəssam 
obrazın idealizə edilməsinə, zahiri gözəlliyinə, rənglərin dekorativliyinə deyil, təsvir 
edilən  adamların  canlı  və  ifadəliyinə  çalışmışdır.  Buna  görədir  ki,  Sadiqinin  bu 
əsərləri  bədii  formanın  reallığı,  obrazın  fərdi  oxşarlığı  və  psixoloji  xarakterinin 
ifadəliyi  ilə  fərqlənir.  "Qanun  üs-süvər"  traktatında  rəssam  özü  qeyd  edir  ki, 
"Surətkərlik işində mən təsvirdən mahiyyətə yol tapdım". 
Maraqlıdır  ki,  Teymur  xan  Türkman  Sadiqi  bəy  tərəfindən  1594-cü  ildə 
işlənən və nədənsə tamamlanmamış qalan portretini təxminən 90 il keçəndən sonra, 
1684-cü  ildə  Muin  Müsəvvir  adlı  görkəmli  İran  rəssamı  tamamlamış  və  şəklin 
altında  öz  dəsti  xətti  ilə  bu  sözləri  yazmışdır:  "Mərhum  Teymur  xan  Türkmanın 
şəbehidir,  1002-ci  ildə  mərhum  Sadiqi  bəy  Əfşar  yaratmışdır.  Alçaq  bəndə  Muin 
Müsəvvir 1095-ci ildə onu tamamlamışdır. Mübarək olsun". 
Sadiqinin  bir  qrup  miniatür  portretləri  yuxarıda  göstərilənlərdən  fərqlənir. 
Onlar müəyyən kanonlar əsasında idealizə edilmiş rəsmi portret xarakteri daşıyır və 
üslub  xüsusiyyətlərinə  görə  XVII  əsrin  əvvəllərində  formalaşmağa  başlayan 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə