A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə36/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   32   33   34   35   36   37   38   39   ...   116

92 
 
çevrilmişdir.  Onun  ən  gözəl  nümunələrinə  hazırda  İstanbulun  "Topqapı",  "Xalı" 
muzeyində,  Nyu-Yorkun  "Metropoliten"  muzeyində,  Budapeştin  dekorativ  sənətlər 
muzeylərində və başqa yerlərdə rast gəlinir. 
Mənbələr  göstərir  ki,  Xatay  (Xətayi)  özü-özlüyündə  bir  qədim  türk 
qəbiləsinin  adıdır.  Bayat  qəbiləsinin  bayatı,  Afşar  qəbiləsinin  afşarı  musiqi 
melodiyaları olduğu kimi, çox güman, Xatay qəbiləsinin də əjdaha təsvirli Xətayi xalı-
ları olmuşdur. 
Görkəmli  türk  alimləri  Ə.Esin,  O.Aslanapa,  N.Diyarbəkirli  və  başqaları 
tarixi  mənbələrə  əsaslanaraq  xalq  sənəti  nümunələri  üzərində  əjdaha  təsvirinin 
Qafqaz, İran və Anadoluda yayılmasının türk qəbilələrinin Orta və Mərkəzi Asiyadan 
Qərbə  doğru  axını  ilə  əlaqələndirirlər.  Bu  fikri  fransız  sənətşünası  Armenaq 
Saqızyan da təsdiq edir. 
Tədqiqatlar  göstərir 
ki,  xalı  sənəti  üzərində  əjdaha 
həmişə 
müsbət 
totem 
olmamışdır. Zaman keçdikcə o 
bir  şər  obrazı  kimi  də  çıxış 
etməyə  başlayır.  Bu  halda  o 
daha  tək  yox,  xeyirxah  obraz 
sayılan 
simurq 
quşu 
ilə 
mübarizədə təsvir edilir. Bu tip 
kompozisiyalı 
təsvirlər 
Azərbaycan  dekorativ  sənəti 
nümunələri 
üzərində 
XV 
yüzillikdən işlənməyə başlayır. 
XVI-XVII 
yüzilliklərdə  o, 
Təbriz  xalçalarında  ən  yüksək 
inkişaf mərhələsinə çatır. 
Nəzərdən 
keçirdiyimiz  sənət  əsərləri, 
onların  bədii  və  texnoloji  xüsusiyyətləri  göstərir  ki,  bu  əsərlərdə  Azərbaycan  el 
sənətləri çox mürəkkəb tarixi inkişaf yolu keçmişdir. 
XI-XV  yüzilliklərdə  yaradılmış  sənət  nümunələrimizin  bəzək  motivləri  və 
forması  bir  çox  hallarda  hələ  də  keçmiş  yerli  ənənələrə  sadiq  qalsa  da,  onların 
kompozisiya  quruluşu  və  texniki  icrasında  xeyli  dəyişikliklər  gözə  çarpırdı.  Bu 
əsərlərdə  Uzaq  Şərq  mədəniyyətinə  xas  olan  oraament  ünsürləri  (stilizə  edilmiş 
buludlar,  su  bitkiləri,  əjdaha  rəsmi  və  s.)  el  sənətlərimizin  bədii  tərtibatında, 
xüsusilə tez-tez rast gəlinir. 
Araşdırmalar  göstərir  ki,  bu  əsərlərdə  el  sənətlərimiz  öz  bədii  üslubu 
etibarilə  iki  böyük  tarixi  mərhələ  keçmişdir:  XI-XIII,  XIV-XV  yüzilliklər.  XI-XIII 
yüzilliklərdə  sənət  nümunələrimizin  bədii  tərtibatında  daha  çox  həndəsi,  stilizə 
edilmiş  nəbati  ornament  motivlərindən,  insan  və  fantastik  heyvan  təsvirlərindən 


93 
 
istifadə edilmişdir. Lakin bunlar daha keçmiş dövrün sənət nümunələri üzərində rast 
gəlinən bəzəklər kimi lakonik, monumental bir səpkidə deyil, xırdalanmış şəkildə 
təsvir  olunurdu.  Rast  gəlinən  insan,  heyvan  rəsmləri  bu  dövrdə  sənət  nümunələri 
üzərində  o  qədər  ornamental  bir  səpkidə  icra  edilirdi  ki,  onları  adi  gözlə 
ornamentlərdən ayırmaq olmurdu. 
XIV  yüzilliyin  axırı,  XV  yüzilliyin  əvvəllərindən  başlayaraq  sənət 
nümunələrimizdə  nisbətən  real  səpkidə  işlənmiş  nəbati  bəzəklərin  üstün  gəldiyini 
görürük. 
Yerli mühitə, onun əhalisinin zövqünə uyğun gələn ornament motivləri və 
kompozisiya  üsulları  bundan  sonra  sənət  nümunələrimizin  ayrılmaz  bir  hissəsinə 
çevrilir. 
XV  yüzillikdən  başlayaraq  X-XIII  yüzilliyin  ornament  səpkisinə  xas  olan 
qrafik  üslub  bütünlüklə  aradan  çıxır  və  boyakarlıq  sənətini  xatırladan  yeni  bədii 
üslubla əvəz olunur. 
Beləliklə,  XV  yüzilliyin  axırlarında  el  sənətlərimizin  bədii  tərtibatında 
yeni bədii bir üslubun gün-gündən inkişaf edərək artdığının şahidi oluruq. 
 
 
 
 
 
 
ƏLYAZMA KİTABLARIN BƏDİİ TƏRTİBATI 
 
Orta əsrlərdə, Yaxın Şərqin digər ölkələrində olduğu kimi Azərbaycanda 
da  mədəniyyətin  inkişafı,  dünyəvi  ədəbiyyata  və  incəsənətə  maraq  əlyazma 
kitablarına bədii  tərtibat  verilməsi  və  illüstrə  edilməsi ehtiyacını doğurmuşdu. Bu 
dövrdə Quran və başqa dini kitablarla yanaşı, məşhur alimlərin, şair və yazıçıların 
təbiət, tarix, habelə ədəbi bədii əsərləri də köçürülürdü. Orta əsrlərdə üzü köçürülən 
Quran  "nəsx",  yaxud  "reyhan",  nadir  hallarda  "riqə"  xətləri  ilə  yazılıb,  yalnız 
naxışlarla bəzədilirdisə, dünyəvi məzmunlu əsərlər "nəsx" xətti ilə köçürülür,  çox 
zaman süjetli miniatürlərlə illüstrə olunur, ornamentlərlə bəzədilirdi. 
 
Yazıların  üslubu,  miniatürlərin  xarakteri  və  əlyazma  kitablarının  ümumi 
tərtibatı  Azərbaycanda  bu  sənətin  daim  inkişafda  olduğunu  göstərir.  Yüksək 
vəzifəli  şəxslər  üçün  tərtib  edilmiş  təmtəraqlı  əlyazma  nümunələri  ilə  yanaşı,  adi 
həvəskar oxucular, yaxud elm və ədəbiyyat xadimləri üçün nəzərdə tutulmuş sadə 
nüsxələr  də  yaradılırdı.  Lakin  əlyazma  kitablarının  bədii  tərtibinə  ən  çox  tələbat 
feodal  cəmiyyətinin  yuxarı  təbəqəsi  -  padşahlar,  şahzadələr,  əyanlar  arasında 
olmuşdur. Mahir rəssam, xəttat və cildsazlar tərəfindən uzun müddətə başa çatdırılan 
bu qiymətli manuskriptlərin əsas sifarişçisi və sahibi də elə onlar idi.  
 
Kollektiv  yaradıcılığın  məhsulu  olan  əlyazma  kitablarının  meydana 
gəlməsində  əsas  vəzifə  əsərin  həm  də  redaktorluq  işini  yerinə  yetirən  xəttatların 


94 
 
üzərinə  düşürdü.  Xəttat  nəinki  təkcə  mətnin  səhifədə  yerləşdirilməsini,  habelə 
rəssamın çəkəcəyi illüstrativ şəklin süjetini də müəyyənləşdirirdi. Xəttat ədəbi əsəri  
köçürərkən  miniatür  üçün ağ  yerlər buraxır, illüstrə  olunacaq hekayənin bu və ya 
digər  parçasını  buraya  köçürmürdü.  Miniatürçü  rəssam  isə  öz  növbəsində 
illüstrasiyada  çərçivəyə  alınmış  düzbucaqlar  şəklində  bir  neçə  boş  sahə  buraxırdı 
ki,  xəttat  mətni  yazarkən  süjetlə  əlaqədar  buraxdığı  parçaları  bu  boş  yerlərə 
köçürsün. Belə  üsul  miniatürlərdə  əks etdirilən ədəbi süjet təsvirinin anlaşıqlığını 
artırır, onu tamamlayırdı. 
Miniatür üçün ayrılan sahənin seçilməsində yəqin ki, bu və ya digər süjet 
üçün  müvafiq  kompozisiya  müəyyənləşdirən  miniatürçü  rəssam  da  iştirak  edirdi. 
Lakin buna baxmayaraq, xəttat bir qayda olaraq, illüstrəçi rəssamı məhdud çərçivədə 
saxlayır, onu həmin sahə daxilində yaradıcılıq işi aparmağa məcbur edirdi. Məhdud 
çərçivəyə  salınmış  rəssam  müvafiq  süjeti  canlandırmaq  üçün  xəttatın  buraxdığı  ağ 
sahə  daxilində  elə  düşünülmüş  kompozisiya  qurmalı  idi  ki,  verilmiş  sahəyə 
yerləşdirmək  şərtilə,  ədəbi  mətndə  nəql  olunan  epizodu  rəsm  dilində  təsvir  edə 
bilsin. Belə bir məcburi prinsip əlbəttə, rəssamdan böyük məharət tələb edirdi. Orta əsr 
rəssamları  öz  istedadları  sahəsində  çox  vaxt  buna  nail  olur,  vəziyyətdən  ustalıqla 
çıxırdılar.  Onlar  bəzən  bu  işdə  hətta  son  imkana  əl  atıb,  səhifənin  geniş 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə