A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə45/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   41   42   43   44   45   46   47   48   ...   116

114 
 
çalışırdı. 
Təbriz  miniatür  məktəbinin  üslub  xüsusiyyətlərinin  formalaşmasında,  bu 
məktəbin  yüksək  inkişafında  və  onun  təsir  dairəsinin  genişlənməsində  mühüm  rol 
oynayan  bu  rəssamlar  hərtərəfli  inkişaf  etmiş  görkəmli  sənətkarlar  idi.  Onların 
çoxu  şair-rəssam,  rəssam-xəttat,  xəttat-memar-rəssam  olub,  bədii  yaradıcılığın 
müxtəlif sahələrində görkəmli nailiyyətlər əldə etmişlər. Bu baxımdan rəssam-xəttat 
və  sənət  tarixçisi  Dust  Məhəmmədin,  rəssam  və  dekorativ  sənətlər  ustası  Sultan 
Məhəmmədin fəaliyyəti xüsusilə maraqlıdır. 
XVI  əsrdə  Təbriz  məktəbi  üçün  səciyyəvi  olan  bu  keyfiyyətlə  Qərbi 
Avropada  İntibah  dövrü  sənətkarlarının  arasında  müəyyən  oxşarlıq  vardır.  Görünür 
ki,  mədəniyyətin hərtərəfli yüksək inkişaf etdiyi dövrlərdə sənətlərin  sintezinin bir 
problem  kimi  meydana  çıxması  və  bunun  nəticəsində  hərtərəfli  inkişaf  etmiş 
sənətkarların yetişməsi təsadüfi deyil, ümumi və qanunauyğun bir haldır. 
Bir  rəssamın  öz  yaradıcılığında  müxtəlif  sənət  sahələrini  birləşdirməsi, 
ümumiyyətlə, sənət növlərinin qarşılıqlı əlaqədə, sintez halında inkişaf etməsi XVI 
əsr Azərbaycan təsviri sənətində vahid üslubun yaranmasına səbəb oldu. 
XVI-XVII əsrlərdə təsviri sənətin ən geniş yayılmış,  yüksək inkişaf etmiş 
növünü kitab miniatürü təşkil edirdi. 
Əgər  XIV  əsrdə  miniatür  sənəti  bədii  üslub  xüsusiyyətlərinə  görə 
monumental  divar  boyakarlığının  təsiri  altında inkişaf edirdisə ("Demot Şahnaməsi"), 
indi isə əksinə, kitab miniatürü təsviri və dekorativ sənətlərin bütün növlərinə qüvvətli 
təsir  göstərir,  incəsənətdə  vahid  bədii  üslubun,  ifadə  vasitələrinin  yaranması  və 
inkişafında  həlledici  rol  oynayırdı.  Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  Təbriz 
məktəbinin  XVI  əsrin  əvvəllərindəki  fəaliyyəti,  dövrün  görkəmli  rəssamlarının 
yaradıcılığı  hələ  də  layiqincə  öyrənilməmişdir.  XVI  əsrin  birinci  rübünə  aid  bəlli 
əlyazmalarının  miqdarca  azlığı,  bütün  əsərlərin  imzasız  olması,  ilk  mənbələrdə 
verilən  məlumatın  son  dərəcə  qısa  və  məhdudluğu  bu  dövrdə  Təbriz  məktəbinin 
inkişaf  prosesini  izləməyi  çətinləşdirmiş,  Avropa  sənətşünaslığında  bir  sıra  səhv 
fikirlərin yaranmasına səbəb olmuşdur. 
Şərq xalqlarının  miniatür sənətinə  həsr  edilmiş bütün  xarici və bəzi sovet 
ədəbiyyatında  XVI  əsr  Təbriz  məktəbi  Herat  məktəbinin  mexaniki  davamı  kimi 
qələmə verilir. 
Kəmaləddin Behzad isə  bu  məktəbin banisi  hesab  edilir. Əlbəttə, XVI əsr 
Təbriz məktəbinin inkişafında Herat məktəbi ənənələrinin və Behzad yaradıcılığının 
müəyyən  rolu  olduğunu  inkar  etmək  olmaz.  Lakin  bu  da  bir  həqiqətdir  ki,  onların 
oynadığı bu rol heç də həlledici olmamışdır. 
Təbriz  məktəbinin  inkişafını  Herat  məktəbinin  təsiri  ilə  bağlayarkən, 
Behzad  başda  olmaqla  Herat  rəssamlarının  Şah  İsmayılın  saray  kitabxanasında 
işləmələrinə əsaslanırlar. Doğrudur, 1507-ci ildə Şeybani xan, sonra isə Şah İsmayıl 
Heratı  aldıqdan  sonra  (1510)  müxtəlif  ölkələrə  dağılan  Herat  rəssamlarından  bir 
neçəsi Təbrizə gələrək saray emalatxanasında işləmişlər. Lakin bu həqiqəti də qeyd 
etmək  lazımdır  ki,  əgər  Buxara  və  başqa  şəhərlərdə  çalışan  Herat  rəssamları  öz 


115 
 
üslublarını olduğu  kimi saxlayıb, Orta Asiyada Behzadın ənənələrini davam etdirirdi-
lərsə,  Təbrizə  gələnlər  çox  tezliklə  yerli  ənənələrin  təsiri  altına  düşərək  öz  ilk 
əsərlərini Təbriz məktəbi üslubunda yaratmışlar. 
XVI  əsrdə  Təbriz  miniatür  məktəbinin  keçdiyi  tədrici  inkişaf,  aparılan 
yaradıcılıq axtarışları, bədii üslubun forma-laşması  və  getdikcə  təkmilləşməsi birinci 
növbədə  bu  dövrün  ən  görkəmli  rəssamlarının,  Soltan  Məhəmmədin  rəhbərliyi 
altında  saray  emalatxanasında  çalışan  Mir  Müsəvvir,  Mir  Seyid  Əli,  Müzəffər  Əli 
kimi  ustad  sənətkarların  yaradıcılığı  ilə  bağlı  olmuşdur.  Hər  şeydən  əvvəl  yerli 
ənənələrə  əsaslanan  bu  rəssamlar  Behzadın  rəhbərlik  etdiyi  Herat  məktəbinin 
nailiyyətlərindən  faydalanaraq,  Orta  Şərqdə  miniatür  sənətinin  ən  yüksək  inkişaf 
zirvəsini  təşkil  edən  yeni  üslubun  formalaşması  və  püxtələşməsində  həlledici  rol 
oynadılar. 
Ustad Soltan Məhəmməd. Başqa rəssamlar kimi, Soltan Məhəmmədin də 
həyat  və  yaradıcılığı  haqqında  az-çox  ətraflı  məlumat  mənbəyi  yoxdur.  Lakin  üç-
dörd  orta  əsr  müəllifi  və  müasir  Avropa  alimlərinin  ayrı-ayrı  qeydləri,  xüsusən 
rəssamın  dövrümüzə  qədər  gəlib  çatmış  əsərləri  bu  böyük  sənətkarın  yaradıcılığını 
işıqlandırmağa,  bu  haqqında  müəyyən  fıkir  söyləməyə  imkan  verir.  Orta  əsr 
müəlliflərinin rəssam haqqında olan qısa, lakin çox tutarlı qeydlərinin xüsusilə böyük 
əhəmiyyəti vardır. Məsələn, XVI əsrin görkəmli xəttatı, rəssamı və sənət tarixçisi Dust 
Məhəmməd rəssamın  yaradıcılığına  yüksək qiymət  verərək  yazır: "Fələyin  min  görən 
gözü onun mislini görməmişdi. Karxananın şir ürəkli rəssamları onun əsərlərindən, 
xüsusən  Əlahəzrət  İskəndərin  (Şah  Təhmasibin)  "Şahnamə"sinə  çəkdiyi 
pələngpuşan  təsvirlərindən  ürək  dağlı  idilər, onun  surətlərinin  qarşısında  qibtə  ilə 
baş əyirdilər". 
Budaq Qəzvini və Qazı Əhməd, Soltan Məhəmmədin "qızılbaşlara aid olan 
xüsusiyyətləri hamıdan yaxşı təsvir etdiyini" göstərirdilər. 
Görkəmli  tarixçi  İskəndər  Münşi  Soltan  Məhəmmədi  Şərqin  böyük 
rəssamı Kəmaləddin Behzadla eyni səviyyədə tutaraq qeyd edirdi ki, "...onların hər 
ikisi öz nəcib sənətlərinin zirvəsinə çatmış və ecazkar fırçalarının zərifliyi ilə bütün 
dünyada şöhrət qazanmışlar". 
Soltan Məhəmmədin yaradıcılığının çiçəklənmə dövrü XVI əsrin ortalarına 
təsadüf  edir.  Bu  illərdə  o,  saray  emalatxanasının  rəisi  və  baş  rəssamı  vəzifəsində 
çalışmış,  nadir  əlyazmaları  üçün  illüstrasiyalar,  süjetləri  real  həyatdan  alınmış 
məişət janrlı miniatürlər, portretlər, süjetli xalçalar və parçalar üçün eskizlər, kitab 
cildləri və bir çox başqa əsərlər yaratmışdır. 
Rəssamın  hələlik  bəlli  olan  ən  görkəmli  əsərləri  1537-ci  il  tarixli 
"Şahnamə"də,  Hafizin  divanı  və  1539-1543-cü  illərdə  Şah  Təhmasib  üçün 
hazırlanmış  Nizami  "Xəmsə"sinin  məşhur  əlyazma  nüsxəsində  toplanmışdır. 
Bundan  əlavə  Sankt-Peterburqda  Saltıkov-Şedrin  adına  kitabxanada,  İstanbulda, 
Londonda,  Paris,  Vaşinqton,  Krakov  və  bir  çox  başqa  böyük  şəhərlərin  muzey  və 
kitabxanalarında rəssamın bir sıra portret əsərləri, süjetli miniatürləri və kitab rəsmləri 
saxlanır. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə