A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə44/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   40   41   42   43   44   45   46   47   ...   116

111 
 
nümunələrindəndir.  Əsərdə  içərisində  qayıqlar,  adamlar  və  balıqlar  üzən  çox  enli  bir 
çayla iki yerə bölünmüş şəhər mənzərəsi təsvir edilir. 
Məzmunu  və  yüksək  bədii  keyfiyyətinə  görə  diqqəti  cəlb  edən 
miniatürlərdən  biri  də  zəngin  dekorativ  bəzəkli  sarayda  şahzadə  ilə  gənc  bir  oğlanın 
dama oynamasını təsvir edən əsərdir. Təfərrüatın bir qədər kobud və səliqəsiz işləndiyi 
frontispisdən  fərqli  olaraq,  burada  hər  şey  -  heyvan  və  ağac  təsvirlərindən  ibarət 
gözəl divar rəsmi, interyeri bəzəyən kaşı panel və xalçanın zərif ornament motivləri, 
personajların geyimi (xüsusən çalma və papaqları) incə bir zövqlə, xüsusi diqqətlə, 
mahiranə sənətkarlıqla işlənmişdir. 
Saray və şəhər zadəganlarının həyatını əks etdirən bir miniatürdə isə əsərin 
məzmunu,  süjet  xəttini  açan  səhnəciklər  üz-üzə  dayanmış  saray  tipli  binaların 
fonunda  təsvir  edilir.  Mərkəzi  günbəz  tipli,  monumental  portalla  həll  edilmiş 
ikimərtəbəli binaların memarlıq forması, xarici və daxilini bəzəyən kaşı və mozaika 
bəzəklərinin mürəkkəb naxışları, şəbəkə və xalçaların zərif ornament motivləri və s. 
dekorativ  ayrıntıların  son  dərəcə  dəqiq,  incə  zövqlə  işlənməsi  rəssamın  nadir 
istedada malik ustad sənətkar olduğunu sübut edir. Miniatürlərin müəllifi bəlli deyil. 
Lakin həmin bu əsərdə qapılardan birinin yuxarısında yazılmış "Əl Sultani" kəlməsi bu 
və  qalan  miniatürlərin  əlyazmasının  xəttatı  Şərəfəddin  Hüseyn  Sultani  tərəfindən 
işləndiyini fərz etməyə imkan yaradır. 
Qeyd  etmək  lazımdır  ki,  Şərq  kitab  sənətində  əsərin  üzünü  köçürən 
xəttatın eyni zamanda kitabın bütün, yaxud qismən bədii tərtibatını verməsi və onun 
miniatürlərini  çəkməsi  hallarına  tez-tez  təsadüf  edilir.  Bu  sahədə  XVI  əsrin 
görkəmli sənətkarlarından məşhur kalliqraf Dust Məhəmməd və Əli Rza Təbrizinin 


112 
 
fəaliyyətini nümunə göstərmək olar. 
Ola  bilsin  ki,  bu  fərziyə  düzgün  deyil,  yəni  Şamaxı  antologiyasının 
illüstrasiyalarını  katib  özü  deyil,  başqa  rəssam  çəkmişdir.  İ.Şukin  frontispis  və 
Bağdad şəhərinin təsvirindən başqa, qalan miniatürlərin sonralar çəkildiyini və XVI 
əsr  Buxara  məktəbini  xatırladığını  qeyd  edir.  Lakin  miniatürlərin  qarşılıqlı  
müqayisəsi,  ümumi  üslubun  eyniliyi,  tipajların  oxşarlığı,  mənzərə  və  obrazların 
həllində  gözə-çarpan  yaxınlıq  onların  bir  rəssam  tərəfindən,  yaxud  da  üslubuna 
görə eyni məktəbə mənsub olan iki rəssam tərəfindən çəkildiyini sübut edir. 
Fiqurların  proporsiyası  və  obrazların  həllinə  görə  Şamaxı  miniatürləri 
Şiraz  və  Herat  məktəbinin  həmin  dövrə  aid  əsərlərindən  fərqlənirlər.  Nisbətən 
gödək  boylu,  girdə  sifət,  qalın  çatmaqaşlı  kişi  fiqurları  ədəbiyyatda  "Türkmən 
üslubu" adlanan miniatürləri xatırladır. Bu da təsadüfi deyil. Çünki bu istilah altında 
gedən  miniatürlərin  əksəriyyəti  Təbrizdə  və  Azərbaycan  rəssamları  tərəfindən 
yaradılmışdır. 
Şamaxı  antologiyasının  miniatürləri  bədii  ifadə  vasitələrinə  və  ifaçılıq 
keyfiyyətinə  görə  Hidayətin  Təbrizdə  hazırlanmış  divanı  və  1481-ci  il  tarixli 
"Xəmsə"nin  (İstanbul,  Topqapı  sarayı  muzeyi)  illüstrasiyalarına  nisbətən  zəifdir. 
Xüsusən  kitabın  başlanğıcında  verilən  qoşa  miniatürdə  ayrı-ayrı  fiqurların, 
hissələrin  təsviri  qüsurlu  və  kobuddur.  Lakin  ümumi  üslubu,  kompozisiya  və 
obrazların  həllinə  görə  Şamaxı  miniatürləri  Təbriz  məktəbinin  bədii  üslubuna 
olduqca  yaxındır.  Bu  isə  təbiidir,  çünki  Şamaxı  rəssamları  öz  yaradıcılıq 
axtarışlarında  söz  yox  ki,  onlara  daha  yaxın  və  doğma  olan  Təbriz  məktəbinin 
təsirinə məruz qalır, onun nailiyyətlərindən faydalanırdılar. 
 
 
 
 
 
 
XVI-XVII YÜZİLLİKLƏRDƏ İNCƏSƏNƏT 
 
MİNİATÜR SƏNƏTİ 
 
XV  əsrin  sonu  XVI  əsrin  əvvəlləri  Azərbaycan  xalqının  iqtisadi-siyasi  və 
mədəni  həyatında  yeni  yüksəliş  dövrü  olmuşdur.  Mərkəzləşmiş  Səfəvilər 
dövlətinin yaranması ölkəni xarici işğalçıların hücumundan qorudu, daxili ziddiyyətlər 
və  feodal  pərakəndəliyinin  nisbətən  ləğv  edilməsinə  səbəb  oldu.  Vahid  dövlət 
quruluşu ölkədə əmin-amanlığın möhkəmlənməsinə səbəb oldu ki, bu da məhsuldar 
qüvvələrin,  şəhər  təsərrüfatının,  ticarət  və  sənətkarlığın  inkişafı  üçün  lazımi  şərait 
yaratdı.  Rusiya,  Avropa  və  Şərq  ölkələri  ilə  ticarət  -  karvan  yollarının  üzərində 
dayanmış  Təbriz,  Şamaxı,  Bakı,  Gəncə,  Ərdəbil  və  b.  Azərbaycan  şəhərlərini  daha 
sürətlə inkişaf etdirirdi. Əhalinin sayı, abadlığı və  iqtisadi inkişaf səviyyəsinə görə 


113 
 
Avropa şəhərlərindən heç də geri qalmayan Təbriz, Şamaxı, Bakı, Gəncə müxtəlif 
peşə və sənətlərin inkişaf etdiyi mədəni mərkəzlər idi. 
XVI  əsrdə  Azərbaycanda  müxtəlif  elm  sahələri  -xüsusən  tarix,  fəlsəfə  və 
astronomiya  elmləri  inkişaf  edirdi.  Əsrin  əvvəllərində  Marağa  rəsədxanası  bərpa 
olunur,  adları  bəlli  və  bəlli  olmayan  alimlərin  Azərbaycan  tarixinə  aid  bir  sıra 
əsərləri  yazılır.  Bu  dövrdə  şerə  və  sənətə,  klassik  ədəbi  irsə,  ədəbiyyat  tarixini 
öyrənməyə  maraq  artır.  Klassik əsərləri toplamaq, divanlar tərtib etmək və  onlara 
şərh  yazmaq,  şairlərin  həyat  və  yaradıcılığını  əks  etdirən  elmi  əsərlər  -  təzkirələr 
hazırlamaq işi sürətlə inkişaf edir. 
XVI  əsr  ədəbiyyatının 
inkişaf  zirvəsində  dövrün  fəlsəfi 
fikrini,  ədəbi-bədii  nailiyyətlərini 
özündə 
əks 
etdirən 
Füzuli 
yaradıcılığı  dururdu.  Şah  İsmayılın 
sarayında məşhur Azərbaycan şairi 
Həbibinin  rəhbərlik  etdiyi  ədəbi 
məclis  fəaliyyət  göstərirdi.  Bu 
məclisə  daxil  olan  şairlərin 
əksəriyyəti,  o  cümlədən  Həqiri, 
Xətayi və başqaları öz poemalarını, 
lirik şeirlərini doğma Azərbaycan 
dilində yazırdılar. 
Şerə,  sənətə 
yüksək 
qiymət 
verən, 
himayəçilik 
göstərən, özləri də şair, rəssam və 
xəttat  olan  Şah  İsmayılın  və oğlu 
Təhmasibin 
dövründə 
saray 
kitabxanası  bədii  yaradıcılığın 
müxtəlif 
sahələrində 
çalışan 
sənətkarları öz  ətrafında  toplayan 
qüdrətli  sənət  mərkəzinə  çevrilir. 
Bədii  sənətlərin  inkişafı  üçün 
yaranmış  bu  əlverişli  şəraitlə 
əlaqədar olaraq, əvvəllər müxtəlif 
səbəblər  üzündən  başqa  ölkələrə  səpələnmiş  azərbaycanlı  sənətkarlar  yenidən 
vətənə  qayıdır  və  xalqın  çoxəsrlik  zəngin  bədii  ənənələrinə  əsaslanaraq  yeni 
nailiyyətlər  əldə  edirlər.  Kitabxananın  nəzdindəki  bədii  emalatxanada  dövrün  ən 
görkəmli xəttat və rəssamları - Sultan Məhəmməd, oğlu Mirzə Əli və Məhəmmədi, 
Mir Müsəvvir və oğlu Mir Seyid Əli,  Müzəffər Əli, Sadıq bəy Əfşar, Şah Mahmud 
Nişapuri,  Dust  Məhəmməd  və  bir  çox  başqa  sənətkarlar  qızğın  fəaliyyət 
göstərirdilər.  Bundan  əlavə,  emalatxanada  Herat,  İsfahan,  Şiraz  və  s.  şəhərlərdən 
gəlmiş Şərqin məşhur sənətkarları Behzad, Ağamirək İsfahani, Qasıməli və başqaları da 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə