Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə11/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   7   8   9   10   11   12   13   14   ...   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 30 - 
tron biblioqrafik təsvirini yaradarkən, sistem, onları ingilis və ya rus dilinin əlifbasına uyğun 
deyil, avtomatik olaraq Azərbaycan əlifbasının qaydalarına uyğun düzər. 
3.
 
Avtomatlaşdırma, o cümlədən elektronlaşdırma prosesləri üzrə tədrisin və tədrisi mə-
nimsəmənin keyfiyyəti yüksələr. Belə ki, xaricdən alınan VTLS və  İRBİS AKİS-lərinin təli-
matları  həddindən  artıq  texniki  informasiya  ilə  yükləndiyindən,  onu  tam  mənimsəmək  hələ 
heç bir kitabxanamıza müəssər olmayıb. Bu səbəbdən, kitabxanalarımızda əlavə xərc çəkilə-
rək təlimatlar hissə-hissə (təlimatlar yeniləndikcə) dilimizə tərcümə edilir, bir çox hallarda isə 
həmin AKİS-lərin tətbiqi sahəsində təcrübə toplamış kənar mütəxəssislərin köməyinə ehtiyac 
duyulur. Belə mütəxəssislərin sayı isə ölkəmizdə olduqca azdır. Bəzən, bir mütəxəssis respub-
likamızın bir neçə kitabxanasında çalışmalı, problemləri aradan qaldırmalı olur. Bu problemin 
səbəbi təkcə kadr çatışmazlığı deyil, tətbiq olunan avtomatlaşdırılmış sistemlərin xarici dillər-
də olması, texniki məlumatlandırmanın humanitar ixtisas sahibi olan kitabxanaçıların bilikləri 
ilə üst-üstə düşməməsidir. Məsələn, Qərb kitabxanalarında çalışan proqramçılar, İT mütəxəs-
sislər, ixtisasca əsasən kitabxanaçı olurlar. Və yaxud əksinə, kitabxanaçılar bir neçə illik təc-
rübədən  sonra  asanlıqla  AKİS-lərin  idarə  olunması,  tətbiqi  məsələləri  üzrə  İT  mütəxəssisə 
çevrilə bilirlər. Bu isə dil baryerinin olmaması, AKİS-in kitabxanaçı üçün tam açıq və anlaşı-
lan olması ilə əlaqədardır. 
4.
 
Bütün növ avtomatlaşdırılmış kitabxana əməliyyatlarının yerinə yetirilməsində Döv-
lət dili haqqında AR Qanununun müddəaları təmin edilmiş olar.  
Bundan  əlavə,  Azərbaycanda  yaradılacaq  MAKİS  bütün  kitabxanalarımızın  (sahəvi, 
universal, kütləvi, elmi və s.) ümumi iş prinsiplərinə uyğunlaşdırılmalı, həm kitabxanalararası 
abonoment, həm korporativ-toplu elektron kataloq, həm də milli elektron kitabxana üçün zə-
min yaratmalıdır. Hazırda kitabxanalarımızda istifadə olunan İRBİS və VTLS AKİS-ləri qa-
palı  proqram  kodlaşmasına  malik  olduğundan  müştəri-kitabxanaların  onların  arxitekturasına 
əlavələr, dəyişikliklər etmək imkanı yoxdur. Bu səbəbdən kitabxanalarımız, istifadə etdikləri 
xarici  sistemlərin istehsalçılarına, hər  yenilənmiş  versiya və  ya dəyişilmiş modul üçün  əlavə 
pul  ödəyirlər.  Bu  kimi  halların  da  aradan  qaldırılması  üçün  MAKİS-in  yaradılması  olduqca 
vacibdir. Təqdirəlayiq haldır ki, 2015-ci ildə IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çər-
çivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən ALISA (Automated 
Library  System  of  Azerbaijan)  mərkəzləşdirilmiş  elektron  kitabxana  sisteminin  təqdimat 
mərasimi keçirilib. ALISA elektron kitabxana sisteminin məqsədi mərkəzləşdirilmiş kitabxa-
na və kitabxanalar arasında vahid informasiya bazasının (kitab, qəzet, audio, və s.) və təsnifa-
tının formalaşdırılması, oxucunun geniş elektron kitab bazasına giriş imkanı, oxucu və kitab-
xana  arasında  daha  rahat,  vaxt  itkisi  olmadan  operativ  olaraq  münasibətlərin  qurulmasını 
özündə birləşdirməkdir. Lakin hələlik bu sistemin real tətbiqindən danışmaq tezdir. Çünki bu 
kimi proseslər kitabxanalar tərəfindən texniki olaraq heç də həmişə birmənalı qəbul olunmur 
(illərlə  başqa  sistemlər  üzərində  əldə  olunmuş  nəticələrin  itirilməsi  təhlükəsi  buna  şərait 
yaradır) və uzun illər tələb edir.  
Məsələn,  2010-cu  ildə  Qazaxıstanda  ―KABİS‖  MAKİS-i  yaradılarkən  bu  sistemə  mü-
nasibət  birmənalı  olmamışdır.  Belə  ki,  ölkə  kitabxanalarının  böyük  əksəriyyətində  tətbiq 
olunan İRBİS AKİS-in asanlıqla öz yerini yeni sistemə verəcəyi inandırıcı görünmürdü. Lakin 
AKİS-in yaradılmasından bir müddət sonra Qazaxıstan Universitetləri Assosiasiyasının qərarı 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 31 – 
 
ilə,  yeni  sistemin  ali  məktəb  kitabxanalarında  tətbiqi  icbariləşdirildi.  Bu  məqam  Qazaxıstan 
kitabxanalarının fəaliyyətində dönüş nöqtəsi oldu. Belə ki, bu ölkənin toplu elektron kataloqu 
gözlənildiyindən daha tez istifadəçilərin ixtiyarına verildi, milli elektron kataloqun yaradılma-
sı işində əsaslı dəyişikliklər baş verdi [3]. 2009-cu ildə eyni təcrübədən Özbəkistan da yararla-
naraq ―KARMAT-M‖i MAKİS-ni yaratdı və sistemi uğurla tətbiq etdi [4]. Həm qloballaşma-
nın, həm də müstəqilliymizin tələblərinə müvafiq olaraq ölkəmizdə də bu sahədə ciddi addım-
ların atılmasına zərurət yaranıb. 
Elektron kataloq sistemi və RFID (radiotezliklə identifikasiya) texnologiyaları 
RFID texnologiyası vasitəsilə obyektləri, daha dəqiq desək, transporder və ya RFID ni-
şanlarını  avtomatik  eyniləşdirmək,  onların  yerini  müəyyənləşdirmək,  hərəkətini  izləmək 
mümkündür. Həmin obyektlərdə mühafizə olunan məlumatlar radiosiqnal vasitəsilə oxundu-
ğundan və ya yazıldığından onları, hətta böyük məsafələrdən, pult vasitəsilə də idarə etmək, 
izləmək mümkündür [5, 6].  
[7]-də  rus  ixtiraçısı  Lev  Serqeyeviç  Termenin  (1896-1993)  1945-ci  ildə  ixtira  etdiyi 
audioinformasiyanı təsadüfi radiodalğalara yükləyən qurğu RFID texnologiyasının ilk nümu-
nəsi kimi qələmə verilsə də, Bxuptani və Moradpur kimi tədqiqatçılar bununla razılaşmır və 
texnologiyanın  yaranma  tarixini  bir  qədər  də  əvvəlki  illərdə  axtarırlar  [8].  Müəlliflərə  görə, 
müasir  RFID  texnologiyasının  əsasını  hələ  1937-ci  ildə  ABŞ  Hərbi  Dəniz  Qüvvələrinin 
Tədqiqatlar  laboratoriyasında  hazırlanan  ―özümüzkü-özgə‖  (ingliscə,  FFI-  Identification 
Friend or Foe) prinsipli aşkarlayıcı qurğu təşkil edir. Yeri gəlmişkən, həmin sistem indiyədək 
həm hərbi, həm də mülki aviasiyada (səmadakı təyyarələrin kimə məxsus olduğunu müəyyən 
etmək məqsədilə) istifadə olunur. Bütün bu iddialara baxmayaraq, RFID termini ilə bağlı ilk 
patent 1983-cü ildə ABŞ alimi Çarlz Uoltona təqdim olunub [Bax: ―Google kitablar‖ layihəsi-
Patent üzrə axtarış bölməsi. Sorğu: ABŞ Patenti № 4,384,288] və elmi ictimaiyyət texnologi-
yanın  yaranmasını,  məhz  bu  şəxsin  adı  ilə  bağlayır.  Lakin  yüksək  texnologiyalarla  təchiz 
olunmuş müasir RFID-lərin yaranması bir neçə il bundan öncəyə təsadüf edir. Müasir dövrü-
müzdə bu texnologiyanın ən mükəmməl nümunələri, hətta inkişaf etmiş ölkələrdə belə, məh-
dud şəkildə tətbiq olunur. Azərbaycanda da müasir RFID texnologiyaları hələlik istismar mər-
hələsinə  qədəm  qoymayıb.  Ölkəmizdə  bu  texnologiya  ilk  dəfə  2010-cu  ildə  Bakutel-2010 
İnformasiya Texnologiyaları  sərgisi çərçivəsində Prezident cənab  İlham  Əliyevin  iştirakı  ilə 
―Azercell Telekom‖ Şirkəti tərəfindən nümayiş olunub. Hazırda şirkət RFID texnologiyasının 
tətbiqi istiqamətində işlərini davam etdirir.  
Sənayedə,  nəqliyyatda,  tibbdə,  kənd  təsərrüfatında,  şəxsiyyəti  təsdiq  edən  sənədlərdə, 
ticarətdə  olduğu  kimi  kitabxana  işi  sahəsində  də  RFID  texnologiyalarının  tətbiqi  və  onların 
elektron kataloq sistemi ilə uzlaşdırılması mümkündür və zəruridir. 
Kitabxanada sözügedən sistemdən aşağıdakı kimi istifadə etmək mümkündür: 
-Əvvəlcə kitabxanadakı hər bir sənəd vahidinə (kitab, jurnal, xəritə, not və s.) radiotez-
likləri  qəbul  edən  və  ötürən  xüsusi  RFID  nişanı  yapışdırılır.  Beləliklə,  bütün  nəşr  vahidləri 
unikal  elektron  eyniləşdirmə  nömrəsi  qazanmış  olur.  Xüsusi  cihaz  (oxuyucu)  həmin  nişanı 
kitabın qəbulu, verilişi, çeşidlənməsi, inventarlaşdırılması, yerinin müəyyənləşdirilməsi zama-
nı istifadə edir. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə