A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə65/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   61   62   63   64   65   66   67   68   ...   116

163 
 
rast gəlirik. 
Əvvəlki əsrlərə nisbətən üslub etibarilə xeyli real təsvir edilmiş bu bəzəklər 
arasında biz mahir sənətkar əli ilə yaradılmış çoxlu gül-çiçək, quş, heyvan və bəzi 
məişət əşyalarının da təsvirini görürük. 
Bundan  əlavə,  saxsı  məlumatları  üzərində  XVI-XVII  yüzilliklərdə  bədii 
xalça  və  parçalarında  təsadüf  olunan  Səfəvi  zadəganlarının  həyat  və  məişətindən 
götürülmüş səhnəciklər və qeyri süjetlərə rast gəlinir. 
Hazırda dünyanın bir çox muzey və şəxsi kolleksiyalarında Azərbaycanda 
bu əsrlərdə hazırlanmış çoxlu keramika sənəti nümunələri saxlanmaqdadır. 
Bu  sənət  əsərlərinin 
əksəriyyəti  muzey  kataloqlarında 
düzəldilmiş  yerin  deyil,  səhv 
olaraq  alındığı  yerin  adı  ilə 
verilir.  Keçmişdə  belə  satıcı 
məntəqələrindən  biri  Dağıstanda 
Qubaçı kəndi olduğu üçün bu sənət 
əsərlərinin böyük bir qismi səhvən 
elm aləmində "qubaçı keramikası" 
adını almışdır. 
Görkəmli 
rus 
alimi 
Y.K.Kverfelt  1947-ci  ildə  Sankt-
Peterburqda  çap  etdirdiyi  "Yaxın 
Şərq  keramikası"  adlı  kitabında 
ilk  dəfə  olaraq  dünyanın  bir  çox 
muzeylərində  yayılmış  "qubaçı 
keramikası"nın  vətəninin  Qubaçı 
kəndində 
deyil, 
Azərbaycan 
ərazisində olduğunu göstərmişdir. 
Doğrudan  da,  bu  tipli  keramika  nümunələrinə  diqqətlə  nəzər  yetirsək, 
onların ornament motivi və xüsusilə süjetli rəsmlərinin Azərbaycanla bağlı olduğunu 
görərik. Bu fikri Amerika sənətşünası A.Y.Poup da təsdiq edir. 
Hazırda  bu  tipli  bədii  keramikaların  bir  çox  gözəl  nümunələri  Bakıda 
Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində,  Sankt-Peterburq  Dövlət  Ermitajında, 
Kiyevdə  Qərb  və  Şərq İncəsənət  Muzeyində, bundan əlavə Berlin, Paris,  London 
və Nyu-Yorkun muzey və şəxsi kolleksiyalarında da saxlanmaqdadır. 
Həmin  sənət  nümunələri  XVI-XVII  yüzilliklərdə  yurdumuzda  geniş 
yayılmış məişət keramikası haqqında ətraflı təsəvvür verən qiymətli mənbələrdir. 
Bu tipli keramika nümunələrindən birini nəzərdən keçirək. Haqqında bəhs 
edəcəyimiz mürəkkəb boyalı fayans nimçə hazırda məşhur Amerika kolleksiyaçısı 
Debenhamın şəxsi kolleksiyasında saxlanılır. 
Dövrəformalı  bu  nimçənin  bəzəkləri  nəbatat  aləmindən  götürülmüş 
ornament motivi və süjetli rəsmlərdən təşkil edilmişdir. 


164 
 
Nimçənin  içəri  oturacaq  hissəsində  verilmiş  süjetli  rəsmlər  xüsusilə 
diqqəti cəlb edir, biz burada XVI yüzilliyin birinci yarısında Təbriz miniatürlərində 
gördüyümüz  xarakterik  kompozisiya  motivləri  və  qızılbaşların  həyat  tərzini, 
geyimlərini əks edən təsvirlərlə qarşılaşırıq. 
Kompozisiyada  zəngin  geyimli,  yaraşıqlı,  ritmik  bir  hərəkətlə  rəqs  edən 
rəqqasə və sazla onu müşayiət edən bir gənc oğlan təsvir edilmişdir. 
Fiqurların  ikisi  də  XVI  yüzilliyin  birinci  yarısında  Təbrizdə  dəbdə  olmuş 
qızılbaş  libasları  geymişlər.  Bu  tip  geyimli  obrazlara  biz  S.Məhəmmədin 
miniatürlərində xüsusilə tez-tez rast gəlirik. 
Fiqurların  ətrafında  fon  tək  verilmiş,  ornament  motivləri  də  süjetlər  kimi 
zərif və orijinal işlənmişdir. 
Sulu  boya  üsulunu  andıran  bu  bəzək  elementləri  sarmaşıq  zoğları,  kol 
şaxələri və gül ləçəklərindən təşkil edilmişdir. 
Bu  əsrdə  Azərbaycanda  düzəldilmiş  keramika  sənəti  nümunələrindəki 
bəzəklərin yerli ənənələrlə sıx bağlı olduğunu hazırda Türkiyədə saxlanılan fayans 
bir vaza əyani şəkildə təsdiq edir. 
Bu vazanın üzərində xalq dekorativ-tətbiqi sənətimizin başqa növlərində tez-
tez  rast  gəlinən  süjet,  yəni  Bəhram  Gurun  əjdahanı  öldürüb  Simurq  quşunun 
balalarını xilas etməsi səhnəsi təsvir edilmişdir. 
Vaza  üzərindəki  süjet  hazırda  Moskvada  Silah  Palatasında  saxlanılan  XVI 
yüzilliyin Təbriz parçasındakı süjetə yaxındır. Burada ümumi kompozisiya, hətta ayrı-
ayrı detallar eyni ilə təkrar olunmuşdur. 
Təsvirlərindəki  etnoqrafik  xüsusiyyətlərinə  görə  vazı  dəqiq  olaraq  XVI 
yüzilliyin axırı, XVII yüzilliyin əvvəllərinə aid etmək olur. 
Mənbələr göstərir ki, Səfəvilər dövründə Azərbaycanda məişət keramikası ilə 
yanaşı, memarlıq abidələrinin tərtibatında istifadə edilən kaşı məmulatı istehsalı da 
geniş inkişaf etmişdi. 
XVI-XVII  yüzilliklərdə  Azərbaycanda  olmuş  xarici  ölkə  səyyahları 
burada  sarayların,  hamamların  və  başqa  ictimai  tikintilərin  tərtibatında  bəzəkli 
kaşılardan geniş istifadə edildiyini bildirirlər. Övliya Çələbi xəbər verir ki, öz gözü 
ilə  təkcə  Təbrizdə  bədii  kaşılarla  divarları  və  günbəzləri  bəzədilmiş  700-dən  artıq 
hamam  görmüşdür.  Onun  bu  kaşılar  üzərində  Füzulinin  əsərlərindən  götürülmüş 
mövzuların olması haqqında verdiyi məlumatlar da çox maraqlıdır. Övliya Çələbinin 
Naxçıvan hamamlarında gördüyü süjetli kaşılar diqqəti xüsusilə cəlb edir. 
XVI-XVII yüzilliklərdə Azərbaycan memarlıq abidələrinin yaraşığı sayılan 
bir çox nadir kaşı kompozisiyası nümunəsi qalmışdır. Bunlardan ilk növbədə Qusar 
rayonunun  Həzrə  kəndindəki  Şeyx  Cüneyd  türbəsinin  daxili  bəzəyində  işlədilmiş 
kaşı  qalıqlarını  və  Ərdəbildəki  Şeyx  Səfi  kompleksinin  bədii  tərtibatında  istifadə 
edilmiş kaşı bəzəklərini göstərmək olar. 
Kaşı bəzəklərinin müxtəlifliyinə, bədii ornament xüsusiyyətlərinə görə Şeyx 
Səfi kompleksi görkəmli yer tutur. Bu gözəl abidədə tətbiq olunmuş kaşılar həm say 
etibarilə,  həm  də  bəzəklərinin  müxtəlifliyi  ilə  başqalarından  fərqlənir.  Zərif  gül-


165 
 
çiçək  naxışları,  heyvan  və  quş  rəsmləri  ilə  bəzədilmiş  bu  kaşılar  indi  də  insanı 
heyran edir. 
Rəsmli  kaşılar  içərisində  gül-çiçəkli  gözəl  bir  güldən  ətrafında  simmetrik 
şəkildə üz-üzə dayanmış iki tovuz quşunun təsviri xüsusilə diqqəti cəlb edir. 
Kaşı  üzərində  quş,  heyvan,  hətta  insan  təsvirlərinə  biz  keçmiş  əsrlərdə  də 
rast  gəlirik.  Əgər  əvvəllər  belə  rəsmlər  kaşı  üzərində  nisbətən  sxematik  bir  üsulda 
çəkilərək  özü  də  qrafika  sənətini  xatırladırdısa,  Şeyx  Səfi  kompleksindəki  kaşıların 
rəsmləri  çox  sərbəst  dekorativ  bir  üsulda  ifa  edilərək  daha  çox  boyakarlıq  sənətini 
andırır. 
Şeyx Səfi kaşı bəzəklərinin bədii xüsusiyyətlərindən biri də təsvir olunan 
hər  kompozisiyanın  ayrı-ayrı  pannolarda  yerləşdirilməsidir.  Belə  kompozisiya 
üsullarına biz sonralar divar boyakarlığında (Şəki xan sarayı və s.) xüsusilə tez-tez rast 
gəlirik. 
Araşdırmalar  göstərir  ki,  XVI-
XVII  yüzilliklərdə  Azərbaycanda istehsal 
edilən  keramika  sənəti  nümunələri  əsas 
etibarilə  üç  texniki  üsulda  bəzədilirdi. 
Bunlardan  mina  ilə  boyanmış,  kobalt  boyalı 
və Çin rəsmli işləri göstərmək olar. 
Mənbələr göstərir ki, bu əsrlərdə 
Azərbaycan şəhərlərində kobalt boyalı Çin 
çinisi xüsusilə geniş yayılmışdır. 
1637-ci  ildə  Ərdəbil  şəhərində 
olmuş  məşhur  səyahətçi  Adam  Oleari 
burada  Çin  tacirlərinin  saxsı  və  çini 
məmulatları  ilə  ticarət  etdiklərini  göstərmişdir.  Bundan  əlavə,  Ərdəbil  Şeyx  Səfi 
məscidində  çoxlu  nadir  Çin  saxsı  və  çini  kolleksiyasının  olması  və  s.  faktlar 
məlumdur  ki,  o  da  yerli  keramika  məmulatlarının  istehsalına  və  bədii  tərtibatına 
təsir göstərməli idi. 
Qeyd etmək lazımdır ki, Uzaq Şərq, xüsusilə Çin mədəniyyətinə xas olan 
rəng,  ornament  motivləri  və  s.  bu  əsrlərdə  tək  keramikada  yox,  başqa  sənət 
nümunələrində də - xalçaçılıqda, zərgərlikdə və s. özünü büruzə  verirdi. Lakin bu 
yeniliyi  Azərbaycan  sənətkarları  heç  vaxt  kor-koranə  təqlid  etməmiş,  daim  yerli 
mühitə,  onun  bədii  ənənəsinə  uyğunlaşdıraraq  istifadə  etmişlər.  Zaman  keçdikcə 
onlar öz keçmiş forma və mənşəyini itirərək Azərbaycan bəzəklərinin ayrılmaz bir 
hissəsinə çevrilmişlər. 
XVII  yüzilliyin  axırı,  XVIII  yüzilliyin  əvvəllərində,  əvvəl  Qərbi 
Avropada,  sonralar  isə  Rusiyada  bir  sıra  çini  və  saxsı  qab  zavodlarının  açılması, 
tədricən yerli keramika sənəti nümunələri istehsalını sıxışdırmış və zəiflətmişdir. 
Xarici  ölkə  zavodlarının  külli  miqdarda  istehsal  etdiyi  ucuz  saxsı  və  çini 
qablar  ticarət  vasitəsilə  Azərbaycanda  da  yayılmış  və  nəticədə  xüsusi 
emalatxanalarda kustarçılıq üsulu ilə buraxılan qablara ehtiyac qalmamışdır. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə