A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə63/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   59   60   61   62   63   64   65   66   ...   116

158 
 
qiymətlisi  daşdan  yonulmuş  qoç  fiqurlarıdır.  Daş  qoç  fiqurlarımız  haqqında  ilk 
məlumatlara  biz  hələ  XIX  yüzilliyin  əvvəllərində  rast  gəlirik.  1834-cü  ildə 
Azərbaycanda olmuş fransız səyyahı Dyubua-de Monpere Qarabağda çoxlu daş heyvan 
fiqurları gördüyünü və yerli əhalinin onlara xüsusi hörmət bəslədiyini qeyd etmişdir. 
Daş  fiqurlarımız  haqqında  maraqlı  qeydlərə  rus  alimi  V.M.Sisoyevin 
yazılarında  da  rast  gəlirik. 1926-1927-ci  illərdə  Azərbaycanın  Naxçıvan,  Ordubad, 
Laçın və s. rayonlarında olmuş rus alimi V.M.Sisoyev yazır ki, yerli əhali burada tez-
tez təsadüf olunan qoç fiqurlarını müqəddəs sayaraq ona sitayiş edir, hətta bu fiqurları 
bəzən qədim qəbiristanlıq xarabalarından, dağlardan və s. yerlərdən taparaq, hörmət 
əlaməti olaraq öz qohumlarının məzarı üzərinə qoyurlar... Naxçıvanın şərqində köhnə 
qəbiristanlıq yaxınlığında daşdan yonulmuş, uzunluğu 1,50 sm, hündürlüyü 62 sm, eni 
40  sm  olan  qıvrım  buynuzlu  bir  qoç  fiquru  gördüm.  Burada  uşaqları  olmayan 
qadınlar  arasında  belə  bir  şayiə  yayılmışdır  ki,  kim  bu  qoçun  ayaqları  arasından 
sürünərək  o  biri  tərəfə  keçərsə,  onun  mütləq  uşağı  olacaqdır.  Əsrin  əvvəllərində 
yaşamış görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir  Çəmənzəminli "Qızlar bulağı" 
əsərində  qoçun  müqəddəs  heyvan  sayıldığını  və  ona  azərbaycanlılar  tərəfindən 
itaət edildiyini xüsusi qeyd edir: 
 
Gəldik çeşməyə, 
 Sudan içməyə,  
Ağca qoçlara,  
Təzim etməyə. 
 
Daş  qoç  fiqurlarımızın  keçmişdə  el  arasında  totem  xarakteri  daşıması 
haqqında məlumatlar çoxdur. 
Lakin  bu  gün  o  bizi  keçmiş  mənasına  görə  deyil,  daha  çox  bədii 
xüsusiyyətinə  görə  maraqlandırır.  Bu,  doğrudan  da  belədir.  Çünki  keçmişin 
yadigarı sayılan hər bir abidə  heç də təkcə onu yaradan xalqın dini əqidəsini və ya 
fəlsəfi görüşünü əks etdirmir. 
Yurdumuzun  müxtəlif  yerlərində  ayrı-ayrı  vaxtlarda  yaradılmış  daş  qoç 
fiqurları vasitəsilə biz ilk baxışda plastik sənətimizin tarixi, bədii üslub xüsusiyyətilə 
yaxından tanış oluruq. 
Keçmiş dövrün plastik sənəti haqqında ümumi məlumat almaqla bərabər, daş 
qoç bizdə onu düzəldən ustanın fərdi  yaradıcılığı,  kompozisiya, rəsm, daşı kəsmə, 
oyma bacarığı və s. barəsində də lazımi təsəvvür əmələ gəlməsinə səbəb olur. 
Bundan  əlavə,  daş  qoç  fiqurlarımız  yarandığı  mühitin  təbiətindən, 
daşından  və  ənənəsindən  asılı  olaraq  o  yerin  bədii  sənət  üslubu  haqqında  da 
maraqlı məlumatlar verir. 
Daşdan yonulmuş qoç fiqurları müxtəlif və orijinal bədii üsluba mənsubdur. 
Respublikamızın cənubunda, xüsusilə Lerik rayonunda təsadüf edilən qoç fiqurları 
həcminin  böyüklüyü,  quru  və  şərti  dekorativliyi  ilə  fərqlənir.  Lerikdən  3-4  km 
aralı, hündür təpə üzərində yerləşən bu fiqurlara diqqətlə nəzər yetirdikdə asanlıqla 


159 
 
kəsilmiş, lakin hamarlanmamış hissələr nəzəri cəlb edir. Adama elə  gəlir  ki,  usta 
bilə-bilə əsərini tamamlamamış, yarımçıq qoymuşdur. 
Fiqurlar üzərində arabir təsadüf edilən ornament motivləri də (ox-yay, qılınc 
və s.) şərti dekorativ bir səpkidə icra olunmuşdur. Lerik rayonunda təsadüf olunan 
daş  qoç  fiqurlarının  belə  şərti  dekorativ  üsulda  işlənməsi  çox  güman  ki,  tək  onu 
düzəldən  sənətkarın  fərdi  yaradıcılıq  xüsusiyyətlərindən  irəli  gəlməmiş,  daha  çox 
onların olduqları yerlə, yəni uzaq məsafədən görünməsi ilə əlaqədar olmuşdur. 
Gəncə, Qazax, Ağdam,  Laçın rayonlarında olan daş qoç  fiqurlarının  da  bir 
çox özünəməxsus xüsusiyyəti vardır. Bu ərazinin daş qoç fiqurları daha çox uzaq 
keçmişlərin  arxaik sənət  nümunələrini xatırladır. Uzunluğu 80-90 sm,  hündürlüyü 
50-60  sm-dən  böyük  olmayan  bu  abidələr  öz  monumentallığı,  formalarının 
ümumiləşdirilmiş bir səpkidə icrası ilə diqqəti cəlb edir. 
Naxçıvan,  Ordubad,  Şahbuz,  Gədəbəy  və  qonşu  Ermənistan  ərazisindəki 
Azərbaycan  kəndlərində  təsadüf  edilən  daş  qoç  fiqurları  başqa  yerlərdəki  bu  tipli 
abidələrdən həm real təsviri, həm də zəngin bədii tərtibatı ilə fərqlənir. 
Həmin ərazidə olan qoç fiqurları ölçü etibarilə çox müxtəlifdir. Onlardan ən 
böyüyünün  uzunluğu  150  sm,  hündürlüyü  110  sm,  ən  kiçiyinin  uzunluğu  45  sm, 
hündürlüyü 30 sm-dir. 
Qeyd etdiyimiz daş qoç fiqurlarının dekorativ bəzəklərini nəbati, həndəsi, 
ornament  motivləri,  yazılar,  bəzi  hallarda  isə  əsil  mənada  süjet  xarakterli 
kompozisiyalar  təşkil  edir.  Bu  fiqurların  dekorativ  bəzəkləri  orta  əsr  şərqinin  ən 
gözəl  monumental əsərləri  kimi dəbdəbəli  yox,  yığcam və lakonik bir səpkidə icra 
edilmişdir. Bu bəzəklərə  yaxından  baxdıqda  onlar  sanki  canlanır,  diqqəti  daha  çox 
cəlb  edir  və  dəqiqləşir.  Bu  daş  qoç  fiqurlarının  Azərbaycanın  başqa  yerlərində 
təsadüf edilən bu tipli abidələrə nisbətən xeyli real təsvir olunmasına  baxmayaraq, 
onlarda  da  uzaq  keçmişin  sənətinə  xas  olan  ənənəvi  cəhətlər  nəzərə  çarpır.  Bunlar 
insan  təsvirlərini  həyatda  və  cəmiyyətdə  tutduqları  mövqedən  asılı  olaraq  müxtəlif 
ölçülərdə  -  insan,  heyvan,  quş  fiqurlarının  bədənlərinin  ayrı-ayrı  vəziyyətdə 
göstərilməsində  özünü  büruzə  verir.  Bu  baxımdan  Sisyan  rayonunun  Urud  kənd 
qəbiristanlığında yerləşən 1578-ci il tarixli qoç fiquru xüsusilə diqqəti cəlb edir. 
Daş qoç fiqurunun dekorativ bəzəkləri qoçun belində stilizə edilmiş nəbati 
naxışlardan  və  sağ hissəsində  həkk  olunmuş süjetli kompozisiyadan ibarətdir. Üfüqi 
bir səpkidə qoçun quyruq hissəsindən tutmuş boynunadək uzanan bu kompozisiyada 
məzar daşlarında tez-tez təsadüf edilən ov səhnəsi təsvir olunmuşdur. 
Daş  qoç  fiqurunun  üzərindəki  süjetli  kompozisiyanın  ən  maraqlı  hissəsi 
qoçun sağ qabaq ayağı tərəfdə döşdə oyulmuş təsvirlərdir. Burada elə bil ki, mehrab 
qarşısında  dayanıb  iki  əlini  yuxarı  qaldırmış  dikpapaqlı  bir  kişi  təsvir  edilmişdir. 
Alimlər bu tipli dini ayinləri şamanizmlə əlaqələndirirlər. 
Maraqlı  burasıdır  ki,  bu  süjet  Urud  kəndində  təsadüf  edilən  daş 
sənduqələrin əksəriyyətində əks olunmuşdur.  Qeyd olunan motiv azərbaycanlıların 
uzaq  keçmişdə  Mərkəzi  Asiyada  yaşayan  tayfalarla  əlaqəsi  olduğunu  göstərir. 
Azərbaycan mədəniyyətini uzaq keçmişlərdə Mərkəzi Asiya ilə sıx əlaqəsini təkcə 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə