A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə58/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   54   55   56   57   58   59   60   61   ...   116

143 
 
geniş yayılmış sənətlərdən birinin xalçaçılıq olduğunu qeyd edirlər. 
Onların  verdiyi  məlumatlara  görə,  bu  əsrlərdə  xalçaçılıq  sənəti  o  qədər 
inkişaf etmişdi ki,  şəhərlərdə  xarici  bazarlar üçün xalça toxuyan xüsusi karxanalar 
təşkil olunmuşdu. 
İngilis diplomat  və  tacirləri  bu  əsrlərdə  Azərbaycanda  ən  nəfis  xalçaların 
Təbriz  və  Şamaxıda  toxunduğunu  qeyd  edirlər.  Onların  verdiyi  məlumatlara  görə, 
Azərbaycan  xalçaları  bu  vaxt  nəinki  ənənəvi  olaraq  Qərbi  Avropa  ölkələrinə 
(İtaliya, Fransa, İngiltərə və s.), hətta Rusiyaya da külli miqdarda ixrac olunurdu. 
Heç  təsadüfi  deyil  ki,  bu  əsrin  rus  arxiv  sənədləri  arasında  1684-1688-ci  illərdə 
Şamaxıdan  Rusiyaya  satışa  göndərilmiş  bir  çox  xalçaların  adlarına  rast  gəlirik. 
İngilis  səyyahı  və  diplomatı  A.Cenkinsonun  1562-ci  ildə  Şamaxıda  olduğu  vaxt 
burada  qızıl-gümüş  saplarla  toxunan  nadir  xalçalar  haqqında  ingilis  kraliçası 
Yelizavetaya verdiyi məlumat da maraqlıdır. 
Təbrizdə  bu  əsrlərdə  o  qədər  çox  xalça  toxunurdu  ki,  1558-ci  ildə  türk 
sultanı  Bəyazid  Təbrizə  gələrkən  şəhərin  30  min  nəfər  adam  tutan  Sahibabad 
meydanı əlvan xalılarla döşənmiş və bəzədilmişdi. 
Mənbələr  göstərir  ki,  bu  dövrdə  toxunan  bəzi  nümunəvi  xalçaların 
yaradılmasında  yalnız  toxucu  deyil,  onunla  birlikdə  dövrün  ən  görkəmli  rəssamları 
da iştirak edirdilər. 
Peşəkar  rəssamın  qabaqcadan  hazırlanan  eskizləri  əsasında  yaradılan  bu 
xalçalar zərif və dəqiq rəsmləri, kompozisiyasının tamlığı ilə fərqlənsə də, həmin iş 
qaydasının  bəzi  qüsurları  da  var  idi.  Məlum  olduğu  kimi,  xalça  əsil  mənada  bir 
toxucunun  əməyinin  məhsuludur.  O,  əsrlər  boyu  xalçanın  həm  toxucusu,  həm  də 
rəssamı  olmuşdur.  XVI-XVII  yüzilliklərdə  xüsusi  sifarişlərlə  toxunmuş  bir  çox 
Azərbaycan xalçaları isə sırf xalq yaradıcılığından daha çox peşəkar saray incəsənəti 
nümunəsini xatırladır. 
Bu  dövr  Azərbaycan  xalçaları  məzmun  etibarilə  də  çox  rəngarəng  və 
mürəkkəbdir. Onların üzərində insan, heyvan rəsmləri, gül-çiçək naxışları ilə yanaşı, 
əsil mənada real səpkidə toxunmuş süjetli kompozisiyalara da rast gəlirik. 
XVI-XVII  yüzillikdə  Azərbaycan  xalçalarında  dövrün  ən  çox  yayılmış 
bəzək  ünsürlərindən  olan  nəbati  ornamentlərə  daha  çox  rast  gəlirik.  Gül-çiçək, 
bulaq,  ağac  ünsürlərinin  birləşməsindən  əmələ  gələn  ornamentlər  xalça  üzərində 
nisbətən səthi üslubda verilsə də, burada dövrün ənənəvi nəbati bəzəklərindən olan 
sərv,  nar,  ərik  ağaclarının,  lalə,  qızılgül,  qərənfil,  nərgiz  və  s.  güllərin  təsvirlərini 
asanlıqla seçə bilirik. 
Xalça  üzərində  adətən  ahənglə  qurulmuş  nəbati  ornamentlərdə  budaqlar 
əsas  ana  xətti,  gül-çiçək  və  yarpaqlar  isə  əlavə  ünsürləri  təşkil  edirdi.  Bu  dövrün 
xalçaları  arasında  1530-cu  ildə  Ərdəbildə  Şeyx  Səfi  məscidi  üçün  toxunmuş, 
hazırda Nyu-Yorkun Metropoliten muzeyində saxlanan xalını, 1539-cu ildə Təbrizdə 
yenə  həmin  məscid  üçün  toxunmuş  və  indi  Londondakı  Viktoriya  və  Albert 
muzeyində olan xalını və s. göstərmək olar. 
Bu  dövrdə  yaradılmış  xalçalar  içərisində  1539-cu  ildə  Təbrizdə  Şah 


144 
 
Təhmasib sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş xalını (elm aləmində bu xalı 
Şeyx Səfi adı ilə məşhurdur) xüsusilə qeyd etmək lazımdır. 
Mənbələr göstərir ki, bu xalı vaxtilə "Şeyx Səfi" məqbərəsində saxlanırmış. 
Yerli  hakimlər  bu  nadir  sənət  əsərini  "Şeyx  Səfi"  kompleksinin  uçulub  dağılmış 
hissələrini təmir etmək üçün 1883-cü ildə Təbrizdəki Seqler İngilis  şirkətinə satır. 
Beləliklə, xalı şirkət vasitəsilə alınaraq Londona göndərilir. Burada o bir müddət Ven 
Sen  Robinson  şirkətində  qalır  və  ilk  dəfə  olaraq  bu  şirkət  vasitəsi  ilə  Londonda 
nümayiş  etdirilir.  Elə  oradada  ona  2500  funt  sterlinq  qiymət  qoydular.  Bir  müddət 
keçdikdən sonra bu xalını xalqdan  yığılan pulun hesabına  (1893-cü ildə) Viktoriya 
və Albert muzeyinə alırlar. 
Hələ  o  vaxtlar  Londonda  çıxan  "Qardiyan"  qəzeti  bu  xalını  dünyada 
indiyə qədər qalan xalıların ən gözəli ... adlandırmışdır. 
"Şeyx  Səfi"  xalısı  özünün  nadir  bəzək  kompozisiyası,  ornament 
motivlərinin  orijinallığı  və  tətbiqi  baxımından  dünyada  yeganə  xalı  hesab  edilə 
bilər. 
Bəzəkləri  müxtəlif  gül-çiçək  rəsmlərindən  ibarət  olan  bu  xalı  öz 
rəngarəngliyi  və  buradakı  rənglərin  bir-birinə  olan  vəhdəti  ilə  insanı  valeh  edir. 
Xalının  ən  gözəl  hissəsini  onun  mərkəzində  yerləşən  çoxguşəli  mozaikaya  bənzər 
qönçə  təşkil  edir.  Qönçəyə  hər  tərəfdən  yaşıl,  qırmızı,  sarı  rəngli  16  kiçik  dairəvi 
qübbə bənd edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xalıya  rənglər  ardıcıl  olaraq,  rəngşünaslıq  elminin  tələbləri  əsasında  elə 
düzgün  yerləşdirilmişdir  ki,  böyük  qönçə  günəşi,  ətrafındakı  kiçik  qübbələr  isə 
şüaları  xatırladır.  Bundan  əlavə,  xalının  ara  sahəsinin  yuxarı  və  aşağı  hissələrində 
böyük  zəngin  bəzəkli  qırmızı  və  şəkəri  rəngli  qəndil  də  vardır.  Bu  xalı,  təkcə  ideal 
gözəlliyi  deyil,  orta  əsr  mistik-fəlsəfi  baxışların  təcəssümünü  də  əks  etdirir. 
Məsələn, ortadakı turuncun sarı rəngli olması işıq saçan günəşə işarədir. Xalçanın ara 
sahə yerliyinin qaraya çalan sürməyi rəngdə verilməsi göy üzünü ifadə edir. Sürməyi 
yerlik üzərində səpələnən şəkəri, qırmızı ornamentlər isə ulduzlara işarədir. Bundan 


145 
 
əlavə xalının həm kompozisiya cəhətdən, həm də rənginə görə əsasən 7 planetə xas 
olan 7 intensiv rəngdən istifadə edilməsi və s. bəzək elementləri müxtəlif mənalar kəsb 
edir. 
"Şeyx  Səfi"  xalısı  "türk  baf”  texniki  üslubunda  toxunmuşdur.  Onda  32 
milyon  ilmə  vardır.  Bədii  və  texnoloji  xüsusiyyətlərinə  görə  Təbriz  xalçaçılıq 
məktəbinin məhsuludur. Axırıncı məlumatlara görə onun eni 5,34 metr, uzunu 11,50 
metrdir. Ümumi ölçüsü 61 kv. metrdir. 
Bu nümunəvi xarakter kəsb edən sənət əsəri barədə  dünya alimləri çoxlu 
elmi  araşdırmalar  aparmışlar.  Lakin  bu  yaxınlarda  məlum  olmuşdur  ki,  sözü  gedən 
"Şeyx Səfi" xalısının iki əlavə variantı da var. 
Onlardan nisbətən kiçik olan ikincisi hazırda Los-Ancelesin Kauntay qraf 
muzeyində saxlanılır. 
Aparılmış  elmi  araşdırmalar  göstərir  ki,  bu  xalı  da  Viktoriya  və  Albert 
muzeyində  saxlanılan  xalı  kimi  Ərdəbildə  Şeyx  Səfi  məqbərəsində  olmuş,  onunla 
birlikdə məscidin təmiri ilə bağlı xərclərini ödəmək üçün həmin şirkətə satılmışdır. 
Deməli, bu xalı da elə o vaxtlar İngiltərəyə gətirilib. Birincisi, Viktoriya və 
Albert  muzeyinə  satılıb  və  hazırda  orada  nümayiş  etdirilir.  İkincisi  isə,  Los-
Ancelesdə  Kauntay  muzeyindədir.  Əldə  edilən  məlumatlara  görə,  ikinci  xalını 
Mançester sakini Ziqler hələ o vaxtlar amerikalı kolleksioner Yerkisə satır və xahiş 
edir  ki,  onu  bir  müddət  nümayiş  etdirməsin.  Yerkis  öldükdən  sonra  onu  Los-
Anceles muzeyi alıb nümayiş etdirir. 
Lakin bununla "Şeyx Səfi" adını almış eyni kompozisiya və bədii tərtibatlı 
xalıların  tarixi  bitmir.  Lap  bu  yaxınlarda  "Röyter"  və  s.  informasiya  agentliklərinin 
verdiyi  məlumatlara  görə,  Şeyx-Səfi  xalısının  yeni,  yəni  üçüncü  variantı  da  aşkar 
edilmişdir. Onu İran İslam Respublikasının rəsmi dairələri 4,5 milyon dollara bir şəxsi 
kolleksionerdən alıb İrana gətirmişlər. 
Şeyx  Səfi  tipli  ornamental  xalılar  əsasən  Təbriz  və  Ərdəbil  şəhərlərində 
toxunurdu. Azərbaycanın Şirvan, Qarabağ, Gəncə, Qazax və s. yerlərində toxunan 
xalçalar  ornamentlərinin  məzmunu  etibarilə  həmin  xalçalara  oxşasa  da  üslub 
xüsusiyyətlərinə  görə  onlardan  fərqlənirlər.  Bu  əsrlərdə  Şirvanda  toxunmuş  və 
hazırda  Amerikanın  Pensilvaniya  muzeyində  və  yenə  XVII  yüzillikdə  Qarabağda 
toxunmuş  və  indi  Qərbi  Almaniyanın  Düsseldorf  şəhər  muzeyində  saxlanılan 
xalçaları nəzərdən keçirək. 
Stilizə olunmuş nəbati ornamentlərlə bəzədilmiş Şirvan xalçasının ara sahəsində 
xalça boyu  üç cərgə iti dilimləri  olan uzun sxematik rəsmlər verilmişdir. Bəzəklərin 
hər  birinin  yuxarı  hissəsində  qarşı-qarşıya  duran  iki  üçbucağa  bənzər  xətt  vardır. 
Diqqətlə  baxdıqda  bu  ornamentlərin  dekorativ-tətbiqi  sənətimizdə  geniş  yayılmış 
ənənəvi bəzək elementləri olduğunu görürük. Burada təsvir olunmuş uzunsov, itidilimli 
rəsm sərv ağacını, qarşı-qarşıya duran simmetrik naxışlar isə quşu təsvir edir. Buradakı 
ornament  motivləri,  hətta  kompozisiya  Təbriz,  Ərdəbil  xalçaları  üçün də səciyyəvidir. 
Bununla belə, Şirvan xalçası Təbriz, Ərdəbil xalçalarından fərqlənir. 
Tədqiqatçılar Təbriz və Ərdəbildə toxunmuş xalıların rəsm və naxışlarında 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə