A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə61/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   57   58   59   60   61   62   63   64   ...   116

152 
 
gümüşdən düzələrək, həyatda qadın və kişi bəzəyi kimi istifadə edilirdi. 
Ümumiyyətlə,  qiymətli  metallardan  düzəldilmiş  qızıl-gümüş  bəzəkləri 
gəzdirilməsi və geyilməsinə görə 4 hissəyə bölünür: 1) boyun bəzəkləri; 2) qol və 
barmaq bəzəkləri; 3) baş bəzəkləri; 4) libaslara bənd olunan bəzəklər. 
1553-cü  ilin  aprel  ayında  Şamaxıda  Abdulla  xanın  qonağı  olmuş  ingilis 
səyyahı və diplomatı Antoni Cenkinson xanın libasını təsvir edərkən orada gördüyü 
zərgərlik işlərinə valeh olduğunu qeyd etmişdir. 
Bu  dövr  Şamaxı  zərgərliyi  haqqında  məlumatlara  Korneli  de  Bryuinin  də 
qeydlərində rast gəlirik. 
XVI-XVII  əsr  Azərbaycan  zərgərliyi  barədə  yazılı    mənbələrdə  çoxlu 
müsbət rəylərin olmasına baxmayaraq faktik materialların sayı olduqca azdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu  əsrlərdə  düzəldilmiş  və  dövrümüzə  qədər  gəlib  çatmış  zərgərlik 
nümunələri  içərisində  biz  iki  sənət  əsəri    haqqında  danışacağıq.  Bunlardan  biri 
Gədəbəy rayonunda  qazıntı işləri zamanı Səfəvi sikkələri ilə birlikdə aşkara  çıxmış 
badam  və  nar  dənələri  formalı,  üstü  naxışlı  gümüş  boyunbağı,  o  birisi  isə  I  Şah 
İsmayılın 1507-ci ilə aid edilən qızıl kəməridir. 
Şah  İsmayılın  hazırda  İstanbuldakı  Topqapı  sarayı  muzeyində  saxlanılan 
kəməri  ölçüsü  təxminən  58  sm  olan,  biri  digərinə  qarmaqla  bənd  edilən  şəbəkə 
üsulunda zərif nəbati ornamentlərlə bəzədilmiş qızıl hissələrdən ibarətdir. Kəmərin ən 
gözəl hissəsini onun dairə şəkilli toqqası  təşkil edir. Toqqada at belində ova çıxmış 
bir gənc və onu  müşahidə edən şətir təsvir olunmuşdur. 
Gəncin  əynində  gödək  qollu  dəbdəbəli  xalat,  başında  qızılbaşlara  məxsus 


153 
 
başlıq  vardır.  Başlığın  yan  hissəsinə  gəncin  yüksək  rütbəyə  mənsub  olduğunu 
bildirən lələk taxılmışdır. Ov səhnəsi çiçək açmış ağaclar fonunda təsvir edilmişdir. 
Toqqa  üzərindəki  təsvirlər  həm  ümumi  kompozisiyası,  həm  də  ayrı-ayrı 
motivləri ilə dövrün miniatür sənətindəki bəzi süjetləri xatırladır. 
XVI-XVII yüzilliklərdə bürünc plastikası məmulatı istehsalı da geniş vüsət 
almışdır. Bunu yazılı mənbələr və maddi nümunələr təsdiq edir. 
Həmin  dövrdə  istehsal  olunmuş  bürünc  plastikası  nümunələrindən  əsasən 
müxtəlif  əşyaların  bəzək  elementləri  kimi  istifadə  olunurdu.  Bunlardan  biri  I  Şah 
Abbasın  Londonda,  cənab  Ullesin  şəxsi  kolleksiyasında  saxlanan  qılıncıdır.  Həmin 
qılıncın  dəstəyi  qoç  başı  şəklində  hazırlanmışdır.  Məlumdur  ki,  qoç  qədimlərdən 
Azərbaycan mifologiyasında güc, bərəkət, bolluq kimi rəmzi məna kəsb etmişdir. Qoç 
başı  təsvirlərinə  müxtəlif  sənət  nümunələri  üzərində:  keramikada,  metal 
məmulatlarda, xalça və daş plastikasında rast gəlrnək olar. 
İşləmə  üslubuna  görə  bu  dövr  məmulatı  ilə  oxşarlıq  təşkil  edən  balaca 
balıq  fiquru  öz  bədii  keyfiyyətləri  ilə  nəzərə  çarpır.  Bu  əşya  Bakıda  İçərişəhərdə 
aparılan  arxeoloji  qazıntılar  zamanı  aşkar  edilmişdir.  Fiqur  xeyli  ümumiləşdirilmiş 
şərti-dekorativ səpkidə işlənməsinə baxmayaraq, çox canlı təsir bağışlayır. Sənətkar 
buna  balığın  bədəninin  ayrı-ayrı  hissələrinin  bir-birinə  uyğun  şəkildə,  fiqurun 
hərəkətdə işlənməsi ilə nail ola bilmişdir. 
Əvvəlki dövrlərə  nisbətən XVI-XVII yüzilliklərdə daş üzərində oyulmuş 
bəzək nümunələrinə biz daha çox məzarüstü daşlarda rast gəlirik. 
Ümumiyyətlə,  Azərbaycan  ərazisində  bir  neçə  qrup  məzar  daşlarına 
təsadüf  edilir.  Bunlardan  müxtəlif  formalarda  yonulmuş  vertikal  başdaşılarını, 
horizontal sənduqələri, at, qoç fiqurlu heykəlləri və s. göstərmək olar. 
Qeyd  etdiyimiz  məzar  daşları  dəfn  olunan  şəxsin  həyatda,  cəmiyyətdə 
tutduğu  mövqeyindən  asılı  olaraq  müxtəlif  səpkidə,  formada  və  məzmunda 
bəzədilərdi. 
Aydındır ki, dövlətli şəxslərin məzar daşı daha bəzəkli və zərif işlənilirdi. 
Yerin  iqlimindən,  istifadə  edilən  materialından  və  ənənəsindən  asılı  olaraq 
Azərbaycanın  müxtəlif  yerlərində  məzar  daşları  müxtəlif  formalarda  və  bəzəklərdə 
olurdu.  Hazırda  Azərbaycanda  XVI-XVII  yüzilliklərə  aid  ən  zərif  və orijinal oyulmuş 
məzar  daşlarına  Abşeronda,  Şamaxıda,  Laçında,  Lerikdə,  Naxçıvanda,  Gəncədə, 
Qəbələdə  və  b.  yerlərdə  rast  gəlmək  olur.  Bu  məzar  daşları  üzərində  böyük  məharətlə 
oyulmuş həndəsi, nəbati ornamentlərlə yanaşı, insan, heyvan, quş fiqurlarına və hətta 
əsil  mənada  süjet  xarakteri  daşıyan  kompozisiyalara  da  rast  gəlirik.  Bunlardan  yalnız 
bəzək  kimi  deyil,  həm  də  dəfn  olunmuş  şəxsin  cinsini,  həyatını,  peşəsini  əks  etdirən 
təsvir kimi də istifadə edirdilər. Məsələn, gəncliyi,  şücaəti əks etdirən məzar  daşları 
üzərində qılınc, qalxan, at, qoç, qartal quşu, hörmətli qoca  bir  şəxsin  və  ya  ruhaninin 
məzar daşında təsbeh, rəhil, qadının məzar daşı üzərində iynə, sap, güzgü və s. rast 
gəlirik. 
Məzar  daşları  üzərində,  bundan  əlavə  bir  çox  simvolik  mahiyyət  daşıyan 
rəsmlərə də rast gəlinir. Bunlardan islamı təmsil edən ay-ulduz, günəşi bildirən svastika və 


154 
 
ya  zolaqlı  dairə  naxışları  göstərmək  olar.  Bundan  əlavə  daşlarla  mərhumun  fəlsəfi 
kəlamları, görkəmli şair və aşıqların şeirlərindən sətirlər, dua, şifahi ədəbiyyatından 
gəlmə şeirlər yazılırdı. Epitafiya (məzar kitabəsi) şəklində geniş yayılmış belə yazılar 
görkəmli şəxslərin başdaşılarında təsvir olunur. 
XVI-XVII 
yüzilliklərdə  yaradılmış  məzar  daşlarının  bəzəyinin 
əksəriyyətini nəbati ornamentlər təşkil edir.  Adətən, simmetriya əsasında qurulmuş 
nəbati ornamentlərdə budaqlar əsas ana xətti, onların üzərində yerləşən gül-çiçək və 
yarpaqlar  isə  əlavə  ünsürləri  təşkil  edirdi.  Spiralabənzər  budaqların  təsvirləri 
bütünlüklə bəzədilən sahənin formasından və ölçüsündən asılı olurdu. 
Xalq  sənətkarları  materialın  kobud  və  bərk  olmasına  baxmayaraq,  bu 
ornament ünsürlərini elə zərif, bacarıqla oyurdular ki, onlar öz zərifliyi ilə heç də o 
dövr başqa növ sənət nümunələrindən (xalça, parça, zərgərlik və s.) geri qalmırdı. 
Qeyd edək ki, müxtəlif sənətkarlıq sahələrində işlədilən bəzəklərlə oyma 
məzar daşı bəzəkləri arasında çox yaxın oxşarlıq vardır. Demək olar ki, bunlar bir-
birilə vəhdət təşkil edir. 
Daş  oymaları  sahəsində  aparılmış  elmi  araşdırmalar  göstərir  ki,  nəbati 
ornament  motivləri  və  cürbəcür  gözəl  xətlərlə  yazılmış  kitabələrlə  bəzədilmiş  ən 
nəfis məzar daşları bu əsrlərdə Şirvan ərazisində olmuşdur. 
Asan  oyuları  və  əsas  etibarilə  əhəng  daşından  düzəldilmiş  Şirvan  məzar 
daşları çox böyük olmayıb sənduqə formasında təsadüf edilir. 
Bu  sənduqələrin  əsas  bəzək  elementlərini  simmetrik  şəkildə  qurulmuş 
bitki motivləri, nəsx xətli kitabə, səlcuq zənciri adlanan həndəsi ornament növü və 
bəzi məişət əşyalarının təsviri (gülabdan, rəhil və s.) təşkil edir. 
Kompozisiya  etibarilə  bitki  motivləri,  adətən,  sənduqənin  yan  tərəfində 
geniş  sahədə,  yazılar  sənduqənin  yan  haşiyəsində  nazik  qurşaq  arasında,  səlcuq 
zənciri və s. həndəsi naxışlar isə oturacaq hissədə təsvir olunurdu. 
Şirvan sənduqələrində az-çox təsadüf edilən rəhil, gülabdan, ox, yay və s. 
rəsmlər məzar daşlarının baş və ayaq tərəflərində həkk olunurdu. 
XVI-XVII  yüzilliklərdə  bu  ərazidə  bədii  daş  nümunələrinə  Qəbələ 
rayonunun Həzrə və Bakının Buzovna kəndlərində rast gəlinir. 
Qeyd etdiyimiz abidələr öz zəngin bədii tərtibatı ilə yanaşı, oyma üsulunun 
müxtəlifliyi  ilə  də  diqqəti  cəlb  edir.  Burada  üzdən  zərif,  təkəlduz  işlərini  andıran 
oymalarla  yanaşı,  elə  bil  ki,  burğu  ilə  dəlinmiş  bəzəkli  çuxurlar  və  hətta  ikiüzlü 
oyma işləri vardır. 
Buzovnadakı  Xəlif  Əli  və  Məhəmməd  Möminə  türbəsi  ətrafında  yerləşən 
XVII yüzilliyə aid məzar daşları arasında təsadüf olunan ikiüzlü oyma işləri xüsusilə 
diqqəti cəlb edir. Deyildiyinə görə, keçmişdə belə məzar daşlarının içərisində şam 
yandırıb  qoyarlarmış,  gecə  vaxtı  bu  ornamental  oyuqlardan  bayıra  süzülən  şam 
işığı orijinal bir mənzərə yaradırmış. 
XVI-XVII  yüzilliklərdə  məzar  daşları  üzərində  ornamental  bəzəklərlə 
yanaşı,  süjet  xarakterli  kompozisiyalara  da  təsadüf  olunur.  Bu  tipli  daşlara  əsas 
etibarilə qərb rayonlarının dağətəyi kəndlərində rast gəlmək olur. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə