A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə62/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   58   59   60   61   62   63   64   65   ...   116

155 
 
Daşlar üzərindəki süjet xarakterli kompozisiyaların əksəriyyətini dəfn olunan 
şəxsin şücaətini göstərən mövzular təşkil edir. Bu mövzular içərisində də kişi məzar 
daşlarında  ov  səhnələri,  qadın  məzarında  isə  xalçaçılıq  sənəti  ilə  əlaqədar 
səhnəciklər əsas yer tutur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Süjetli  oyma  kompozisiyaları  içərisində  Sisyan  (keçmiş  Zəngəzur) 
rayonunun Urud kənd qəbiristanlığında yerləşən sənduqələr xüsusilə maraqlıdır. 
Burada  biz  qədim  türkdilli  tayfaların  etiqadı  ilə  əlaqədar  təsviri  sənətə 
daxil  olmuş  bir  çox  orijinal  motivlərə  rast  gəlirik.  Bunlardan  şamanların  dini 
mərasimi, qədim  türkdilli xalqlarda zoomorf anlayışlarla əlaqədar meydana  gəlmiş 
onqon quş toteminin təsviri və s. göstərmək olar. 
Urud  kəndindəki  süjet  xarakterli  oyma  bəzəkli  sənduqələrdən  birini 
nəzərdən keçirək. 
Təsvir etdiyimiz  sənduqə  çox böyük deyildir: onun uzunluğu 90 sm, eni 
27m,  hündürlüyü  35  sm-dir.  Süjetli  təsvirlər  sənduqənin  yan  hissələrində 
yerləşdirilmiş, üstü isə ərəb dilində süls-nəsx xətli kitabələrlə bəzədilmişdir. 
Sənduqənin  sağ  tərəfində  ornamental  tağlarla  digərindən  ayrılmış  dörd 
süjet həkk olunmuşdur. 
Birinci tağın arasında uzunhörüklü bir gənc qadın qucağında  uşaq,  ikincidə 
bir əlində balta, o birində kəmənd  tutmuş hündürboylu kişinin yanında gənc oğlan, 
üçüncüdə  isə  oğlanla  qızın  təsviri  verilmişdir.  Dördüncü  tağın  arasında 
yerləşdirilmiş  təsvirlər  o  biri  süjetlərlə  az  bağlıdır.  Burada  naməlum  bir  heyvanın 


156 
 
üzərində oturub qanadlarını gərmiş iri quş fiquru həkk olunmuşdur. 
Tağlar  arasındakı  təsvirləri  ayrılıqda  deyil,  ardıcıl  olaraq  inkişafda  izləsək, 
onları belə oxuya bilərik: 
Birincidə  uşağın  həyata  gelməsi,  ikincidə  onun  tərbiyəsi,  üçüncüdə  ailə, 
dördüncüdə  isə  türkdilli  xalqların  keçmişdə  totemi  sayılan  müqəddəs  unu  quşu 
təsvir olunmuşdur. 
Urud  abidələrinin  altısında  biz  bu  quşun  təsvirinə  rast  gəlirik.  Mənbələr 
göstərir  ki,  xalqımızın  əcdadlarından  sayılan  oğuzlarda  da  bu  quş  müqəddəs 
sayılmışdır. Uzaq keçmişlərdə bu quş - onqon türkdilli tayfaların həyatında o qədər 
böyük rol oynamışdır ki, onun taxtadan yonulmuş və ya keçədən düzəldilmiş fiquru 
hər evin yaraşığına çevrilmişdir. Hətta nahar vaxtı hər bir şəxs bir qayda olaraq, ilk 
tikəsini  onun  ağzına  qoymalıymış.  Totem  xarakteri  daşıyan  bu  quşun  təsvirinə  biz 
XII-XIII yüzilliklərə aid Koniya, Rey saxsı və kaşıları üzərində, səlcuq sikkələri və s. 
sənət  nümunələrində  də  rast  gəlirik.  Onun  ən  qədim  təsvirini  isə    VIII  yüzillikdə 
yaşamış türk xaqanı Güntəkinin hazırda Monqolustanın Ulan-Bator şəhəri muzeyində 
nümayiş etdirilən portretindəki başlıqda görürük. 
Sənduqənin sol tərəfində  təsvirlər nisbətən azdır.   Burada iki böyük süjet 
təsvir  olunmuşdur.  Onların  birində    sol  əlində  qurd  başına  oxşar  uzun  çomaq  tutmuş 
şəxs,  ikincisində  elə  bil  ki,  mehrab  qarşısında  dayanıb,  iki  əlini  yuxarı  qaldırmış 
dikpapaqlı bir kişi, üçüncüdə ətəklərini qurşağına keçirmiş uzunxələtli fiqur verilmişdir. 
Üçüncü fıqurun yan-  yörəsində xalçaçılıqda istifadə edilən iş alətləri (qayçı, həvə və 
s.) təsvir olunmuşdur. 
Mehrab  qarşısında  dayanıb  iki  əlini  yuxarı  qaldıraraq,  dini  bir  mərasim  ifa 
edən süjet xüsusilə diqqəti cəlb edir. Bu süjet Urud abidələrinin əksəriyyətində öz əksini 
tapmışdır. 
Təsvir etdiyimiz sənduqənin diqqətəlayiq hissələrindən biri, onun üstündə həkk 
olunmuş  tarixdir.  Burada  hicri  983,  yəni  mərhumun  dəfn  olunduğu  vaxt,  eramızın 
1578-ci ili qeyd olunmuşdur. 
Əgər  təsvir  etdiyimiz  məzar  daşı  bizi  daha  çox  öz  orijinal  mövzusu  ilə 
maraqlandırırsa,  Ağdam  şəhərinin  ətrafında  Qara  Hacı  adlanan  yerdən  tapılmış 
sənduqə bəzək kompozisiyasının daha real əksi ilə diqqətimizi cəlb edir. Bu abidənin 
qabartma  təsvirləri  XVI-XVII  yüzilliklərdə  ən  geniş  yayılmış  mövzuya  -  ov 
səhnəsinə həsr edilsə də, burada sənətkarlıq cəhətdən bir çox yeniliklərlə rastlaşırıq. 
Sənətkar  kompozisiyanı  canlandırmaq  üçün  nəinki  ənənəvi  statizm, 
yeknəsəqlik, hətta bir planlılığı, səthiliyi belə pozmağa cəhd etmişdir. 
Məsələn, sənətkar daş qabartmasında verilən ovçuların birini atın belində, o 
birisini  atsız,  üçüncüsünü  atın  yüyənindən  tutaraq  iti  bir  hərəkətlə  ona  minmək 
istərkən  təsvir  etmiş,  kompozisiyanı  xeyli  canlandırmış,  ona  dinamik  bir  hərəkət 
vermişdir. 
Buradakı ovçu fiqurları o biri daş abidələrindəki eyni süjetlər kimi soldan-
sağa deyil, saat əqrəbi istiqamətində sağdan-sola təsvir edilmişdir. 
Bu  əsrlərdəki  daş  abidələrimizin  üzərindəki  süjetlərə  diqqətlə  nəzər 


157 
 
yetirdikdə,  onların  əsasən  ov  səhnələrinə  həsr  edildiyini  görürük.  Bu  da  təsadüfi 
deyildir.  Orta  əsrlərdə  Azərbaycanda  olmuş  əcnəbi  səyyahlar  insanların  həyatında 
ovun böyük rolu olduğunu göstərmişlər. Onların qeyd etdiklərinə görə, yerli əhali ova 
təkcə qida əldə etmək məqsədi kimi yox, daha çox hərbi məşğələ, şücaət göstərmək 
vasitəsi  kimi  baxırdı.  Doğrudan  da  orta  əsrlərdə  ov  yurdumuzda  lap  qədim 
dövrlərdə olduğu kimi, böyük təntənə ilə keçirilirdi. 
Mənbələr  göstərir  ki,  ova  bir  neçə  gün  qabaqcadan  hazırlıq  görülürdü. 
Bütün  el-oba  alaqaranlıqda  ovçuları  yola  salardı.  Onları  xüsusi  təbilvuran,  zurna, 
şeypurçalan  çalğıçılar  müşayiət  edirdi.  Bundan  əlavə,  ovçuların  yanında  xüsusi  ov 
itləri,  sağ  əllərinin  üstündə  ov  quşları  olurdu.  Bəzi  hallarda  ova  əhliləşdirilmiş  ov 
bəbirləri  də  aparırdılar.  Ovda  hər  gənc  öz  bacarığını  sınamalı  idi.  Bir  sözlə,  ov 
mərdliyin sınağı, ərliyin rəmzi idi. 
Təbiidir  ki,  orta  əsrlərdə  mərdlik,  şücaət  at  çapmaq,  qılınc  oynatmaqla 
sınandığı üçün kişinin məzarı üstündə onun həyatının ən parlaq səhifələrini əks etdirən ov 
səhnəsi təsvir olunurdu. 
Daş  abidələr  sənəti 
tarixindən 
danışarkən 
Qarabağ,  Naxçıvan,  Gəncə, 
Qazax, Kəlbəcər, Lerik, Gədəbəy 
və  başqa  yerlərdə  təsadüf 
olunan  qoç  və  at  fiqurlarını 
xüsusi  qeyd  etmək  lazımdır. 
Çünki  onlar  həm  say,  həm  də 
üslub 
xüsusiyyətlərinin 
müxtəlifliyi 
ilə 
daşdan 
düzəldilmiş 
plastik 
sənət 
tariximizin 
inkişaf 
yolları 
haqqında ətraflı məlumat verir. 
Azərbaycanda daş qoç fiqurları xüsusilə geniş  yayılmışdır. Onlara Azərbaycanın ən 
ucqar cənub sərhədlərindən tutmuş, şimal-qərbinədək bir çox yerlərdə rast gəlirik. Bu 
fiqurlara  Ermənistan  və  Gürcüstan  ərazisindəki  kəndlərdə  də  təsadüf  edilir.  Daşdan 
yonulmuş qoç fiqurlarının azərbaycanlıların yaşadığı ərazilərdə belə geniş yayılması, söz 
yox ki, təsadüfi deyildir. 
Dadlı  ətinə,  məişətdə  müxtəlif  ləvazimat  və  geyim  məqsədilə  istifadə 
edilən əvəzsiz dərisinə, gözəl yununa görə qoç çox qədimlərdən ulu babalarımız üçün 
bolluq və qələbə simvoluna çevrilmişdir. 
Bu günədək kəndlərimizdə çəpər dirəklərinə, eyvan sütunlarına bərəkət və 
qüvvət  əlaməti  olaraq  qoç  başının  bərkidilməsi,  bəzi  rayon  və  kəndlərimizdə  isə 
(xüsusilə Lənkəran, Quba, Qusar və s.) hətta sütunun yuxarı hissəsinə (kapitelə) qoçbaşı 
deyilməsi, onun el arasında nə qədər geniş yayıldığını göstərir. Təsadüfi deyil ki, xalq 
öz qəhrəmanına qoç Koroğlu adı verib. 
Lakin  qoçu  bir  totem  kimi  təmsil  edən  təsvirlər  içərisində  bizim  üçün  ən 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə