A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə12/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   8   9   10   11   12   13   14   15   ...   59

     Yar ügüz 
(ŞU8).  Abidələrdə  bir  dəfə  aşağıdakı  cümlədə  işlənmişdir:  Kögürde,  Kömür 
tağda,  Yar  ügüzde  üç  tuğlığ  türk  bodun...  –  Kögürdə,  Kömür  dağda,  Yar  çayında  (ügüz)  üç 
tuğlu türk xalqı...  
      
Ümumiyyətlə,  uyğur  yazılı  abidələrində  Orxon  abidələrində  olduğu  kimi  bir  çox 
hidronimlər ügüz coğrafi termini ilə formalaşır. Yar toponiminin apelyativi, bizcə, qədim türk 
dilindəki  yar  (yarğan)  məfhumu  ilə  əlaqədardır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Turfan 
bölgəsində bir şəhərin adı da Yar idi (Usp. 39). 
Bu coğrafi obyektin Yaşıl ügüzün (Xuanxe çayı) şimalında, Yin-şan bölgəsində olduğunu 
ehtimal etmək olar. L.Bazin də bu yer adının Huang-honun şimalı olduğunu göstərmişdir (22, s. 
58-60). 
Açığ  Altır  köl  və  Kaşuy    (ŞU,  şərq  6).  Bu  toponimlərin  Tarım  çayının  qaynaqları 
bölgəsində olduğunu düşünürük. Mətn belədir: Sekizinç ay eki yanqıka Açığ Altır költe Kaşuy 
kezü sünq
üşdim.  –  “Səkkizinci  ayın  ikinci  günündə  Acı  Altır  göldən  Kaşuyu  gəzərək 
(dolaşaraq) müharibə etdim”.  
Burada söhbət uyğur dövlətinin ikinci xaqanı Moyun Çordan gedir. Buradakı Kaşuy Hoyto-
Temi
r  abidəsində  də  gözə  çarpır.  G.Ramstedt  göstərir  ki,  bu  indiki  Hanui  çayıdır  və  qədim 
dövrdə çinlilər onu xa-sui deyə adlandırırdılar (124, s. 52). Tarixçi S. Gömeç isə göstərir ki, bu 
hərfi işarələri Aksuv şəklində oxumaq lazımdır (37, s. 25). Bizcə, bu toponim çinmənşəlidir. 
Kazluk köl 
(ŞU26).  Bu  toponim  uyğur  abidələrində  bir  dəfə  işlənmişdir:  Kazluk  költe... 
tağda körti. – Kazluk gölde... dağda gördü.  
Qeyd  etmək  lazımdır  ki,  türk  dillərində  -lıq/lik  şəkilçilərinin  çoxluq,  məkan  bildirməsinə 
əsasən ehtimal etmək olar ki, bu toponimin tərkibindəki -luk ünsürü çoxluq bildirən şəkilçidir və 
toponimin  apelyativi  qazlar  çox  olan  göl  mənasını  ifadə  edir.  Bəzi  tədqiqatçılar  bu  toponimi 
Karluk köl şəklində oxumaqdadır (88, s. 259). Kazluk gölü Altun yışın qərb tərəfində, karluk və 
basmılların  yaşadığı bölgədəki coğrafi obyektlərdən biri idi. Tayğan köl (ŞU27). Tayğan költe 
tiriltim. – 
Tayğan göldə toplaşdıq. Bizcə, bu toponimin apelyativi tay leksemi ilə bağlıdır. Bəzi 
türk dillərində tay sözü məcazi mənada oğul mənasını ifadə edir (qırğız dilində) (188, s. 717). 
Yula köl 
(ŞU6). Türgeş və karlukların malları yağmalandıqdan sonra uyğur xaqanı ailəsini 
Ersegün  adlanan  yerdə  Yula  gölün  yaxınlığında  yerləşdirdi.  Mətn  belədir:  Ebimin  Ersegünte 
Yula költe kotım. – Ailəmi Ersegündə və Yula göldə qoydum. Yula göl Cunqariya yolunda bir 
gölün adıdır. Qədim türklər bəzən böyük su mənbəyinə ügüz, deniz və s. Demişlər. MK göstərir 
ki, türk ölkəsində bir çox sular, çaylar ögüz adlanır (MK, I, 59).  
Yula  göl  hidroniminin  tərkibindəki  yula  komponentinin  apelyativinin  qədim  türk 
abidələrində göl, çay mənasını ifadə etməsinə (AY529: TTVIII, İ 15) əsaslanıb ehtimal etmək 
olar ki, bu toponim qədim dövrdə göl mənasını bildirmişdir. 
 
26 


Kögür 
hidronimi ŞU8 və Terxin abidələrində (şərq7) təsadüf edilir. Bir gölün və ya çayın 
adıdır. Qobi çölünün şimal-qərbində Kara kum ilə Ötüken arasında  yerləşdiyini güman etmək 
olar.  T.
Tekin  bu  hidronimin  monqol  dilində  Kügür  nağur  şəklində  işləndiyini  göstərməsinə 
əsaslanaraq onun monqolmənşəli söz olduğunu söyləyə bilərik (165, s. 834). 
Balıklığ. Bu hidronim bir dəfə ŞU abidəsində işlənmişdir: Anta yana tüşip Orkun, Balıklığ 
beltirinte el örginin anta örgin ititdim (ŞU34).- Orada yenə düşərgə salıb Orxon çayı ilə Balıklı 
çayının qovşağında kağanlıq otağını qurdurdum.  
Ehtimal etmək olar ki, Balıklı hidronimi Ordubalık şəhərinin yerləşdiyi bölgədə olmuşdur. 
Bu hidronimin apelyativi balıq çox olan çay mənasını ifadə edir. 
Karağu  hidronimi  (ŞU25)  İrtış  və  Yenisey  çaylarının  arasındakı  bir  çayın  adıdır.  Bu 
top
onim ehtimal ki, indiki Ob çayının qədim ifadə formasıdır. Karağu toponiminin apelyativi 
ehtimal ki, kara leksemi ilə əlaqədardır. 
Arkar başı. Bu toponim bir dəfə ŞU abidəsində işlənmişdir: Ertiş ügüzig Arkar başı tuşı 
anta  Er  kamış  altın  yana  sallap  keçdim  (ŞU25).  -  Ertiş  çayını  Arkar  zirvəsinin  yanında 
Erkamışın altında salla keçdim. Bəzi tədqiqatçılar bu toponimin çay adını bildirdiyini iddia edir 
(38, s. 21.). 
Bu məsələdə prof. Ə.Rəcəbovun oxunuşunu düzgün hesab edərək onun  oronim olduğunu 
ehtimal ediri
k.  Bu  toponimin  apelyativi  qədim  türk  dilində  dağ  keçisi  mənasını  bildirirdi. 
Azərbaycan dilinin dialekt və şivələrində də arkar leksemi bu gün arğalı formasında çıxış edir. 
Üçbirkü. 
Bu  çay  adı  ŞU  abidəsində  bir  dəfə  işlənmişdir:  Sü  yorıtdı,  özimin  öngre  bınga 
başı ıdtı, içgerip yana yorıdım, Keyre başınta Üçbirküde kan süsi birle katıldım (Ş-U şim. 7). - 
...  tabe  edib  yenə  yürüş  etdim,  Keyre  başında  Üç  birküde  xan  qoşunu  ilə  birləşdim.  Burada 
Moyun Çor 740-
cı  illərin  əvvəllərində  atasının  tabeliyində  olan  torpaqlarda  fəaliyyətini 
genişləndirmiş,  bununla  əlaqədar  Keyre  başı  və  Üçbirküde  atasının  əsgərləri  ilə  birləşdiyinə 
işarə edir. Ramstedt Üçbirkünün Urganın şimal-qərbində bir çay olduğunu təsbit etmişdir (124, 
s. 45). Bəzi tədqiqatçılar bu hidronimi Üç birekü şəklində transkripsiya edirlər (38, s. 19). Bu 
yer adının apelyativində üç və bir leksemləri çox şəffaf şəkildə görünməkdədir. 
Keyre, 
Keyre başı adları da həmin abidənin təxminən eyni sətirlərində gözə çarpır. Ongin 
çayının cənub-şərq tərəfində olduğunu ehtimal edə bilərik. 
Yılun  kol  toponimi  Selenqa  çayının  şimal-qərbində  yerləşən  bir  çayın  adını  bildirir.  Bu 
hidronim  ŞU  abidəsində  bir  dəfə  və  aşağıdakı  mətndə  işlənmişdir:  Selenqe  kidin  Yılun  kol 
birdin  sınqar  Şıp  başınqa  tegi  çerig  itdim  (ŞU-şərq  l5).  -  Selenqa  çayının  şimal-qərbi  Yılun 
kolun  cənubu  istiqamətində  Şip  başınadək  qoşun  çəkdim.  Bu  hidronimin  tərkibindəki  yılun 
komponentinin apelyativi bizcə ilan deməkdir. Yılun qədim türk dilində yılan leksik vahidinin 
bir fonetik variantı kimi çıxış etmişdir. Bu çay ilan kimi qıvrıldığından, yatağı, məcrası ilan kimi 
 
27 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə