A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə43/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   39   40   41   42   43   44   45   46   ...   116

109 
 
məşhur sənətkarlardan başqa həmin dövrdə Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə 
fəaliyyət  göstərən  Nizaməddin  Əli  Ərdəbili,  Lütvallah  Təbrizi,  Məhəmməd  oğlu 
Mahmud Təbrizi və s. kitab ustalarının da adları və əsərləri bəllidir. 
Lütvallah  Təbrizinin  1501-ci  ildə  tamamladığı  bir  "Xəmsə"  əlyazması  2 
əlvan  frontispis,  3  ünvan  və  6  sərlövhədən  ibarət  zəngin  dekorativ  tərtibatı  və  bir 
hissəsi XV əsrin sonu, çoxu isə XVI əsrin əvvəllərinə aid olan 35 miniatürünə görə 
bu dövrün maraqlı əsərlərindəndir (əlyazması İstanbulda, Topqapı sarayı muzeyinin 
kitabxanasında saxlamr, № 1510). 
XV əsrin son rübünə aid miniatürlü əlyazmaların dəyərli nümunələrindən 
biri də  Uzun Həsənin saray şairlərindən olan Hidayət adlı  bir şairin divanı hesab 
edilir. Hazırda Dublində Çester Bittinin kitabxanasında saxlanan bu əsər 1478-ci ildə 
Uzun Həsənin oğlu Əbül Fəth Sultan Xəlil Bahadur xan üçün Təbrizdə yazılmışdır. 
XV  əsrdə  Təbriz  miniatür  məktəbinin  inkişaf  səviyyəsini,  səciyyəvi  üslub 
xüsusiyyətlərini, Təbriz rəssamlarının əldə etdiyi nailiyyətləri öyrənmək baxımından 
Nizaminin  İstanbulda  Topqapı  sarayı  muzeyində  saxlanan  nəfis  bir  "Xəmsə" 
əlyazması xüsusi əhəmiyyət kəsb edir. 
Yüksək bədii zövq və mahir sənətkarlıqda işlənmiş, dekorativ tərtibatı və 
miniatürlərinə görə Şərqdə kitab sənətinin ən nəfis, nadir şah əsərlərindən olmasına 
baxmayaraq,  bir  qədər  təəccüblü  görünsə  də,  bu  kitabın  ədəbiyyatda  ancaq  adı 
çəkilir. 
Əlyazmanın  sonuna  əlavə  edilmiş  bir  qeyddən  aydın  olur  ki,  bu  əsərin 
hazırlanmasına  Uzun  Həsənin  oğlu  Sultan  Xəlil  Mirzənin  dövründə  başlanmışdır. 
Atasının  vəfatından  sonra  6  ay  hakimiyyət  başında  olmuş  Sultan  Xəlil  bu  əsərin 
yazılmasını  dövrün  tanınmış  xəttatı  Əbdürrəhimə,  miniatürlərin  çəkilməsini  isə 
Təbrizin ən görkəmli ustad rəssamları Şeyxi və Dərviş Məhəmmədə tapşırmışdı. 
Lakin  həmin  əlavədə  xəttatın  əsil  adı  ilə  deyil,  onun  ləqəbi olan "Ənisi" 
kimi  qeyd  edilməsi,  kitabın  Sultan  Yaqub  dövründə  yazılıb  tamamlandığını  göstərir. 
Çünki bu  ləqəb  ona  Sultan  Yaqubla  yaxın  dostluğuna,  Sultanın  onu  "Ənisi"  (dost) 
adlandırmasına görə verilmişdi. 
Əlyazması  əlvan  rəngli  və  zərif  naxışlı  6  ünvan,  3  sərlövhə,  əksəriyyəti 
yüksək  sənətkarlıqla  işlənmiş  19  miniatürlə  bəzədilmişdir.  Kitabın  köçürülməsi 
Sultan  Yaqubun  dövründə  1481-ci  ildə  başa  çatdırılmışdır.  Lakin  illüstrasiyaların 
çəkilməsi uzun fasilədən sonra, Şah İsmayıl dövründə, yəni XVI əsrin əvvəllərində 
tamamlanmışdır. 
Təbriz  məktəbinin  təsiri  nəticəsində  XV  əsrdə  Azərbaycanın  başqa 
mədəni mərkəzlərində - Şamaxıda və Bakıda da miniatür sənəti inkişaf edir. 
Bakı  rəssamlıq  məktəbinin  hələlik  bəlli  olan  yeganə  nümayəndəsi 
Əbdülbaqi Bakuvinin İstanbulda "Topqapı sarayı" muzeyində saxlanan bir əsərində 
üz-üzə oturaraq söhbət edən 2 monqol əmiri təsvir edilir (əsər İstanbulda  Topqapı 
sarayı  muzeyində,  2160  nömrəli  albomda  saxlanır).  "Siyah  qələm"  texnikasında 
işlənmiş  iki  fiqurlu  kompozisiya,  rəsmin  incə  və  dəqiqliyi,  bədii  formanın  əsasını 
təşkil  edən  kontur  xətlərin,  fiqurlara  həcmlik  verən  müxtəlif  istiqamətli  ştrixlərin 


110 
 
plastikliyi və ifadəliyi ilə diqqəti cəlb edir. Əsərin kompozisiya qurumu, obrazların 
həlli və ifadə tərzinə görə  monumental xarakter daşıyan bu əsər  kitab illüstrasiyası 
və  dəzgah  miniatür  sənətinin  üslubundan  fərqlənir,  daha  çox  divar  boyakarlığı 
təsirindədir. 
Kompozisiyanın  monumentallığı  baxımından  Əbdülbaqi  Bakuvinin  həmin 
albomda saxlanan "Mehtər" adlı ikinci əsəri daha maraqlıdır. Ümumiyyətlə, realistik 
ifadəliyi ilə seçilən bu əsərdə uzun,  yaraşıqlı boynunu arxaya  döndərərək mehtərə 
baxıb kişnəyən atın oynaqlığı, mürəkkəb rakursda, gərgin hərəkətdə təsviri rəssamın 
mahir sənətkar olmasına dəlalət edir. 
Qeyd etmək lazımdır ki, miniatür sənətində müxtəlif hal və hərəkətlərdə, 
mürəkkəb  rakurslarda  verilən  at  təsvirləri  olduqca  çoxdur.  Lakin  atın  keçirdiyi 
həyəcanı  bu  dərəcədə  təbii  və  ifadəli  əks  etdirən  nümunələrə,  nadir  hallarda  rast 
gəlmək  olur.  Atın  olduqca  dinamik  və  ehtiraslı  təsvirinin  əksinə  olaraq  mehtərin 
hərəkətində  bir  süstlük,  donuqluq  görünür.  Buna  baxmayaraq,  kompozisiya  tamlıqda 
oynaqdır,  dinamikdir.  Rəssamın  rəsm  texnikası,  xüsusən  atın  tükləri  və  mehtərin 
paltarının  çəkilişində  işlədilən  xətlərin, cizgilərin doğurduğu narahat hisslərin  ritmi 
əsərin emosional təsir qüvvəsini daha da artırır. 
Bakı  rəssamlarından  ancaq  Əbdülbaqinin,  onun  isə  ancaq  ikicə  əsərinin 
bəlli  olmasına  baxmayaraq,  onların  yüksək  ifaçılıq  üsulu,  bədii-estetik  dəyəri,  bu 
dövrdə  Bakıda  qüvvətli  sənət  məktəbinin  olmasını  və  bu  məktəbin  özünəməxsus 
qüvvətli bədii ənənələrə söykəndiyini mülahizə etməyə tutarlı əsaslar verir. 
Şirvanda müstəqil miniatür məktəbinin mövcud olduğunu sübut edən əsaslı 
faktlardan,  ədəbiyyatda  "Şamaxı  antologiyası"  adı  ilə  bəlli  olan  1468-ci  il  tarixli 
əlyazmasının  illüstrasiyalarını  xüsusi  olaraq  qeyd  etmək  lazımdır.  Əsər  Şamaxıda, 
Şərəfəddin  Hüseyn  Sultani  adlı  xəttat  tərəfindən  yazılmış,  8  miniatürlə  bəzədilmişdir 
(Əlyazması  Londonda,  Britaniya  muzeyində  saxlanır).  Əlyazmasının  əvvəlində 
yerləşən  qoşa  səhifədən  ibarət  frontispis  məzmununa  görə  özünəməxsus 
"Mədhnamə" ithaf xarakteri daşıyır. İki hissədən ibarət olan çoxfiqurlu kompozisiyada 
əlyazmanın sifarişçisi olan Şirvanşahın saray bağında kef-musiqi məclisi təsvir olunur. 
Diptixin hər iki tərəfi miniatür səthinin təşkili, fiqurların üfüqi xətlər üzrə yerləşdirilməsi, 
ön  plandakı  naxışlı  kaşılarla  döşənmiş  həyətin,  arxa  planda  isə  ağaclıq  mənzərənin 
təsvirinə  görə  birləşir,  bir-birini  tamamlayaraq  bütöv  bir  kompozisiya  əmələ  gətirir. 
Miniatürün  səthi  şaquli  istiqamətində  3  bərabər  hissəyə  bölünür.  Sağ  tərəfdə, 
kompozisiyanın  mərkəzində,  xalça  üzərinə  salınmış  döşəkçədə  əyləşmiş  şah,  onun 
qarşısında müsahibi, yanda ayaq üstündə dayanıb əmrə müntəzir olan saray xidmətçiləri, 
ön planda isə çarhovuzun ətrafında oturmuş çalğıçılar, yeyib-içən, söhbət edib musiqi 
dinləyən qonaqlar təsvir olunur. Diptixin sol hissəsində aşağıda şahzadə,  ona xidmət 
edən qulluqçu və eşikağası, yuxarı kəmərdə isə mehtər iki atla, şahinağası şahinlə, yenicə 
bağa daxil olmuş qonaqlar təsvir olunur. 
Zərif əlyazmasını bəzəyən maraqlı miniatürlərdən biri də "Bağdadda daşqın" 
adlanan əsərdir. Real tarixi hadisəni əks etdirən, məzmunu və konkret şəhər mənzərəsini 
təsvir  edən  bu  əsər  bədii  formasına  görə  Şərq  miniatür  sənətinin  nadir 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə