Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 35 –
nada elektrik enerjisi olmasa belə; kitab, uzaq məsafədə olsa belə, “oxuyucu cihaz” vasitəsilə
müəyyən etmək mümkündür.
Misallardan aydın görünür ki, müasir kitabxanaların RFID texnologiyaları əsasında
işləməsi, elektron kataloqla bu sistemin uzlaşdırılması daha məqsədəuyğundur və kitabxana-
larımızda bu texnologiyaların tətbiqi ümumi işin xeyrinə olar.
Veb kataloq sisteminin elektron sənədlərin göndərilməsi mexanizmi ilə təchiz edil-
məsi məsələsi
Bu məsələ, ilk növbədə kitabxananın bilavasitə öz oxucu kontingentinə
xidmət işini tək-
milləşdirmək məqsədi daşısa da, toplu elektron kataloqdan istifadə edəcək bütün oxucu qrup-
larına (hansı kitabxananın üzvü olmasından asılı olmayaraq)
da şamil edilməlidir. Ümumiy-
yətlə, elektron sənəd (informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən
sənəd) təqdimat formasına görə 2 formaya-daxili və xarici təqdimat formalarına bölünür.
Elektron sənədin informasiya daşıyıcısında (CD, Fleş yaddaş qurğusu və s.) yazılmış şəkli,
onun daxili
təqdimat formasıdır. Elektron sənədin informasiya daşıyıcısından fərqli digər
maddi obyektdə (displeydə, kağızda və s.), əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi
isə onun xarici təqdimat formasıdır. Əlbəttə, hələ ki elektron sənədlərin daxili təqdimat for-
ması kitabxana işi sahəsində öz aktuallığını tam itirməyib. Lakin informasiya cəmiyyətinin tə-
ləbləri oxucu ilə kitabxana arasındakı fiziki əlaqələri minimuma endirməyi şərtləndirdiyindən,
bu növ təqdimatdan çox nadir hallarda istifadə olunur. Məsələn, oxucu kitabxanaya gəlir və
onu maraqlandıran ədəbiyyatın elektron variantını fleş yaddaş qurğusuna köçürərək tələbini
ödəyir. Bu, qabaqcıl təcrübədə çox az istifadə olunan metoddur. Elektron sənədin xarici
təqdimat forması isə, müasir kitabxana işinin tələblərinə tam cavab verir. Tutaq ki, AMEA
MEK-nın Naxçıvan Dövlət Universitetində müəllim kimi çalışan bir oxucusu, kitabxanada
fəaliyyət göstərən ―Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası‖nın fondu ilə tanış
olmaq istəyir və:
1.
Ənənəvi formada- (Bakıya) kitabxanaya gələrək fondda axtarış aparır. Ona lazım
olan ədəbiyyatı əldə edib-etməməsindən asılı olmayaraq vaxt və maliyyə vəsaiti itirir.
2.
Müasir formada-İnternet vasitəsilə kitabxananın elektron kataloquna daxil olub,
lazımi ədəbiyyatın fondda olub-olmadığını yoxladıqdan sonra, (Bakıya) kitabxanaya gələrək
ədəbiyyatı əldə edir. Birinci variantdan fərqli olaraq, tələbini ödəyəcəyinə əmin olduqdan
sonra da vaxt və maliyyə vəsaiti itirir.
3.
Ən müasir formada- İnternet vasitəsilə kitabxananın elektron kataloquna daxil olub,
lazımi ədəbiyyatı tapdıqdan sonra onun elektron variantını elektron poçt və ya xüsusi hiper-
keçid vasitəsilə əldə edir (Bakıya gəlmədən). Əvvəlki variantlardan fərqli olaraq, o, nə vaxt,
nə maliyyə itkisi ilə üzləşir. Lakin, bu məqamda başqa bir sual ortaya çıxır: bəs ―Azərbaycan
dövlətçiliyi və Heydər Əliyev kitabxanası‖nda oxucuya lazım olan ədəbiyyat yoxdursa, onda
nə etməli? Bu halda, yenidən, ədəbiyyatın axtarışını ənənəvi üsulla, bu dəfə daha çox vaxt
itkisi ilə, ayrı-ayrı kitabxanaların fondlarına müraciət etməklə axtarıb əldə etmək lazım
gələcək. Demək,
oxucuya ən təkmil xidmət növü, 3-cü formada da həyata keçirilə bilməz.
4.
Təklif etdiyimiz formada isə respublika kitab fondlarını özündə cəmləyən Milli
Elektron Kitabxana yaradılır və ölkə
üzrə vahid, milli toplu elektron kataloq, məhz həmin
kitabxananın biblioqrafik təsvirini əks etdirir. Eyni zamanda, xarici elektron toplu kataloqlar