Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə8/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   4   5   6   7   8   9   10   11   ...   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 22 - 
yada – Azərbaycan informasiya məkanında onun özünüifadə formaları daha dərindən araşdırı-
lacaqdır. 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Касумов В. Методы информационного поиска в компьютерных сетях с сверх-
насыщенными информационными ресурсами. ЭЛМ. Баку, 2004, 208 c.
 
 
2.
 
Kərimov  S.  Ontologiya  və  tezaurus  əsasında  informasiya  axtarışının  intellektuallaş-
dırılması / Qafqaz Universiteti jurnalı, №14. Bakı, 2004.  
 
 
Ирада Тулиева 
 
ПУТИ ИНТЕЛЛЕКТУАЛИЗАЦИИ 
БИБЛИОТЕЧНО-ИНФОРМАЦИОННОГО ПОИСКА 
 
Резюме 
В  статье  анализируются  пути  повышения  качества  информационного  поиска  в 
современных  автоматизированных  библиотечно-информационных  системах.  Автор 
рассматривает  основные  виды  парадигматических  отношений  в  библиотечных  ин-
формационно-поисковых языках и приводит способы их эксплицитного представления 
в  подсистеме  интеллектуального  обеспечения  автоматизированных  библиотечно-ин-
формационных систем.  
 
 
Irada Tuliyeva 
 
THE WAYS OF INTELLECTUALIZATION OF LIBRARY 
AND INFORMATION SEARCHING 
 
Summary 
The  article  is  concerned  with  the  quality  improvement  of  information  retrieval  in  the 
current integrated library systems. The author considers basic types of paradigmatic relations 
at library information retrieval languages, and produces the ways of their explicit presenta-
tion in the intellectual subsystem of the integrated library systems.  


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 23 – 
 
Ədibə ĠmaĢ qızı Ġsmayılova 
Azərbaycan Milli Kitabxanası, Əməkdar mədəniyyət işçisi 
Oxuculara xidmət işləri üzrə direktor müavini 
oxucuxidmet@anl.az 
 
XXI ƏSRĠN ĠNFORMASĠYA MƏKANINDA OXUCULARA XĠDMƏTĠN ƏSAS 
ĠSTĠQAMƏTLƏRĠ, ĠNNOVATĠV YENĠLĠKLƏRĠN TƏTBĠQĠ TƏCRÜBƏSĠ 
 
Açar sözlər: oxuculara xidmət, elektron kitabxana, virtual sifariş, elektron resurs, mobil 
kitab rəfləri. 
 
Respublikamızda  avtomatlaşdırılmış  kitabxana  sistemlərinin  tətbiqi  istiqamətində  ilk 
addımlar məhz Milli Kitabxana tərəfindən atılmışdır. Milli Kitabxana dünyanın ən böyük və 
zəngin  kitabxanalarında  daha  çox  tətbiq  olunan  müxtəlif  funksional  avtomatlaşdırılmış 
kitabxana  sistemi  VİRTUA  proqramına  malikdir.  Kitabxana  VTLS  proqramının  bütün 
modullarını  almışdır.  2014-cü  ildə  Elektron  Kitabxananın  daha  da  optimallaşdırılması 
məqsədilə  ORACLE  əsasında  işlənib  hazırlanmış  və  bir  neçə  parametrlər  üzrə  axtarış 
aparılmasına  imkan  verən  yeni  CAMO  proqramı  alınaraq  serverdə  quraşdırılmışdır.  Bu 
axtarış  sistemi  vasitəsilə  müəlliflər,  sərlövhələr,  predmetlər,  açar  sözlər,  simvollar  və 
rubrikalar  üzrə  axtarış  aparılması  təmin  olunmuşdur.  Burada  həmçinin  müxtəlif  məlumat 
bazaları  üzrə  -  kitabların  və  dövri  mətbuat  materiallarının,  ümumi  və  diyarşünaslıq 
kartotekalarının  və  digər  analitik  məlumat  bazalarının  materialları  üzrə  axtarış  aparılması 
mümkündür. Artıq bu gün kitabxanaya gələn oxucular sayı yüzlərlə olan ənənəvi kataloq və 
kartotekalarda  saatlarla  axtarış  aparmaq  əvəzinə,  kitab  verilişi  məntəqəsində  quraşdırılan 
kompyuterlərə  yaxınlaşaraq 2-3 dəqiqə  ərzində  Milli  Kitabxananın  fondunda olan istədikləri 
kitabı  tapa  bilir  və  sifariş  edirlər.  Elektron  resursların  yaradılması  şöbəsi  Elektron 
Kitabxananın  bazasının  zənginləşdirilməsi  işini  daima  davam  etdirir.  Şöbədə  müasir 
informasiya  texnologiyasının  tətbiq  edilməsi,  istifadə  olunan  qurğuların  təkmilləşdirilməsi, 
yeni  robot-skaynerin  alınması,  həmçinin  proqram  təminatının  daha  optimalları  ilə  əvəz 
edilməsi  sayəsində  elektron  resursların  hazırlanması  sürəti  xeyli  artmışdır.  Şöbədə  elektron 
resursların  keyfiyyətinin  artırılması  üçün  kitabları  özü  skan  edən  xüsusi  robot-skaner 
quraşdırılmışdır. Bu aparat kitabın skan olunması prosesini tam olaraq özü həyata keçirir və 
bir saat ərzində 2500-3000 səhifə skan etmək imkanına malikdir.  
Qiymətli kitab fondlarının konservasiyasını həyata keçirmək üçün onların mikrofilmlə-
rinin  hazırlanması  və  mikrofilmləri  oxumaq  üçün  avadanlıqlar,  qrammafon  vallarının  CD 
disklərə və audio kassetlərə yazılmasını təmin edən müasir tipli qurğular və foneteka kabineti 
üçün avadanlıqlar Yaponiya dövləti tərəfindən Milli Kitabxanaya hədiyyə edilmişdir. Mikro-
fılmlərin mətninin xüsusi kompyuter yaddaşına köçürülməsinə imkan verən qurğu isə xüsusilə 
əhəmiyyətlidir, qiymətli  kitabların və qəzet-jurnal dəstlərinin tam elektron mətnlərinin yara-
dılmasının sürətləndirilməsi işində böyük rol oynayır. 
Bu  gün  kitabxanamızın  oxucuları  və  eləcə  də  dünya  miqyasında  Azərbaycanla 
maraqlanan bütün insanlar Milli Kitabxananın saytı və elektron kataloqu vasitəsilə zaman və 


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 24 - 
məkan problemi olmadan Milli Kitabxananın nəinki kataloq və fondlarına daxil olaraq ondan 
sərbəst  istifadə  edə  bilirlər,  hətta  onun  tammətnli  elektron  məlumat  bazalarından  da 
bəhrələnirlər.  Heydər  Əliyev  irsi,  Zərifə  xanım  Əliyeva,  Mir  Cəlal  Paşayev  irsi,  Mehriban 
xanım  Əliyeva,  Fikrət  Əmirov,  Bunları  unutmaq  olmaz.Qan  yaddaşımız,  Dağlıq  Qarabağ 
müharibəsi,  Xocalı,  31  Mart,  Abuzər  Xələfov,  Nəsir  İmanquliyev,  Nizami  Gəncəvi, 
M.Ə.Sabir,  M.F.Axundzadə,  Nəriman  Həsənzadə,  Qara  Qarayev,  Üzeyir  Hacıbəyli, 
Azərbaycan  Milli  Kitabxanası  90,  Azərbaycan  teatrı  140,  Elçin,  Teymur  Elçin  və  başqa 
elektron məlumat bazaları da bu gün oxucularımız üçün dəyərli mənbələrdir.  
Elektron  məlumat  bazamız  Avropa  Elektron  Kitabxanasına  daxil  edilmişdir  ki,  Milli 
Kitabxanamızın  oxucuları  ABŞ-ın  Konqres  Kitabxanasının,  Avropa  Birliyinin  48-dən  çox 
ölkəsinin milli kitabxanasının və Rusiya Dövlət Kitabxanasının elektron məlumat bazalarına, 
habelə Rusiya Dövlət Kitabxanasının elektron dissertasiya fonduna birbaşa çıxış imkanı  əldə 
etmişlər.  Yəni,  kitabxananın  oxucuları  Avropanın  50-dən  çox  kitabxanasının  fondlarında  və 
kataloqlarında  birbaşa  axtarış  aparmaq  imkanı  əldə  etmişlər.  Eyni  zamanda  50-dən  çox 
Avropa ölkəsinin milli kitabxanasının oxucuları da Azərbaycan Milli kitabxanasının fond və 
kataloqlarından istifadə etmək imkanı qazanmışdır.  
Elektron  kitabxananın  təkmilləşdirilməsi  məqsədilə  Milli  Kitabxana  tərəfindən  xüsusi 
proqram  hazırlanmışdır.  Bu  proqram  vasitəsilə  kitabların  elektron  resurslarına  Milli 
Kitabxananın holoqramı vurulur, elektron resurs kodlaşdırılır ki, bu da elektron kitabxanada 
yerləşdirdirilən  və  müəllif  hüquqları  qorunan  kitabların  surətinin  çıxarılmasına,  elektron 
daşıyıcılarına köçürülməsinə imkan vermir. Hazırda Milli Kitabxananın Elektron Kitabxana-
sında 130 mindən artıq elektron resurs vardır və yaxın zamanda onların əksəriyyəti oxucular 
üçün açıq olacaqdır.  
Bu gün Milli Kitabxana respublikanın bütün kitabxanalarına, eləcə də bütün oxuculara 
və  internet  istifadəçilərinə  virtual  rejimdə  xidmət  göstərir.  Kitabxananın  saytında  ―Virtual 
sifariş,― Metodik xidmət‖ ―Bizdən soruşun‖ və ―Biblioqrafik sorğu‖ bölmələri yaradılmışdır. 
Ölkənin istənilən nöqtəsindən hər bir kitabxana işçisi, müxtəlif oxucular, istifadəçilər sorğula-
rını sayt vasitəsilə Milli Kitabxanaya ünvanlayır və ən qısa müddətdə öz sorğularına cavab ala 
bilirlər.  
Kitabxanaçının ən vacib keyfiyyətlərindən biri oxucunun vaxtına qənaət etmək, ona tez 
və  vaxtında kitabxana  -  informasiya xidməti göstərməyi  bacarmaqdır. Oxucuya tez və  vaxta 
qənaət etməklə xidmət etmək kitabxanaçıdan kitabxana fondunu, kitabxana resurslarını, həm-
çinin kitabxananın məlumat-axtarış sistemlərini, kitabxana kataloqlarını, o cümlədən, elektron 
vasitələri,  kitabxana-informasiya  texnologiyasını  dərindən  bilməyi  tələb  edir.  Kitabxananın 
Humanitar  elmlər  zalında  artıq  bir  neçə  ildir  ki,  azərbaycan  və  rus  dillərində  ―Azərbaycan 
Respublikasının  qanunvericiliyi‖  onlayn  məlumat  bazası  oxucuların  istifadəsinə  verilmişdir. 
Müasir  oxucu  tələbinə  cavab  verən  bu  proqram  oxucuların  vaxta  qənaət  etmələrinə  kömək 
edir.  Kitabxana  kataloqundan  istifadə  etmədən  oxucu  birbaşa  məlumat  bazasından  istifadə 
edir. Bu bazanı www.qanun.info-(Azərbaycan dilində) www.consultinq.minimax.az- (Rus di-
lində) internet səhifəsinə daxil olmaqla əldə etmək olar.  
Azərbaycan Milli Kitabxanası öz elektron fondunu genişləndirmək məqsədi ilə elektron 
kitabxananın xarici elektron informasiya ehtiyatları ilə komplektləşməsini oxucuların sorğusu 
əsasında  həyata  keçirərək  zəngin  axtarış  imkanlarına  malik,  dünyanın  və  Rusiyanın  aparıcı 
elibrary.ru  elektron  elmi  kitabxanasının  rusdilli  informasiya  ehtiyatlarına  abunə  olmuşdur. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə