A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə29/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   25   26   27   28   29   30   31   32   ...   116

78 
 
qapıları  Gürcüstana  aparmışdır.  Hazırda  Kelati  monastırında  qapının  bir  tayı 
salamat qalmışdır. Qapının ikinci tayı monastırın baş kilsəsinin damı təmir olunan 
zaman çatışmayan mıxlar üçün istifadə edilmişdir. 3 m 33 sm hündürlüyü və 1 m 72 
sm eni olan qapı tayı dəmir təbəqələrdən döymə üsulu ilə hazırlanmışdır. 
Horizontal  bəndlərin  arasında  ikinci  və  üçüncü  boşluqlarda  verilmiş  kufi 
xətli yazını hələ 1835-ci ildə F.M.Fren oxumuşdur. Qapı Şəddadilər sülaləsindən olan 
X  əsr  Arran  hakimi  Fəzlin  oğlu  Əmir  tərəfindən  sifariş  edilmiş  və  onu  İbrahim 
Osman  oğlu  1063-cü  ildə  hazırlamışdır. Bir  çox  orta  əsr  sənət  əsərlərində  olduğu 
kimi,  burada  da  ustanın  nəsilliklə  adları  və  sənəti  qeyd  edilmişdir;  Osmanın  atası 
Enkaveyxin  də  dəmirçi  olduğu  göstərilir.  Aydın  olur  ki,  bu  sənət  ənənəvi  olaraq 
nəsildən-nəslə keçmişdir. Qapının gorünüşü, sadə bəzək üsulu, möhkəmliyi ustanın 
məharətindən  xəbər  verir.  Hündür  sahəni  horizontal  hissələrə  bölən  eyniölçülü 
dəmir bəndlər, çərtikli yastı mıx başları, aydın kalliqrafik kufi yazılar ciddi formalı 
qapı layının bədii həllində ifadəli bəzək ünsürləri kimi çox qüvvətli təsir bağışlayır. 
Bədii  cəhətdən  qapının  ümumi  görünüşü  monumental  sadəliyi  və  əzəməti  ilə 
diqqəti cəlb edir. 
Aparılmış  arxeoloji  qazıntılar  göstərir  ki,  XI-XIII  yüzilliklərdə  Bakı  şəhəri 
də  bu  sahədə,  xüsusilə  tunc  fiqurlar  düzəltməkdə  görkəmli  yerlərdən  birini 
tutmuşdur. 
1950-ci  illərdə  Bakıda  Hüsü  Hacıyev  küçəsində  aparılan  tikinti  işləri 
zamanı  aşkara  çıxmış  mis  və  misgərlik  sənəti  nümunələri  qalıqları  bunu  bir  daha 
sübut  etmişdir.  Bu  yerdə  çoxlu  dəmirçi,  misgər  və  zərgərlərin  işlədiyini  XVIII 
yüzilliyin  mənbələri  də  xəbər  verir.  Təsadüfi  deyildir  ki,  bu  küçəni  axır  vaxtlara 
qədər  xalq  arasında  "Zərgər  palanı"  adlandırırdılar.  Hazırda  ölkəmizdə  olan  bədii 
metal  məmulatlarından  böyük  bir  qismini  Şirvan  qruplu  əsərlər  təşkil  etdiyi  üçün 
bu abidələr xüsusilə qeyd olunmalıdır. 
Bu  dövrdə  metaldan  düzəldilmiş  abidələr  içərisində  diqqəti  cəlb  edən 
yüksək  sənətkarlıq  nümunələrindən  biri  Sankt-Peterburq  Dövlət  Ermitajında 
saxlanılan  tuncdan  tökülmüş  1206-cı  ilə  aid  Şirvan  lüləyidir.  İlk  baxışdan  bunun 
adi  bir  su  qabı  olduğunu  müəyyən  etmək  bir  qədər  çətindir.  Çünki  bu  qab  kiçik 
heyvan  heykəllərindən  ibarətdir.  Burada  inək,  onun  üstündə  qabın  qulpunu  əvəz 
edən  şir  və  kompozisiyanın  aşağı  hissəsini  tamamlayan  kiçik  bir  dana  fiquru  təsvir 
olunmuşdur.  Kompozisiya  stilizə  edilmiş  formalarda  yaradılmışdır.  Tunc  lüləyin 
üzəri cızma və xatəmkarlıq üsulunda gümüşlə bəzədilmişdir. Bu bəzəklər, əsasən, 
stilizə olunmuş nəbati naxışlardan və onların arasında cızılmış insan, heyvan və quş 
fiqurlarından  ibarətdir. Bəzək motivləri  arasında  süjet  xarakterli  kompozisiyalara  da 
rast  gəlinir.  Onlar  inəyin  yan  tərəfində  enli  qurşaqlar  arasında  verilmişdir.  Burada 
ziyafət, nərd oynayanlar, ov səhnəsi mövzulu kompozisiyalar təsvir edilmişdir. 
Şirvan  lüləyinin  ornamental  bəzəkləri  arasında  qiymətli  tarixi  mənbə  olan 
yazılar vardır. Yazıların birində bu gözəl sənət nümunəsini yaradan sənətkarın adı - 
"Əli  Məhəmməd  oğlu"  həkk  olunmuşdur.  Haqqında  danışdığımız  fiqurlu  lüləyin 
kompozisiyasının məzmunu bu əsrlərdə sırf yerli xüsusiyyət daşıyır. 


79 
 
Ümumiyyətlə, otyeyən heyvanlarla  yırtıcı heyvanların mübarizəsini təsvir 
edən bu tipli kompozisiyalara biz bu əsrlərdə bir çox Şərq ölkələrinin el sənətlərində 
rast gəlirik. 
Lakin  məlum  olan  əsərlər  içərisində  bizim  tunc  fiqurun  kompozisiyası 
Diyarbəkirdəki  (Türkiyə)  Ulu  Caminin 
portalındakı  eyni  tipli  kompozisiyalı 
qabartmaya 
daha 
çox 
bənzəyir. 
Maraqlıdır  ki,  hər  ikisi  XIII  yüzillikdə 
yaradıl-mışdır. 
Tökmə  üsulu  ilə  düzəldilmiş 
Şirvan lüləyi dövrünə görə böyük zövq və 
ustalıqla  icra  olunmuşdur.  Biz  bu 
abidəyə  diqqətlə  nəzər  yetirsək,  burada 
hər bir detalın, hər bir cizginin bir-birilə 
sıx 
bağlı 
olaraq 
kompozisiyanın 
ümumiliyinə  və  bütövlüyünə  xidmət 
etdiyini görərik. 
Bu  dövrlərdə  yaranmış  sənət 
nümunələri  içərisində  Bakıda  tapılmış 
metal  məmulatı  diqqəti  cəlb  edir.  Bu 
nümunələr  əsas  etibarilə  İçərişəhərdə 
Şirvanşahlar  sarayı  qoruğunda  aparılan 
arxeoloji 
qazıntılar 
zamanı 
əldə 
edilmişdir.  Həmin  metal  nümunələri 
içərisində  tuncdan  düzəldilmiş  bədii  bir 
çıraq xüsusilə diqqəti cəlb edir. 
Çıraq 
həmin 
dövrdə 
hazırlanmış  saxsı  çıraqlara  çox  oxşayır. 
Onu  tökmə  texnikası  ilə  hazırlanmış 
fiqurlar  bəzəyir.  Burada  bir  atlının 
üzərinə tullanan vəhşi heyvanın, iki öküz 
başının,  iki  insan  portretinin  və  dörd 
pişik  cinsli  yırtıcının  təsviri  vardır. 
Həmin  təsvirlər  o  dövrün  digər  sənət 
nümunələrinə  də  xasdır.  Belə  ki,  Şirvan 
ərazisi  üçün  səciyyəvi  öküz  təsvirləri 
"Bayıl  qəsri"nin  daş  qabartmalarında,  Bakı  şəhərinin  şimal  qala  divarlarında  da 
həkk  olunmuşdur.  Görünür  ki,  öküz  Şirvan  dövlətində  xüsusi  rəmzi  məna 
daşıyırmış. 
Görkəmli  tədqiqatçı,  professor  S.B.Aşurbəylinin  göstərdiyi  kimi,  hər  iki 
tərəfində  aslan  təsvirləri  olan  öküz  Şirvanşahlar  dövlətinin  gerbi  imiş.  Ona  görə  də 
Azərbaycan  sənətkarlıq  nümunələri  üzərində  öküz  təsviri  ilə  yanaşı,  aslan 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə