Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə16/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   12   13   14   15   16   17   18   19   ...   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 40 - 
 
Джавид Джафаров 
 
ТЕХНОЛОГИИ RFID, 4G И WEB 3.0 В ИНФОРМАЦИОННОМ  
МАРШРУТЕ АЗЕРБАЙДЖАНСКИХ БИБЛИОТЕК 
 
Резюме 
В статье рассматриваются некоторые концептуальные вопросы совершенство-
вания  электронного  каталога  и  повышение  уровня  доступа  к  e-каталогу  в  Азербай-
джанских библиотеках. Обосновывается необходимость внедрения новых технологий 
как  RFID,  4G  и  Web  3.0  в  библиотечное  дело.  Предлагается  создать  Национальную 
Автоматизированную  Библиотечно-Информационную  Систему  (НАБИС)  и  внедрить 
технологию распознавания речи в процесс e-каталогизации.  
 
 
Javid Jafarov 
 
RFID, 4G, AND WEB 3.0 TECHNOLOGIES IN THE INFORMATION  
ROUTE OF AZERBAIJANI LIBRARIES 
 
Summary 
Some conceptual issues to develop the electronic catalogue, and improving access to e-
catalogue  in  Azerbaijan  libraries  are  described  in  the  article.  The  necessity  of  introducing 
new technologies  such as  RFID, 4G and  Web 3.0 in  library science is  described. Establish-
ment  of  National  Automated  Library-Information  System  (NALIS)  and  to  incorporation  of 
speech recognition technologies into e-cataloguing is proposed.  


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 41 – 
 
GülĢən Teymur qızı Əliyeva 
Filologiya üzrə elmlər doktoru, professor 
ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru 
gulshenkengerli@mail.ru 
 
 
TƏBĠĠ VƏ SÜNĠ ĠNTELLEKT MÜASĠR KĠTABXANA-ĠNFORMASĠYA 
PROSESLƏRĠ KONTEKSTĠNDƏ 
 
İnformasiya cəmiyyəti və onun əsasını təşkil edən biliklər sistemi haqqında son 20 ildə 
yüzlərcə tədqiqatlar aparılıb, tendensiyalar yaranıb. Artıq, intellektin iqtisadi və texnoloji kon-
tekstdə  öyrənilməsi  prosesi  elmi  ictimaiyyət  üçün  yeni  deyil.  Lakin  bütün  bunlara  baxma-
yaraq öyrənilən istiqamət aktuallığını itirmir, əksinə, hər bir texnoloji sıçrayışdan sonra yeni 
yanaşma tələb edir. 
Bəlkə  də  bizim  yürütdüyümüz  fikirlər  alimlər  tərəfindən  birmənalı  qarşılanmayacaq, 
lakin bu bir həqiqətdir ki, kitabxanaların biliklər iqtisadiyyatına inteqrasiya etməsi və təbii in-
tellekti  ən  yüksək  səviyyədə  stimullaşdıran  bir  orqana  çevrilməsi  üçün  "kayzen  strategiya-
sı"nın tətbiqi qaçılmazdır. Ənənəvi kitabxana strategiyasmdan fərqli olaraq kayzen konsepsi-
yası mütəxəssisdən peşə vərdişləri ilə yanaşı davamlı və mərhələli şəkildə əldə olunan bilik də 
tələb edir. Burada söhbət kitabxanaçının müvafiq təhsil müəssisəsində və ya gördüyü iş çərçi-
vəsində qazandığı bilikdən getmir. Burada bilik dedikdə mütəxəssisin differensial, analitik şə-
kildə bütün lazımlı mənbələrdən aldığı bilik başa düşülür. Bu biliyi sayəsində mütəxəssis işi-
nin icraçısı olmaqla yanaşı, həm də onun ideya mənbəyi və strateqidir, oxşar işlərin mükəm-
məl bilicisidir. Bilikli kitabxanaçı, kitabxana işinin hər hansı bir istiqaməti üzrə deyil, bütün 
istiqamətləri üzrə ixtisaslaşmış mütəxəssis olmalı, proseslərin inkişafında yaxından iştirak et-
məlidir. Azərbaycan kitabxanaçısı, postsovet məkanının bütün kitabxanaçıları kimi kitabxana 
işinin konkret bir sahəsində çalışır. Başqa sözlə, biblioqraf bibliometriya ilə, kitabxana texno-
loqu  isə  mənbəşünaslıqla  məşğul  olmur.  Son  illərədək  dünyanın  aparıcı  kitabxanalarında  da 
vəziyyət eyni ilə bu cür idi. Lakin kayzen konsepsiyasının və ya bu fəlsəfəyə yaxın ideyaların 
kitabxanalarda tətbiqi nəticəsində kitabxanaçılar qarşısında duran vəzifələrin spektri xeyli ge-
nişləndi. Bunun nəticəsində məsələn, Dünya və Avropa elektron kitabxanalarını  yaradan ki-
tabxanaçı-proqramçılar nəsli yetişdi, qeyri - səlis məntiq nəzəriyyəsini, analitik hesablamalar-
la  yanaşı  riyazi  hesablamaları  cla  kitabxana  işində  tətbiq  edən  kitabxanaçı-bibliometriklər 
meydana çıxdı və s. Əlbəttə ki, Azəbaycanın maddi-mədəni irsini mühafızə etmək, yaşatmaq, 
gələcək nəsillərə və dünya vətəndaşlarına ötürmək üçün, insanlarımızın təbii intellektini yük-
səltmək, elmi potensialı gücləndirərək süni intellektin yaradılmasına təkan vermək məqsədilə 
bizim  də  məhz  bu  cür  elmi  dəyişikliklərə,  peşə-bilik  mübadilələrinə,  transformasiyalarına 
ehtiyacımız var. 
XX  əsrin  əvvələrində  bəşər  övladı  anladı  ki,  Yerin  təbii  ehtiyatları  daimi  deyil  və  bir 
gün  mütləq  tükənəcək.  Məhz  bu  məqamı  dünyada  biliklər  cəmiyyətinin  yaradılması  işinin 
başlanğıcı hesab etmək olar. Əfsuslar olsun ki, I və II Dünya müharibələri biliklər cəmiyyəti-
nin inkişafını xeyli ləngitdi, təbii intellektin, əqli gücün tətbiqi fıziki gücün tətbiqini stimullaş-


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 42 - 
dırdı və  yeni olan hər şeyi iflasa uğratdı. Ötən əsrin 60-cı illərində isə biliyin təbii əmtəəyə 
çevrilməsi ideyasınm rüşeymləri formalaşmağa başladı, kosmonavtika, ədəbiyyat, fızika sahə-
ləri kimi kitabxana işi sahəsi də inkişaf etdi; kitab-xanalar ilk dəfə maşınlaoxunan biblioqrafık 
yazılar yaratdılar, müasir elektron kataloqun əsasını qoydular. Keçən yarım əsrlik dövr ərzin-
də kitabxanalar yeni texnologiyalara yiyələnməklə bir sıra ənənəvi proseslərin sürətlənməsinə 
nail oldular. Lakin yeni texnologıyaların tətbiqi bir sıra dilemmalar da yaratdı: 
-
 
Ənənəvi yoxsa avtomatlaşdırılmış kitabxana? 
-
 
Elektron yoxsa ənənəvi kataloq? 
-
 
Rəqəmli kitabxana yoxsa kağız fondlar? 
-
 
Kitabxanaçı yoxsa süni intellekt? 
Bu  mübahisəli  məsələlər  bu  gün  də  aktualdır.  Bir  qrup  mütəxəssisin  fıkrincə,  rəqəmli 
kıtabxanaların yaradılması gec-tez ənənəvi kitabxanaların mövcudluğuna son qoyacaq. Başqa 
bir  qrup  mütəxəssislərin  fikrincə,  kitabxana  prosesləri  avtomatlaşdıqca  ənənəvi  kitabxana 
proseslərinin  tətbiqi  sıradan çıxacaq. Nəhayət,  belə bir fıkir də irəli sürülür ki,  süni intellekt 
kitabxanaçı kadrları əvəzləyəcək və kitabxanaçılara ehtiyac qalmayacaq. Böyük əksəriyyət, o 
cümlədən illərdən bəri kitabxana işinin ənənələrini qoruyub saxlayan mütəxəssislər üçün bu 
fıkirlər  heç  də  ürəkaçan  deyil.  Peşəkarlar  yeni  texnologiyaların  tətbiqini  alqışlasalar  da,  bir 
gün  ənənəvi  kitabxana  və  tipik  kitabxanaçılann  mövcud  olmayacağını  təsəvvür  etmək  belə 
istəmirlər.  Elə  bizim  özümüz  də  inana  bilmirik  ki,  bir  gün  gələcək  və  məsələn,  ABŞ-nin 
Konqres  Kitabxanasında  cəmi  1-2  nəfər  əməkdaş  çalışacaq  ki,  buranı  muzey  kimi  ziyarət 
edənlərlə  bələdçilik  etsin.  İstəsək  də,  ıstəməsək  də  təbii  intellekt  inkişaf  edir  və  elə  süni 
intellektlər yaradır ki, deyilənlərin həqiqətən də gerçəkləşəcəyinə şübhə qalmır. Bir vaxtlar nil 
armstronqlar, yuri qaqarinlər Ayı fəth edəndə insanların ağlına belə gəlməzdi ki, vaxt gələcək 
kosmik gəmilərdə istənilən adam Ayı turist kimi ziyarət edə biləcək, Ayın tədqiqatı üçün isə 
süni peyklərdən, robot-gəmilərdən istifadə olunacaq. Və yaxud hansı təyyarəçi, pilot inanardı 
ki, bir gün onun zəhmətinə ehtiyac qalmayacaq və təyyarələr pilotsuz idarə olunacaq? Bütün 
bunlardan təşvişə düşməyə dəyərmi? Zənnimizcə, xeyr. Əksinə biz gərək müasir kitabxana işi 
sahəsində elə konseptual məsələlər qaldıraq və onlan həll edək ki, modernləşmə prosesi daha 
da sürətlənsin. Əgər 200 ildən sonra (bundan tez mümkün deyil) ənənəvi kitabxanalar, tipik 
kitabxanaçdar olmayacaqsa, bundan qazanan da cəmiyyət olacaq. Demək, biliklər cəmiyyəti o 
qədər inkişaf edəcək ki, bu dəfə təbii intellekt süni intellekti deyil, süni intellekt təbii intellekti 
inkişaf etdirəcək, bu isə kitabxanalarda nəinki kompüterlərin hətta transputer və neyrokompü-
terlərin imkanlarından bəhrələnəcəyik. 
Qərb  kitabxanaları  bu  kimi  yeniliklərə  hələ  ötən  əsrin  70-ci  illə-rində  başlasalar  da, 
ölkəmizdə bu işin tarixi o qədər də böyük deyil.  Bir neçə ildir ki,  kitabxanalarımız  ənənəvi 
proseslərin avtomatlaşdırılmasına, kataloq və fondların elektronlaşdırılması işinə başlayıblar.  
Biliklər  cəmiyyətində  Azərbaycan  kitabxanalarının  mövqeyindən,  vəzifələrindən  danı-
şarkən unutmamalıyıq ki, üçüncü minilliyin çağırışlarına ən birinci reaksiyalardan biri məhz 
bizim  ölkədən  gəlib.  Ümumilli  lider  Heydər  Əliyevin  layiqli  davamçısı,  Prezident  cənab 
İlham  Əliyev  ilk  rəsmi  səfərini  2003-cü  ildə  "İnformasiya  cəmiyyəti  üzrə  Cenevrə  Sammi-
tinə"  edərək  ölkəmizdə  biliklər  cəmiyyətinin  formalaşmasının  konsepsiyasını  müəyyən-
ləşdirdi.  Prezidentin  "Biz qara qızılı  insan qızılına çevirəcəyik" kimi  inamlı,  modern ideyası 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə