Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə120/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   116   117   118   119   120   121   122   123   ...   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 278 - 
zamanı vahid qaydanın tərtibi tələbində özünü qabarıq şəkildə büruzə verirdi. Bu cür çətinlik-
lər haqqında göstəricinin «Bir neçə söz adlanan giriş məqaləsində lazımi məlumat verilir.  
 
 
ƏDƏBIYYAT 
 
1.
 
Azərbaycan kitabı:(Biblioqrafiya)/Tərtib edəni:S.Əliyev.-B.:ADKR nəşri, 1951.  
2.
 
Azərbaycan SSR EA nəşrlərinin biblioqrafiyası (1923-1945).-B., 1984.-319 s.  
3.
 
Azərbaycan SSR Xalq Maarif Komissarlığı: Azərbaycan xalq maarifi (1920-1928).- 
B.,1928.  
4.
 
Bədəlov E.M. Azərbaycan kitabı //«Bakı».-1982.- 19 iyun.  
5.
 
5.Böyük  Oktyabr  və  Sovet  Azərbaycanında  elmin  çiçəklənməsi.-B.:«Elm»  nəşriy-
yatı, 1977.  
6.
 
Bünyadov Z.M. İki əsrin hüdudunda Azərbaycanda tarix elmi: vəziyyət və perspek-
tivlər//Elm və həyat-1986.-№10.  
7.
 
Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan.-B.,1987. 
8.
 
Məhərrəmli  C.  Dövri  mətbuatımıza  dair  (N.Axundovun  «Azərbaycan  dövri 
mətbuatı» biblioqrafiyası haqqında)//Ədəbiyyat və incəsənət.-1965.-30 oktyabr. 
9.
 
Xələfov Ə.T. Orta əsrlər Azərbaycan ədəbi biblioqrafiyasına dair//Kitabxanaşünaslıq 
və biblioqrafiya:Elmi-nəzəri və təcrübi jurnal.-1997.-№1.-S.82-93. 
 
 
 
Aysel Jabbarova 
 
THE FORMATION AND DEVELOPMENT OF THE BIBLIOGRAPHIC 
ACTĠVĠTY ĠN AZERBAĠJAN 
 
Summary 
The  article  deals  with  the  importance  of  preparing  of  Azerbaijan  bibliography  book, 
which  is  the  main  part  of  Azerbaijani  culture.  It  is  also  widely  discussed  the  impact  of  the 
recovery of national identity, national traditions in the modern conditions of development of 
the national biographical work. 
 
 
 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 279 – 
 
Günel
 
Nazim
 
qızı Hacıyeva
 
 
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, doktorant 
gunel.haciyeva.1987@mail.ru 
 
 
MEMARLIQ VƏ ĠNġAAT SAHƏSĠNĠN KĠTABXANA-ĠNFORMASĠYA 
TƏMĠNATININ TƏKMĠLLƏġDĠRĠLMƏSĠ YOLLARI 
 
Açar sözlər: memarlıq, informasiya təminatı, elektron informasiya resursları. 
 
İnsanın  fəaliyyət  sahələrinin  ixtisaslaşması,  onların  sənəd-informasiya  təminatının  və 
kitabxana-biblioqrafik resurslarının  da ixtisaslaşmasına səbəb olur.  Belə  ixtisaslaşmış  fəaliy-
yətdən biri də memarlıq fəaliyyətidir. 
Memarlıq üzrə sənəd-informasiya təminatının formalaşması prosesləri ildən-ilə sürətlə-
nir. Eyni zamanda bu sahədə tələb olunan informasiyanın həcmi artır və sənəd-informasiya tə-
minatında daha yüksək operativlik tələb olunur. Memarlıq sahəsində sənəd-informasiya təmi-
natının əhəmiyyətini bu sahənin mütəxəssisləri də təsdiqləyir və buna xüsusi diqqət yetirirlər.  
Bütün bu amillər memarlıq üzrə sənəd-informasiya təminatının, eləcə də biblioqrafik tə-
minatın qanunauyğunluqlarının öyrənilməsini tələb edir. 
Elmə  ilk  dəfə  bu  sahənin  tədqiqini  amerikalı  memar  Riçard  Sol  Vurmen  keçən  əsrin 
sonlarında öz ―Memarlıq informasiyası‖ termini ilə gətirmişdir. O, 1996-cı ildə eyni adlı kita-
bını  nəşr etdirmişdir. ―Memarlıq informasiyası‖ bu sahədə insanlara lazım olan məlumatları 
daha  səmərəli  tapmağa  və  emal  etməyə  kömək  etmək  məqsədilə  informasiyanın  naviqasiya-
sının sistemləşdirilməsi prinsipləri ilə məşğul olur.  
Əsası hələ Azərbaycanı öyrənən cəmiyyət tərəfindən qoyulan milli memarlığımızın təd-
qiqinə  M.Ə.Hüseynov,  L.S.Bretanitski  və  A.V.Salamzadənin  ―Azərbaycan  memarlıq  tarixi‖ 
(1963) adlı əsərlərində özünün layiqli bəhrəsini tapdı. Azərbaycan memarlıq tarixinin qədim 
dövründən  XX  əsrin  əvvəllərinə  kimi  inkişaf  mənzərəsini  açıqlayan  ―Azərbaycan  memarlıq 
tarixi‖  kitabında  memarlıq  tikililərinin  tipologiyası  müəyyənləşdirilmiş,  memarlıq  tarixinin 
elmi  baxımdan  dövriyyələşdirilməsinin  əsası  qoyulmuşdur.  Əsərdə  Azərbaycan  memarlıq 
abidələrinin üslubi xüsusiyyətləri aşkarlanmış, regional məktəblərin Yaxın və Orta Şərq, Orta 
Asiya  ölkələri  memarlığının  inkişaf  prosesləri  ilə  qarşılıqlı  əlaqələri  təhlil  olunmuşdur. 
Tədqiqatın  bir  sıra  müddəaları  A.V.Salamzadənin  ―XVI-XIX  əsrlərdə  Azərbaycan  memar-
lığı‖(1964), L.S.Bertanitskinin ―XII-XVII əsrlərdə Azərbaycan memarlığı və Yaxın Şərq me-
marlığında onun mövqeyi‖ (1966) adlı monoqrafiyalarında geniş izahını tapmışdır. [2, 180] 
Son  dövrdə  bu  istiqamətdə  atılan  addımlardan  biri  Azərbaycan  Memarlıq  və  İnşaat 
Universitetinin  Kitabxana  və  İnformasiya  mərkəzinin  2015-2020  –ci  illər  üçün  hazırladığı 
strateji planıdır.  
Azərbaycan Memarlıq və İnşaat Universitetinin kitabxana-strateji fəaliyyət planı hədəf-
ləri çox geniş sahələri əhatə edir. Plan yalnız AzMİU çərçivəsində məhdudlaşmır, o, həmçinin 
bütün universitetləri bu və ya digər sahələrdə müəyyən dərəcədə əhatə edir. Burada, tələbə və 
ya  digər  tədqiqatçılara  məlumat  ötürülməsində  daha  çox  virtual  xidmət  göstərməyə  başlan-


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 280 - 
mışdır. Kitabxana fərdiləşməyə başlayacaq. İsdifadəçilər tədqiqat sahələrinə daha çox nəzarət 
etmə,  kitabxana  əməkdaşları  isə  təlim-tədris,  tədqiqat  sahələrində  istifadəçiləri  ilə  birgə 
çalışma imkanı əldə edirlər. Həm daxili həm də xarici universitetlərlə özəlliklə bu sahə üçün 
önəmli  olan  partnyorlarla  strateji  əməkdaşlıq  planları  yeniləcək.  Universitetin  fakültə  və 
tələbə heyətinin daha çox imtiyaz əldə etmələri üçün qlobal konteksdə işlər görüləcək. Kitab-
xana  rəqəmsal  aləmə  sürətlə  daxil  olduğu  üçün  əhəmiyyətli  vəsaitləri  qoruyub  saxlaya  bilir. 
Universitetin 5 illik planı çərçivəsində İnstitusional Anbarların əhəmiyyətinə diqqət yönəldil-
mişdir. Universitetin  strateji  planının  direktivləri dəstəklənir.  İstifadiçilərlə  akademik fəaliy-
yətdə öncül proqramlarla işlənilir [3]. 
Kitabxananın strateji planı, bu böyük kitabxana sisteminin gələcəyi üçün böyük ümidlər 
vəd  edir.  Plan  növbəti  beş  il  üçün  7  əsas  və  onları  müşayiət  edən  bir  çox  məqsədləri  əhatə 
edir.  
Hədəf I: AzMİU ictimaiyyətini kitabxanadan tam istifadə hüquqları ilə təmin etmək. 
AzMİU Kitabxanası istifadəçiləri tədqiqat işlərinə uyğun mövzuları kitabxananın istifa-
dəçi qayda qanunları və digər müvafiq üsullarla lazımi formatlarda əldə edə bilərlər. İstifadə-
çilər  həmçinin  dünyanın  aparıcı  kitabxanaları  ilə  informasiya  mübadiləsi  razılaşması  sayə-
sində elmi  resurslardan sərbəst  istifadə etmə üstünlüyünə  də sahibdirlər.  Kitabxanaçılar  istər 
çap, istərsə də elektron formatlarda olan vəsaitlərin alınmasına, həmçinin digər universitetlə-
rin kitabxanaları ilə daimi və ya müvəqqəti istifadəçilik hüquqlarının təmin edilməsinə çalışır-
lar. 
Hədəf II : Elmi resursların tədqiqi və tətbiqi sisteminin təkmilləşdirilməsi. 
Son illər bir çox istifadəçinin müxtəlif üsul və vasitələrdən istifadə edərək kitabxanadan 
kənarda elmi materialların əldə etməsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Kitabxana istifa-
dəçilərinə lazımi elmi vəsaitləri istədikləri şəkildə tapıb əldə etməsinə şərait yaradır. Kitabxa-
na əsas diqqətini açıq informasiya bazasının təşkilinə, fiziki və rəqəmsal resursların formalaş-
dırılmasına  və  bunlardan  bütün  istifadəçilərin,  tələbə  və  tədqiqatçıların  sərbəst  daxil  olub 
istifadə etməsi məsələlərinə yönəldir. 
Geniş və innovativ partnyorluq tarixinə əsaslanaraq kitabxananın çətin tapılan və nadir 
resurs  bazası  genişləndiriləcək.  Kitabxana  əməkdaşları  istifadəçilər  ilə  tədqiqat  sahələrində 
daha səmərəli çalışmaları üçün onlarla əlaqələri gücləndirəcək. 
Hədəf III: Elmi bilik və təcrübə mübadiləsini dəstəkləyən xidmət sahələrinin təşkili. 
Kitabxana, elmi tədqiqat prosesinin bütün mərhələlərində AzMİU kitabxanası istifadəçi-
lərinə – tələbə, müəllim, tədqiqatçı və s. -in işlərinə kömək edir. Kitabxana əməkdaşları yük-
sək səviyyəli konsultasiya xidmətləri göstərir və elmi ictimaiyyətin elmi mübadiləsinin yara-
dılmasında, tədqiqat mövzuları-nın araşdırılmasında və təhlilində xüsusi vasitələrdən istifadə-
də köməklik göstərirlər. Kitabxana vizual və digər mənbələrin, məlumatların seçilməsinə, isti-
fadə edilməsinə, yenidən işlənməsinə və s. dəstək verir. 
Kitabxana universitet daxilində və xaricində digər müəssisələrlə əməkdaşlıq edərək elmi 
nəşrlərin  qorunub  saxlanması  və  nəşrlərin  məhdud  sayda  yayılması  üçün  nəzərdə  tutulmuş 
domen  məsələləri,  həmçinin  kitabxana  alimlərin  intellektual  mülkiyyət  hüquqlarını  təsdiq-
ləməsi, saxlanması məsələlərinin həllinə diqqət yetirir və problemləri həll etməyə çalışır. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə