A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə35/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   31   32   33   34   35   36   37   38   ...   116

90 
 
toyu" (1440-1444) əsərində isə Qazax xalçasına və s. rast gəlirik. 
Dövrümüzə  qədər  gəlib  çatmış  ən  qədim  Azərbaycan  xalçası  XIII-XV 
yüzilliyə  aiddir.  Belə  nadir  xalçalar  sırasına,  ən  əvvəl  İstanbulun  Türk  və  İslam 
əsərləri  muzeyində  saxlanılan Şirvan (XIII-XIV  yüzilliklər), Qazax (XV  yüzillik) 
xalçalarını,  Berlin  incəsənət  muzeyinin  Şərq  bölməsində  nümayiş  etdirilən  yenə 
Şirvan və Qazax (XV yüzillik) xalçalarını və s. daxil etmək olar. 
Türkiyədə  saxlanılan ən qədim  Azərbaycan  xalçası  XIII  yüzilliyə  aiddir. 
Uzunluğu  254,  eni  170  sm  nadir  toxuculuq  sənəti  əsəri  türk  sənətşünaslarının 
verdiyi məlumatlara görə, əvvəllər Beyşehrdə Əşrəf oğlu Camisinin nəzir verilmiş 
xalçalarından olmuşdur. 1932-ci ildə isə Koniya şəhərindəki "Mövlanə" muzeyinə 
gətirilmişdir. 
Yerliyi mavi rəngli bu xalçanın üzərində iki tərəfdən qoşa çəngəlləri olan 
çoxlu bəzək motivləri verilmişdir. Bu bəzəklərin də ortasında ardıcıl təkrar olunan 
səkkizguşəli ulduz rəsmləri yerləşdirilmişdir. Səkkizguşəli ulduzlar bir cərgə ortası 
açıq-sarı,  kənarları  tünd-mavi, digər cərgə  ortası  qırmızı,  kənarları qara  rənglərdə 
verilərək xalçaya xüsusi bir gözəllik bəxş edir. 
Araşdırmalar  göstərir  ki,  xalça  üzərindəki  bu  təsviri  elementlər  təkcə 
estetik xarakter daşımamış, onların hər biri özü-özlüyündə xüsusi rəmzi mənalar da 
kəsb  etmişdir.  Məsələn,  qarmaqlı  rombvari  bəzək  elementini  götürək,  o,  uzaq 
keçmişlərdə  bolluq,  bərəkət  anlayışları  olub,  bitki,  torpaq  və  qadının  rəmzi 
sayılırdı.  Türkdilli  xalqlarda  həmin  işarə  əmin-amanlıq  və  bərəkəti  bildirmiş, 
uğurlu ov və bol yem mənasında çıxış etmişdir. 
Şirvan  xalçalarına  xas  olan  ən  tipik  ornament  motivləri  və  kompozisiya 
üsulu ilə bəzədilmiş bu xalça dövrünə görə çox zərif toxunuşu ilə də diqqəti cəlb 
edir. Bu xalçanın hər 10 sm-də 627 ilmə vardır. 
Haqqında  bəhs  etdiyimiz  xalça  XIII-XIV  yüzilliklərdən  yeganə  nümunə 
qalsa da, sonralar biz  bu tip  kompozisiya  və  ornamental bəzəkli  xalçalara  tez-tez 
təsadüf edirik. Maraqlıdır ki, qeyd edilən xalçanın eynisinə XV yüzillikdə yaşamış 
Niderland və İtalyan rəssamlarının əsərlərində də rast gəlirik. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Şirvan  xalçalarına  xas  olan  bu 
rəngarənglik,  bəzək  və  kompozisiya  ünsürləri  indiyə  qədər  öz  xüsusiyyətlərini 
itirməyərək davam etməkdədir. Bu da xalçalarımızın bu qədər böyük və uzun  bir 
tarixi  yolda  öz  milli  simasını  itirməyərək  daim  inkişaf  etdiyini  göstərən 
amillərdəndir. 
Qeyd etdiyimizi Berlin incəsənət  muzeyində saxlanılan XV yüzilliyə aid 
olan bir Qazax xalçası əyani  şəkildə  təsdiq edir. Bu xalça  hələlik  məlum olan ən 
qədim süjetli xalçalarımızdan sayılır. Onun bədii tərtibatı el sənətlərimizin ən çox 
yayılmış  mövzusuna  Simurq  quşu  ilə  əjdahanın  mübarizəsi  səhnəsinə  həsr 
edilmişdir. 
Xalçanın qızılı-sarı yerliyi üzərində tünd-mavi boyalı iplərlə toxunmuş bu 
fiqurlar  o  qədər  sxematik  və  lakonik  bir  səpkidə  icra  edilmişdir  ki,  ilk  baxışda 
onları çox çətinliklə başa düşmək olur. Araşdırmalar göstərir ki, bir-birinə zidd iki 


91 
 
qüvvənin  -  Simurqla  (xeyir)  əjdahanın  (şər)  mübarizəsini  təmsil  edən  bu  tipli 
xalçalar  həmin  vaxtlar  dünya  bazarlarında  xüsusilə  geniş  yayılmışdı.  Bu  tipli 
Qazax  xalçalarına  XV-XVI  yüzilliklərdə  Avropa  rəssamlarının  əsərlərində  tez-tez 
təsadüf  edilməsi  onların  ölkəmizdən  çox  uzaqlarda  da  məşhur  olduğunu  bir  daha 
təsdiq edir. 
Xalçalarımızda  əjdaha  motivinə  geniş  yer  verilməsi  əbəs  yerə  deyildir, 
çünki  o,  uzaq  keçmişlərdən  türkdilli  xalqların  həyatı,  məişəti,  folkloru, 
mifologiyasında görkəmli yer tutmuşdur. 
Məsələn, Azərbaycanın bir sıra yerlərində bu günədək ilan və əjdaha totemi 
ilə əlaqədar yer adları vardır. Naxçıvanda İlan dağı, Qazaxda Əjdaha qayası və s. belə 
adlara  biz  hazırda  Ermənistanda,  Göyçə  (Sevan)  gölü  ətrafında  azərbaycanlılar 
yaşayan  yerlərdə  də  təsadüf  edirik.  İcevan  (keçmiş  Karavan  saray)  rayonunun  Çaylı 
kəndində Əjdaha yurdu adlanan yer buna gözəl misal ola bilər. Əjdaha obrazı Azərbaycan 
xalq  nağıllarında  da  mühüm  yer  tutmuşdur.  Məsələn,  "Məlikməmməd",  "Tapdıq", 
"Qara at" nağıllarında əjdahaya geniş yer verilmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  hazırda  türkdilli  xalqlar  arasında  yayılmış  əjdaha 
sözü  fars  sözüdür.  XI  yüzillikdə  "Türk  lüğəti"  kitabının  müəllifi  Mahmud  Kaşğari 
göstərir  ki,  türklər  fars  sözü  "əjdaha"dan  əvvəl  öz  sözü  "bukanı"  işlədirmiş.  Onlar 
hətta  oğuz  və  başqa  qəbilə  birləşməsinin  xaqanına  "buka"  deyirmişlər.  Sonralar 
həmin qəbilə, hətta öz yenilməz bahadırlarını da belə adlandırmışdır. 
Araşdırmalar  göstərir  ki,  ilk  orta  əsrlərdə  "buka"  həm  qəbilə  onqonunun 
adı,  həm  də  həmin  qəbilənin dini  və  dünyəvi rəhbərinə,  hətta igidlərinə  verilən ad 
olmuşdur. 
İncəsənətdə  əjdaha  obrazına  xüsusi  məqalə  həsr  etmiş  türk  sənətşünası 
Günər  İnal  müxtəlif  çin,  fars,  ərəb,  türk  mənbələrinə  əsaslanaraq  onun 
ümumiləşdirilmiş təsvirini vermişdir. Onun qeydinə görə, "əjdaha nəhəng ölçüyə malik 
olan bir  heyvandır. Onun  gövdəsi  ilana bənzəyir, iri qanadları  və  bir  neçə  başı  vardır. 
Ağzından alov püskürür. Həyatının çox vaxtını suda keçirir. Hərdən suyu tərk edərək 
göylərə qalxır və buludlar arxasında gizlənir". 
Əjdaha uzun müddət türkdilli xalqlarda su allahı və hakimiyyət rəmzi hesab 
edilirdi.  Bununla  belə  müxtəlif  tarixi  mərhələlərdə  və  müxtəlif  tayfa  və  qəbilə 
birləşmələrində  bu  əfsanəvi  surət  həm  xeyir,  həm  də  şər  qüvvələrinin  simvolu 
sayılmışdır. 
Başqa  sənət  nümunələrində  olduğu  kimi,  xalı  sənətində  də  əjdaha  təsviri 
çox böyük inkişaf yolu keçmişdir. O bəzən real, bəzən mücərrəd, bəzən tək, bəzən 
də cüt təsvir olunurdu. 
Sonralar,  Azərbaycanın  Qarabağ  kimi  görkəmli  xalça  məntəqələrində 
toxunan Vərni adlı xalçalarda sayı 16, 20, 24-ə çatan böyük həcmli əjdaha rəsmlərinə 
də təsadüf edilir. 
Bu  əsrlərdə  Azərbaycanda  stilizə  olunmuş  əjdaha  rəsmlərindən  təşkil 
edilən paxlava kompozisiyalı xalçalar da toxunurdu. Xalq arasında Xətayi adını almış 
bu  tip  kompozisiyalı  xalılar  çox  geniş  yayılaraq  dünya  muzeylərinin  bəzəyinə 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə