Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə13/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   9   10   11   12   13   14   15   16   ...   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 34 - 
Əvvəlcə, aşağıdakı misalla, Ģtrix-kodlu niĢanvurma ilə elektron kataloq, fond və oxu-
cu arasındakı üçtərəfli münasibətləri nəzərdən keçirək: 
Təsəvvür  edək  ki,  kitabxana  əməkdaşı-kataloqlaşdırıcı,  əvvəlki  texnologiya  (Ştrix-kodlu 
nişanvurma)  ilə,  məsələn,  Prof.  Səlahəddin  Xəlilovun  Mərkəzi  Elmi  Kitabxanaya  yeni  daxil 
olmuş  “Elm  haqqında  elm”  adlı  əsərinin  elektron  kataloqunu  yaradır.  Kitabın  biblioqrafik  
təsvirini  elektronlaşdırarkən  o,  İRBİS  AKİS-in  “Kitabın  ştrix-kodu”(876  Ştrix-kod)  adlı 
bölməsinə,  bir  qədər  əvvəl  həmin  kitaba  yapışdırdığı  ştrix-kodun  unikal  nömrəsini  (məs., 
200055) də daxil edir və kitabı fonda göndərir. Oxucu, kitabxanaya gələrək elektron kataloq 
vasitəsilə həmin kitaba müraciət etdikdə, kitabxanaçı, bu sorğunu yerinə yetirmək üçün fonda 
müraciət  edərək,  kitabı  məhz  ştrix-kod  vasitəsilə  axtarır  və  tapır.  Daha  sonra,  kitabı  ştrix-
kodu  oxuyan  xüsusi  cihaza  yaxınlaşdırmaqla,  kitab  haqqında  məlumatı,  oxucu  biletinə 
köçürür və kitabı oxucuya verir. Bir qədər sonra, kitaba başqa oxucu da müraciət edirsə, bu 
dəfə  kitabxanaçı,  sistemdə  qeyd  olunmuş  ştrix-kod  vasitəsilə,  kitabın  əldə  olduğunu  (yəni 
başqa oxucuda) görür. 
Beləliklə,  elektron  kataloqu  ştrix-kod  texnologiyası  ilə  uzlaşdıran  kitabxanaçı,  kitabın 
əldə  olub-olmamasını,  hansı  oxucuda  olmasını,  həmin  kitaba  müraciətlərin  statistikasını, 
kitab haqqında müfəssəl məlumatı tez bir zamanda, avtomatik olaraq (kitabla, xüsusi cihazın 
yaxından təması vasitəsilə) əldə edir.  
Bu,  ştrix-kodla  nişanvurma  texnologiyasının  kitabxanalara  verdiyi  əsas  üstünlüklərin 
məcmusudur və bundan artığına nail olmaq mümkün deyil.  
İndi isə eyni vəziyyəti RFID texnologiyasının tətbiqi fonunda nəzərdən keçirək: 
Kataloqlaşdırıcı, eyniadlı əsərin elektron kataloqunu yaradarkən “Kitabın RFID kodu” 
adlı bölməyə (biz, ümid edirik ki, kitabxanalarımızın istifadə etdikləri sistemlər, tezliklə belə 
bir  modulla  təmin  olunacaqlar)  bir  qədər  əvvəl  kitaba  yapışdırdığı  RFID  nişanının-çipin 
unikal nömrəsini (məs., 200055) də daxil edir və kitabı fonda göndərir. Oxucu müraciəti za-
manı kitabxanaçı, sorğunu təmin etmək üçün bu dəfə də fonda müraciət edir. Lakin, indi o, 
vizual axtarış aparmadan, yəni, kitabın fiziki axtarışını həyata keçirmədən, “oxuyucu cihaz” 
vasitəsilə,  uzaq  məsafədən  kitabın  yerini  müəyyən  edir  və  vaxt  itkisinin  qarşısını  alır. 
Kitabxanaçı  bu  yolla  oxucuya  lazım  olan  başqa  əsərləri  də  eyni  vaxtda  tapa  bilir.  Ştrix-
koddan fərqli olaraq, RFID nişanı-çip sərbəst şəkildə informasiya daşıya bilir. Yəni, oxucuda 
və  ya  rəfdə  olmasından  asılı  olmayaraq  kitabxanaçı,  istənilən  məsafədən  kitabın  cipinə 
məlumat  daxil  edə  və  ya  məlumatı  redaktə  edə  bilər.  Təsəvvür  edək  ki,  RFID  nişanlı  kitab 
əldədir və kitabxanaçı həmin kitabın elektron kataloquna yeni məlumat daxil edir  (məsələn, 
professorun əsəri hər hansı bir mükafata layiq görülüb və  ya  əsərin ikinci cildi kitabxanaya 
daxil olub və s.). Bu zaman kitabxanaçı, kitab haqqında elektron kataloqa və müəllifin nüfuz 
faylına  həmin  yenilikləri  daxil  edərkən,  avtomatik  olaraq  məlumatları  kitabın  nişanına  da 
yükləyə  bilir.  Başqa  sözlə,  ştrix-kod  texnologiyasından  fərqli  olaraq,  RFID  nişanlı  kitabı 
məsafədən “idarə etmək” mümkünləşir. Beləliklə, RFID nişanlı kitab sərbəst şəkildə həm də 
elektron  kataloqa  çevrilir.  Bu  isə  o  deməkdir  ki,  kitab  haqqında  informasiyanı,  o  cümlədən 
kitabın  yerini,  oxunma  tarixçəsini,  xüsusiyyətlərini  kitabxanada  bütün  avtomatlaşdırılmış 
sistemin fəaliyyəti dayansa belə; elektron kataloq sistemində problem yaransa belə; kitabxa-


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 35 – 
 
nada elektrik enerjisi olmasa belə; kitab, uzaq məsafədə olsa belə, “oxuyucu cihaz” vasitəsilə 
müəyyən etmək mümkündür. 
Misallardan  aydın  görünür  ki,  müasir  kitabxanaların  RFID  texnologiyaları  əsasında 
işləməsi, elektron kataloqla bu sistemin uzlaşdırılması daha məqsədəuyğundur və kitabxana-
larımızda bu texnologiyaların tətbiqi ümumi işin xeyrinə olar. 
Veb kataloq sisteminin elektron sənədlərin göndərilməsi mexanizmi ilə təchiz edil-
məsi məsələsi 
Bu məsələ, ilk növbədə kitabxananın bilavasitə öz oxucu kontingentinə xidmət işini tək-
milləşdirmək məqsədi daşısa da, toplu elektron kataloqdan istifadə edəcək bütün oxucu qrup-
larına  (hansı  kitabxananın  üzvü  olmasından  asılı  olmayaraq)  da  şamil  edilməlidir.  Ümumiy-
yətlə,  elektron  sənəd  (informasiya  sistemində  istifadə  üçün  elektron  formada  təqdim  edilən 
sənəd)  təqdimat  formasına  görə  2  formaya-daxili  və  xarici  təqdimat  formalarına  bölünür. 
Elektron  sənədin  informasiya  daşıyıcısında  (CD,  Fleş  yaddaş  qurğusu  və  s.)  yazılmış  şəkli, 
onun  daxili  təqdimat  formasıdır.  Elektron  sənədin  informasiya  daşıyıcısından  fərqli  digər 
maddi  obyektdə  (displeydə,  kağızda  və  s.),  əyani  qavranılan  (vizual)  şəkildə  əks  etdirilməsi 
isə  onun  xarici  təqdimat  formasıdır.  Əlbəttə,  hələ  ki  elektron  sənədlərin  daxili  təqdimat  for-
ması kitabxana işi sahəsində öz aktuallığını tam itirməyib. Lakin informasiya cəmiyyətinin tə-
ləbləri oxucu ilə kitabxana arasındakı fiziki əlaqələri minimuma endirməyi şərtləndirdiyindən, 
bu növ təqdimatdan çox nadir hallarda istifadə olunur. Məsələn, oxucu kitabxanaya gəlir və 
onu  maraqlandıran  ədəbiyyatın  elektron  variantını  fleş  yaddaş  qurğusuna  köçürərək  tələbini 
ödəyir.  Bu,  qabaqcıl  təcrübədə  çox  az  istifadə  olunan  metoddur.  Elektron  sənədin  xarici 
təqdimat  forması  isə,  müasir  kitabxana  işinin  tələblərinə  tam  cavab  verir.  Tutaq  ki,  AMEA 
MEK-nın  Naxçıvan  Dövlət  Universitetində  müəllim  kimi  çalışan  bir  oxucusu,  kitabxanada 
fəaliyyət göstərən ―Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası‖nın fondu ilə tanış 
olmaq istəyir və: 
1.
 
Ənənəvi  formada-  (Bakıya)  kitabxanaya  gələrək  fondda  axtarış  aparır.  Ona  lazım 
olan ədəbiyyatı əldə edib-etməməsindən asılı olmayaraq vaxt və maliyyə vəsaiti itirir.  
2.
 
Müasir  formada-İnternet  vasitəsilə  kitabxananın  elektron  kataloquna  daxil  olub, 
lazımi ədəbiyyatın fondda olub-olmadığını yoxladıqdan sonra, (Bakıya) kitabxanaya gələrək 
ədəbiyyatı  əldə  edir.  Birinci  variantdan  fərqli  olaraq,  tələbini  ödəyəcəyinə  əmin  olduqdan 
sonra da vaxt və maliyyə vəsaiti itirir. 
3.
 
Ən müasir formada- İnternet vasitəsilə kitabxananın elektron kataloquna daxil olub, 
lazımi ədəbiyyatı tapdıqdan sonra onun elektron variantını elektron poçt və ya xüsusi hiper-
keçid vasitəsilə əldə edir (Bakıya gəlmədən). Əvvəlki variantlardan fərqli olaraq, o, nə vaxt, 
nə maliyyə itkisi ilə üzləşir. Lakin, bu məqamda başqa bir sual ortaya çıxır: bəs ―Azərbaycan 
dövlətçiliyi və Heydər Əliyev kitabxanası‖nda oxucuya lazım olan ədəbiyyat yoxdursa, onda 
nə  etməli?  Bu  halda,  yenidən,  ədəbiyyatın  axtarışını  ənənəvi  üsulla,  bu  dəfə  daha  çox  vaxt 
itkisi  ilə,  ayrı-ayrı  kitabxanaların  fondlarına  müraciət  etməklə  axtarıb  əldə  etmək  lazım 
gələcək. Demək, oxucuya ən təkmil xidmət növü, 3-cü formada da həyata keçirilə bilməz.  
4.
 
Təklif  etdiyimiz  formada  isə  respublika  kitab  fondlarını  özündə  cəmləyən  Milli 
Elektron  Kitabxana  yaradılır  və  ölkə  üzrə  vahid,  milli  toplu  elektron  kataloq,  məhz  həmin 
kitabxananın biblioqrafik təsvirini əks etdirir. Eyni zamanda, xarici elektron toplu kataloqlar 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə