A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə49/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   45   46   47   48   49   50   51   52   ...   116

122 
 
əlamətlərini təhlil edir. 
Təxminən 1530-cu illərin ortalarında çəkilmiş bu əsər Mirzə Əlinin ilk işi, 
yaxud ilk işlərindən biri olsa da, yüksək bədii üslubu, məharətlə işlənməsi ilə seçilir, 
gənc rəssamın istedadlı kompozisiya və rəsm ustası olduğunu nümayiş etdirir. 
1537-ci  ildə  tamamlanan  "Şahnamə"də  müvəffəqiyyətli  çıxışından  sonra, 
Mirzə  Əli  başqa  saray  rəssamları  kimi  və  onlarla  birlikdə  "Xəmsə"  əlyazmasının 
bədii tərtibatına cəlb edilir. Rəssamın bu əsərin tərtibatındakı fəaliyyəti daha genişdir 
və onun yaradıcılığının daha yüksək inkişaf mərhələsini əks etdirir. 
Mirzə Əlinin həmin "Xəmsə"də iki imzalı əsəri vardır.  Hər ikisi "Xosrov və 
Şirin"  poemasına  çəkilmiş  bu  əsərlərdən  birində  Şapurun  Xosrovun  portretini  Şirinə 
göstərməsi, ikincidə isə Xosrovun Barbedin musiqisinə qulaq asması epizodları təsvir 
edilir. 
Miniatür sənətində geniş yayılmış məclis təsviri üçün gözəl əyani material 
verən bu epizodu rəssam adi həyat hadisəsi, sarayda tez-tez rast gəldiyi kef və musiqi 
məclisi  kimi  şərh  edir.  Başda  əsas  qəhrəman  Xosrov  da  olmaqla  məclisin  bütün 
iştirakçıları Təbriz məktəbi üçün səciyyəvi olan kanonlar əsasında idealizə edilmiş halda 
təsvir  olunur.  Bütün  fiqurlar  geyimi,  papağı  və  s.  etnoqrafik  xüsusiyyətlərinə  görə 
müasir  saray  əyanlarının  obrazında  əks  etdirilir.  Xosrovun  surəti  şah  Təhmasibin 
surətində  qəbul  edilmiş  portret  surətini  xatırladır.  Təkcə  əsas  surətlərin  deyil,  təfər-
rüatın,  şəraitin,  kiçik  detalların  da  reallığa  uyğun  tərzdə  təsvir  edilməsi  miniatürün 
müasirlik ruhunu qüvvətləndirir, onu rəssamın öz dövrünü Şah Təhmasibin saray həyatını 
əks  etdirən  məişət  janrlı  əsər  kimi  qiymətləndirməyə  əsas  verir.  Hər  iki  əsər  Mirzə 
Əlinin  mahir  kompozisiya  ustası,  gözəl  kolorist,  zərif  və  səlis  rəsm  ustası  olduğunu 
sübut  edir.  Geniş  bəlli  olan  bu  3  əsərdən  əlavə,  bəzi  tədqiqatçılar  bir  neçə  başqa 
miniatürü  də  Mirzə  Əliyə  aid  edirlər.  Məsələn,  B.Robinson,  Ə.Caminin  1540-cı  il 
tarixli  "Yusif  və  Züleyxa"  (Dublin,  Çester  Bitti  kitabxanası)  əsərinə  çəkilmiş  5 
miniatürdən  üçünü  Mirzə  Əliyə  aid  edir.  Bunlardan  birində  Cəbrayılın  Yusifə  xəbər 
gətirməsi  epizodu  təsvir  olunur.  Qarşısında  əyləşərək  bağışlanmasını  xahiş  edən 
Züleyxaya  "hə",  "yox"  cavabı  verə  bilməyən  Yusif  qeybdən  sonra  gözləyərkən 
Cəbrayıl  zühuru  olub  ona  xəbər  verir  ki,  Allah  Züleyxanın  günahından  keçdi  və 
onları nikahladı. Çoxrəngli kaşı və divar rəsmləri ilə zəngin bəzənmiş portal fonunda, 
qiymətli  xalça  üstündə  oturmuş  Yusif  gözəl,  nur  saçan  bir  gənc  obrazında  təsvir 
edilir.  Yusif  və  önündə  oturmuş  Züleyxanın  fiqurları  təsvir  olunan  diaqonalın 
sonunda əlindəki qızıl qabdan Yusifin başına nur saçan Cəbrayıl təsvir olunur. Bütün 
fıqurların diaqonal boyu yerləşdirilməsi kompozisiyaya dinamiklik verir. Əsas surət-
lərin,  həmçinin  kənarda  dayanmış  eşikağasının,  portal  və  onun  dekorativ  bəzəyinin 
həllinə  görə  bu  əsər  Mirzə  Əlinin  "Xəmsə"  və  "Ləvaeh"  nüsxələrindəki  işlərini, 
rəssamın dəsti xəttini xatırladır. 
Bunlardan  əlavə,  İstanbulda,  Topqapı  muzeyində  saxlanan  Şah  Təhmasib 
albomunda musiqi məclisini təsvir edən diptixi və bütün xüsusiyyətlərinə görə Mirzə 
Əlinin əsərləri siyahısına cəsarətlə daxil etmək olar. 
Əlbəttə,  Mirzə  Əlinin  bədii  irsini  nəzərdən  keçirilən  əsərlərlə 


123 
 
məhdudlaşdırmaq olmaz. Şübhəsiz ki, rəssam "Xəmsə" və "Şahnamə"dən əvvəl də, 
"Ləvaeh"dən sonra  da bir çox əsərlər yaratmışdır. Lakin təəssüf ki, hazırda  Mirzə 
Əlinin  olması  şübhə  doğurmayan  miniatürlər  çox  az  olduğundan  bu  istedadlı 
rəssamın  yaradıcılığını  ətraflı  və  hərtərəfli  işıqlandırmaq  çətindir.  Buna 
baxmayaraq,  nəzərdən  keçirdiyimiz  əsərlərin  yüksək  bədii  üslubu,  xüsusən 
mükəmməl kompozisiya qurumu, zəngin koloriti və ifadəli obrazları Mirzə Əlinin 
XVI  əsr  Təbriz  məktəbinin  görkəmli  sənətkarlarından  biri  olduğunu  və  miniatür 
sənətinin inkişafında mühüm rol oynadığını söyləməyə haqq qazandırır. 
Müzəffər Əli.  İlk mənbələrin verdiyi  məlumata əsasən  Müzəffər  Əli  XVI 
əsr Təbriz məktəbinin çoxcəhətli yaradıcılıq diapazonuna  malik olan ən görkəmli 
rəssamlarındandır. Hələlik rəssamın ancaq 2-3 əsərinin bəlli olmasına baxmayaraq, 
Qazı  Əhmədin,  İskəndər  Münşinin  və  Sadiq  bəy  Əfşarın  rəssam  haqqındakı  çox 
tərifli  qeydlərindən  aydın  olur  ki,  o,  mahir  boyakar,  misilsiz  rəsm  ustası,  gözəl 
kalliqraf,  ornamentalist  olmuşdur.  Dövrün  görkəmli  sənətkarları,  mahir  portret 
ustaları  Müzəffər  Əlini  surət  çəkməkdə  misli  görünməmiş  ustad  hesab  edirdilər. 
İskəndər  Münşi  onun  Qəzvindəki  Çehil  sütun  sarayında  divar  rəsmləri  çəkdiyini 
xəbər verir. 
Müzəffər  Əli  haqqında  daha  ətraflı  və  mötəbər  məlumat  onun  şagirdi, 
görkəmli  Azərbaycan  rəssamı,  şairi  və  təzkirəçisi  Sadiq  bəy  Əfşarın  "Məcme  ül-
xəvas"  və  "Qanun  üssüvər"  adlı  əsərlərində  verilir.  Müəllif  Müzəffər  Əlinin 
Behzadın  bacısı  oğlu,  Mövlana  Heydərəlinin  oğlu  olduğunu,  təsviri  sənətin 
müxtəlif sahələrində bacarıqlı ustad olduğunu, bəzən şeir də yazdığını və məharətlə 
böyük, həm də kiçik şahmat oynadığını (hətta xəyalı surətdə) qeyd edir. 
Sadiqin  "Qanun  üs-süvər"  adlı  risaləsindəki  təşbeh  və  obrazlı  ifadələrlə 
dolu qeydləri rəssamın yaradıcılığını daha ətraflı işıqlandırır. 
Sadiqin  öz  müəllimi  haqqında  dediklərində  müəyyən  mübaliğə  olsa  da 
rəssamın  hələlik  bəlli  olan  əsərlərinin  kamil  üslubu  və  yüksək  sənətkarlıq 
əlamətləri bu tərifin həqiqətə uyğunluğunu sübut edir. 
1539-1543-cü  il  tarixli  "Xəmsə"  əlyazmasında  rəssam  Bəhram  Gurun 
əfsanəvi  qəhrəmanlığını  -  istəkli  kənizi  Fitnənin  şıltaq  tələbinə  görə  bir  oxla 
ceyranın ayağını qulağına tikməsi epizodunu illüstrə edir. 
Qeyd etmək lazımdır ki, Sasani hökmdarı Bəhram şahın bu möcüzəli hünəri, 
Şərq  folkloru  və  poeziyasında  olduğu  kimi,  təsviri  sənətdə  də  ən  çox  yayılmış 
ənənəvi  mövzulardandır.  Təsviri  və  dekorativ  sənətin  müxtəlif  növlərində  -bədii 
metal və keramikada, süjetli xalça və parçada tez-tez təkrar olunan bu epizodun ilkin 
təsvirinə hələ Sasani gümüş qablarında  rast gəlinir. Miniatür sənətində  rəssamların 
ən  çox  sevdikləri,  dönə-dönə  fırçaya  aldıqları  bu  süjeti  təsvir  edən  əsərlərin  bədii 
formasında müəyyən oxşar cəhətlərlə yanaşı, əsaslı fərqlər vardır. 
Əlbəttə,  burada  söhbət  Firdovsi  və  Nizaminin  poetik  təsvirlərindəki 
müxtəliflikdən  doğan  fərqdən  getmir.  Söhbət  müxtəlif  dövrlərdə,  müxtəlif 
rəssamların Nizami "Xəmsə"sinə çəkdikləri eyni süjetli əsərlərin bədii formasında, 
xüsusən  kompozisiya  qurumu  və  obrazların  həllində  gözəçarpan  üslub  fərqindən 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə