A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə64/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   60   61   62   63   64   65   66   67   ...   116

160 
 
süjetli  kompozisiyalardakı  ayrı-ayrı  motivlər  yox,  daş  qoç  fiqurlarının  özü  də 
təsdiq  edir.  Çünki  bu  günə  qədər  dünya  mədəniyyətinə  məlum  olan  daş  qoç 
fiqurlarının  ən  qədimi  hələlik  Mərkəzi  Asiyada  (Xakasiya,  Qazaxıstan  və  s.) 
tapılmışdır. Rus alimləri  burada tapılan  daş qoç  fiqurlarının  ən qədimini eramızdan 
əvvəl II minilliyə aid edirlər. 
Daş qoç fiqurlarına bundan əlavə İranın şimal-qərbində (Urmiya, Şəbüstər, 
Göytəpə  və  s.),  Türkiyənin  şərq  əyalətlərində  də  (Ərzurum,  Kars,  Ahlat,  Van, 
Diyarbəkr, Seyidqazi və s.) rast gəlinir. 
Ulan-Bator  şəhərinin  400  km  qərbində  VIII  yüzilliyin  türk  xaqanı  Gültəkinin 
məzarı  üstündə  qazıntı  işləri  aparan  rus  (V.Radlov),  ingilis  (H.Heykel),  fransız 
(D.Lyakok) alimləri burada iki mərmər qoç fiqurunun olduğunu da qeyd etmişlər. 
Son  vaxtlar  daşdan  yonulmuş  qoç  fiqurlarına  Avropanın  ən  ucqar  yerlərində, 
İspaniyanın  şimal  əyalətlərində,  basklar  yaşayan  ərazidə  də  təsadüf  olunmuşdur.  Bu 
abidələr  üslub  etibarilə  Azərbaycan  ərazisindəki  daş  qoç  fıqurlarına  xüsusilə  çox 
bənzəyir.  Baskların  Qafqaz  və  Mərkəzi  Asiya  ilə  əlaqəsi  çoxdandır  ki,  alimlərin 
diqqətini  cəlb  edir.  Axır  vaxtlar basklara mənsub olan yazının qrafik üslubu və səslə-
rinin sayında qədim türk runi yazılara bənzəməsi də aşkar edilmişdir. 
Azərbaycanda daş qoç fiqurlu məzar daşlarından sonra ən çox yayılmış fıqur 
at olmuşdur. Ulu babalarımız qoçla birlikdə atı da müqəddəs heyvan saymışlar. 
Tarixi  mənbələr  göstərir  ki,  xalqımız  arasında  at  həmişə  insanın  şərəfi, 
qəhrəmanlığı  və  qələbəsinin  rəmzi  olduğu  halda,  atın  olmaması  zəifliyin, 
məğlubiyyətin  ifadəsi  sayılmışdır.  Keçmişdə  Azərbaycanda  dəfn  edilən  hər  hansı 
qəhrəmanın  məzarı  üstünə  daşdan  yonulmuş  at  fiqurunun  qoyulması  bunun  canlı 
timsalıdır. 
Keçmişdə  ata  bəslənilən  bu  məhəbbət  və  ehtiram  "Kitabi-Dədə  Qorqud" 
dastanında çox gözəl təsvir edilmişdir: 
 
Açıq-açıq meydana bənzər sənin alıncığın  
İki şəbçırağa bənzər sənin gözciyəzin.  
İpəyə bənzər sənin yəlinciyin.  
İki qoşa qardaşa bənzər sənin qulaqcığın.  
Əri murada yetirir sənin arxacığın.  
At deməzəm sana, qardaş derəm,  
Qardaşımdan yey!  
Başıma iş gəldi, yoldaş derəm,  
Yoldaşımdan yey! 
 
Hazırda  xüsusilə  Naxçıvan,  Kəlbəcər,  Laçın,  Qazax,  Gəncə,  Tovuz  və  s. 
rayonlarda  rast  gəlinən  daşdan  yonulmuş  at  fiqurları  atın  keçmişdə  el  arasında  nə 
qədər müqəddəs bir heyvan sayıldığını göstərir. 
XVI-XVII  yüzilliklərdə  düzəldilmiş  at  fiqurlarının  ən  bədii  və  orijinal 
nümunələrinə  Laçın  rayonunun  Zabux,  Seyidlər,  Soltanlar  kəndi  yaxınlığında  və 


161 
 
Gəncənin Göy İmam qəbiristanlığında rast gəliniz. 
Laçın  rayonunun  Zabux  kəndi  yaxınlığında  yerləşən  at  fiqurları  öz 
üzərindəki  oyma  bəzəkləri  ilə  daha  çox  diqqəti  cəlb  edir.  Yerli  bərk,  boz  daşdan 
yonulmuş bu at fiqurlarının uzunluğu 1,5 m, hündürlüyü 85 sm, eni isə 35 sm-dir. 
Fiqurlar 
oyma 
üsulu  ilə  insan,  quş 
təsviri,  nəbati,  həndəsi 
naxışlar  və  süls-nəsx 
yazılarla  bəzədilmişdir. 
Hər  at  fiqurunun  üstündə 
qabarıq  səpkidə  yəhər 
yonulmuşdur. 
Bundan 
əlavə, atın üzərində saçaqlı 
çul  və  atçılıqda  istifadə 
olunan 
qoşumlar 
da 
(yüyən, cilov, üzəngi və s.) 
təsvir  edilmişdir.  Onlar 
yəhərə  nisbətən  xeyli  səthi 
oyulduğu  üçün  elə  bil  ki, 
ikinci planda verilmişdir. 
Canlı təsvirlər at fiqurlarının qabaq ayaqları tərəfdə, döşə yaxın hissəsində 
həkk  edilmişdir.  Onlarda  əsas  etibarilə  lakonik  səpkidə  ov  səhnələri  ilə  əlaqədar 
mövzular təsvir olunmuşdur. Bir əlində ov quşu, ox, yayla silahlanmış gənc oğlan fiquru 
bu təsvirli oymaların əsas məzmununu təşkil edir. 
Daşdan  yonulmuş at  fiqurlarının  Azərbaycanın  müxtəlif  yerlərində ayrı-ayrı 
vaxtlarda müxtəlif sənətkarlar tərəfindən hazırlanmasına baxmayaraq, onları bir-birinə 
bənzədən çoxlu əlamətlər də vardır. Bunlar onların ümumi ölçüsündə, statik ifasında 
və xüsusilə dekorativ bəzəklərində özünü göstərir. 
Daş  at  fiqurlarının  dekorativ  bəzəklərini,  əsas  etibarilə  at  qoşumları  təşkil 
edir.  Onlar  qabarıq  bir  səpkidə  oyulub,  üzəri  bəzədilmiş  kəm,  yüyən,  quşqunluq 
(quyruğunun  altından  keçən  qayış),  tapqır  (qarnının  altından  keçən  qayışlar),  üzəngi, 
yəhər və yəhəraltı çuldan ibarətdir. 
Bəzi  hallarda  bu  at  qoşumlarının  üzəri  ardıcıl  olaraq  qabarıq  səpkidə 
paxlava,  üçkünc  naxışlarla  da  bəzədilirdi.  Bunlar  ümumiyyətlə  at  qoşumlarındakı 
qayışa taxılan gümüş, bürünc bəzəkləri xatırladırdı. Bu at qoşumları təkcə bir sənət əsəri 
kimi deyil, həm də tarixi bir fakt kimi maraqlıdır, çünki onlar eynilə skiflərdə və Mərkəzi 
Asiyanın qeyri qədim tayfalarında rast gəlinən at qoşumlarını xatırladır. 
Azərbaycan  müxtəlif  ağaclarla  zəngin  olan  ölkədir.  Burada  qoz,  armud, 
ərik, palıd, tut, şümşad, zoğal və sair qiymətli ağaclar yetişir ki, bunlardan da musiqi 
və məişət əşyaları, bədii sənət nümunələri və bir çox başqa şeylər düzəldirlər. 
XVI-XVII  yüzilliklərdən  bu  günə  qədər  gəlib  çatmış  taxta  məmulatları 
göstərir  ki,  taxtadan  düzəldilmiş  həm  məişət  əşyalarının,  həm  də  qeyri-sənət 


162 
 
nümunələrinin  üzəri  ayrı-ayrı  naxış  və  rəsmlərlə  bəzədilirmiş.  Bəzəklər  taxta 
məmulatları  üzərində  əsasən  üç  texnoloji  üsulla  icra  edilirdi:  oyma,  şəbəkə  və 
xatəmkarlıq. 
XVI-XVII  yüzilliklərdə  bədii  taxta  tərtibatı  sənətinin  ən  çox  yayılmış 
üsullarından biri şəbəkə idi. 
Şəbəkəçilik  sənəti  dekorativ-tətbiqi  sənətin  böyük  məharət  tələb  edən 
gözəl sahələrindən biridir. Şəbəkənin səciyyəvi xüsusiyyətlərindən ən başlıcası odur 
ki, hazırlanmış kiçik taxta parçalarının bir-birinə bənd olunmasında nə mismardan, 
nə də yapışqandan istifadə edilirdi. Şəbəkə bəzəyinin əsasını, həndəsi naxışlar təşkil 
edir. Bu bəzəklər  içərisində  də  dairəvi,  çoxbucaqlı,  ulduzşəkilli  xonçalar  əsas  yer 
tuturdu.  Şəbəkələrin  çoxunda  8,  10,  12,  16  və  hətta  32  guşədən  ibarət  həndəsi 
formalarda işlənmiş xonçalara rast gəlmək mümkündür. 
XVI-XVII  yüzilliklərdən  dövrümüzə  şəbəkəçilik  sənətinin  iki  gözəl 
nümunəsi gəlib çatmışdır. Bunlardan biri Qusar  rayonunun  Həzrə  kəndindəki  Şeyx 
Cüneydin  (Şah  İsmayılın  babası)  türbəsindəki  sənduqə,  o  birisi  isə  Gəncədə  Cümə 
məscidindəki minbərdir. 
Şeyx Cüneydin qəbri üstdə qoyulmuş sənduqə çox böyük deyildir. Onun 
uzunluğu 2,12 m, eni 1,20 m, hündürlüyü 1,25 m-dir. 
Böyük  çərçivələrdə  ardıcıl  taxılmış  52  ədəd  kiçik,  dördkünc  şəbəkə 
kompozisiyaları bu sənduqənin əsas bəzəyini təşkil edir. 
Şəbəkələrin ornament motivləri dördbucaqlı ulduz və çoxbucaqlı həndəsi 
xonçalardan ibarətdir. 
Əgər 
Şeyx 
Cüneyd 
sənduqəsinin 
şəbəkə 
bəzəklərinin 
əsas 
xüsusiyyətlərindən  biri  onun  birüzlü  olmasıdırsa,  Cümə  məscidindəki  minbərin 
şəbəkələri  ikiüzlüdür.  Bu  sənət  əsərində  biz  ilk  dəfə  olaraq  bu  qədər  zəngin  və 
müxtəlif növlü şəbəkə kompozisiyalarına rast gəlirik. 
8-12 bucaqlı ulduzlar, çoxbucaqlı həndəsi xonçalar, rombvari naxışlar və 
s. kompozisiyalar bu sənət əsərinin bəzəyidir. 
Azərbaycanda  keramika  sənəti  XVI-XVII  yüzilliklərdə  də  öz  inkişafından 
qalmamışdır. Müxtəlif şəhərlərdə istehsal  edilən keramika  ticarət  vasitəsilə bir sıra 
Şərq və Qərb ölkələrinə yayılırdı. 
Yazılı  mənbələrə  görə  bu  dövrdə  Azərbaycanda  saxsı  qabların,  həm  də 
memarlıq  abidələrində  tətbiq  edilən  kaşı  məmulatların  istehsalının  əsas  mərkəzləri 
Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Naxçıvan və Gəncə şəhərləri olmuşdur. 
Tədqiqat  göstərir  ki,  bu  əsrlərdə  Azərbaycanda  düzəldilmiş  saxsı  və  kaşı 
məmulatları  həm  texniki  icrası,  həm  də  bədii  tərtibatı  cəhətdən  çox  mürəkkəb 
olmuşdur.  Lakin  texniki  üsulların  inkişafına,  rəsmlərin,  ornament  motivlərinin 
mürəkkəb kompozisiyalarda verilməsinə baxmayaraq, onlar yenə də əvvəlki dövrlərdə 
olduğu kimi, sırf  yerli xüsusiyyət daşıyırdı. Bu xüsusiyyət əsas etibarilə özünü əşya 
üzərində tətbiq olunan bəzəklərin forma və məzmununda göstərirdi. 
Bu  əsrlərdə  düzəldilmiş  keramika  sənəti  nümunələri  üzərində  biz  bədii 
üslub xüsusiyyəti ilə yanaşı, dövrün ən sevimli ornament motivi və süjetlərinə də 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə