A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə47/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   43   44   45   46   47   48   49   50   ...   116

118 
 
Təhmasib  və  saray  əyanlarının  ov  məclisi  təsvir  edilir.  Bu  əsərlər  gözəl  dekorativ 
xüsusiyyətlərindən başqa, kompozisiyanın çoxfiqurlu və mürəkkəbliyi, dinamikliyi, ayrı-
ayrı  səhnəciklərin,  surətlərin,  mənzərələrin,  heyvan  fiqurları  və  detalların  olduqca 
real  və  ifadəli  həll  olunması  ilə  diqqətli  cəlb  edir.  Həmin  əsərlər  rəssamın  dərin 
müşahidəçilik, böyük sənətkarlıq qabiliyyətinə malik olduğunu bir daha sübut edir. 
Bu baxımdan Ə.Caminin həmin kitabxanada saxlanan "Silsilət-əz-zəhəb" əsərinin 
qoşa səhifəsini bəzəyən "Şahın şikarı" diptixi xüsusilə qeyd edilməlidir. Məzmunu 
və  bədii  formasına  görə  bir-birinin  məntiqi  davamı  olan,  bir-birini  tamamlayan, 
kompozisiya  qurumu,  koloriti  və  vahid  süjet  xəttinə  görə  birləşərək  çoxplanlı, 
olduqca mürəkkəb, çoxfiqurlu miniatür boyakarlığı üçün nadir hal olan böyük ölçülü 
tam  bir  kompozisiya  əmələ  gətirən  bu  əsərdə  sarayın  ümdə  əyləncələrindən  olan, 
minlərlə  adamın  iştirak  etdiyi  şah  şikarının  dəbdəbəli,  təntənəli  cəhətləri  bütün 
təfərrüatı ilə öz əksini tapmışdır. 
Qəhvəyi,  çəhrayı  və  abı  rənglərin  müxtəlif  çalarlarının  ahəngdar 
düzümündən yaranmış sıldırımlı və yastı qayalar diaqonal boyu səhifələri birləşdirən 
qapalı  bir  məkan  yaradır.  Əlvan  çiçəklərlə  dolu  yaşıl  çəmənlikdən  ibarət  ovlağı 
üzük qaşı kimi əhatələyən atlı və  piyada  ovçular  dağların zirvəsi və yamaclarından, 
qayalıqların  aralarından  pələng,  gur,  maral,  ceyran  və  s.  heyvanları  qovaraq  ovlağa 
doldururlar.  Bu  fikri  ifadə  etmək  üçün  rəssam  bir-birini  tamamlayan  olduqca  müxtəlif 
maraqlı səhnəciklər, epizodlar göstərir. Ümumi süjetin parçalarını, tamın hissəciklərini 
təşkil edən bu səhnəciklər və onların ifaçısı olan epizodik obrazlar son dərəcə müxtəlif 
hal və hərəkətdə, olduqca canlı, təbii və ifadəli təsvir olunur. 
Maraqlı  burasıdır  ki,  diptixdə  bir  hadisə,  vahid  süjet  təsvir  olunmasına 
baxmayaraq,  əsərin  baş  qəhrəmanı  -gənc  şahın  surəti  iki  yerdə  təkrarlanır. 
Kompozisiyanın  sağında  o,  günlük  altında,  xalçanın  üstündə  oturaraq  soyuqqanlılıqla 
yanındakı  heyvanları  oxlayır,  solda  isə  at  üstündə,  əlində  siyirmə  qılınc,  maral  və 
ceyranları  təqib  edib  öldürür.  Qorxudan  hürküb  müxtəlif  istiqamətlərdə  qaçışan, 
yaralanıb  yıxılan  heyvanlar,  onların  sürətli  hərəkəti,  mürəkkəb,  bəzən  də  çətin, 
gözlənilməz rakurslarda verilmiş vəziyyətləri son dərəcə təbii, real və ifadəli, böyük 
ustalıqla əks etdirilir. Bu isə bir qayda olaraq naturadan istifadə etməyən, hər şeyi xəyalən 
çəkən (bütün şərqli rəssamlar kimi) rəssamın dərin bilik, müşahidə qabiliyyəti və geniş 
yaradıcılıq fantaziyasına malik olduğunu sübut edir. 
Qeyd  etmək  lazımdır  ki,  Soltan  Məhəmmədin  çəkdiyi  illüstrasiyalar  və 
müstəqil miniatürlər məzmununa görə ənənəvidir, yəni XVI əsrdən başlayaraq bütün 
sənət  məktəblərində  tez-tez  fırçaya  alınmış  süjetləri  əks  etdirir.  Lakin  rəssamın  böyük 
ustadlığı  elə  burasındadır  ki,  ənənəvi  mövzuları  təsvir  edərkən  o,  tapdalanmış  yollarla 
getmir, onları  yeni  süjet xətlərilə zənginləşdirir,  yeni obrazlı vasitələri  tapır. Orijinal 
kompozisiya  quruluşu,  parlaq  cingiltili  boyaların  kontrast  düzümündən,  əlvan  rəng 
ləkələrinin ritmik təkrarlanmasından yaranan füsunkar kolorit, şux dekorativlik, ifadəli 
obrazlar,  realistik  və  əfsanəvi  ünsürlərin  qəribə  vəhdətindən  yaranmış  mənzərə 
Soltan  Məhəmmədin  əsərlərinə  başqa  vüsət,  məna  dərinliyi,  forma  gözəlliyi  verir, 
onların  emosional  təsir  gücünü  daha da  qüvvətləndirir, onları  özümlü edir, həmin və 


119 
 
oxşar mövzulu başqa miniatürlərdən fərqləndirir. 
Soltan Məhəmmədin yaradıcılığında portret janrı da əhəmiyyətli yer tutur. 
Lakin  nə  onun,  nə  də  onun  müasirlərinin  -  Mir  Müsəvvir,  Dust  Məhəmməd, 
Müzəffər Əli və başqa sənətkarların yaratdıqları əsərləri sözün əsil mənasında portret 
adlandırmaq olmaz.  Şərti olaraq portret  janrına  aid  edilən  bu  əsərlər,  ümumiyyətlə, 
Şərq miniatürlərində olduğu kimi, konkret bir şəxsin real surətini, fərdi oxşarlığını, 
psixoloji xarakterini əks etdirən portret deyil, sabit kanonlara, sarayın estetik zövqü və 
tələblərinə əsasən stilizə edilmiş, bədii ümumiləşdirilmiş tiplərdir. 
Bəlli  olduğu  kimi,  islam  dini  ehkamları  canlı  məxluqat,  xüsusən  insan 
surətini  çəkməyi  yasaq  edirdi.  Lakin  buna  baxmayaraq,  mahiyyətcə  dini 
ideoiogiyadan  tam  kənar  olan  və  sırf  dünyəvi  xarakter  daşıyan  Şərq  miniatür 
sənətində insan surəti həmişə rəssamların diqqət mərkəzində olmuşdur. Orta əsrlərdə 
camalın  təsviri  bir  növ  islam  dini  ehkamlarına  qarşı  mübarizə  vasitəsi  olmuşdur. 
İnsan  gözəlliyini,  camalı  Allah  yaradıcılığının  təzahür  forması  hesab  edən 
mütəsəvvif  şair  və  filosofların  əslində  dinə  və  idealizmə  əsaslanan  bu 
nəzəriyyələrinin  orta  əsr  rəssamlarının  yaradıcılığında  portret  təsvirlərinin  geniş 
yayılmasına müsbət təsiri olmaya bilməzdi. 
Soltan  Məhəmmədin  portret  əsərlərində  də  ayrı-ayrı  şəxslərin  fərdi 
obrazları  deyil,  sarayın  estetik  tələbi,  gözəllik  idealına  uyğun  olaraq  müəyyən 
kanonlar  əsasında  idealizə  edilmiş  gənc  və  gözəl  şah  surəti  təsvir  olunur.  Zahiri 
oxşarlığı,  etnoqrafik  xüsusiyyətləri,  fərdi  keyfiyyətləri  ilə  fərqlənməyən,  yalnız 
müxtəlif hal və hərəkətlərdə verilmiş portret təsvirlərində əsas məqsəd şahin gözəl-
liyini, "aya bənzər çöhrəsini" tərənnüm etməkdir. 
Soltan  Məhəmmədin  əsərlərindən  birində  mütəkkəyə  söykənərək  kitab 
oxuyan gənc bir oğlan təsvir edilir. Əslində ideal hökmdar obrazını əks etdirən rəsmi-
reprezentativ  portret  olsa  da,  müəyyən  ikonoqrafik  əlamətlərinə  görə  bu  əsər 
ədəbiyyatda  Şah  Təhmasibin  portreti  kimi  qəbul  edilmişdir.  Miniatürün  üstündə 
yazılmış  bir  beyt  sarayın  estetik  tələbini,  portretçi  rəssamın  qarşısında  qoyulan 
məqsəd və vəzifəni çox gözəl aydınlaşdırır. 
 
"Yusifi bu qədər gözəl xəlq etmiş fələk 
 Fırçanı da yaratdı ki, sənin çöhrəni vəsf etsin". 
 
Beləliklə,  bir  tərəfdən  hakim  dini  ideologiyanın  insan  təsviri  haqqında 
məhdudlaşdırıcı  ehkamları  və  klassik  ədəbiyyatın  mədhiyyəçilik  tendensiyaları, 
digər tərəfdən də  sarayın öz estetik tələbi, təsviri sənətdə portretin mücərrəd, stilizə 
edilmiş səpkidə inkişaf etməsinə səbəb olmuşdur. 
Soltan  Məhəmmədin  Sankt-Peterburqda  Saltıkov-Şedrin  adına  kütləvi 
kitabxanada  və  İstanbulda,  Topqapı  sarayı  muzeyində  saxlanan  portretləri  bədii 
üslub  xüsusiyyətlərinə  görə  miniatür  sənətində  portret  janrının  ən  mükəmməl 
maraqlı əsərlərindən hesab edilə bilər. 
Bu portretlərdə gənc və yaraşıqlı, zəngin libaslı, qızılbaş çalması cıqqa və 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə