A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə41/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   37   38   39   40   41   42   43   44   ...   116

103 
 
kişi  paltarı  geyinmiş  Gülşanın  əsir  düşmüş  Vərqanı  azad  etmək  üçün  düşmənlərlə 
vuruşması təsvir edilir. "Gülşa üzündən örpəyi açan kimi döyüş meydanı şəfəqə qərq 
oldu"  beytini  illüstrə  edən  bu  miniatür  kompozisiyanın  simmetrikliyi  və  tərəflərin 
müvazinəti, fiqurların sakitliyi, rənglərin çox və əlvanlığı ilə başqalarından fərqlənir. 
Ümumi  üslubu,  boyakarlıq  üsulunda  işlənməsi  və  bir  sıra  başqa 
xüsusiyyətlərinə,  o  cümlədən  qızılı  rəngdən  geniş  istifadə  edilməsi  və  insan 
təsvirlərinin  nimbada  verilməsinə  görə  "Vərqa  və  Gülşa"nın  miniatürləri 
Mesopotamiya  (Beynəlnəhr)  məktəbinin  üslubuna  daha  çox  yaxındır.  Lakin  insanların 
tipajı,  etnik  xüsusiyyətləri,  atların,  çadırların,  ornament  motivlərinin  və  başqa 
ünsürlərinin  təsvirində  həmin  miniatürlərin  Şərqdən  -  Orta  Asiya  və  Türküstandan 
gələn təsirdən də azad olmadığı görünür. 
Təbriz  miniatür  məktəbinin  erkən  çağlarında  bu  məktəbin  lokal  bədii 
üslubunun  yaranıb təşəkkül tapması prosesində  meydana çıxan əlyazmalarının demək 
olar  ki,  bütün  illüstrasiyalarında  özünü  göstərən  həmən  xüsusiyyət  "Mənafı  əl-
heyvan"  və  "Cami  ət-təvarix"  nüsxələrini  bəzəyən  miniatürlər  üçün  daha  da 
səciyyəvidir. 
"Mənafi  əl-heyvan"  əlyazmasına  çəkilmiş  94  miniatürdən  bir  qismi 
Beynəlnəhr Bağdad məktəbi üslubunun, bir hissəsi Şərqi Türküstandan gələn Çin-
uyğur sənəti üslubunun təsirini əks etdirir. 
Bəzi  miniatürlər  isə  hər  iki  üslubun  -  boyakarlıq  və  qrafik  üsulun 
qarışığından əmələ gəlmişdir. 
Mesopotamiya  (Beynəlnəhr)  məktəbi  üslubunda  işlənmiş  əsərlərə  misal 
olaraq "Adəm və Həvva", "Habil və Qabil" adlı iki fiqurlu kompozisiyaları, filləri, ayı 
balalarını, şirləri, antilop, bəbir və  s. heyvanları təsvir edən miniatürləri göstərmək 
olar. 
"Adəm və Həvva", "Habilin Qabili öldürməsi" islam Şərqi sənətində nadir 
rast  gəlinən  çılpaq  və  yarımçılpaq  insan  təsvirlərinin  dəyərli  nümunələri  kimi 
böyük bədii əhəmiyyət kəsb edir. Hər iki əsərdə fiqurlar böyük miqyasda, düzgün 
proporsiyada,  realistik  tərzdə  təsvir  edilib  ki,  bu  da  naməlum  rəssamın  bu  sahədə 
mövcud  olan  inkişaf  etmiş  ənənələrə  əsaslandığını  və  özünün  də  mahir  sənətkar 
olduğunu sübut edir. 
Qazan xanın və onun vəziri, görkəmli alim və dövlət xadimi Rəşidəddinin 
vaxtında Təbrizdə kitab sənəti yüksək inkişaf etmişdi. Təbrizin Şənbi-Qazan adlanan 
hissəsində  yerləşən  "Beytül  kütüb"  (kitab  evi)  və  "Beytül  qanun"  (qanun  evi) 
adlanan  iki  dövlət  kitabxanasından  əlavə,  Rəşidiyyədə  Rəşidəddinin  öz  kitabxanası 
vardı. 
Rəşidəddinin  kitabxanasında  və  onun  nəzdində  olan  bədii  emalatxanada 
Şərqin müxtəlif ölkələrindən dəvət edilmiş katib xəttatlar, rəssamlar, miniatür sazlar 
və  s.  kitab  ustaları  fəaliyyət  göstərirdi.  Onlar  Rəşidəddinin  "Cami  ət-təvarix" 
əsərinin  əlyazma  nüsxələrini  hazırlayır,  miniatürlərlə  bəzəyir  və  müxtəlif  Şərq 
ölkələrinə  yayırdılar.  Rəşidəddin  öz  emalatxanasında  yazılmış  və  illüstrə  edilmiş 
"Cami  ət-təvarix"  və  başqa  əsərlərin  kənar  xəttat  və  rəssamlar  tərəfindən  üzünün 


104 
 
köçürülməsinə də icazə vermişdi. 
Rəşidəddinin  sağlığında  hazırlanıb  Şərq  ölkələrinə  göndərilən  "Cami  ət-
təvarix"  əsərinin  əlyazma  nüsxələrindən  üçü  bədii  cəhətdən  xüsusi  əhəmiyyətə 
malikdir. 
Bunlardan 
ikisi 
ədəbiyyatda 
geniş 
əksini 
tapmış  1307-1314-cü  il  tarixli 
nüsxələridir  ki,  Edinburq 
Universitetinin 
kitabxanasında  və  Londonda 
Kral  Asiya  Cəmiyyətində 
saxlanır,  üçüncüsü  isə  ilk 
dəfə  Ağa  oğlu  tərəfindən 
tədqiq  olunan  1318-ci  il 
tarixli İstanbul nüsxəsidir. 
"Cami 
ət-təvarix" 
əlyazmalarının 
müxtəlif 
rəssamlar tərəfindən çəkilmiş 
illüstrasiyaları 
Azərbaycan 
miniatür sənətinin inkişafında 
xüsusi mərhələ təşkil edir. Bu 
miniatürlərdə 
Çin-uyğur 
sənətinin 
ənənələri 
kor-
koranə 
təkrarlanmır. 
Rəssamlar  gəlmə  əsərləri 
köçürmək, 
yaxud 
təqlid 
etmək  yolu  ilə  deyil,  onları 
dəyişdirmək,  səthi  dekorativ 
formaya 
uyğunlaşdırmaqla 
Çin-uyğur 
sənəti 
ənənələrindən  faydalanmağa, 
öyrənməyə başlayırlar. 
1318-ci 
ildə 
Rəşidəddin,  Olcaytu  xanı 
zəhərləyib 
öldürməkdə 
təqsirləndirilərək edam edilir. 
Onun Rubi Rəşididə yaratdığı 
kitabxana  və  emalatxanası 
dağıdılır.  Bu  isə  Təbrizdə  kitab  sənətinin  inkişafında  müəyyən  durğunluğun, 
fasilənin başlanmasına səbəb olur. 
Təbrizdə  əlyazma  kitabların  və  miniatür  sənətinin  yeni  inkişaf  dövrü 
təxminən 10 ildən sonra, 1328-ci ildə Rəşidəddinin oğlu Qiyasəddinin Əbu Səidin 
vəziri təyin olunduqdan sonra başlanır. Ölkələrin iqtisadi-siyasi və mədəni həyatında 


105 
 
atasının  yolunu  davam  etdirən  Qiyasəddin  kitab  sənətini  qaydaya  salmaq  üçün 
kitabxananı və emalatxananı yenidən bərpa etdirir. 
Qiyasəddin  vəzirlik  etdiyi  qısa  bir  dövrdə  (1328-1336)  Təbrizdə 
hazırlanmış əlyazma kitablarından ədəbiyyatda "Böyük Təbriz Şahnaməsi", yaxud 
"Demot Şahnaməsi" adı ilə məşhur olan və təxminən 1330-1350-ci illərə aid edilən 
"Şahnamə"  nüsxəsini  xüsusilə  qeyd  etmək  lazımdır.  Bu  əsərləri  tədqiq  edən  İvan 
Şukinə  görə  "Demot  Şahnaməsi"nin  miniatürləri  sənətkarlıq  baxımından  bir-
birindən fərqlənən, bədii üslub xüsusiyyətləri, ifaçılıq tərzinə görə 4 rəssam, yaxud 
müxtəlif  üsluba  malik  4  qrup  rəssamlar  tərəfindən  işlənibdir.  Bunların  daha 
əvvəllərə aid olan bir hissəsinin təxminən Qiyasəddin dövründə çəkildiyi güman edilir. 
Obrazlı  ifadə  vasitələrinə,  bədii-estetik  dəyərinə  görə  mükəmməl  olan  və  bir-birinə 
oxşayan bu əsərlər çoxfiqurlu kompozisiya qurumunun tam və bitkinliyi, sayca və ton 
etibarilə  məhdud  olan  rənglərin  ahəng  ümumiliyi,  təsvir  olunan  surətlərin  dərin 
psixoloji ifadəliyinə görə başqalarından seçilirlər. Bu qrupa aid maraqlı miniatürlər-
dən  "Firudinin  oğluna  ağlaması",  "İrəcin  ölüm  xəbəri",  "Ərdəvan  və  Ərdəşir", 
"Rüstəmin dəfni", "İskəndərin cənazəsi üzərində ağlaşma" və s. əsərləri göstərmək 
olar. 
"Demot  Şahnaməsi"nin  elm  aləmində  bəlli  olan  60-a  yaxın  miniatürlərinin 
üslub  və  ifaçılıq  tərzinə  görə  müxtəlifliyi,  "Cami  ət-təvarix"  illüstrasiyaları  ilə 
uyğunluğu və fərqli cəhətləri onların müxtəlif dövrlərdə yarandığını sübut edir. 
Təbriz məktəbinin bu dövrdəki inkişafını səciyyələndirən, onu Şiraz, Yəzd 
və başqa İran miniatür məktəblərindən fərqləndirən ən ümdə cəhət ondan ibarətdir 
ki,  Təbriz  rəssamları,  ümumiyyətlə,  XIV  əsr  miniatür  sənətinə  xas  olan  monumental 
dekorativ  üslubu  yüksək  dərəcədə  təkmilləşdirmiş,  onu  yeni  bədii-estetik 
keyfiyyətlərlə zənginləşdirmişdilər. Təbriz məktəbinin Şiraz və Yəzd məktəblərindən 
üstünlüyünü, kompozisiya, rəsm, kolorit, insan fiqurları və mənzərənin həllində daha 
böyük nailiyyətlər əldə etdiyini "Böyük Təbriz Şahnaməsi" təsdiq edir. 
Hazırda  İstanbulda  Universitet  kitabxanasında  saxlanan  1360-1374-cü  illərə 
aid  "Kəlilə  və  Dimnə"  əlyazmasının  miniatürləri  də  məhz  bu  dövrün  məhsuludur. 
Müxtəlif mənalı didaktik hekayələrə çəkilmiş məişət janrlı illüstrasiyalardan birində 
sadəlövh  oğrunun  yaxalanması  səhnəsi  təsvir  edilir.  Gecələrdən  birində  bir  dövlətli, 
damının üstündə oğru olduğunu duyub arvadını yuxudan oyadır və ucadan  ona  nəql 
etməyə başlayır ki, cavanlıqda necə dua oxuyub ayın işığından yapışar və asanlıqla 
bacadan evin içərisinə düşərmiş. Bunu eşidən oğru sevincək həmin duanı oxuyub ay 
işığından yapışaraq evə enmək istərkən yıxılıb bərk əzilir. Ev sahibi tez onu yaxalayıb 
kim olduğunu soruşduqda, oğru "Mən asanlıqla aldanmış bir sadəlövhəm" deyir. 
Miniatürdə  ev  sahibinin  əlindəki  çomaqla  oğrunu  döyməsi  və  yatağında 
oturmuş gənc qadının bu səhnəyə tamaşa etməsi təsvir olunur. Kompozisiyanın sadə 
və yığcamlığı, interyerin şərtiliyi, surətlərin isə canlılığı və reallığı xüsusən ev sahibi 
və  oğrunun  hərəkət  və  mimikalarının  təbii  və  ifadəliyinə  görə  bu  əsər  "Kəlilə  və 
Dimnə"nin  bəlli  olan  rəsmlərindən  yüksək  üslubu,  bədii  ifadə  formalarının  lako-
nikliyi ilə diqqəti cəlb edir. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə