A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə39/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   35   36   37   38   39   40   41   42   ...   116

99 
 
Sənətkarlıq ənənələrini davam etdirən hürufi şairlər öz əsərlərində Şərqdə hökm sürən 
feodal zülmünə, teymurilərin qəsbkarlıq siyasətinə qarşı çıxır, ədalət və insanpərvərlik 
ideyalarını  təbliğ  etməklə  mövcud  nöqsanları  əxlaqi-mənəvi  təkamül  vasitəsilə  islah 
etməyə,  aradan  qaldırmağa  çalışırdılar.  Bu  baxımdan  vəhdəti-vücud  dünyagörüşünə 
malik  olan  Şah  Qasim  Ənvarin  fəlsəfi-didaktik  əsərləri  xüsusilə  qeyd  edilməlidir. 
Yaxın  Şərq  ölkələrində  dərin  hörmət  və  şöhrət  qazanmış  bu  üsyankar  şairin  Əlişir 
Nəvainin yaradıcılığına faydalı təsiri olmuşdur. 
Doğrudur,  XV  əsr  Azərbaycan  ədəbiyyatı  bir  az  əvvəl  və  bir  qədər  sonra 
olduğu kimi, Nəsimi və Füzuli səviyyəsinə qalxan dahi mütəfəkkir-şair yetişdirmədi. 
Lakin  bu  dövrdə  yaranmış  ədəbiyyatın,  xüsusən  doğma  ana  dilində  yazan  Hamidi, 
Kişvəri,  Xətayi  kimi  şairlərin  yaradıcılığının  Azərbaycan  ədəbi-bədii  dilinin  və  milli 
ədəbiyyatının inkişafında faydalı rolu olmuşdur. 
XV əsrdə Azərbaycan incəsənəti inkişaf edir, memarlıq, təsviri və dekorativ 
sənətlər,  musiqi  mədəniyyəti  və  bədii  yaradıcılığın  başqa  sahələrində  yalnız 
Azərbaycanda  deyil,  ümumiyyətlə,  Yaxın  və  Orta  Şərqdə  böyük  şöhrət  qazanmış 
ustad  sənətkarlar  fəaliyyət  göstərir. Onların  Təbriz, Şamaxı, Bakı və s. Azərbaycan 
şəhərlərində,  həmçinin  qonşu  Şərq  ölkələrində  yaratdıqları  monumental  memarlıq 
abidələri,  təsviri  və  dekorativ  sənət  əsərləri  Şərqdə  bədii  yaradıcılığının  nadir 
nümunələri  olub  öz  dövründə  və  daha  sonralar,  bu  sənətlərin  inkişafında  mühüm  rol 
oynamışlar. 
XV əsrdə Azərbaycanda musiqi mədəniyyəti və musiqişünaslıq elmi yüksək 
dərəcədə inkişaf etmişdi. Bu sahədə əldə edilən bütün nailiyyətləri öz yaradıcılığında 
cəmləşdirən görkəmli Azərbaycan musiqişünası Əbdülqadir Marağainin klassik Şərq 
musiqisinin  nəzəri  əsasları  haqqında  yazdığı  dəyərli  elmi  əsərləri  bu  gün  belə  öz 
əhəmiyyətini itirməmişdir. 
XV  əsrdə  Azərbaycanın  mədəni  inkişafını,  ədəbiyyat  və  incəsənətinin 
yüksəlişini  səciyyələndirən  əsas  cəhətlərdən  biri  də  ondan  ibarətdir  ki,  bu  dövrdə 
saraylarda  yaranmış  rəsmi  sənətlə  bərabər  xalq  yaradıcılığı  -  folklor,  aşıq  şeri  və 
musiqisi,  xalq  sənəti  də  sürətlə  inkişaf  edirdi.  Belə  bir  şəraitdə,  mövcud  ictimai-
siyasi  və  mədəni  yüksəlişlə  əlaqədar  olaraq  Azərbaycanda  təsviri  sənət,  xüsusən 
kitab tərtibatı və miniatür boyakarlığı öz inkişafını davam etdirirdi. 
Təəssüflə qeyd etmək lazımdır ki, XV əsr  Azərbaycan  incəsənəti tarixinin 
ən zəif öyrənilmiş dövrüdür. Bir tərəfdən həqiqətən Azərbaycana və bu əsrə aid faktik 
materialın  son  dərəcə  azlığı,  digər  tərəfdən  Azərbaycan  sənətkarları  tərəfindən 
yaradılmış bir sıra əsərlərin ədəbiyyatda "Türkmən  məktəbi" və  "Herat  məktəbi"nə 
aid  edilməsi  ölkədə  belə  bir  səhv  fikir  dolaşmasına  səbəb  olmuşdu  ki,  guya  XIV 
əsrdə  yüksək  inkişaf  etmiş  Təbriz  məktəbi  XV  əsrdə  süqut  edir,  XVI  əsrdə 
Səfəvilər  dövründə  isə  yenidən  fəaliyyətə  başlayır.  Buna  görə  də  Azərbaycanda 
miniatür sənətinin ardıcıl inkişafı inkar edilir, birinci və ikinci Təbriz məktəbi deyə 
iki müstəqil, bir-biri ilə məntiqi əlaqəsi olmayan iki məktəbə bölünürdü. 
Hələ  XX  əsrin  əvvəllərində  alman  alimi  F.Şults  Şərq  miniatür  sənətinin 
sonrakı tədqiqatçılarından fərqli olaraq XV  əsrdə  Təbriz  miniatür  sənətində, 


100 
 
Səfəvilər  dövründə  inkişaf  zirvəsinə  çatmış  üslubun  formalaşdığını  qeyd  etmiş- 
dir.  O  zaman  faktik  materialın  daha  az  bəlli  olmasına  baxmayaraq,  Şults  Təbriz 
miniatür  məktəbinə  yüksək  qiymət  vermiş  və  onu  Herat,  Buxara  və  başqa  sənət 
mərkəzlərinin inkişafına qüvvətli təsir göstərmiş "Ana məktəb adlandırmışdır". 
XV əsr  Azərbaycan sənətinə  aid sonrakı tapıntılar, tarixi faktlar və bədii 
əsərlər  F.Şultsun  uzaqgörənliklə,  böyük  alim  hissiyyatı  ilə  çıxardığı  nəticənin 
tamamilə obyektiv və əsaslı olduğunu sübut etdi. 
Həmişə olduğu kimi, bu dövrdə də bir sıra Azərbaycan  sənətkarları, alim, 
şair  və  rəssamları  başqa  ölkələrə  köçüb  getmişdilər.  Onlardan  bəziləri  ölkədəki 
vəziyyətlə  əlaqədar  olaraq  öz  vətənlərini  tərk  etməyə  məcbur  olmuş,  bir  qismi 
işğalçılar  tərəfindən  zorla  aparılmış,  başqaları  isə  qonşu  feodal  saraylarına  dəvət 
edilmişdilər. 
Məlum  olduğu  kimi,  Azərbaycan  sənətkarları  köçüb  getdikləri  yerlərdə 
böyük şöhrət qazanmış, o ölkənin incəsənətinin inkişafında mühüm rol oynamışlar. 
Qeyd  etmək  lazımdır  ki,  başqa  yerlərdə  şahnaməçilik  "əcəm"  adlandırılan 
Azərbaycan şairlərinə tapşırıldığı kimi saray kitabxanalarındakı məsul vəzifələr də, 
xüsusi  əhəmiyyət  kəsb  edən  nadir  sənət  əsərlərinin  hazırlanması  da  Azərbaycan 
xəttatları və rəssamlarına tapşırılırdı. 
XV əsrin ən görkəmli ustad xəttatlarından sayılan Mövlana Cəfər Təbrizi 
uzun  müddət  Baysonqurun  saray  kitabxanasının  rəisi  olmuş,  sarayda  çalışan  40 
xəttatın  yazı  işlərinə  rəhbərlik  etmiş,  bir  sıra  nadir  əlyazma  kitablar,  o  cümlədən 
məşhur "Baysonqur şahnaməsi"ni yazmış, bir neçə mahir xəttat yetişdirmişdir. 
Baysonqurun sarayında bir sıra  tanınmış sənətkarlar,  o cümlədən dövrün 
görkəmli  rəssamı  Xəlil  Mirzənin  işləməsinə  baxmayaraq,  şah  üçün  xüsusi  cüng 
hazırlamaq lazım olduqda Təbrizdən ustalar dəvət etmişdilər. 
"Həzrət Baysonqur Mirzə Təbrizdən Ustad Seyyidi Əhməd nəqqaşı, Xacə 
Əli Müsəvviri və cildsaz  Qəvaməddin Təbrizini gətirdib buyurdu  ki, onlar Sultan 
Əhməd  Bağdadlının  hamı  tərəfindən  bəyənilmiş  cüngü  üslubunda,  həmin  ölçüdə, 
sətirlərin sayı və illüstrasiyaların yerlərini olduğu kimi saxlamaqla bir cüng tərtib 
etsinlər.  Onun  yazılması  həzrətin  göstərişi  ilə  Fəridəddin  Cəfərə,  cildin 
hazırlanması  isə  cild  üzərində  qabarıq  təsvirlərin  ixtiraçısı,  ustad  Qəvaməddinə 
tapşırıldı.  Cüngün  illüstrə  edilməsi  və  bəzədilməsini  Əmir  Xəlil  öz  öhdəsinə 
götürdü. O öz dövrünün "misilsiz sənətkarı, boyakarlıq üsuluna görə nadir ustadı idi". 
Lakin həmin cüng tamamlanmamış Baysonqur Mirzə vəfat edir. Onu əvəz edən oğlu 
Əlaəddövlə  Mirzə  cüngü  başa  çatdırmaq  fikrinə  düşür.  Əvvəlki  sənətkarları 
kitabxanasına toplayıb onlara hər cür mərhəmət göstərir və Qiyasəddin Pir Əhməd 
Zərqubun dalınca Təbrizə qasid gondərir. "O vaxt ki, Xacə əmrə mütabiq olaraq öz 
qədəmi ilə kitabxananı şöhrətləndirdi, öz mahir qələmi ilə cüngü bəzədi və ona bir 
neçə şəkil çəkdi və onları adamı cuşa gətirən heyrətamiz rənglərlə rənglədi və onu 
(cüngü)  ürəyinin  qanı  və  göz  yaşları  ilə  yuyub  təmizlədi,  onda  Əmir  Xəlil ədalət 
gözü  ilə  o  cənnət  bağını  gəzdi...  və  boyakarlıq  sənətindən  birdəfəlik  əl  çəkmək 
qərarına gəldi". 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə