A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə40/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   36   37   38   39   40   41   42   43   ...   116

101 
 
Dust Məhəmmədin bu məlumatı XV əsrin əvvəllərində Təbriz məktəbinin 
yüksək  inkişafını,  Azərbaycan  rəssamlarının  mahir  sənətkar  kimi  Şərqdə  şöhrət 
qazandıqlarını  və  qonşu  ölkələrdə  kitab  tərtibatı  sənətinin  inkişafında  faydalı  rol 
oynadığını göstərir. 
Dust  Məhəmmədin  qeyd  etdiyi  Təbriz  rəssamlarının  Heratdakı  sonrakı 
fəaliyyətləri bu fikri bir daha təsdiqləyir. Məsələn, İ.Şukin və B.Qrey belə hesab edirlər 
ki, Şahruxun 1419-1422-ci illərdə Çinə göndərdiyi səfirliyin nümayəndəsi kimi qeyd 
edilən  rəssam  Qiyasəddin  və  Dust  Məhəmmədin  adını  çəkdiyi  təbrizli  Qiyasəddin 
Pir Əhməd eyni adamdır. 
Pir  Seyid  Təbrizi,  Şərqin  Rəfaeli  adlandırılan  və  yaradıcılığı  Herat 
məktəbinin  ən  yüksək  zirvəsini  təşkil  edən  Kəmaləddin  Behzadın  müəllimi 
olmuşdur.  Xacə  Əli  Müsəvvir  Baysonqurun  vəfatından  sonra  da  Heratda  işləmiş, 
Nizaminin  1445-1446-cı  illərdə  yazılıb  tamamlanmış  bir  "Xəmsə"  nüsxəsinə 
illüstrasiyalar  çəkmişdir.  Hazırda  İstanbulda  Topqapı  sarayı  muzeyində  saxlanan 
bu  əlyazmanı  bəzəyən  13  miniatürdən  11  —i  kitab  hazırlanan  dövrdə,  qalan  ikisi  isə 
sonralar  türk  rəssamları  tərəfindən  çəkilmişdir.  Zəngin  və  zərif  tərtibatına, 
miniatürlərin  bədii  xüsusiyyətlərinə  görə  İvan  Şukin  bu  əlyazmanı  Şahrux  dövrü 
kitab sənətinin ən gözəl nümunələrindən biri kimi yüksək qiymətləndirir. 
Adları  çəkilən  sənətkarlardan  əlavə  bu  dövrdə  Heratda  nəstəliq  xəttinin 
ustadları Əzhər Təbrizi, Mahmud Xəyyam və Məhəmməd Xəyyam Təbrizi, Zərqub 
İbrahim  Təbrizi,  dekorativ  sənət  ustaları  Kəmaləddin  Məsud  Şirvani,  Şəmsəddin 
Bərdal, Ziya Təbrizi, İsmayıl Təbrizi və s. fəaliyyət göstərirdilər. 
Təbriz  miniatür  məktəbinin  yaranması,  formalaşması  və  ilkin  inkişafı 
müxtəlif səmtlərdən gələn təsirlərlə yerli bədii ənənələrin çarpazlaşması, qaynayıb-
qarışması  prosesində  baş  vermişdir.  Bu  təsirlərdən  biri  monqollarla  Təbrizə  gəlmiş 
uyğur rəssamlarının gətirdiyi Şərqi Türküstan sənətinin ikincisi isə Bağdad məktəbi 
vasitəsilə gələn ərəbbeynəlnəhr boyakarlığı ənənələrinin təsiri idi. 
Qeyd  etmək  lazımdır  ki,  xüsusi  ədəbiyyatda  Şərqdən  gələn  bədii  təsirin 
Çin sənəti təsiri adlandırılması ənənə şəklini almışdır. Əvvəla, göstərmək lazımdır 
ki,  Avropa  ədəbiyyatında  işlənən  "Çin"  sözünü  konkret  ölkə  mənasında  deyil, 
"səmt",  "tərəf”  mənasında  başa  düşmək  lazımdır.  Bəllidir  ki,  Şərq  ədəbiyyatında 
işlədilən  "Firəng"  mövhumu  da  fransız  mənasında  deyil,  həmişə  ümumi  şəkildə 
"Qərb", "Avropa" mənasında işlədilmişdir. Digər tərəfdən, Uyğurstanın da Çin dövləti 
ərazisinə  daxil  olması  XX  əsr  avropalı  şərqşünaslar  arasında  bu  səhv  fikrin  geniş 
yayılmasına səbəb olmuşdur. 
Lakin  bir  sıra  Avropa  alimləri,  o  cümlədən  E.Dits,  E.Kühnel  və  b.  haqlı 
olaraq  bu  sənətkarların  milli  mənsubiyyətinə  görə  çinli  deyil,  uyğur  olduqlarını 
göstərirlər.  Bu fikrin həqiqət olduğunu tarixi sənədlər də təsdiq edir.  Rəşidəddinin 
"Vəqfnamə"sində  Təbrizdə  saray  emalatxanasında  çalışan  bu  rəssam  və 
sənətkarların adları çəkilir (Dumlun Buqa (nəqqaş), Tok Timur, Ayas, Altun Buqa, 
Taqay  Timur  və  s.).  Göstərilən  20  addan  heç  birinin  çinli  adı  olmaması,  Şərqdən 
gətirdilmiş bu şəxslərin türk-uyğur mənşəli ustalar olduğunu sübut edir. 


102 
 
Uyğurlarda incəsənətin yüksək inkişaf etdiyini, uyğur sənətkarlarının Yaxın 
və  Orta  Şərqdə  Böyük  şöhrət  qazandıqlarını  isbat  edən  faktlar  çoxdur.  Le  Kokun 
Turfandan  tapdığı  rəsmlər  və  bunlara  əsasən  uyğur  rəssamlarını  dünyanın  ən 
görkəmli  portretçilərindən  hesab  etməsi,  Maninin  sonralar  əfsanəyə  çevrilmiş 
yaradıcılığı,  uyğur  ustalarının  Çində,  Hindistanda,  Orta  Asiya  və  İranda  məbədlər 
tikməsi  və  onları  divar  rəsmləri  ilə  bəzəməsi  kimi  bir  sıra  faktlar  IX-XI  əsrlərdə 
uyğur sənətinin geniş təsir dairəsinə malik olan qüvvətli bir məktəb olduğunu isbat 
edir. 
Beləliklə,  uyğur  rəssamları  Orta  Şərqdə,  İranda  və  Azərbaycanda  təsviri 
sənətin  inkişafında,  Çin-uyğur  sənəti  ənənələrinin  yayılmasında  mühüm  rol 
oynamışlar.  Təbriz  məktəbinin  erkən  çağlarında  yaranmış  miniatür  sənətinin  Çin-
uyğur sənəti təsirini əks etdirməsi də məhz bu dövrdə Marağa və Təbrizdə fəaliyyət 
göstərmiş uyğur rəssamlarının yaradıcılığı ilə əlaqədardır. Şərqdə kitab sənətinin ilk 
nümunələrindən  olan  "Vərqa  və 
Gülşa",  "Mənafi  əl-heyvan"  və 
"Cami  ət-təvarix"in  müxtəlif 
rəssamlar  tərəfindən  çəkilmiş 
illüstrasiyaların  da  hələ  bədii 
forma  birliyi,  üslub  eyniliyi 
yoxdur. 
"Vərqa 
və 
Gülşa" 
məhəbbət 
dastanına 
Xoylu 
rəssam 
Əbdül 
Mömin 
Məhəmməd  oğlunun  çəkdiyi  71 
miniatürdə  frizvari  kompozisiya 
sadə 
və 
lakonikliyi, 
insan 
surətlərinin  və  fonda  verilmiş 
heyvan, quş və bitki təsvirlərinin, 
ornament 
motivlərinin  stilizə 
edilməsi  ilə  seçilir.  Miniatürlərin 
əksəriyyətində 
Vərqa 
və 
Gülşanın 
faciəli 
məhəbbət 
dastanının  ayrı-ayrı  epizodları, 
qəhrəmanların 
başına 
gələn 
hadisələr,  onların  iztirabı  əks 
etdirilir.  Bunlardan  "Vərqanın 
düşmənlə  təkbətək  vuruşu", 
"Vərqanın 
əsir 
düşməsi", 
"Vərqa  ilə  Gülşanın  bağda  son  görüşü",  "Gülşanın  bayılması"  kimi  əsərlər  həm 
məzmunu, həm də bədii formasına görə daha çox diqqəti cəlb edir. 
İki və üç fiqurlu, sadə kompozisiyalı başqa əsərlərdən fərqli olaraq "Vərqanın 
əsir düşməsi" çoxfiqurlu və nəqli xarakter daşıyan kompozisiyaya malikdir. Miniatürdə 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə