Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə24/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   20   21   22   23   24   25   26   27   ...   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 57 – 
 
Azərbaycana  aid  kitablarla  yanaşı  Avstriya, Türkiyə, Özbəkistan və  Gürcüstandan  gətirilmiş 
incilər də nümayiş olunmuşdur [7, s.60]
 
 
Azərbaycan Milli  Kitabxanası  bu gün də milli  nəşrlərin ölkəyə  gətirilməsi  işini  davam 
etdirir.  Bu  məqsədlə  dünyanın  35  ölkəsi  ilə  əlaqələr  inkişaf  etdirilmiş,  qarşılıqlı  əməkdaşlıq 
haqqında memorandum imzalanmışdır. Ümidvarıq ki, dünya kitabxanalarında yolumuzu göz-
ləyən hələ neçə belə incilər əsl sahiblərinə çatdırılacaqdır. 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Azərbaycan  Milli  Kitabxanası-90:  məqalələr  məcmuəsi/  baş  red.  və  burax.  məsul 
K.Tahirov; red. A.Abdullayeva.- Azərbaycan Milli Kitabxanası.-Bakı, 2013.-152 s.  
2.
 
―Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə 
inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə: Azərbaycan Respublikası 
Prezidentinin Sərəncamı; 6 oktyabr 2008-ci il. //Azərbaycan.-2008.- 7 oktyabr. - S.1 
3.
 
Kitabxana  işinə  dair  rəsmi  sənədlər:  (Qanun  və  qanun  qüvvəli  normativ  hüquqlu 
sənədlər toplusu)/ Tərt. K.Tahirov; red. A.Abdullayeva.-3-cü təkmilləşdirilmiş nəşri.-
Bakı, 2015.-200 s. (səh. 43-44) 
4.
 
Tahirov  K.M.  Dünya  milli  kitabxanaları.  M.F.Axundzadə  adına  Azərbaycan  Milli 
Kitabxanası: Dərs vəsaiti / K.Tahirov; elmi red. A.Xələfov.-.Bakı: Bakı Universiteti, 
2013.-212 s.  
5.
 
M.F.Axundov adına Milli Kitabxananın 2012-2015-ci illər hesabatı  
 
 
Amina Jafarova 
 
THE ACTIVITIES OF THE NATIONAL LIBRARY IN THE STUDY OF 
AZERBAIJAN LITERARY EXAMPLES AT THE INTERNATIONAL LEVEL 
Summary 
The  article  provides  information  about  the  works  done  by  the  Azerbaijan  National 
Library named after M.F.Akhundov in the field of importing the originals or copies of many 
works in accordance with the relevant paragraph of “The State Program on development of 
library-information  sphere  in  the  Republic  of  Azerbaijan  in  2008-2013”  signed  by  the 
President  of  Azerbaijan  Republic.  Also  the  books  donated  to  the  National  Library  by  the 
national  leader  Heydar  Aliyev,  rich  collections  of  prominent  intellectuals,  scientists  and 
cultural figures protected in the National Library have been discussed in the article. 
 
 
 


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 58 - 
Adilə Tariyel qızı Abdullayeva  
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, doktorant 
Azərbaycan Milli Kitabxanası, şöbə müdiri 
ada.abdulla@gmail.com 
 
KĠTABXANAÇI KADRLARIN PEġƏKARLIĞININ ARTIRILMASI YOLLARI: 
MÜASĠR VƏZĠYYƏTĠ VƏ PERSPEKTĠVLƏR 
 
 
Açar sözlər: Milli kitabxana, Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya 
Sistemi, kitabxanaçı kadrlar, fasiləsiz təhsil, treninqlər, zona müşavirələri, onlayn təlimlər 
Key  words:  National  library,  Automated  Library  Information  System  of  Azerbaijan 
(ALISA), regional libraries, library staff, continuing education, trainings, regional conferen-
ces, on-line trainings 
 
Bu gün informasiya cəmiyyətində yeni informasiya mədəniyyəti mühitində istifadəçilə-
rin dəyişən informasiya tələbatlarını operativ ödəmək məqsədilə kitabxana xidmətinin yeni in-
novativ metodları yaranır, inkişaf edir. Belə şəraitdə kitabxana işçilərinin peşəkar səviyyəsinə 
olan tələblər də dəyişir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi və kitabxanalar-
da tətbiq edildiyi bir dövrdə hər bir məzun dərk etməlidir ki, təhsil dövründə əldə edilən bilik-
lər müəyyən müddətdən sonra köhnəlir və  yeni biliklərin əldə edilməsinə ciddi ehtiyac yara-
nır. Kitabxanaçı kadrlar xüsusi ixtisas bilikləri və geniş dünyagörüşündən əlavə bir sıra əlaqə-
li elm sahələrinin: psixologiya, pedaqogika, sosiologiya, iqtisadiyyat, informatika və s. əsasla-
rını bilməli, həmçinin yeni texnologiyalarla, onlayn bazalarla və informasiya axtarış sistemləri 
ilə işləmək vərdişlərinə yiyələnməlidirlər. [6, s.57] Bu zaman kitabxanaçı kadrların uğuru tək-
cə biliklərə  yiyələnməkdə deyil, yeni təcrübəni,  mövcud dəyişiklikləri qəbul etmək və onları 
iş prosesində tətbiq etməyi bacarmaqdadır. 
Ümumiyyətlə, kadrların ixtisasartırma sistemini üç əsas istiqamətə bölmək olar: 
-professional biliklərin möhkəmləndirilməsi və bacarıqların təkmilləşdirilməsi; 
-yaradıcı keyfiyyətlərin inkişaf etdirilməsi: 
-kitabxana işçilərinin şəxsi təhsil prosesinə yardım. [10, s.85] 
Təbii ki, bu prosesdə ilk növbədə kitabxanalar özü, ixtisasartırma mərkəzləri və əlaqə-
dar digər qurumlar yaxından iştirak etməlidir. Hazırda Azərbaycan Respublikası Mədəniyyət 
və Turizm Nazirliyi, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartır-
ma Mərkəzi, eləcə də Azərbaycan Milli Kitabxanası bu sahədə xüsusi fəaliyyəti ilə fərqlənir. 
Azərbaycan  Milli  Kitabxanasının  kitabxanaзэlarэn  fasiləsiz  təlim  sistemindəki 
fəaliyyəti danэlmazdэr. Kitabxana iюi haqqэnda qanunda da deyildiyi kimi ―Milli Kitabxana 
kitabxanaєьnaslэq, biblioqrafiya və kitabюьnaslэq sahəsində elmi-tədqiqat iюləri ьzrə aparэcэ 
mьəssisə  və  əlaqələndirici,  цlkənin  bьtьn  kitabxanalarэ  ьзьn  metodik  mərkəz‖  funksiyasэnэ 
yerinə  yetirir.  Bu  baxэmdan  Milli  Kitabxana  bu  istiqamətdə,  xьsusilə  də  kadrlarэn 
ixtisasartэrma və fasiləsiz təhsili istiqamətində əhəmiyyətli iюlər gцrmью, bir sэra layihələr 
həyata keзirmiєdir. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə