A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə59/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   55   56   57   58   59   60   61   62   ...   116

146 
 
başqa yerlərdə toxunan xalçalara nisbətən daha çox real ünsür olduğunu qeyd edirlər. 
Əgər Gəncə, Qazax, Şirvan və s. yerlərdə toxunmuş xalçalardakı bəzəklərə 
nəzər  yetirsək,  rəsmlərin  xeyli  stilizə  olunduğunu,  beləliklə  də  sxematik  şəklə 
salındığını aydın görərik. 
Azərbaycan xalçalarımızdakı bəzək müxtəlifliyini ilmə sıxlığının çox və ya az 
olması  ilə  izah  edirlər.  Həqiqətən  ilmə  sıxlığı  çox  olan  xalçalarda  daha  real  və  zərif 
rəsmlərə, ilmə sıxlığı az olan xalçalarda isə sxematik və nisbətən primitiv bəzəklərə 
rast gəlinir. 
XVI-XVII  yüzilliklərdə  Azərbaycanda  yüksək  səviyyəli  ornamental 
xalçalarla  yanaşı,  bədii  xarakter  daşıyan  süjetli  xalçalar  da  toxunurdu.  Bunlardan 
ovçuluq,  bağ-bağça  adı  ilə  məşhur  olan  müxtəlif  kompozisiyalı  xalçaları,  məişət 
səhnələrini, klassik Şərq poemalarından götürülmüş epizodları və s. göstərmək olar. 
Ovçuluq xalçaları içərisində XVI yüzillikdə Təbrizdə qızıl və gümüş iplərlə 
toxunmuş, hazırda Londonun Viktoriya və Albert muzeyində nümayiş etdirilən xalça 
xüsusilə məşhurdur. Uzunluğu 132 sm, eni isə 104 sm olan bu kiçik xalçada gül-çiçək 
naxışlarının  fonunda  şir,  pələng,  canavar,  ceyran  və  s.  heyvan  təsvirləri  əks 
etdirilmişdir.  Bu  təsvirlər  adi,  sakit  vəziyyətdə  deyil,  çox  canlı  və  hərəkətdə 
verilmişdir. Buradakı ceyranı parçalayan pələng  təsviri  xüsusilə böyük  məharət  və 
ustalıqla  işlənmişdir.  Xalça  hər  tərəfdən  içərisində  məlaikə  təsviri  olan  üçkünc 
formalı, haşiyəli qübbələrlə bitir. 
Budapeşt Dekorativ Sənətlər Muzeyində saxlanılan XVI yüzilliyə aid xalça 
fraqmentinin süjetli rəsmləri daha mürəkkəbdir. 
Başqa xalçalarımızda olduğu kimi, bu xalça da enli ara sahə və üçhaşiyəli 
yeləndən  ibarətdir.  Xalının  ən  maraqlı  hissəsini  ara  sahənin  mərkəzində  yerləşən 
kətəbə  təşkil  edir.  Kətəbənin  içərisində  miniatür  sənətinə  xas  olan  səpkidə  saray 
həyatından götürülmüş ziyafət  təsvir  olunmuşdur. Kompozisiyanın  mərkəz hissəsini 
dəbdəbəli,  bəzənmiş  taxtda  oturmuş  gənc  təşkil  edir.  Qızılbaşlara  mənsub  zəngin 
libas geymiş gənc sağ əlini qaldırıb, elə bil nitq edir. Onu əhatə edən əyan və saray 
xidmətçilərinin diqqəti bütünlüklə onda cəm olunmuşdur. 
Təsvir etdiyimiz hadisə, ətrafına hündür hasar çəkilmiş və silahlı gözətçilərlə 
qorunan  gözəl  bir  bağda  vaqe  olur.  Belə  süjetli  kompozisiyanın  rəng  vəhdəti  də, 
məzmunu  da  rəngarəngdir.  Tünd-göy  rəngli  səmanın  fonunda  verilmiş  qızılı-sarı 
çiçək açmış ağac və insan fiqurları bu kompozisiyaya xüsusi bir hərarət verir. 
Kətəbənin daxilində verilən təsvirlər həm rəng, həm də məzmun etibarilə 
xalçanın ara sahəsində verilən təsvirlərdən fərqlənir. Xalçanı toxuyan sənətkar, elə 
bil ki, qəsdən saraydan kənardakı həyatı sönük, faciələrlə dolu olan bir mənzərədə 
təsvir etmişdir. 
Boz-qızılı  rəngli  səhranı  andıran  xalçanın  bu  hissəsində  yırtıcı  heyvanlarla 
otyeyən heyvanların mübarizə səhnəsi təsvir edilmişdir. 
Təsvirlər  içərisində  kətəbənin  üst  tərəfində  solda  iti  bir  hərəkətlə  kəlin 
üstünə sıçrayıb onu parçalayan bəbir rəsmi, xüsusilə canlı və həyati verilmişdir. 
Xalçanın  yeləni  onun  ara  sahəsində  rast  gəlinən  rənglər  vəhdətində 


147 
 
yarpaq,  çiçək,  qıvrım  budaq  rəsmlərindən  təşkil  edilmişdir.  Şərq  aləmində  geniş 
yayılmış islimi kompozisiyası əsasında qurulmuş bu nəbati bəzəklər xalçaya xüsusi 
bir gözəllik verir. 
Parisin  Dekorativ 
Sənətlər 
və 
Luvr 
muzeylərində 
saxlanılan 
xalçalarımız  da  həm  bədii, 
həm  də  texnoloji  cəhətdən 
diqqəti  cəlb  edir.  Xüsusi 
sifarişlərlə  XVI  yüzillikdə 
Təbriz 
karxanalarında 
toxunmuş  bu  nadir  xalq 
sənəti örnəklərinin gözəlliyi 
ondan  ibarətdir  ki,  onların 
hər  biri  nümunəvi  xarakter 
daşıyır.  Həmin  xalçaların 
əksəriyyəti  mövzu  etibarilə 
ənənəvi  xarakter  daşısa  da, 
yəni  əsasən  ovçuluq  və 
bağ-bağça  səhnələrinə  həsr 
edilsə 
də 
kompozisiya 
etibarilə  müxtəlifdir.  Bu 
baxımdan eyni mövzulu iki 
xalçanı  nəzərdən  keçirək. 
Birinci xalça Parisin Dekorativ Sənətlər Muzeyindədir. Uzunluğu 410, eni 350 sm 
olan  bu  xalçanın  ara  sahəsində  tünd  rəngli  oraamental  kətəbə  verilmişdir. 
Kətəbənin yelənə qədər olan boşluqlarında əfsanəvi bir bağ təsvir olunmuşdur. 
Burada təbiətin ən gözəl fəsli - yaz verilmişdir. Meyvə ağacları: alma, ərik, 
rəngbərəng  çiçəklər  açmış,  sərv  ağacları  isə  yamyaşıl,  qələm  tək  göylərə 
uzanmışdır. 
Gül-çiçək  və  budaqlar  üzərinə  qonmuş  quşlar  sanki  bu  gözəlliyə  məftun 
olaraq  cəh-cəh  vururlar.  Ağac  kölgəsində  ritmik  hərəkətdə  verilən  bəbir,  tülkü  və 
ceyran sanki bu sakitliyi pozmağa cəhd edirlər. Xalçanın üçhaşiyəli yeləni ara sahədə 
verilən bəzəklərlə ümumi bir uyğunluq təşkil edir. Bu həm onların rəngində, həm 
də ornamental bəzəklərində özünü büruzə verir. 
Parisin Luvr muzeyində nümayiş etdirilən XVI yüzilliyə aid xalçamız mövzu 
etibarilə  bundan  əvvəl  təsvir  olunan  xalçaya  bənzəsə  də,  ondan  həm  ümumi 
kompozisiya, həm də ornament bəzəklərinə görə xeyli fərqlənir. 
Uzunu  783,  eni  379  sm  ölçüdə  olan  bu  xalça  üçhaşiyəli  yelən  və  enli  ara 
sahədən ibarətdir. Ara sahənin mərkəz hissəsində böyük həcmdə ornamental kətəbə 
verilmişdir.  Kətəbənin  içərisində  nəbati  ornament  ünsürləri  və  simmetrik  səpkidə 
qurulmuş  4  əjdaha  ilə  simurq  quşunun  mübarizə  səhnəsini  təsvir  edən  süjet  əks 


148 
 
olunmuşdur. Kətəbədən  yuxarı və aşağı hissələrdə xalça boyu çoxlu ağac, gül-çiçək, 
heyvan, quş və dörd eyni tipli insan fiqurları yerləşdirilmişdir. Simmetriya əsasında 
qurulmuş bu təsvirlər öz həyatiliyi və dəqiq işlənməsi ilə diqqəti cəlb edir. Buradakı 
təsvirlər  içərisində  xalça  üzərində  4  dəfə  təkrar  olunan,  ceyranın  üstünə  atılıb onu 
parçalayan pələng fiquru xüsusilə canlı verilmişdir. 
Fransız  sənətşünaslarının  verdiyi  məlumatlara  görə  bu  yüksək  bədii 
xüsusiyyət daşıyan sənət əsəri əvvəllər Paris Notrdam kilsəsinin xüsusi əmlakı olmuş 
XX yüzilliyin əvvəllərində dövlət tərəfindən nəzarət altına alınaraq, geniş  tamaşaçı 
kütləsinə göstərilmək üçün Luvr muzeyinə gətirilmişdir. 
Azərbaycanda bu dövrdə yüksək keyfiyyətli xovlu xalçalarla yanaşı, külli 
miqdarda  xovsuz  xalça  məmulatı  -palaz,  cecim,  kilim,  şəddə,  vərni  də  istehsal 
olunurdu. 
Xovsuz  xalça  məmulatı  istehsalı,  xüsusilə  Qarabağ,  Gəncə,  Qazax  və 
Şamaxıda çox şöhrət tapmışdı. Xovsuz xalçalar nisbətən sadə və az bəzəkli toxunsa 
da, rəngləri və bəzəklərinin sxematik bir tərzdə ifadəsi ilə diqqəti cəlb edir. Xovsuz 
xalça  məmulatı  üzərində  bir  qayda  olaraq,  rəngli  zolaqlara,  dördbucaq,  paxlava, 
çarpaz,  qıvrım  xətlərə  və  s.  həndəsi  fiqurlara  rast  gəlirik.  Mənşəyi  etibarilə  qədim 
dövrlərə  aid  olan  sxematik  bəzəklər  əslində  real  varlıqda  rast  gəldiyimiz  əşyaları 
təsvir edir. Xovsuz xalçalarımızın bəzək xüsusiyyətlərindən biri də ondan ibarətdir 
ki, onlar xovlu xalçaların üzərindəki nəbati ornamentlər kimi, başqa bəzək ünsürləri 
ilə bağlı olmur, hər bir ornament ünsürü nisbətən sərbəst təsvir olunur. 
Xovsuz  xalçalarda  arabir  nisbətən  real  səpkidə  çəkilmiş  insan  və  heyvan 
fiqurlarına  da  rast  gəlirik.  Belə  xovsuz  xalçalarımız  sırasına  XVII  yüzillikdə 
Qarabağda toxunmuş və hazırda  Tbilisidə  Gürcüstan  Dövlət İncəsənət  Muzeyində 
saxlanılan şəddəni və s. daxil edə bilərik. 
XVI-XVII yüzilliklərdə metaldan ev avadanlığı, silah və bəzək nümunələri 
düzəltmək  Təbriz,  Ərdəbil,  Marağa,  Xoy,  Naxçıvan,  Gəncə,  Şamaxı  və  Bakı 
şəhərlərində xüsusilə geniş inkişaf etmişdi. 
Bu əsrlərdə əməyin ixtisaslaşması təkcə düzəldilənə növləri sahəsində  yox, 
şəhərlər arasında da özünü büruzə verməyə başlamışdı. Məsələn, Ərdəbil şəhərinin 
bədii  metal  məmulatları  düzəltməkdə  inkişaf  etmiş  mərkəzlərdən  sayılmasına 
baxmayaraq,  Şeyx  Şəfi  türbəsinin  gümüş  barmaqlıqlarını  düzəltməyi  Gəncə 
sənətkarlarına,  bakılılar  isə  İçərişəhərin  dəmir  qapılarını  Naxçıvan  dəmirçilərinə 
sifariş etmişlər. 
XVI-XVII  əsrlərdə  Azərbaycan  sənətkarları  tərəfindən  hazırlanmış  silah 
(xəncər,  qılınc,  toppuz,  qalxan)  və  zirehli  geyimlər  (başlıq,  dirsəklik,  dizlik  və  s.) 
xaricdə xüsusilə geniş şöhrət tapmışdır. 
Xarici  ölkə  səyyahları  bu  əsrlərdə  Azərbaycan  silahlarının  başqa  ölkələrlə 
yanaşı, Moskvada daha geniş yayıldığını xüsusi qeyd edirlər. Rus mənbələrində biz bu 
əsrlərdə Şamaxıda düzəldilmiş silahların adlarına tez-tez təsadüf edirik. 
Belə  mənbələrin  birində  rus  çarı  Boris  Qodunovun  Şamaxı  sənətkarları 
tərəfindən düzəldilmiş səkkiz ədəd bəzəkli zirehli başlıqlarından bəhs olunur. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə