A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə57/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   53   54   55   56   57   58   59   60   ...   116

140 
 
Tarixdən  məlumdur  ki,  XVI  yüzillikdə  azərbaycanlıları  "Qızılbaşlar" 
adlandırırdılar, çünki onlar başlarına təpəsi nazik və hündür, qırmızı papaq qoyub, 
onun  da  ətrafına  sarıq  dolayırdılar.  Zadəganlar  əmmamənin  üstündən  12  imama 
işarə olaraq 12 zərli xətlər çəkdirərdilər. 
Səfəvilər dövrünün baş geyimlərini öyrənən bir çox görkəmli rus və xarici 
ölkə  alimləri  əyani  vasitələrlə  isbat  etmişlər  ki,  bu  baş  geyimləri  XVI  yüzilliyin 
əvvəllərindən  başlayaraq, əsrin axırlarınadək bir neçə dəfə öz  formasını  dəyişmiş, 
1570-ci  illərdə  isə  dəbdən  düşmüşdür.  Onların  qeydinə  görə  XVI  yüzilliyin 
başlanğıcından  1585-ci  ilə  qədər  baş  geyimləri  uzanır.  XVI  yüzilliyin  ikinci 
yarısından  isə  qısalaraq  əsas  etibarilə  enliləşir.  Beləliklə,  parçada  təsvir  olunmuş 
qəhrəmanın  baş  geyiminin  formasına  görə  onu  XVI  yüzilliyin  birinci  yarısına  aid 
etmək olar. 
Adlarını  çəkdiyimiz  bəzək  və  təsvirlər  XVI-XVII  yüzilliklərdə  parça 
üzərində əsasən üç  üsulda icra olunurdu.  Birinci üsulla, istənilən bəzək və rəsmlər 
parça  ilə  birlikdə  toxunaraq,  onun  ayrılmaz  hissəsini  təşkil  edirdi.  İkinci  üsulla, 
bəzəklər hazır parça üzərində tikilirdi. Üçüncü isə basma vasitəsilə həkk olunurdu. 
XVI-XVII  yüzilliklərdə  geyim  habelə  məişət  əşyalarından  pərdə,  örtük, 
süfrə, mütəkkə, at yəhəri və s. üzərində salınmış bəzəklər el sənətinin ən çox yayılmış 
növü sayılan tikmə üsulu ilə icra olunurdu. 
Parça  və  zərif  meşindən  hazırlanmış  müxtəlif  əşyalar  üzərinə  salınan  bu 
tikmələr  o  qədər  incə  və  rəngarəngdir  ki,  bu  gün  belə  öz  estetik  mahiyyətini 
itirməmişdir. 
Ayrı-ayrı  vaxtlarda  Təbriz,  Ərdəbil,  Şamaxı,  Gəncə,  Naxçıvan 
şəhərlərində  və  başqa  şəhərlərdə  olmuş  əcnəbi  səyyahlar  Azərbaycan  tikmələrinin 
yüksək  texniki  və  bədii  xüsusiyyətlərinə  valeh  olduqlarını  öz  gündəliklərində  dəfə-
lərlə qeyd etmişlər. 
XVI-XVII  yüzilliklərdə  Azərbaycanda  olmuş  xarici  ölkə  səyyahları: 
A.Cenkinson, T.Olkok, C.Ren, R.Çini  ipək, qızıl-gümüş saplarla bəzədilmiş nəhəng 
çadırlar haqqında, XVII yüzilliyin fransız səyyahı Şarden Səfəvi hökmdarlarının Parisin 
Luvr  qalereyasını  andıran  tikmə  karxanaları  olduğu  və  s.  haqqında  maraqlı 
məlumatlar verirlər. 
Adam Olearinin verdiyi məlumatlar daha ətraflı və dəqiqdir. XVII yüzilliyin 
30-cu  illərində  o,  Şamaxıda  olarkən  nəinki  burada  yaranan  tikmələrin  bədii  və  texniki 
xüsusiyyətlərindən,  hətta  məişətdə  nə  səbəbə  görə  istifadə  edildiyindən  geniş 
söhbət  açır.  Onun  güləbətin  tikmələr  haqqında  verdiyi  məlumatlar  xüsusi  ilə 
qiymətlidir. 
Mənbələr göstərir ki, XVI-XVII yüzilliklərdə Azərbaycanda əhali arasında 
ən  çox  inkişaf  etmiş  tikmə  üsulu,  təkəlduz,  güləbətin,  muncuqlu  və  qurama 
olmuşdur. 
XVI-XVII yüzilliklərdə parça üzərində salınan tikmə üsullarından ən bədii 
və görkəmlisi güləbətin idi. 
Bu tikmə əsasən ağır və bahalı parçalar üzərində aparılırdı. Güləbətin üçün 


141 
 
yerlik,  adətən  tirmə,  mahud  və  məxmər  idi.  Güləbətin  tikmələri  sarı  qızıl,  gümüş  və 
bürüncdən  hazırlanırdı.  Bu  əsrlərdə  tikilmiş  milli  geyimlərin,  düzəldilmiş  ev 
əşyalarının (örtük, quranqabı, daraqqabı, heybə  və s.) üzərində bu tikmə örnəyinin 
gözəl  növünə  rast  gəlirik.  Həddindən  artıq  stilizə  edilmiş  gül-çiçək,  yarpaq  və  quş 
rəsmləri  bu  əşyalardakı  bəzəklərin  əsasını  təşkil  edirdi.  Adətən  bu  təsvirlər  içli 
olurdu.  Üfüqi,  şaquli  istiqamətlərdə  düzülən  qızıl  və  gümüş  saplar  stilizə  olunmuş 
təsvirlərin içini doldururdu. 
XVI-XVII yüzilliklərdə güləbətin tikmələr xüsusilə Təbriz, Bakı,  Şamaxı 
və Naxçıvanda geniş yayılmışdı. 
Təsadüfi  deyildir  ki,  XVI  yüzilliyin  axırlarında  Təbriz  sənətkarları 
tərəfindən  güləbətin  tikmələrlə  bəzədilərək  türk  sultanı  III  Murada  hədiyyə 
göndərilmiş  xələt  indiyədək  İstanbuldakı  Topqapı  sarayı  muzeyinin  qiymətli 
incilərindən  sayılır.  Yüksək  bədii  xüsusiyyətlərə  malik  güləbətin  tikmələrin  adı 
Füzulinin də şeirlərində çəkilir. 
Xalçalarımızda  olduğu  kimi,  bu  əsrlərdə  də  tikmələrimizin  bəzək 
kompozisiyası  bir-birindən  asılı  olan  iki  ünsürdən:  ara  sahədən  (tikmənin  ortası)  və 
yeləndən (tikmənin yan bəzəkləri) ibarət idi. 
Ara sahədə adətən gül-çiçək rəsmləri, sağa və sola şaxələnmiş ağacbəndi, 
bir kuzə və sərv ağacı ətrafında simmetrik bir şəkildə üz-üzə dayanmış quş, heyvan 
rəsmləri və s. verilir. Yelənlər bir neçə dalğavari və ya düz xətdən, əksər hallarda isə 
paxlava dilimini andıran rəsmlərdən düzəldilirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tikmələrimizdə  bəzək  kompozisiyalarının  əsasını  nəbati  və  həndəsi 
ornamentlər  təşkil  etsə  də,  burada  ayrı-ayrı  hallarda  süjetə  malik  çox  maraqlı 
kompozisiyalara da rast gəlirik. Belə kompozisiyalarda adətən ov səhnələri, Nizaminin 
"Leyli  və  Məcnun"  poemasından  götürülmüş  müxtəlif  epizodlar  və  s.  təsvir  olunurdu. 
Süjetli tikmələrimizin bu günədək qalmış gözəl bir nümunəsini nəzərdən keçirək: 
XVI yüzillikdə Təbrizdə hazırlanmış çox bədii və nadir sayılan bu tikmə hazırda 
Budapeştin Dekorativ Sənətlər Muzeyində saxlanmaqdadır. 
Tarixi  sənədlər  göstərir  ki,  uzunluğu  278,  eni  254  sm  olan  bu  nadir  tikmə 
vaxtilə Macarıstana Türkiyədən gətirilmişdir. 1725-ci ildə o macar zadəganı Esterqazinin 


142 
 
sarayında olmuşdur. Nəhayət, 1919-cu ildə bu bədii tikməni şahzadə Mikloş Esterqazi 
Budapeşt dekorativ sənətlər muzeyinə təhvil vermişdir. 
Bu əsər uzun illərdir ki, bir çox Avropa və Amerika alimlərinin diqqətini cəlb 
edir. Tikmə üzərində elmi araşdırmalar aparmış Amerika alimi Fillis Akerman onu Azər-
baycan sənətkarlığının ən gözəl nümunələrindən sayır. 
Daha çox miniatür sənət əsərini xatırladan bu tikmədə Səfəvi zadəganlarından 
birinin güllü-çiçəkli bağçasında keçirilən dəbdəbəli ziyafət təsvir olunmuşdur. 
Kompozisiyanın  əsas  hissəsində  hündür  və  gözəl  bir  taxt  üstündə  oturmuş 
gənc  surəti  təsvir edilir.  Gənc əyninə  gödəkqollu  xalat  geymiş,  başına  isə  qızılbaşlara 
məxsus uzunqülləli başlıq qoymuşdur. Başlığın sağ yan hissəsində onun yüksək rütbəyə 
mənsub olduğunu bildirən nişanə -lələk sancılmışdır. Gəncin qarşısında diz çökərək ona 
nimçədə  nar  və  şərab  təklif  edən  iki  qız  təsvir  olunmuşdur.  Bədii  tikmənin  aşağı 
hissəsində  bir-biri  ilə  bağlı  olan  bir  neçə  süjetli  epizod  əks  etdirilmişdir.  Həmin 
epizodlardakı musiqiçilərin, süfrədəkilərin və şərab içənlərin təsvirləri xüsusilə canlı 
verilmişdir. 
Tikmənin  yuxarısında,  sağ  və  sol  küncündə  simmetrik  şəkildə  əjdaha  ilə 
simurq  quşunun  mübarizəsi  səhnəsi  təsvir  olunmuşdur.  Xeyirlə  (simurq)  şərin 
(əjdaha) mübarizəsi simvoluna çevrilmiş bu təsvirlərə biz müxtəlif sənət nümunələrində 
hər dövrün üslub xüsusiyyəti, sənətkarın zövqü və bacarığından asılı olaraq müxtəlif 
səpkilərdə  tez-tez  rast  gəlirik.  Tikmə  üzərində  bu  təsvirlər  XVI  yüzilliyin  bədii  üslub 
xüsusiyyətlərinə  müvafiq  olaraq  rəngarəng  və  dinamik  bir  hərəkət  şəklində  təsvir 
edilmişdir. 
Bədii tikmə üç hissədən ibarət olan yelənlə tamamlanır. Yelənin ortadakı enli 
haşiyəsində ardıcıl yerləşdirilmiş 52 məlaikə rəsmi verilmişdir. Yanlarda verilən nazik 
haşiyələrdə  isə  ağac  altında  oturmuş  bir  gənc  və  bu  rəsmlərin  arasında  otyeyən 
heyvanların yırtıcı heyvanlarla mübarizəsi səhnəsi  təsvir  edilmişdir.  Nazik  haşiyədəki 
təsvirlər enli haşiyədəki təsvirlər kimi, yelən boyu ardıcıl təkrar olunur. Tikmədə təsvir 
olunan  fiqurlara  ümumi  diqqət  yetirsək,  burada  180  insan,  heyvan,  quş  rəsminin 
olduğunu görə bilərik ki, bu da nəinki tikmə üçün, hətta miniatür sənətimiz sahəsində 
də  çox  əlamətdar  bir  hadisədir.  Bu  bədii  tikmənin  yaranmasına,  şübhəsiz  həmin 
dövrün rəssamlıq sənəti, yəni miniatürləri böyük təsir göstərmişdir. Bunu biz XVI 
yüzilliyin miniatürləri ilə müqayisədə xüsusilə aydın görə bilərik. 
Əgər biz XVI yüzilliyin ən görkəmli Azərbaycan rəssamı Soltan Məhəmmədin 
"Şah  Təhmasib  meşədə",  "Şahzadə  saray  məclisində"  miniatürlərinə  nəzər  salsaq, 
burada  da  eyni  tərzdə  geyinib  oturmuş  şahzadəni  və  qarşısında  diz  çökərək  ona 
nimçədə nar təklif edən gəncin rəsmini və s. görərik. 
Tikmənin  yelənində  verilən  məlaikə  rəsmlərinə  isə  Soltan  Məhəmmədin 
meracı adlı miniatüründə təsadüf edilir. 
Budapeştdə  Dekorativ  Sənətlər  Muzeyində  nümayiş  etdirilən  bu  bədii 
süjetli  tikmə  xalq  sənətimizin  hələ  uzaq  keçmişlərdə  professional  rəssamlıq 
sənətimiz ilə sıx əlaqədə inkişaf etdiyini bildirən qiymətli dəlildir. 
XVI-XVII  yüzilliklərdə  Azərbaycanda  olmuş  səyyahlar  xalq  arasında  ən 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə