A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə51/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   47   48   49   50   51   52   53   54   ...   116

127 
 
rəssam bir sıra dərin mənalı, ifadə gözəlliyi ilə diqqəti cəlb edən şeirlər yazmışdır. 
Orta  əsr  müəllifləri  Seyidəlinin  sənətkarlığına  yüksək  qiymət  vermişlər. 
Qazı Əhməd onun "atasından daha istedadlı olduğunu" qeyd edir. 
Mir  Seyidəli  eyni  zamanda  mahir  portret  ustası  olmuşdur.  Bəlli  olan 
əsərlərindən - Seyid Məhəmmədin portretində rəssam saray rəssamlığında möhkəm 
ənənəyə  çevrilmiş  səpkiyə,  şərti  qaydalara  əməl  edərək,  təsvir  olunan  adamın 
idealizə edilmiş surətini çəkmişdir. Ümumiyyətlə, rəsmi portret janrına aid əsərlərdə 
olduğu  kimi,  burada  da  rəssam,  şəxsin  fərdi  xüsusiyyətlərini,  psixoloji  səciyyəsini, 
hətta portret oxşarlığını göstərmədən, mücərrəd bir obraz yaratmışdır. 
Qeyd  etmək  lazımdır  ki,  bir  müddət  Şah  Təhmasibin  himayəsi  altında 
yaşamağa  məcbur  olan  Humayun  Mirzə  saray  emalatxanasının  işi  və  görkəmli 
rəssamların  fəaliyyəti  ilə  maraqlanmış,  hələ  Təbrizdə  ikən  Mir  Seyidəlini  öz 
sarayına dəvət etmişdi. 
Humayun  Mirzə  yenidən  hakimiyyət  başına  keçəndən  sonra,  1549-cu  ildə 
Mir  Seyidəli  başqa  rəssam  və  xəttatlarla  birlikdə  Kabilə,  sonra  Dehliyə  gedir. 
Hindistanda  olarkən  yaratdığı  ilk  görkəmli  əsəri  -  "Teymurun  sarayı"  adlı 
çoxfiqurlu monumental kompozisiyasına görə rəssama "Nadir ül-mülk" adı verilir. 
Humayun və oğlu Əkbər padşahın yanında  sarayın baş rəssamı və emalatxananın 
rəisi olan Seyidəliyə 12 cildlik məşhur "Əmir Həmzə" dastanının illüstrə edilməsi 
tapşırılır.  Hər  cildində  200  miniatür  olan  bu  nadir  və  monumental  əsərin  hazırlan-
masında Mir Seyidəli və onun rəhbərliyi altında 30 rəssam uzun illər boyu mətanət 
və  məhəbbətlə  çalışırlar.  Tarixi  mənbələrin  verdiyi  məlumata  görə  1570-ci  ildə 
dastanın  dördüncü  cildini  tamamladıqdan  sonra  Seyidəli  Məkkəyə  ziyarətə  gedir. 
Bəzi  müəlliflər  rəssamın  həmin  ildə  Məkkədə  vəfat  etdiyini,  başqaları  isə  onun 
yenidən Hindistana qayıtdığını və sonralar burada öldüyünü göstərirlər. 
Əsərin  üslubu,  təsvir  olunan  adamın  geyimi,  xüsusən  başındakı  qızılbaş 
papağı  portretin  Təbrizdə  1530-1540-cı  illərdə  çəkildiyini  göstərir.  "Siyah  qələm" 
(rəsm) texnikası  ilə  işlənmiş  bu  əsərdə  gənc  oğlan  kitab  oxuyarkən  təsvir  olunur. 
Kitabın üstündə çox çətin oxunan incə nəstəliqlə "Qulam-e həzrət-e şah Seyid Əli 
şebeh-e  Seyid  Məhəmməd"  (şah  həzrətlərinin  qulamı  Seyidəli,  Seyid  Məhəm-
mədin portreti) sözləri yazılmışdır. 
Atası  Mir  Müsəvvirin  portreti  isə  orijinal  kompozisiyası,  obrazın 
konkretliyi,  fərdi  xüsusiyyətlərin  real  və  ifadəliliyi  ilə  rəsmi  portretlərdən  əsaslı 
tərzdə seçilir. 
Rəssamın  fiqurası  kiçik  bir  kvadrat  daxilində,  səthin  diaqonalı  boyu  elə 
məharətlə  yerləşdirilmiş  ki,  dizi üstə  oturmuş və  ikiqat  əyilərək əlindəki ərizəsini 
oxuyan  adamın  şahın  hüzurunda  əyləşdiyi,  ona  səcdə  etdiyi  təəssüratı  alınır. 
Oğlunun  yenidən  saraya  qəbul  edilməsini,  "öz  kölgəsini  onun  üstündən  əskik 
etməməsini"  xahiş  edən  qoca  rəssamın  görkəmində,  simasında  ərizənin  mətni  ilə 
bağlı olan mütilik, yorğunluq əlamətləri ifadə olunur. 
Siyavuş bəy. Dövrün məşhur miniatürçü və ornamentçi rəssamlarından biri 
də Siyavuş bəy olmuşdur. Şah Təhmasibin qulamı olan Siyavuş rəssamlıq sənətini 


128 
 
ornament  ustası  Həsənəli  Bağdadidən  və  Müzəffər  Əlidən  öyrənmişdir.  Onun 
hələlik bəlli olan 5 əsərindən birində qızılquş təsvir edilir. Sankt-Peterburqda Saltıkov-
Şedrin adına kitabxanada saxlanan bu rəsmdə qızılquşun təsviri miniatür sənəti üçün 
heç  də  səciyyəvi  olmayan  realistik  səpkidə  işlənmişdir.  "İskəndərin  əjdahanı 
öldürməsi" və "Şahın şiri öldürməsi"ni təsvir edən miniatürlər kompozisiya və fiqur-
ların  dinamikliyi,  canlı  və  ifadəliyi  ilə  seçilir.  Rəssam  təbiət  qüvvələrinə  qarşı 
mübarizədə  zəhmli  düşmənə  qalib  gələcəyini  məharətlə  və  inandırıcı  tərzdə  əks 
etdirməyə müvəffəq olmuşdur. 
Fərrux  bəy.  Azərbaycanda  miniatür  sənətinin  inkişafında,  onun  təsir 
dairəsinin genişlənməsində Fərrux bəyin də əhəmiyyətli rolu olmuşdur. Təxminən 
30  yaşına  qədər  Təbriz və Qəzvində  saray  emalatxanasında  işləmiş rəssam  bir sıra 
portret tipli əsərlər və kitab illüstrasiyaları çəkmişdir. "Əsir düşmüş sərkərdə Bayram 
oğlan", "Əlində badə tutmuş qız", Əmir Xosrov Dəhləvinin 1570-1571-ci il tarixli 
"Xəmsə"si  üçün  işlədiyi  7  miniatür,  rəssamın  yaradıcılığının  Təbriz  dövrünə  aid 
görkəmli əsərləridir. 
Fərrux bəy 1576-cı ildə Hindistana gedərək uzun müddət Kabil və Lahorda 
saray kitabxanasında işləmişdir. Rəssamın Hindistanda olarkən yaratdığı portret və 
süjetli  əsərlərin vaxtilə Mir Seyidəlinin bilavasitə  köməyi ilə  və  təsiri nəticəsində 
təşəkkül  tapmış  Moğol  Miniatür  məktəbinin  sonrakı  inkişafında  əhəmiyyətli  rolu 
olmuşdur. 
Məhəmmədi.  XVI  əsr  Azərbaycan  və  ümumiyyətlə,  Şərq  miniatür 
sənətinin  istedadlı  və  orijinal  rəssamlardan  biri  də  Soltan  Məhəmmədin  oğlu  və 
şagirdi Məhəmmədi  (Məhəmmədi  bəy)  olmuşdur.  Atası  kimi  Yaxın  və  Orta  Şərq 
xalqlarının  miniatür  sənətində  yeni  bir  bədii  üslubun,  yaradıcılıq  məktəbinin 
təşəkkülü  və  inkişafında  istiqamətverici  rol  oynamış  bu  görkəmli  sənətkarın 
haqqında yazılı məlumat çox az və səthidir. 
Şərq  xalqlarının  incəsənətinə  aid  ədəbiyyatda  Məhəmmədinin  2-3 əsərinin 
qısa təsviri verilir və bir neçə əsərinin ancaq adı çəkilir. Xüsusən xarici ədəbiyyatda 
bu orijinal rəssamın yaradıcılığının ideya-estetik mahiyyəti, əsərlərinin bədii üslub 
xüsusiyyətləri,  onun  miniatür  sənətinə  gətirdiyi  yeniliklər  haqqında  heç  bir 
məlumat  verilmir.  Halbuki  Məhəmmədini  dovrünün  başqa  rəssamlarından 
fərqləndirən,  onun  yaradıcılıq  üslubunu  müstəqil  məktəb  səviyyəsinə  qaldıran  da 
həmin keyfiyyətlər olmuşdur. 
Mustafa  Alinin  "Menaqibe  hünerverən"  adlı  əsərində  verdiyi  məlumatdan 
aydın olur ki, Məhəmmədi məşhur Azərbaycan rəssamı Soltan Məhəmmədin oğlu və 
tələbəsidir.  O,  çoxfiqurlu  məclis  təsvirlərini  çəkməkdə  xüsusi    şöhrət  qazanmışdır. 
Məhəmmədinin hələlik elmdə bəlli olan əsərlərindən onun əsasən janrist və portretçi 
sənətkar  olması  aydınlaşır.  Bu  əsərlər  indilik  bir  o  qədər  də  çox  deyil.  Lakin 
onlardan  səkkizinin  imzalı  olması  və  ikisinin  üzərində  işlənmə  tarixinin 
göstərilməsi rəssamın yaradıcılıq bioqrafiyasını öyrənməkdə müstəsna əhəmiyyətə 
malikdir. Bunlardan biri - İstanbulda "Topqapı sarayı" muzeyində saxlanan Bəhram 
Mirzə  albomundakı  portret  1527-ci  ildə,  Parisdə  "Luvr"  muzeyində  saxlanan 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə