A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə60/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   56   57   58   59   60   61   62   63   ...   116

149 
 
Azərbaycan  silahlarının 
belə  geniş  şöhrət  tapması  bu 
dövrdə  əbəs  yerə  deyildi.  Yerli 
sənətkarlar  ənənəvi  silahların 
düzəldilməsində  artıq  bir  çox 
yeniliklər icad etmişdilər. 
XV əsrdə geniş yayılmış 
düz və enli qılınclar əvəzinə, indi 
əyri, ayparaya bənzər qızıl, gümüş 
və  qiymətli  sümük  dəstəkli 
qılınclar  daha  çox  yayılmağa 
başlayır. 
Qalxan 
və 
zirehli 
geyimlərin  də  tərtibatı  əvvəlki 
dövrlərə 
nisbətən 
xeyli 
zənginləşmiş 
və 
dəbdəbəli 
olmuşdur. 
Arxiv 
sənədlərində 
1594-cü  ildə  rus  çarı  Fyodor 
İvanoviçə  bir  azərbaycanlı  tacir 
tərəfindən təqdim edilmiş qalxan 
barədə  belə  qeydlər  vardır:  "... 
qalxanın üzəri oyulmuş və qızılla 
bəzədilmişdir..." 
Araşdırmalar  göstərir  ki,  bu  dövrdə  yaranmış  metal  məmulatlarının 
hazırlanmasında  sənətkarlarla  yanaşı,  dövrün  məşhur  rəssamları  da  iştirak  edirdilər. 
Bu
 
 rəssamlar düzəldilən qab-qacaq və silahların üzərini bəzəmək üçün onların forması 
və ölçüsü əsasında müxtəlif eskizlər hazırlayır, bəziləri isə hətta usta ilə birlikdə bəzəyi 
metal üzərində də davam etdirirdilər. 
Tarixdən  məlumdur  ki,  Azərbaycanın  XVI  əsrdə  yaşamış  ən  istedadlı 
rəssamlarından  biri  olan  Soltan  Məhəmməd  müxtəlif  xalça,  parça,  metal  nümunələri 
üçün bir qrup orijinal kompozisiyalar və rəsmlər yaratmaqla yanaşı, həm də dövrünün 
mahir bir zərgəri olmuşdur. 
Hazırda  Kremlin  Silah  palatasında  saxlanılan  XVI  əsrə  aid  bir  qalxan 
xüsusilə diqqəti cəlb edir. 
Misli  görünməyən  gözəllikdə  olan  bu  qalxan  deyildiyinə  görə,  rus  çarı 
Mixail Fyodoroviç Romanovun müharibə vaxtı özünü qoruduğu silahlardandır. Sonralar 
bu qalxan məşhur rus sərkərdəsi F.İ.Mstislavskidə olmuş, 1622-ci ilin aprel ayında o 
öldükdən sonra həmişəlik rus çarlarının xəzinəsinə keçmişdir. Diametri 50,8 sm olan 
bu  qalxan  bütöv  qırmızı  poladdan  döyülərək  üzəri  xatəmkarlıq  üsulunda  qızılla 
bəzədilmişdir.  Qalxanın  üzərində  42  ədəd  qalxanboyu  dairəvi  cığırlar  vardır  ki, 
bunların  da  içərisi  müxtəlif  ov,  müharibə  səhnələri  və  heyvanat  aləmindən 


150 
 
götürülmüş rəsmlərlə həkk olunmuşdur. Bu dairəvi cığırların 9-da ayrı-ayrı 25 növlü 
71 heyvan təsviri, 3-də müxtəlifkompozisiyalarda 18 insan fiquru və s. rəsmlər vardır. 
Buradakı  rəsmlər  içərisində  Nizaminin  "Leyli  və  Məcnun"  poemasından  götürülmüş 
kompozisiyalar  xüsusilə  maraqlıdır.  Leylinin  səhraya  Məcnunun  görüşünə  gəlməsi 
səhnəciyi  xüsusilə  canlı  və  həyati  təsvir  edilmişdir.  Maraqlı  burasıdır  ki,  həkk 
olunmuş bu rəsmlərin arasında biz məşhur rəssamımız Soltan Məhəmmədin hazırda 
Sankt- Peterburqda, Saltıkov-Şedrin adına Dövlət kitabxanasında saxlanılan ov səhnəsi 
adlı  miniatüründən  götürülmüş  eyni  təsvirləri  görürük.  Bu  da  şübhəsiz,  Soltan 
Məhəmmədin  XVI  yüzillikdə  Təbrizdə  məşhur  zərgər  Məhəmməd  Mömin 
tərəfindən yaradılmış bu əsərində iştirak etdiyini sübut edir. Əbəs deyildir ki, Moskva 
alimləri  bu  qalxanın  öz  gözəlliyinə  görə  dünya  muzeylərində  saxlanılan  Şərq 
silahları içərisində misilsiz olduğunu qeyd edirlər. 
Bununla əlaqədar, Azərbaycanda düzəldilmiş həmin dövrə aid iki maraqlı 
əsəri  də  qeyd  etməliyik.  Bunların  ikisi də  müharibə  zamanı zadəganlar tərəfindən 
istifadə edilən baş geyimləridir. Onlardan biri hazırda Moskvada Silah Palatasında, o 
birisi  isə  İstanbulda  saxlanılır.  İkinci  başlığın  üzərində  onun  1528-ci  ildə  Şah 
Təhmasib üçün düzəldildiyi qeyd olunmuşdur. 
Birinci zirehli başlığa  ilk dəfə  Şamaxıdan rus çarı Boris  Qodunova  gətirilən 
silahlarını siyahısı arasında rast gəlirik. Sonralar bu dəbilqə də bədii qalxan kimi knyaz 
F.İ.Mstislavskidə olmuşdur. 
Bəhs etdiyimiz sənət əsəri o qədər bəzəklidir ki, o, başı qılınc, toppuz və s. 
zərbəsindən  qorumaq  üçün  geyilən  müdafiə  geyimindən  daha  çox  güləbətin  tikməli 
araqçını xatırladır. Başlığın üzəri gül-çiçək və zərif, qıvrımxətli budaqlardan təşkil 
edilmiş naxışlarla bəzədilmişdir. 
Naxışlar  arasında ardıcıl  olaraq  kiçik  yuvacıqlarda  yerləşdirilmiş  yaqut  və 
firuzə qaşları bu sənət əsərinə xüsusi bir gözəllik verir. 
Başlığın  bəzəkləri  içərisində  xəttatlıq  sənəti  nümunələri  də  vardır.  Onlar 
başlığın  alın  hissəsində  enli  qurşaqda  yerləşdirilmişdir.  Burada  "qadir  və 
mərhəmətli Allah naminə" sözləri yazılmışdır. 
Başlıq  hamarlanmış  poladdan  düzəldilmiş,  onun  bəzədilməsində  bədii 
metal  emalının  üç  texniki  üsulundan:  şəbəkə,  xatəmkarlıq  və  qələm  işindən 
məharətlə istifadə olunmuşdur. 
İstanbul Topqapı sarayı muzeyində saxlanılan zirehli baş geyimi, forma və 
bəzəkləri  ilə  yuxarıda  bəhs  etdiyimiz  başlıqdan  fərqlənir.  Onun  təpəsi  hündür  və 
dikdir, yan tərəfdən başlığa lələk geydirmək üçün uzun qələməbənzər iki boru bənd 
edilmişdir. 
Başlığın ən gözəl yeri onun yuxarı hissəsində yerləşən bəzəkləridir. Burada 
altı  uzunsov  medalyon  və  onların  da  içərisində  yırtıcı  heyvanların  otyeyən 
heyvanlarla mübarizəsi səhnəsi təsvir olunmuşdur. 
Hələ qədim Altay incəsənətində olan bu mövzu, gördüyümüz kimi, XVI-
XVII yüzilliklərdə Azərbaycanda da geniş yayılmış və əsasən belə mövzulu metal 
məmulatlar Təbrizdə düzəldilmişdir. Bu da əbəs yerə deyildir, çünki həmin dövrdə 


151 
 
Təbriz  şəhəri  sənətin  bu  növündə  Yaxın  Şərqdə  aparıcı  rol  oynayırdı.  Təbriz 
sənətkarlarının metaldan  düzəltdikləri  odlu  və  soyuq  silahlar,  hərbi  geyimlər  eyni 
vaxtda  bir  çox  ölkələrdə  məşhur  idi.  Təsadüfi  deyil  ki,  1514-cü  ildə  türk  sultanı 
Səlimin  Təbrizdən  İstanbula  apardığı  sənətkarlar  arasında  əksəriyyəti  qılınc, 
qalxan, ox, yay qayıran ustalar idi. 
Həmin 
dövrdə 
metal 
məmulatlarının 
əksəriyyətinin 
Təbrizdə 
hazırlanmasına  baxmayaraq,  XVI  əsrdə  Azərbaycanın  başqa  yerlərində  də  bu 
sənətin  inkişaf  etdiyini  bildirən bir çox sübutlar  vardır. 1580-ci  ildə Bakıda olmuş 
bir  ingilis  səyyahı  yerli  əsgərlərin  əyinlərindəki  bəzəkli  polad  və  gümüş  zirehli 
paltarlara  heyran  qaldığını  qeyd  edir.  Başqa  məxəzdə  isə  Meynert  Meynerts  adlı 
hollandiyalı bir şəxsin Bakıda əsir olduğu vaxt silah düzəldən mahir bir sənətkarın 
yanında  qul  kimi  işlədiyi  söylənilir.  Yazılı  məxəzlərdə  Şamaxıda,  Gəncədə  və 
Naxçıvanda da metal məmulatları düzəldilən emalatxanaların olduğu qeyd olunur. 
Bu dövrdə Azərbaycanda yaradılmış metal məmulatları, gördüyümüz kimi, 
doğrudan  da  çox  bədii  və  zəngin  olmuşdur.  Onlar  nəinki  öz  gözəl  formaları  və 
məzmun vəhdəti, eyni zamanda bədii tərtibatları ilə də insanı valeh edirlər. Bu bədii 
tərtibatlar arasında təkcə nəbati, həndəsi naxışlara, heyvanat aləmindən götürülmüş 
rəsmlərə yox, həm də dərin məzmunlu böyük kompozisiyalara da rast gəlirik. XVI 
əsrdə  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  əsərlərindən  alınmış  surətlərə  metal 
məmulatları üzərində xüsusilə tez-tez rast gəlinir. 
Metal məmulatları bəzəyindən danışarkən, bəzən rəsm və naxışlar arasında 
ərəb əlifbası ilə yazılmış sözlər və kəlmələr haqqında da məlumat vermək lazımdır. 
Bunlardan  hansı  usta  tərəfindən  kim  üçün,  kimin  sifarişi  ilə  nə  vaxt  düzəldiyini 
bildirən  sözlərə,  bəzən  Qurandan  götürülmüş  kəlmələrə  və  yaxud  klassik  Şərq 
şairlərinin  şeirlərinə  də  rast  gəlinir.  Həmin  yazılar  mahir  sənətkar  əli  ilə  əşyada 
olan naxış və rəsmlər arasında o qədər bacarıqla yerləşdirilirdi ki, o özü gözəl bir 
bəzəyi xatırladaraq, ümumi kompozisiyanın qırılmaz bir hissəsini təşkil edirdi. 
Çox güman ki, xristian çarları və zadəganları əşya üzərindəki bu yazıları 
bəzək bilərək onlara fikir vermədən alıb istifadə edirmişlər. 
XVII  əsrdə  yaşamış  məşhur  rus  sərkərdəsi  knyaz  Fyodor  İvanoviç 
Mstislavski  bilsəydi  ki,  başına  geyib  xristian  dini  uğrunda  müharibəyə  getdiyi 
başlıqda "qadir və  mərhəmətli Allah naminə"sözləri yazılmışdır, şübhəsiz  ki,  onu 
geyməzdi. 
Ornament,  müxtəlif  rəsm  və  bədii  yazılarla  yanaşı  bu  dövrdə  metal 
məmulatlarının bəzəyində qiymətli daş-qaşlardan çox geniş istifadə edilirdi. Qaşlar 
içərisində  firuzə,  yaqut  xüsusilə  geniş  yayılmışdır.  Firuzə  qaşı  adət-ənənəyə  görə 
onu  istifadə  edən  şəxsi  həmişə  xəstəliklərdən,  gözdəymədən  qoruyur  və  evinə 
xoşbəxtlik  gətirirdi.  Haqlı  olaraq  dahi  şairimiz  Nizami  öz  poemalarının  birində: 
firuzənin  maviliyi  özü  ilə  evimizə  səadət  gətirər  -  deyir.  Yaqut  qaşı  isə  əksinə 
olaraq özündə ehtiras, qələbə hissiyyatları təmsil edirdi. 
XVI-XVII  əsrlərdə  metaldan  düzəldilmiş  bədii  sənət  nümunələrinin 
ayrılmaz  bir  qolunu  da  zinət  işləri  təşkil  edir.  Bunlar  əsas  etibarilə  qızıl  və 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə