A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə42/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   38   39   40   41   42   43   44   45   ...   116

106 
 
Nəzərdən  keçirilən  xarakterli  nümunələr  əsasında  XIV  əsrin  birinci  və 
ikinci yarısında Təbriz məktəbi miniatürlərini müqayisə edərkən bir daha qeyd etmək 
lazım  gəlir  ki,  "Demot Şahnamə"si və  "Kəlilə  və  Dimnə"nin  sənətkarlıq cəhətdən 
uğurlu  olan  əsərləri  öz  bədii  forması,  üslubu  və  obrazlı  ifadə  vasitələrinə  görə 
"Mənafi  əl-heyvan"  və  "Cami  ət-təvarix"  əlyazmalarının  illüstrasiyalarından  əsaslı 
surətdə  fərqlənir.  Əgər  "Mənafi  əl-heyvan"  və  "Cami  ət-təvarix"in  rəssamları 
qüvvətli  təsirinə  məruz  qaldıqları  Çin-uyğur,  yaxud  da  ərəb-Beynəlnəhr  ənənə-
lərindən  gah  iqtibas,  gah  da  təqlidçilik  yolu  ilə  istifadə  edirdilərsə,  "Demot 
Şahnamə"sinin rəssamları hər iki təsirdən yaradıcı surətdə faydalanırdılar. Onlar hər iki 
ənənənin lazımsız tərəflərini,  xüsusiyyətlərini asanlıqla tullayır,  ədəbi süjetlərin ən 
ümdə  məğzini  təsvir  etmək  üçün  zəruri  olan  cəhətlərini  saxlayır,  öz  yaradıcılıq 
prinsiplərinə  uyğun  surətdə  dəyişdirirdilər.  Yerli  və  gəlmə  ənənələrin  sintezindən 
yaranmış bu üslub tamamilə yeni keyfiyyətə malikdir, orijinal xarakter daşıyır. 
Təbriz məktəbinin qonşu məktəblərə təsiri məsələsindən danışarkən, onun 
Sultaniyyədə  İsxitar  Anets  adlı  erməni  xəttatının  köçürdüyü  Evanqeliyanın  (1356) 
miniatürlərinə göstərdiyi təsiri də qeyd etmək lazımdır. 
Beləliklə,  Azərbaycanda  miniatür  sənətinin  erkən  inkişaf  mərhələsini 
təşkil edən XIV əsr Təbriz məktəbi Yaxın və Orta Şərqdə bu sənətin yaranması və 
inkişafında mühüm rol oynamış qüvvətli bədii mərkəz olmuşdur. 
XV  əsrin  sonlarında,  Yaqub  Mirzənin  hakimiyyəti  illərində  (1478-1490) 
Təbriz yenidən Yaxın Şərqin ən görkəmli mədəniyyət mərkəzlərindən birinə çevrilir. 
Kamal savadı, incə bədii zövqü, şerə, sənətə həvəsi və qayğıkeşliyi ilə seçilən Yaqub 
Mirzənin sarayında dövrün görkəmli alim, şair və sənətkarları toplanmışdı. Sarayda tez-
tez şeir məclisləri təşkil edilirdi. 
Bu  dövrdə  dahi  özbək  şairi  Əlişir  Nəvainin  başçılıq  etdiyi əbədi  məktəbin 
şöhrətini bütün  Şərqdə geniş  yayıldığına və bəzi Azərbaycan şairlərinin Herat şəhərinə 
köçüb  getmələrinə  baxmayaraq,  Yaqub  Mirzənin  Təbriz  sarayı  ədəbiyyat  və 
incəsənətin ümumi inkişafındakı rolu və mövqeyinə görə Herat məktəbi ilə bəhsə girə 
biləcək qüvvətli bir mərkəz idi. Təsadüfi deyil ki, dövrün məşhur şairi Binayi Heratdan 
getməli olarkən başqa yerə deyil, Yaqub Mirzənin Təbriz sarayına gəlir. 
Əlişir  Nəvai,  Sam  Mirzə  sarayda  toplanmış  şairlər  məclisini  yüksək 
qiymətləndirir,  bir  çox  şairlərin  adlarını  qeyd  edirlər.  Sam  Mirzə  yazır  ki,  Sultan 
Yaqubun  hakimiyyəti  dövründə  poeziya  ulduzu  perigeydən  çıxıb  pleyad  (yeddi) 
ulduzlar  topasının  zirvəsinə  yüksəldi,  şeir  və  şeir  yaradıcılığı  isə  böyük  şöhrət 
qazandı. 
Sarayda  və  saraydan  kənarda  elm,  ədəbiyyat  və  incəsənətin  inkişaf 
etməsində Sultan Yaqubun vəziri, şair Qazi İsanın da əhəmiyyətli rolu olmuşdur. Onun 
bu  sahədəki  xidmətini  Əlişir  Nəvainin  Heratda ədəbiyyat  və  incəsənətin  inkişafındakı 
böyük rolu ilə müqayisə edirlər. 
Qoca Şərqin dahi şairləri Cami və Nəvai Təbriz şairlər məclisi ilə yaxından 
əlaqə  saxlayır,  Sultan  Yaqubun  elm  və  mədəniyyətin  inkişafındakı  rolunu  yüksək 
qiymətləndirirdilər. 


107 
 
Yaqub şahın ölümündən sonra onun varisləri arasında gedən çəkişmə zamanı 
görkəmli  Azərbaycan  şairi  Kişvəri  öz  əsərlərində  həsrətlə  keçmişi  xatırlayır,  Sultan 
Hüseyn Baykor kimi şerə, sənətə qiymət verən bir hami arzulayırdı. 
 
"Kişəvəri şeri Nəvai şerindən əskik iməs,  
Bəxtinə düşsəydi, bir Sultan Hüseyn Baykorın". 
 
Uzun  Həsənin  və  oğlu  Yaqub  Mirzənin  dövründə  Təbrizdə  memarlıq  və 
təsviri sənət sürətlə və geniş inkişaf edir. Şəhərdə bir sıra binalar, o cümlədən əzəmətli 
memarlıq  dekorativ  bəzəyi,  xüsusən  monumental  boyakarlığı  ilə  yalnız  Azərbaycanda 
deyil,  ümumiyyətlə,  Yaxın  Şərqdə  nadir  sənət  əsəri  kimi  yüksək  qiymətləndirilən 
"Həşt  behişt"  sarayı  tikilir.  Sarayın  künclərində  əjdaha  şəklində  tunc  novdanlar 
qoyulmuşdu. Onlar o qədər böyük idi ki, hər birindən bir top qayırmaq olardı. İtaliyalı 
elçi  və  səyyahların  yazılarından  bəlli  olduğu  kimi,  sarayın  dairəvi  zalı  və  başqa 
otaqlarının  tavanı  və  divarlarında  ov  və  müharibə  səhnələrini,  saray  məclislərini, 
elçilərin qəbulunu, müxtəlif vəhşi heyvanları və onlarla mübarizədə baş verən qəribə 
sərgüzəştləri  təsvir  edən  süjetli  kompozisiyalar  işlənmişdi.  Əsasən  qızıl,  gümüş  və 
əlvan rənglərlə freska texnikası ilə işlənmiş bu monument boyakarlıq əsərləri təsvirin 
reallığı,  canlı  və  ifadəliyilə  Avropa  səyyahlarının  diqqətini  cəlb  etmişdi. "Fiqurlar 
elə məharətlə təsvir olunmuşdu ki, canlı insanlar kimi görünürdü. Bu gözəl təsvirlə 
bəzənmiş zal əfsanəvi təsir oyadırdı". 
Venesiya  səfiri  Ambrocio  Kontarinin  yazdığına  görə  otaqlardan  birinin 
divarında Herat hakimi Əbu Səidin edam olunması səhnəsi təsvir edilmişdi. 1469-cu 
ildə  olan  tarixi  hadisəyə  həsr  edilmiş  kompozisiyanın  ön  planında  Uzun  Həsənin 
oğlu  Uğurlu  Məhəmmədin  Əbu  Səidin  boynuna  kəndir  salıb  edam  yerinə 
sürükləməsi təsvir olunurdu. 
Mənbələrin  verdiyi  məlumata  əsaslanaraq  belə  nəticəyə  gəlmək  olar  ki, 
"Həşt  behişt"  sarayı  XV  əsrdə  Azərbaycan  memarlığının,  təsviri  və  dekorativ 


108 
 
sənətlərinin uğurlu sintezini əks etdirən görkəmli abidə olmuşdur. 
Əvvəllərdə olduğu kimi bu dövrdə də ən geniş yayılmış və  yüksək inkişaf 
etmiş təsviri sənət növü kitab illüstrasiyası, yəni miniatür boyakarlığı olmuşdur. 
XV  əsrin  əvvəllərinə  aid  miniatürlü  əlyazmalara  misal  olaraq  Sultan 
Əhməd Cəlairinin 1405-1410-cu il tarixli divanını göstərmək olar (Vaşinqton, Frir 
qalereyası). 
Sultan Əhmədin divanına çəkilmiş rəsmlər isə yüksək bədii zövq və böyük 
sənətkarlıqla 
işlənmişdir. 
Səhifələrin 
enli 
kənarlarını 
bəzəyən 
rəsm 
kompozisiyalarında kənd həyatından alınmış müxtəlif məişət səhnələri təsvir edilir. 
"Siyah  qələm"  rəsm  texnikası  ilə  çəkilmiş  və  mətn  çərçivəsi  ilə  kəsildiyindən  ilk 
baxışda  bir-birilə  əlaqəsiz  ayrıntılar  təsiri  oyadan  bu  rəsm  "qırıqları"  əslində 
realistik  ifadə  qüvvəsi  ilə  diqqəti  cəlb  edən  vahid  bir  kompozisiyanın  ayrılmaz 
hissələri, tamın parçalarıdır. Dağlıq, düzənlik, yamaclıqdan ibarət mənzərə fonunda 
təsvir edilən insan və heyvan fiqurları canlı, real və ifadəlidir. Onlar ətraf mühit, təbiətlə 
üzvü  vəhdətlik  təşkil  edir.  Zərif  və  dəqiq  xətlər,  incə  ştrixlərlə  çəkilmiş  bu  rəsm 
kompozisiyaları  "Siyah  qələm"  texnikasının  hələ  XV  əsrin  əvvəllərində  Təbrizdə 
geniş yayıldığını və yüksək inkişaf etdiyini göstərir. 
Onu da qeyd etmək lazımdır ki, bu texnika XVI əsrin sonlarında yenidən 
inkişaf  edəcək  və  məşhur  Azərbaycan  rəssamları  Sadiq  bəy  Əfşarın  və 
Məhəmmədinin yaradıcılığında daha böyük vüsət kəsb edəcəkdir. 
XV əsrin son rübündə, Azərbaycanda iqtisadi-siyasi vəziyyətin yüksəlişi, 
mədəniyyətin  ümumi  inkişafı  ilə  əlaqədar  olaraq  kitab  sənəti  və  miniatür 
boyakarlığı  sahəsində  də  yeni  bir  canlanma,  sürətli  inkişaf  dövrü  başlanır.  Elmə, 
poeziya  və  incəsənətə  böyük  marağı  olan,  himayəçilik  göstərən  Yaqub  padşahın 
hakimiyyəti illərində (1478-1490) bu inkişaf xüsusilə bəhrəli olmuşdur. 
Yaqub  Mirzənin  ədəbiyyat  və  incəsənətin  əsil  mərkəzinə  çevrilmiş 
sarayında  dövrün  bir  sıra  görkəmli  ustad  rəssamları,  xəttatları  və  kitab  sənətinin 
başqa  ustaları  fəaliyyət  göstərirdi.  Bunlardan  Sam  Mirzənin  yazdığına  görə  Yaqub 
padşahın  yaxın  dostu  olan  "Divanə"  təxəllüslü  rəssamın,  Şeyxinin  və  bir  müddət 
Təbrizdə  işləyən  Dərviş  Məhəmmədin  bu  dövrdə  miniatür  sənətinin  inkişafında 
xüsusilə  əhəmiyyətli  rolu  olmuşdur.  Xəttatlardan  isə  Şeyx  Məhəmməd  Təmimi, 
Mövlana  İdris,  Əbdürrəhman  Xarəzminin  oğlanları  Əbdülkərim,  Sultan  Yaqubla 
dostluğuna  görə  "Ənisi"  təxəllüsü  ilə  tanınmış  Əbdürrəhim,  Sultan  Əli  əl-Yaqubi 
kimi ustad xəttatlar bu dövrdə kitab sənətinin gözəl nümunələrini yaratmışlar. 
Kamil  xəttinə,  qoşa  frontispisinə,  ünvan  və  sərlövhələrdən  ibarət  zəngin 
dekorativ  tərtibatına  görə  yüksək  bədii-estetik  əhəmiyyətə  malik  əlyazmalarına  misal 
olaraq  Sultan  Əli  əl-Yaqubinin  köçürdüyü  Ayn  əl-Quzad  Həmadaninin  "Rauzad" 
(əlyazması Sankt-Peterburqda Saltıkov-Şedrin adına Dövlət kütləvi kitabxanasında 
saxlanır).  Ənisinin  yazdığı  Mahmud  Şəbüstərinin  "Gülşəni  Rza"  (əlyazması 
Tacikistan  EA  Şərqşünaslıq  şöbəsində  saxlanır,  №  2103)  və  xüsusilə  Nizaminin 
"Xəmsə" nüsxələrini göstərmək olar. 
Yaradıcılığı  bilavasitə  Ağqoyunluların  saray  kitabxanası ilə bağlı  olan bu 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə