A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə56/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   52   53   54   55   56   57   58   59   ...   116

138 
 
Hazırda  Moskvada  Şərq  Xalqları  Muzeyində  XVI  yüzillikdə  Təbrizdə 
toxunmuş bir ipək parça saxlanılır. Bu ipək 
parçanın  al-qırmızı  yerliyi  üzərində 
"qızılbaşlara"  məxsus  paltar  geymiş  bir 
gənc atlı təsvir olunmuşdur. O öz kəməndi 
ilə  bir  nəfəri  tutub  darta-darta  hara  isə 
aparır.  Əsir  düşmüş  şəxsin  geyimi, 
başındakı araqçını, mil-mil xalatı və etnik 
tipi  onun  Orta  Asiya  xalqlarına  mənsub 
olduğunu bildirir. 
Araşdırmalar  göstərir  ki,  bu 
parça  əvvəllər  İstanbulda  antik  mallar 
alverçisi 
M.Kələkyanda 
olmuşdur. 
Sonradan  məlumdur  ki,  satıcı  bu  nadir 
parçanı bir neçə hissəyə bölərək müxtəlif 
şəxslərə  satmışdır.  Hazırda  bu  parçanın 
bir  hissəsi  Kiyevdə,  Qərb  və  Şərq 
İncəsənəti  Muzeyində,  o  biri  tikəsi 
Moskvadakı Şərq xalqları muzeyindədir. 
M.Kələkyan  əsrin  əvvəllərində  İstanbuldan  Parisə  köçdüyü  zaman  həmin 
parçanın yeganə hissəsini özü ilə bu şəhərə gətirmiş, bir qədər keçdikdən sonra isə 
Dekorativ  Sənətlər  Muzeyinə  satmışdır.  Deməli,  XVI  yüzilliyin  yadigarı  sayılan  bu 
gözəl  toxuculuq  sənəti  nümunəsinin  eyni  ilə  üç  tikəsi  hazırda  dünyanın  üç  müxtəlif 
muzeyində nümayiş etdirilir. 
Parçalarda  rəsm  olunmuş  hər  hansı  faciəli  bir  hadisə  gözəl  rənglərlə  o 
qədər  incə  zövqlə  təsvir  edilir  ki,  tamaşaçıda  xoş  əhvali-ruhiyyə  oyadır.  ABŞ-ın 
Boston Gözəl Sənətlər Muzeyində saxlanılan bədii məxmər parçasındakı təsvirlər də 
bu qəbildəndir. 
XVI yüzillikdə Təbrizdə toxunmuş bu bədii məxmər parça vaxtilə dəbdəbəli bir 
çətirin yuxarı örtüyünü təşkil edirmiş. 
Dairə şəklində olan bu məxmər üzərində real səpkidə işlənmiş maraqlı bir 
ov  səhnəsi  təsvir  olunmuşdur.  Tamaşaçıların  gözü  qarşısında  bir-birinin  ardınca 
dairə  boyu  ayrı-ayrı  səhnələr:  ceyranı  qovan  atlı,  bəbirlə  bir  gəncin  əlbəyaxa 
döyüşü,  ceyranı  parçalayan  şir  və  başqa  səhnələr  canlanır.  Bütün  bu  surətlər  iti 
hərəkətdə  və  çox  həyati  təsvir  olunmuşdur.  Məxmərin  rəngi  də  təsvirlər  qədər 
zəngin və əlvandır. 
Məxmərin  ümumi  kompozisiyası,  ayrı-ayrı  rəsmləri  və  rəngi  bütünlüklə 
dövrün  miniatür  sənətini  xatırladır.  Məxmərin  rəsmləri  məşhur  Azərbaycan 
rəssamı Soltan Məhəmmədin "Şah Təhmasib ovda" adlı miniatürünə çox bənzəyir. 
Bu  uyğunluq  məxmərdə  və  miniatürdə  təsvir  edilən  ayrı-ayrı  fiqurların  bir-birilə 
müqayisədə daha aydın aşkar olur. Məsələn, atın tərkində oturub ov bəbiri ilə birgə 
şikara  çıxmış  gənc  atlı  rəsminə  nəzər  yetirsək,  bunun  həm  məxmərdə,  həm  də 


139 
 
miniatürdə  olduğunu  görərik.  O  biri  rəsmlərdə  də  səhnələr  beləcə  təsvir 
olunmuşdur. 
XVI-XVII  yüzillikdə  toxunmuş  bədii  parçaların  dövrün  miniatür  sənətinin 
təsiri  altında  yaranmasını  Londonun  "Viktoriya"  və  "Albert"  muzeyində  nümayiş 
etdirilən iki parça nümunəsi də təsdiq edir. 
İpək  və  qızıl-gümüş  saplarla  toxunmuş  bu  parçaların  birində  at  üstündə 
oturub  ova  çıxmış  bir  gənc  təsvir  edilmişdir. Ağac, gül-çiçək və daş-qaya arası ilə 
çaparaq  gedən  atlının  təsviri  parça  üzərində  elə  sənətkarlıqla  toxunmuşdur  ki,  o 
dekorativ-tətbiqi  sənət  əsərindən,  daha  çox  yağlı  boya  ilə  çəkilmiş  tablonu 
xatırladır. 
İkinci  bədii  parçada  təsvirlər  daha  çoxdur.  Sənətkar  burada  təbiətin  ən 
gözəl fəsli olan baharı təsvir etmişdir. Gül-çiçək açmış ağaclar arasında bir əlində 
piyalə,  o  birində  isə  kuzə  tutmuş  bir  gənc  sanki  bu  füsunkar  mənzərədən  bihuş 
olmuşdur. 
Azərbaycanın  bədii  parçaları  içərisində  Moskvada,  Kremlin  Silah 
Palatasında  saxlanılan  süjetli  parçalarımız  da  görkəmli  yer  tutur.  Bunlardan  rus  çarı 
Boris  Qodunovun  taxtının  örtüyünü,  Mixail  Fyodoroviç  Romanovun  baş  geyiminin 
içərisindəki Şamaxı ipəyini, şahzadə İvan İvanoviçin xəzinəsindən götürülmüş və indi 
sərgidə  nümayiş  etdirilən  üst  geyiminin  parçasını  göstərmək  olar.  Axırıncı  parça 
xüsusilə  diqqəti  cəlb  edir.  Bu  parça  haqqında  dünyanın  bir  çox  məşhur  sənətşünasları 
müxtəlif  elmi  tədqiqatlar  aparmış  və  məqalələr  yazmışdır.  Parça  1910-cu  ildə 
Münhendə  açılmış  Müsəlman  İncəsənəti  Sərgisində  nümayiş  etdirilmiş  və  yüksək 
qiymət  almışdır.  Mavi  və  qızılı  rəngli  saplardan  toxunmuş  bu  qiymətli  parça  öz 
rəsmləri ilə daha məşhurdur. Parça üzərində icra olunmuş bu rəsmlər ardıcıl olaraq 
bir neçə dəfə təkrar olunan orijinal bir süjeti təsvir edir. 
Kompozisiyada  böyük  bir  daşı  iki  əllə  yuxarı  qaldıraraq  ağaca  tərəf 
yaxınlaşan əjdaha üzərinə atmaq istəyən bir gəncin təsviri verilmişdir. 
Gənc  oğlan  XVI  yüzillikdə  Azərbaycanda  geniş  yayılmış  qızılbaş  libası 
geyinmişdir.  Onun  əynində  kip  oturmuş,  ətəkləri  kəmərə  sancılmış  əba,  başında 
təpəsi nazik və hündür, qırmızı rəngli papaq, ətrafına sarıq dolanmış başlıq vardır. 
Bundan  əlavə  kompozisiyada  ağacda  oturub  bu  hadisəyə  həyəcanla 
tamaşa  edən  bir  quş  rəsmi  də  verilmişdir.  Parça  üzərində  təsvir  olunmuş  bu 
kompozisiyanın  məzmununu,  qəti  deməyə  hələlik  imkanımız  olmasa  da,  biz 
Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında Bəhram Gurun əjdahanı öldürməsi 
və ya "Məlik Məhəmməd" nağılında Məlik Məhəmmədin əjdahanı öldürüb Simurq 
quşunun  balalarını  xilas  etməsi  epizodları  ilə  bağlaya  bilərik.  Parça  üzərindəki 
fiqurların sənətkarlıq cəhətdən çox düzgün və həyati verilməsi bir daha sübut edir 
ki, bunları yaradan toxucu həm də mahir rəssam olmuşdur. 
Kremlin Silah Palatasında saxlanılan bu bədii parçanın tarixi haqqında heç bir 
məlumatın  olmamasına  baxmayaraq,  onun  XVI  yüzillikdə  Azərbaycanda  yaranmasını 
təsdiq  edən  çoxlu  dəlillər  vardır.  Belə  dəlillərdən  biri  parçada  təsvir  olunan 
qəhrəmanın baş geyimidir. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə