A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə15/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   11   12   13   14   15   16   17   18   ...   59

Qeyd  etdiyimiz  kimi  müqəddəs  zirvələrdə,  yerli  dildə  obo  deyilən  dik  kurqan  tipli 
təpəciklər, daş yığını düzəldilərdi. Təsadüfi deyildir ki, Xakasiyada Xan oba adlı dağ, Tigirtis 
(tanrı dişi) adlı dağ silsiləsi, Altayda Tenqeri adlı çay mövcuddur (99, s. 162). Yeri gəlmişkən 
bizcə türk toponimiyasının Muztağata, Baba dağ, Alma-Ata, Ataçay, Koşkar ata, Katun kimi yer 
adları bu inamla əlaqədar meydana çıxmışdır. 
Demək, Kan ıduk baş oronimindəki kan komponenti türk mifologiyasındakı dağ kultu ilə 
əlaqədar olaraq  yaranmışdır. Bu oronimin tərkibindəki ıduk komponenti (müqəddəs)  Iduk baş 
şəklində Orxon abidələrindən olan Bxş 25-də də işlənmiş və Sibir türklərində indi də ızıx (d-z 
əvəzlənməsi) formasında gözə çarpır. Xakas dilində ızıx taq ifadəsi zirvəsində allahlara qurban 
kəsilən  dağ  mənasını  bildirir.  Bununla  əlaqədar  qədim  türk  abidələrində  rast  gəldiyimiz  kimi 
burada da Izıxskie Kopi, Izıx, Izıxtaq, İzıxçul toponimləri meydana çıxmışdır (26
a
, s. 56). 
Kan  ıduk  baş  oronimindəki  baş  komponenti  dağ  başı,  zirvəsi  mənasını  bildirən  coğrafi 
termindir və bir çox türk toponimlərinin tərkibində təsadüf edilir. T.Tekinin tədqiq etdiyi Terxin 
abidəsindəki  As  Öngüz  baş  və  Kan  ıduk  baş  oronimləri  ilə  əlaqədar  onu  da  qeyd  edək  ki, 
S.Q.
Klyaştornı bu toponimləri Süngüz başkan ıduk baş şəklində oxumuşdur ki, bunları qədim 
türk dili zəminində izah etmək məntiqi cəhətdən özünü doğrultmur (58, s. 92). 
Ağulığ. Bu oronim ŞU abidəsində qərb tərəf 45-ci sətirdə çıxış etmişdir. Bu hissədə səkkiz 
oğuz və doqquz tatarlara qarşı mübarizədən bəhs edilir. Hazırkı dövrdə Krasnoyarsk diyarında 
Sayan məntəqəsində Ağulığ adlı oronim mövcuddur (150, s. 21). Ehtimal etmək olar ki, Ağulığ 
oronimi də indiki Krasnoyarsk diyarında olmuşdur. Ağulığ coğrafi adının apelyativi çox güman 
ki, ilk zamanlar Akuluğ (ulu, böyük, yüksək) şəklində olmuşdur. 
Talakam. 
Bəzi tədqiqatçıların Talakamın şəklində təqdim etdiyi bu toponim ŞU abidəsi 32-
ci 
sətirdə işlənmişdir: ... İrlünte Talakamınta yetdim. - İrlün yaxınlığında Talakamda yetişdim. 
Bu bölgə ehtimal ki, uyğur xaqanlığının basmıl və karluklarla iqtidar mübarizəsi apardığı zaman 
qarşılaşdıqları  bir  yerdir  və  Cunqariya  ərazisində  yerləşirdi.  Talakam  toponiminin  apelyativi 
ehtimal ki, tala 
və kam leksemlərindən ibarətdir. Kam leksemi bir çox toponimlərin tərkibində 
gözə çarpır (Kama, Kama çayı, Dağıstanda Kurukam və s.) və türk dilində böyük çay mənasını 
ifadə etmişdir (98, s. 247). 
Ürüng beg kara bulak.  752-
ci  ildə  Tokuz  oğuzlar  Ürünğ  beq  və  Kara  bulakda  məskun 
olarkən qırğızlara bir elçi göndərib onlarla bir ittifaq təşkil etmişlər. ŞU abidəsində bu belə təsvir 
edilir: Yime yurtın yağıdıp kelmiş. Ürüng begig Kara bulakığ anı olurmuş, kırkız tapa er ıdmış 
(Ş-U, 22). - "Yenə itaət etməyərək düşmən olmuş, Ürünq beq, Kara bulakda oralarda oturmuş, 
kırğızlara adam göndərmişdir".  
Bu  toponimlər  ehtimal  ki,  Abakanın  şimalında  yerləşmiş  yerlərin  adlarından  ibarətdir. 
Ürünq  beq  oroniminin  apelyativi  olan  ürünq  leksemi  qədim  türk  dilində  ağ,  bəyaz  mənasını 
 
32 


ifadə edirdi. Qədim türklərdə coğrafi obyektlərə müqəddəs yer kimi baxılmış və bu obyektlərin 
tanrılarla bağlılığı olduğuna inam olmuşdur. Ona görə də toponimlərə tabu kimi öz adını yox, 
insanların  adlarını,  qohumluq  terminlərini  vermişlər.  Məs.:  Abay  kobi,  Katun,  Baba  dağ, 
Muztağata  və  s.  Bizcə,  Ürünq  beq  toponimi  də  bu  ənənə  əsasında  meydana  çıxmışdır.  Kara 
bulak toponimi isə etnotoponimdir, bir qəbilənin adı ilə bağlıdır. Təsadüfi deyildir ki, MK-da da 
elke bulak etnonimi ha
qqında məlumat vardır (MK, 1, 129). 
Sukak 
yolı.  Bu  toponim  ŞU  abidəsi 35-ci  sətirdə  işlənmişdir:  bır  yiqirminç  ay  yigirmike 
Kara  bulak  önqdün,  Sukak  yolı  anta  Çigil  iutuk  anta  sançtım  (Ş-U, 35). -  ...  on  birinci  ayın 
iyirmisində Kara bulağın şərqində Sukak yolunda Çiqil tutuku orada məhv etdim.  
Sukak yolı toponimi Abakan ətrafındakı ərazilərdən birinin adıdır. Bu toponimin apelyativi 
MK lüğətində işlənmiş və ceyranabənzər heyvanın adını ifadə etmişdir (MK, 1, 214). Görünür, 
bu ərazidə həmin heyvanın çox olması ilə əlaqədar həmin əraziyə Sukak yolı adı verilmişdi. 
Tegres eli. 
Bu toponım ŞU və Terxin abidələrində (Terx. 18) işlənmişdir. Bəzi tədqiqatçılar 
Terxin  abidəsindəki  aşağıdakı  toponimi  ümumi isim kimi oxusalar da, T.Tekin  onun  yer  adı 
olduğunu təsbit etmişdir: Eçüm apam sekiz on yıl olurmuş Ötüken yış Tegres eli (Terx. 18). - 
"Əcdadlarım səksən il hökm sürmüş, (yurdları)  Ötüken  yış, Teqres eli imiş". Bu toponim hər 
halda  Ötüken  (Xanqay  dağları)  bölgəsində  bir  yerin  adıdır.  Teqres  eli  toponiminin  apelyativi 
teqre (dövrə, çevrə) leksemi ilə bağlıdır.  
Ersegün.  Bu toponim 753-
cü  ildə  Moyun  çor  xaqanın  türqiş  və  karluklarm  mallarını 
yağmaladıqdan sonra ailəsini məskunlaşdırdığı yerin adıdır: Ebimin Ersegünte Yula költe kotım 
(Ş,-U, 30). -  Ailəmi  Erseqünde,  Yula  göldə  yerləşdirdim.  Bu  coğrafi  obyekt  Cunqariya 
yaxınlığındakı bir yM adıdır. Toponimin apelyativi er və seqün ünsürlərindən ibarətdir. Ehtimal 
ki, segün sengün hərbi rütbə bildirən leksik vahidin dəyişilmiş şəklidir. 
Kara yotulkan 
(Ş, U 27). Altun yışın təpələrindən birinin adıdır. Bu toponimin tərkibindəki 
kara komponenti coğrafi obyektin böyüklüyünü ifadə edir. 
Baybalık. Bu toponim türklərin 758-ci ildə inşa etdirdiyi ilk şəhərlərdən birinin adıdır. Bu 
oykonim  haqqında  ŞU  abidəsində  məlumat  verilir:  Suğdak,  Tabğaçka  Selenqede  Bay  balık 
yapıtı bertim (ŞU44). - Soğdlar və Çinlilərə Selenqedə Baybalıkı yapdırdım.  
Mətndən də göründüyü kimi, bu şəhər Selenqe çayının sahilində, Orkun çayının Selenqaya 
töküldüyü yerin yuxarısında yerləşirdi. Arxeoloji qazıntılar zamanı qədim şəhər xarabaları, bu 
materialdan  isə  Süme  monastırının  tikildiyi  aşkar  edilmişdir  (11a,  s.  692).  Bay  balık 
oykoniminin  apelyativi  bay  və  balık  leksemlərindən  ibarətdir.  Bay  sözü  qədim  türk  dilində 
zəngin,  varlı  mənasını  ifadə  edir  və  onomastik  vahidlərin  tərkibində  geniş  şəkildə  çıxış  edir. 
Balık komponenti də qədim türk sözü olub şəhər mənasını ifadə edir və Bavılbalık, Beşbalık, 
Uçayan balık, Yanqı balık kimi qədim türk oykonimlərinin tərkibində çıxış edir. XI əsrdə MK 
 
33 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə