A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə17/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   13   14   15   16   17   18   19   20   ...   59

bunların  əlindən  ov  qurtarmaz,  istədikləri  zaman  ov  edib  dolana  bilərlər"  demək  istəmiş  və 
xozxor adını vermişdir (MK, l, 111- 112). 
Müəllif  xozxorun  uyğura  çevrilməsini  fonetik  cəhətdən  də  əsaslandırmağa  çalışır,  sözünə 
davam edərək yazır: "Sonralar x hərfi əlifə çevrilmişdir. Böylece boğazdan gələn hərflərin bir-
birinə  çevrilib  durması  olağan  şeydir,  hale  elifin  x-ya, x-nın  elife  çevrildiyi  çoktur..,  Uyğur 
kelimesinde  gördüğün  gibi  elıf  herfı  x-ya  çevrilmişdir.  x  herfi  elif  herfine  çevrilince  xoz 
kelimesindeki z herfi de ye-
ye  çevrilmişdir.  Bu  z-nın  Ye-ye çevrilmesi büyük bir kuraldır. 
Bundan  sonra  xoz  kelimesindekı  x  herfi  ğ  yapılmışdır.  Ğ
 
herfinin  x-ya çevrilmesi her zaman 
olan bir şeydir (MK, I, 113). 
Sonralar  Rəşidəddin  və  Əbülqazi  Bahadır  xan  da  uyğur  sözü  haqqında  bəzi  fikirlər 
söyləmişlər.  Onların  fikrincə  Oğuz  xan  onun  tabeliyinə  keçən  qəbilələrə  ad  vermişdir. 
Ebü
lqazinin fikrincə, uyğur türk sözüdür, mənası hamıya məlumdur, qoşulan, yapışan (yapışqur) 
deməkdir.  Məsələn,  süd  uyudu  deyirlər (64, s.  42).  Bu  rəvayətə  əsaslanıb  Y.Klaprot, 
A.
Kazımbəy, A.Vamberi də uyğur sözünün mənşəyini təxminən eyni şəkildə şərh etmişdir (88, 
s. 101). 
C.
Dörfer uyğur sözünün apelyativini tərəfdar, müttəfiq, köməkçi şəklində izah edir (33, s. 
169). C.
Banzarov  uyğur  etnoniminin  monqol  mənşəli  olduğunu,  oy  (meşə)  və  ğur  (xalq) 
komponentlərindən ibarət olduğunu iddia edir (14, s. 185). 
N.A.
Baskakov  uyğur  etnonimini  oğuz/oğur  onomastik  vahidinin  variantı  hesab  edir, 
müdrik, güclü, qüdrətli  mənasını bildirdiyini  göstərir (19, s. 28, 62). V.V. Radlov hələ keçən 
əsrin sonlarında bu etnonim haqqında yazırdı: 
"
Прозвище уйгур могло быть еще в древности 
нерасчлененным тюркским словом , происхождение которого и самим восточны тюрком 
было  непонятно;  в  этом  случае  слово  должно  было  бы  проистекать  или  из  какого-то 
забытого  корня,  или  же  в  слове  этом  можно  было  бы  видеть  иностранное,  в  этом 
последном случае об этимологическом   возведении можно бы трактовать только если бы 
имелись  определенные  исторические  свидетельства  о  самом  происхождении,  спорного 
слова" (122, s. 14). 
Bizcə, uyğur etnonimi uymaq felindən törəmiş və müttəfiq mənasını bildirmişdir. Uyğurlar 
VI əsrdə tölös ittifaqına daxil idi. VII əsrdə tölöslərin altı boyu ayrılaraq uyğurlar başda olmaqla 
altı bağ bodun birliyini yaratdı. Uyuk tarlak, Bay bulun, Kemçik- kayabaşı abidələrində altı bağ 
bodun  termini  işlənmişdir.  Tədqiqatçılar  bu  birliyə  aşağıdakı  boyların  daxil  olduğunu 
göstərirlər: uyğur, bayırku, ediz, tongra, buğu və apa-isi (37, s. 15). Bunlar VII əsrdə tokuz oğuz 
qəbilə birliyi ilə birləşib göy türklərə qarşı birgə vuruşmuşlar. 687-ci ildə İlteris kağanın tokuz 
oğuzları ağır məğlubiyyətə uğratmasından sonra birlik daxilində liderlik uyğurların əlinə keçdi. 
Bu  barədə  də  müxtəlif  fikirlər  vardır.  Məsələn,  S.Gömeç  yazır  ki,  uyğurların  tokuz  oğuz 
 
36 


federasiyasını  özlərinə  birləşdirmələri  və  on  uyğur  olmaları  739-740-cı  ildən  sonra  Moyun 
Çorun 
tokuz  oğuzları  dərləyib  toplamalarından  sonra  olmuşdur.  Çünki  Şine-Usu  kitabəsində 
Moyun Çor kağan tokuz oğuz xalqını dərləyib-topladığını söyləyir (37, s. 17). 
Lakin  faktlar  göstərir  ki,  uyğurların  liderliyi  ələ  alması  və  on  uyğur  qəbilə  birləşməsi 
şəklində  formalaşması  təxminən  VIII  əsrin  əvvəllərində  baş  vermişdir.  Bununla  əlaqədar 
L.
Rasonyinin  də  maraqlı  qeydi  var:  "Tokuz  oğuzlar  daha  mütəkamil  onlu  bölünüşə  görə 
aşağıdakı  ünsürlərdən  mürəkkəb  idilər:  9  dallı  uyğur  oymağı  l  tokuz  oğuzlardan  olmayan 
oym
ak; 8 oğuz oymağı toplam 18 oymak. 9 dallı uyğur oymağı tək başına digər 8 oğuz oymağı 
gücündə  idi.  Doğu  göy  türklər  Kapağan  kağan  çağında  12  oymakdan  ibarətdilər.  Əslində  on 
oymak olduqları halda  yendikləri heftal və daha sonra Tibetlilərin Garrgrapur adını verdikləri 
oymağı  kəndilərinə  bağladılar.  Bu  şəkildə  Kapağan  hakanın  30  oymağı  oldu.  Kültəgin  mezar 
yazıtında Bilge hakan ulusuna şöyle hitap edər: otuz... tokuz oğuz. Yazıtın noktalarla göstərilən 
kısımları  geçen  12  yüzyıl  zarfında  silinmişdir.  Czeqledi  yukarıda  açıklananlara  dayanaraq  və 
isabetle zıkri geçen yazıtı şöyle tamamlar: Otuz türk tokuz oğuz" (128, s. 103). 
Uyğur xaqanlığı dövründə on uyğur birliyi yağlakar boyunun başçılığı ilə hakimiyyətin əsas 
dayağı rolunu oynamaqda idi. Hətta X əsrə aid olan bir Mani mətnində on uyğur eli ifadəsinə 
təsadüf edirik (161, s. 29-33). Çox maraqlıdır ki, orta əsr ərəb coğrafiyaçıları uyğur etnonimi 
yerinə tokuz quz terminini işlətmişlər. Bəzi müəlliflər buradan çıxış edərək tokuz quz-un tokuz 
uyğur  olduğunu  güman  etmişlər  (42,  s.  23-63).  Rəşidəddinin  "Camiət-təvarix"  əsərində 
göstərildiyinə  görə  Orxon  bölgəsində  on  çayın  sahilində  yaşayanlara  on  uyğur,  doqquz  çayın 
kənarında yaşayanlara da tokuz uyquz deyilmişdir. Buradakı tokuz uquzun tokuz oğuz olduğunu 
güman 
etmək  olar.  Müəllifə  görə  on  uyğur  birliyi  aşağıdakı  boylardan  meydana  gəlmişdi: 
ebişek, ötünger, bukız, öz kundur, tular, tardar, adar, üç tabın, kamlançu, ötüken (32, s. 334). J. 
Hamilton  bunları  Çin  mənbələrindəki  el  və  boy  adları  ilə  qarşılaşdırmışdır  (42, s. 45-50). V. 
Tomsen və İ. Markvart tokuz oğuz və uyğurların eyni etnos olduğunu irəli sürmüşlər. Onların bu 
qənaəti  qeyd  etdiyimiz  kimi  IX,  X  əsr  ərəb  coğrafiyaçıları  səyahətnamələrinin  və  Çin 
mənbələrinin  də  bu  etnosları  eyniləşdirməsinə  əsaslanır.  Faruk  Sümerin  də  qeyd  etdiyi  kimi 
ancaq nə bunların əsl uyğur boylarını ifadə edilənlərinin arasında, nə də "Camiət-təvarix"dəkilər 
içində tokuz oğuzların tonqra və kunı boylarının adları bulunmakda və ya onlara bənzəyən adlar 
görünməkdədir (51, s. 423). 
H
əqiqətən ərəb səyyahları uzun müddət tokuz oğuz və ya tokuz quz adı altında uyğurları, 
uyğur  dövlətini  nəzərdə  tutmuşlar.  Məsələn,  İbn  Xordadbeh  (IX  əsr)  tokuz  oğuz  türkləri 
yurdunun  ən  geniş  türk  ölkəsi  olduğunu,  xaqanın  on  iki  dəmir  qapılı  böyük  şəhərindəki 
(Ordubalık?)  xalqın  Mani  dininə  mənsub  olduğunu,  hökmdarın  sarayının  damında  beş  farsax 
məsafədən  görünən  və  yüz adam  tutan  qızıl  çadır  olduğunu  göstərmişdir  (51, s. 65). Bu 
 
37 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə