Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə27/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   23   24   25   26   27   28   29   30   ...   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 63 – 
 
6.
 
Qardaşov,  R.  Kitabxanaçılıq  peşəsi  üzrə  fasiləsiz  təhsil  sistemi  /R.Qardaşov  // 
Kitabxanaşünaslıq  və  biblioqrafiya:  elmi-nəzəri,  metodik  və  təcrübi  jurnal.-2012.- 
№1.(30) - S. 55-63. 
7.
 
M.F.Axundov  adına  Azərbaycan  Dövlət  Kitabxanasının  2000-ci  il  üzrə  hesabatı, 
2000,  
8.
 
Tahirov,  K.  M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxanasının  tarixi  (1923-
2008-ci illər) /Elmi red.: A.Xələfov.- Bakı: Ulu, 2009.-218 s. 
9.
 
В  помощь  повышению  квалификации  библиотечных  кадров:  методические 
рекомендации  /Амур.  Обл.  науч.  б-ка  им.  Н.Н.  Муравьева-Амурского;  отд. 
библ. развития; сост. В.В. Фатеева.- Благовещенск, 2012.- 65 с.  
10.
 
Зизевских,  Л.П.  Организация  повышения  квалификации  в  библиотеках 
Вологодской  области  //В  помощь  библиотекам:  Информ.-методич. 
Бюллетень.  №  25  /Департ.  культуры  Вологодск.  Обл.;  Вологодск.обл. 
универс. нуч. б- кА им. В. Бабушкина.- Вологда: Книжное наследие, 2006. - С. 
83 -88. 
11.
 
Ступени к мастерству: повышение квалификации библиотечных работников: 
дайджест  /Волгогр.  ОУНБ  им.  М.  Горького,  Отдел  НИиМР;  [сост.  Н.  Н. 
Ефремова; ред. Т. И. Климова].- Волгоград, 2010.- 56 с. 
 
 
Adila  Abdullayeva  
 
WAYS TO IMPROVE THE PROFESSIONALISM OF 
LIBRARY STAFF: CURRENT SITUATION AND PROSPECTS 
 
Summary 
There  has  been  talking  about  the  changes  of  requirement  to  professional  levels  of 
library  staff  in  the  information  society,  in  new  information  literacy  environment,  the 
knowledge  gained  during  the  education  outdated  after  a  while  and  arising  serious  need  for 
acquiring  new  knowledge  in  the  article.  Therefore  courses,  trainings,  regional  conferences 
for improvement of professional skills and continuing education of librarians carried out by 
the Ministry of Culture and Tourism of the Republic of Azerbaijan and the National Library, 
also  prospects  and future challanges  on increasing the professionalism of  library staff were 
highlighted in the article.  


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 64 - 
Nərminə Dəmir qızı Abdullayeva  
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu, doktorant 
AMEA N.Tusi ad. Şamaxı Astrofizika Rəsədxanası, Kitabxana müdiri 
ADMİU, müəllim 
abdullaevanarmina@gmail.com
 
 
 
ĠNFORMASĠYALAġDIRILMIġ CƏMĠYYƏTDƏ KĠTABXANAÇILIQ 
FƏALĠYYƏTĠNDƏ VƏ TƏHSĠLĠNDƏ ĠNNOVATĠV DƏYĠġĠKLĠKLƏR 
 
Açar  sözlər:  kitabxana  işi,  kitabxanaçılıq-informasiya  elmləri  üzrə  təhsil,  xarici 
təcrübə, innovasiyalar, yeniliklər. 
 
Kitabxana-informasiya elmləri üzrə təhsil proqramları üzün və möhtəşəm tarixə malik-
dir.  Keçmişdə  bu  sahə  üzrə  tədris  proqramları  kitabxana  fondunun  onun  yerləşdiyi  binada 
kitab və digər maddi daşıyıcılarda olan çap nəşrləri ilə komplektləşdirilməsinin inkişafına dair 
bilikləri, ədəbiyyatın seçilməsi, əldə edilməsi, təşkili, qaytarılmasının, ümumilikdə sənəd kül-
liyatının  dövriyyəsinin  qanunauyğunluqlarını  mənimsəmiş  işçi  heyətlə  təminata  istiqamətlə-
nirdi. Bu gün kitabxana-informasiya təhsili maddi kolleksiyalar və bina çərçivəsindən kənara 
çıxır və virtual dünyaya ehtiva edir. Bizim dövrümüzdə müxtəlif kateqoriyadan olan (ictimai, 
şəxsi, sosial, qeyri-kommersiya; kitabxana binasına daxil olmaq imkanı olmayan və ya buna 
ehtiyacı olmayan istifadəçilər və s.) istifadəçilərin informasiya təminatına diqqəti cəmləmək 
əsas  məsələlərdəndir.  Arxivlər,  muzeylər,  kargüzarlıq  idarələrindən  olan  həmkarlarla  əmək-
daşlıq bu məsələlərin öyrənilməsində vacib hesab olunur. 
90-cı  illərin  ortalarından  başlayaraq  inkişaf  etmiş  ölkələrdə  ali  kitabxana-informasiya 
təhsilinin  beynəlmiləlləşdirilməsinin  sürətli  inkişaf  dövrü  müşahidə  edilmişdir.  Avropa  və 
Şimali  Amerikanın  bir  çox  kitabxana-informasiya  təhsili  müəssisələri  tələbələrə  beynəlxalq 
miqyasda səmərəli, işi asanlaşdıran bilik və bacarıqlar aşılamağın vacibliyini təsdiq etmişlər. 
İFLA-nın (Beynəlxalq Kitabxana Assosiasiyaları  və İnstitutları Federasiyası) Təhsil bölməsi 
illərdir  bütün  dünya  üzrə  kitabxana-informasiya  elmləri  məktəblərinin  əməkdaşlıq  mərkəzi 
kimi fəaliyyət  göstərir. Bu sahədə fəaliyyət  göstərən daha bir təşkilat Avropa Kitabxanaçılıq 
Təhsili və Tədqiqatları Assosiasiyasıdır (EUCLİD). Onun əsas layihəsi Avropada Kitabxana-
çılıq-informasiya təhsili, bu sahədə ümumi məqsədlərin, siyasətin və ümumavropa standartla-
rının işlənib hazırlanmasına yönəlmişdir. 
Kitabxana-informasiya  peşəsinin  problemlərinə  İFLA  (Kitabxana  Assosiasiyaları  və 
İnstitutlarının Beynəlxalq Federasiyası) böyük diqqət yetirir. Bu sahədə iş əsas olaraq 2 bölmə 
üzrə mərkəzləşdirilib həyata keçirilir: 

 
Təhsil və kadr hazırlığı bölməsi; 

 
Fasiləsiz peşə təhsili və iş yerində tədris bölməsi [6, s.26] 
İFLA-nın  bütün  əsas  proqramlarında  bu  məsələlərə  aid  olan  təlimatlar  öz  əksini 
tapmışdır.  1985-cı  ildən  başlayaraq  İFLA  müntəzəm  olaraq  kitabxana-informasiya  elmləri 
üzrə  mütəxəssislərin  fasiləsiz  peşə  hazırlığının  nəzəri  və  təcrübi  məsələlərinin  müzakirəsi 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə