Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə28/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   24   25   26   27   28   29   30   31   ...   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 65 – 
 
üçün  Ümumdünya  konfransları  təşkil  edir.  ―İFLA  publications‖  seriyası  ilə  kitabxana-
informasiya  peşəsinə  dair  müxtəlif  konfransların  materialları  çap  olunur.  Məs.,  2005-ci  ildə 
bu  nəşrlərin  115-ci  nömrəsi  çap  olunmuşdur  və  bu  nömrə  kitabxana  menecmenti  və 
marketinqinin  elektron  tədrisi  üzrə  keçirilən  Cenevrə  iclasına  həsr  olunmuşdur.  2007-ci  ildə 
İFLA  kitabxana,  arxiv  və  informasiya  elmləri  sahəsində  təhsil  üzrə  Ümumdünya  məlumat 
kitabının III nəşrini çap etdirmişdir. O, 900 universitet və digər müəssisələri əhatə edirdi və 
özündə  Tədris  proqramları,  təhsilin  davamlılığı  və  səviyyəsi,  təhsilin  maddi  dəyəri  və  s. 
haqqında məlumatı əhatə edirdi.[7, s. 36] 
İFLA  Kitabxana-informasiya  təhsili  sahəsində  mütəxəssis  hazırlığı  üçün  müəyyən 
əsaslara  dayanaraq  2012-ci  il  avqust  ayında  özünün  rəhbər  prinsiplərini  elan  etmişdir.  Bu 
prinsiplər 2000-ci ildə nəşr olunmuş sonuncu icmala yenidən baxılaraq hazırlanmışdır və XXI 
əsrdə  kitabxanaların  və  informasiya  mərkəzlərinin  kadr  təminatının  inkişafına  əsaslanan 
kitabxanaçılıq  məktəblərinin  tədris  planı  materiallarını  özündə  əks  etdirir.  Burada  müəyyən 
məqsədlərə nail olmaq üçün vacib olan kitabxana-informasiya elmləri üzrə tədris proqramları 
sahəsində çərçivəni müəyyən edir: tədris proqramlarına daxil edilməsi vacib olan əsas təcrübi 
məsələlər,  professor-müəllim  heyətinin  tərkibinə  olan  tələblər,  əməkdaşlar  və  tələbələrə 
proqramın  mənimsənilməsi  üçün  qoyulan  tələblər,  həmçinin  keyfiyyətli  informasiya  dəstəyi 
və  resurs  təminatının  vacibliyi  əsaslandırılır.  Bundan  başqa,  burada  göstərilir  ki,  kitabxana 
işinin öyrənilməsini nəzərdə tutan tədris materialları və bilik bazalarının əksəriyyəti həm də 
digər qohum  peşələrin,  məs.,  arxiv  və  muzey tədqiqatları,  o cümlədən kargüzarlıq  (yazıların 
idarəedilməsi) bacarıqlarının sərhədlərini də əhatə etməlidir. [12] 
İFLA-nın  ―Kitabxana-informasiya  təhsili  sahəsində  mütəxəssis  hazırlığı  üçün  rəhbər 
prinsipləri‖  hər  şeydən  əvvəl  bakalavr  və  magistrantlara  ünvanlanmışdır.  Belə  ki,  tədris 
proqramının  hər  iki  səviyyədə  mənimsənilməsi  peşəkar  ixtisaslaşmanın  əldə  edilməsinə 
gətirib  çıxarır.  Bu  sənədin  əsas  məqsədi  dünya  üzrə  mövcud  kitabxana-informasiya  təhsili 
üzrə elmi məktəblərin qabaqcıl təcrübəsinin qəbul edilmiş əsas prinsiplər ilə təmin etməkdir. 
Bu  prinsipləri  tədris  proqramının  işlənib  hazırlanması  və  təsdiq  edilməsi  prosesində  istifadə 
etmək  və  istiqamətlənmək  mümkündür.  Bu  sənəddə  göstərilir  ki,  Kitabxanaçılq-informasiya 
elmləri üzrə tədris planının əsas elementləri aşağıdakılardır: 
1. Rəqəmsal mühitə gedən yolda qazanılmış təcrübənin nəzərə alınması; 
2. Tədris planına yerli əhali və onların həyat tərzi haqqında bilikləri daxil etmək 
Kitabxanaçılıq-informasiya təhsili üzrə tədris planına aşağıdakı elementlər daxil edilmə-
lidir: 
1.
 
İnformasiya mühiti, informasiya cəmiyyətinin təsirləri, informasiya siyasəti və etika-
sı, tarixi aspekt; 
2.
 
İnformasiyanın nəsilləri, Kommunikasiyalar və kommunikasiya fəaliyyəti; 
3.
 
İnformasiya tələbatının qiymətləndirilməsi və lazımi xidmətlərin işlənib hazırlanma-
sı; 
4.
 
İnformasiyanın ötürülməsi prosesi
5.
 
İnformasiyanın təşkili, işlənməsi, axtarışı, onun müxtəlif formalarda saxlanılması və 
bərpasını özündə əks etdirən informasiya resurslarının menecmenti; 
6.
 
İnformasiyanın tədqiqi, təhlili və təqdim olunması; 


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 66 - 
7.
 
Kitabxana-informasiya  məhsulları  və  xidmətlərinin  bütün  sahələrinə  informasiya 
kommunikasiya texnologiyalarının tətbiqi; 
8.
 
Biliklərin idarə olunması; 
9.
 
İnformasiya xidmətinin idarə olunması; 
10.
 
Kitabxana-informasiya  xidmətinin  nəticələrinin  kəmiyyət  və  keyfiyyətcə  qiymət-
ləndirilməsi; 
11.
 
Regionun mentalitet və mədəniyyətinin əsas xüsusiyyətləri 
2017-ci ildə ―Kitabxana-informasiya təhsili sahəsində mütəxəssis hazırlığı üçün rəhbər 
prinsipləri‖nə və tədris proqramlarına İFLA tərəfindən yenidən baxılması nəzərdə tutlmuşdur. 
[8, s. 7-10] 
Kitabxana işinə yeni informasiya-kommunikasiya texnologiyalarının ciddi surətdə daxil 
olması  bu  sahədəki  ali  və  orta  ixtisas  təhsilində  də  əsaslı  dəyişikliklərə  gətirib  çıxarır: 
kitabxanaçının  funksiya  və  vəzifələri  artır,  informasiya  vasitəçisindən  təhsil  və  tədqiqatlara 
dəstək  olan  ―biliklər  üzrə  navigator‖a  çevrilir,  kitabxana-informasiya  xidmətlərinin  yeni 
forma və metodları tətbiq olunur, kitabxanaçıların hazırlanmasına olan tələblər artır.  
Kitabxanaçılar  öz  iş  fəaliyyətlərini  dəyişərək  və  modernləşdirərək,  daha  çox  informa-
siya mütəxəssisinə çevrilirlər. Buna uyğun olaraq da xarici elmi ədəbiyyatda ―bilik meneceri‖, 
―kontent  menecer‖,  ―elektron  resurslar  üzrə  koordinator‖,  ―interfeys  mütəxəssisi‖  və  s. 
terminlər  ―kitabxanaçı‖  termininin  ekvivalenti  kimi  göstərilir.  Hətta  kitabxana  sözü  də  daha 
dinamik və müasir terminlər olan ―mediateka‖ və ya ―infoteka‖ ilə əvəz olunur. Bu tendensiya 
təbii  ki,  hamı  tərəfindən,  xüsusilə  sənətini  sevən  ixtisasçılar  tərəfindən  müsbət  qarşılanmır. 
Belə  ki,  Honkonqlu  mütəxəssis  S.Stori  kitabxanaçıları  özlərinin  zamanın  sınağından  keçmiş 
ənənvi  terminləri ilə vidalaşaraq digər peşələrdən daxil olan  yeni  terminləri həddindən artıq 
tez qəbul etməkdə günahlandırır. O qeyd edir ki, elə bir peşə yoxdur ki, öz terminologiyasını 
belə tez dəyişsin. Məs.,  həkimlər niyə  ―bədən sisteminin meneceri‖ olmayıblar!? Peşələrinin 
adından imtina etməkə kitabxanaçılar öz ixtisaslarına qəsd etmiş olurlar.‖ [11, s. 39] 
Kitabxanaçılar öz təcrübələrini və xidmətə  yanaşma tərzlərini modernləşdirə bildikləri 
halda  onlara  hər  zaman  tələbat  olacaq.  Əgər  kitrabxanaçılar  öz  peşələrinin  ―yox  olmasını‖ 
istəmirlərsə,  onlar  aktiv  olmalı,  yenilikləri  qabaqlamalı,  kitabxana  işinə  tətbiq  edilən  yeni 
texnologiyalardan  istifadə  bacarığına  malik  olmalı  və  son  istifadəçinin  tələbatının  yüksək 
səviyyədə ödənilməsinə istiqamətlənməlidirlər. 
İtalıyalı kitabxana mütəxəssisi M.Melxionda deyir ki, ―Biz öz peşəmizin zəngin ənənə-
lərinə dəyər versək, kitabxanaçı olmağımızla fəxr etsək və öz xidmətlərimizin səviyyəsinin al-
çaldılmasına yol verməsək, XXI əsrin axırlarında bizlər mədəniyyəti və cəmiyyətin intellektu-
al inkişafını dəstəkləyən çox hörmətli insanlar hesab olunacağıq. [12, s.128] 
Müasir dövrdə kitabxana və informasiya mütəxəssislərinin özlərini yenidən kəşf etmə-
ləri lazımdır. Bunun üçün B. Britaniyalı mütəxəssis D.Xeynin fikrincə kitabxanaçılar fasiləsiz 
oxuyub təhsil almalı, aktiv şəkildə  təcrübə toplamalı,  dəyişikliklərə  müsbət  yanaşmalı,  yeni-
likləri  mənimsəməli,  elektron  mühitə  uyğunlaşmalı,  onun  tələblərinə  uyğun  olaraq  inkişaf 
etməli, bir sözlə, özlərini hərtərəfli təkmilləşdirməlidirlər.[3, s. 95] 
İNTERNET lazımi, relevant informasiyanın sürətli və sadə əldə edilməsi üçün geniş im-
kanlar yaradır. Online sistemlər istifadəçiyə informasiyanın vasitəsiz olar əldə etməsini təmin 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə