A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə52/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   48   49   50   51   52   53   54   55   ...   116

129 
 
"Kənd  həyatı"  adlı  süjetli  miniatür  isə  1578-ci  ildə  işlənmişdir.  Əgər  bu  əsərlər 
Məhəmmədinin ilk  və son işləri hesab edilərsə  belə,  onda  deməli,  rəssam  50  ildən 
artıq  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul  olmuşdur.  Yenə  də  rəssamın  əsərlərinin 
müqayisəli təhlilinə əsaslanaraq demək olar ki,  Məhəmmədinin püxtələşmiş və ən 
məhsuldar yaradıcılığı XVI əsrin son rübünə təsadüf edir. 
Rəssamın  bir  neçə  əsəri,  o  cümlədən  "Aşiqlər",  "Şahzadə  portreti"  kef  və 
musiqi məclislərini təsvir edən çoxfiqurlu miniatürləri bədii üslub xüsusiyyətlərinə görə 
ənənəvi  saray  rəssamlığı  üçün  səciyyəvi  olan  səpkidə  həll  edilmişdir.  Bu  əsərlər 
zərif  rəng  ahəngdarlığı,  surətlərin  idealizə  edilməsi  ilə  fərqlənir.  Yəqin  ki, 
yaradıcılığının  ilk  dövründə  işlədiyi  bu əsərlərdə  atası  Soltan  Məhəmmədin  yaxın 
təsiri hiss olunur. 
"Aşiqlər"  adlı  miniatürdə  öz  sevgilisinə  badə  təklif  edən  oğlanla  qızın 
fiquru çiçəklənmiş badam  və  yaraşıqlı sərv ağaclarının fonunda təsvir edilir. Boylu-
buxunlu, zərif və gözəl olan bu iki sevgilinin idealizə edilmiş obrazları, əsərdə bahar, 
gənclik və gözəllik rəmzi kimi səslənən sərv  və  çiçəkli badam ağacı ilə həm rəsm, 
həm də rəng həllinə görə xoş bir uyarlıq təşkil edir. 
"Aşiqlər"  əsərində  rəssam  məhəbbət  lirikasının  əsas  yer  tutduğu  klassik 
poeziyada  olduğu  kimi,  gözəl  gənclərin  surətində  bəşəri  eşq  və  məhəbbəti,  insan 
mənəviyyatını gözəlləşdirən saf və təmiz sevgini tərənnüm edir. 
İnsan  gözəlliyi,  dünyəvi  eşq  və  məhəbbətin  tərənnümü  sufi  poeziyasının 
təbliğ  etdiyi  ilahi  eşqə,  mistik  məhəbbətə  qarşı  çıxmaq  idi.  Məhz  buna  görədir  ki, 
Məhəmmədinin və başqa 
rəssamların  dünyəvi  eşq 
və məhəbbəti əks etdirən 
əsərləri  məzmununa  görə 
öz  dövrünün  qabaqcıl 
ideyalarını, 
fəlsəfi-
estetik  ideallarını  əks 
etdirirdi. 
Məhəmmədinin 
ikinci,  daha 
yüksək 
inkişaf 
etmiş, 
püxtələşmiş  dövrü  XVI 
əsrin son rübünə təsadüf 
edir. 
Rəssamın 
bu 
dövrdə  yaratdığı  əsərləri 
ideya məzmunu və bədii 
ifadə  vasitələrinə  görə 
əvvəlki  əsərlərindən  əsaslı  surətdə  fərqlənir.  Həmin  əsərlərinin  əksəriyyəti  onun 
tezliklə  saray  həyatından  uzaqlaşdığını,  daha  çox  adi  həyat  hadisələrindən  ilham 
aldığını  göstərir.  "Kənd  həyatı",  "Kəndlilərin  rəqsi",  "Dərvişlər",  "Baharın 
qarşılanması" kimi süjetli miniatürlərində, rəsm və portret əsərlərində Məhəmmədi 


130 
 
yoxsul  təbəqələrin  həyat  və  məişətini,  sadə  adamların  surətini,  xalq  adət  və 
ənənələrini əks etdirir. Bilavasitə geniş xalq həyatı ilə əlaqədar olan bu əsərlər bədii 
üslub xüsusiyyətlərinə görə realistik xarakter daşıyır. Məhəmmədinin "Şərəfnamə"yə, 
Ə.Caminin  və  Əmir  Xosrov  Dəhləvinin  əsərlərinə  çəkdiyi  illüstrasiyalar  Sankt-
Peterburqda    Saltıkov-Şedrin  adına  kitabxanada,  Boston  incəsənət  muzeyində, 
Parisdə "Luvr" və Milli muzeydə, Londonda və başqa yerlərdə saxlanan miniatürləri 
üslub  xüsusiyyətlərinə  görə  XVI  əsrin  əvvəli  və  ortalarında  inkişaf  edən  Təbriz 
məktəbi  üslubundan  əsaslı  tərzdə  fərqlənir,  miniatür  sənətinin  inkişafında  yeni  bir 
mərhələni, bədii üslubun yarandığını xəbər verir. Surətlərin real və axıcılığı ilə diqqəti 
cəlb edən bu miniatürlərdə XVI əsrin sonu, XVII əsrin əvvəlləri üçün xarakterik olan 
əsas üslub formalaşır, tədricən dəyişməz kanonlara çevrilir.  Şux  və  cingiltili  rənglərin 
kontrastlığı  və  təkrarlanmasına  əsaslanan  parlaq  isti  kolorit,  nisbətən  sönük  soyuq 
koloritlə  əvəz  edilir.  Təsvir  vasitələrinin  əsasını  təşkil  edən  əlvan  rəng  ləkələrinin 
boyakarlıq üsulunun yerini ifadəli kontur xətlər və ştrixlərdən ibarət rəsm texnikası 
(siyah  qələm)  tutur.  İnsan  təsvirlərinin  proporsiyası  dəyişir.  Fiqurlar  nisbətən  böyük 
miqyasda hündür boylu, kiçik və yuvarlaq başlı təsvir olunur. Paltarları, baş geyimləri, 
kəmər və s. detallarda əsaslı yeniliklər gözə çarpır. 
Məhəmmədinin  miniatür  sənətinə  gətirdiyi  bu  yeni  üslub  xüsusiyyətləri 
onun  1570-ci  illərdə,  yəni  yaradıcılığının  son  dövrlərində  çəkdiyi  "Kənd  həyatı", 
"Dağda şeir  məclisi", "Dərvişlər", "Kəndlilərin rəqsi" və s. əsərlərində  daha  qabarıq 
əksini tapmışdır. 
Luvr muzeyində saxlanan "Kənd həyatı" adlı miniatürdə rəssamın həyatda 
müşahidə  etdiyi  adi  bir  məişət  səhnəsi  -  kəndlinin  bir  cüt  öküz  qoşulmuş  xışla  yer 
şumlaması  təsvir  olunur.  Kompozisiyanın  mərkəzində  verilən  bu  əsas  süjetlə  kənd 
həyatının  müxtəlif  epizodları  çobanın  tütək  çala-çala  sürünü  otarması,  çadırlarda 
qadınların  ev  işi  görməsi,  kəndlinin  odun  qırması  və  s.  məişət  səhnələri  birləşir, 
nəticədə miniatür kənd həyatını hərtərəfli əks etdirən bir janr əsəri keyfiyyətini kəsb 
edir. 
Məhəmmədinin  "Dərvişlərin  rəqsi",  "Təlxəklərin  rəqsi",  "Təlxəklərlə 
keçilərin rəqsi" və s. qondarma adlar altında xarici kitablarda dərc və qeyd olunan 
miniatürü  öz  bədii  formasına  görə  xüsusilə  əhəmiyyətlidir.  Burada  müxtəlif  musiqi 
alətləri çalan dərvişlərin müşayiəti ilə təlxək və  keçi obrazını təmsil edənlərin rəqs 
etmələri  təsvir  olunur.  Əsərdə  hansı  konkret  surətin  təsvir  olunduğunu  söyləmək 
çətindir.  Lakin  inamla  demək  olar  ki,  burada  öz  kökləri  ilə  baharın  gəlişi  ilə  bağlı 
olan qədim bir ayinlə, ritualla əlaqədar olan, lakin zaman keçdikcə öz ilkin mənasını 
itirib adi tamaşaya, oyuna çevrilmiş bir mərasim təsvir edilir. Buna görə də bu əsəri 
"Bahar bayramının qarşılanması" adlandırmaq  daha  məntiqi  olardı.  Məhəmmədinin 
başqa  rəsmləri  kimi,  bu  əsəri  də  sadə,  lakonik,  lakin  çox  ifadəli  təsvir  dilində, 
böyük sənətkarlıqla işlənmişdir. 
"Ümumiyyətlə,  Şərq  miniatür  sənəti  üçün  səciyyəvi  olan  şərti-dekorativ 
üslubun  məhdud  imkanlarına  baxmayaraq,  Məhəmmədi  öz  əsərlərində  adi  həyat 
səhnələrini  -  kəndlilərin  məişəti  və  əmək  prosesini,  hadisələrin  vaqe  olduğu  yeri 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə