Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə26/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   22   23   24   25   26   27   28   29   ...   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 61 – 
 
min üstünlükləri diqqətə çatdırılmış, iş zamanı qarşıya çıxan bir sıra problemlərin həlli yolları 
işıqlandırılmışdır. [1] 
Beləliklə, informasiya və sənədlərə sərbəst çıxışı reallaşdırmaq, öz regionunun sakinlə-
rini elmin, texnikanın, iqtisadiyyatın, mədəniyyətin nailiyyətləri və milli-mənəvi dəyərlərə yi-
yələnmələrini  təmin  etmək,  kitabxananın  hamının  üzünə  açıq  olmasını,  oxuculara  operativ 
virtual və  ənənəvi  xidməti həyata keçirmək məqsədilə çoxsaylı tövsiyələr, məsləhətlər veril-
mişdir.  Təbii  ki,  belə  zona  müşavirələrinin  təşkili  kitabxana  sahəsində  mövcud  yeniliklərin 
məlumatlandırılmasına, yeni metod və yeni ideyaların mübadiləsinə, bu sahədə mövcud prob-
lemlərin optimal və operativ həlli yollarının araşdırılmasına səbəb olur. Odur ki, gələcəkdə də 
müntəzəm olaraq belə müşavirələrin bütün regionlarda təşkil edilməsi planlaşdırılır. 
Kitabxanaзэlarэn hazэrlэq və ixtisasartэrma sistemində xьsusi yeri mьtəxəssislərin təc-
rьbi  və  nəzəri  hazэrlэрэnэ  mцhkəmləndirmək  və  təkmilləюdirməyi,  yeni  iю  юəraitinə 
uyрunlaюmaрэ qarюэya məqsəd qoyan peюəkar stajorluq təюkil edir. 
2011-ci ildən etibarən Milli Kitabxananın Kitabxanaların metodik təminatı şöbəsi tərə-
findən idarə mənsubiyyətindən, növündən və tipindən asılı olmayaraq bütün kitabxanalardan 
müraciət edən kitabxanaçılara stajorluq həyata keçirilir. Stajorluq- Milli Kitabxanada fəaliy-
yət göstərən şöbələrin iş prinsipi ilə, həyata keçirilən yeni proseslərlə əyani tanışlıqdan ibarət 
olub, hər bir stajora öz işini müvafiq istiqamətdə qurmağa dair məsləhətlər və tövsiyələr veril-
məklə təşkil edilir. Milli Kitabxananın (anl.az) saytından istifadə etməklə məlumat bazaların-
dan yararlanmaq, elektron kataloqda və elektron kitabxanada axtarış aparmaq, Milli Kitabxa-
nanın  nəşrlərindən  istifadə  etmək,  eləcə  də  dünya  ölkələrinin  kitabxanalarında  axtarış  apar-
maq imkanı əldə etmək barədə məlumatlar verilir. Stajorluqda Azərbaycan Dövlət İncəsənət 
Muzeyi Kitabxanası, Şirvan Dövlət  İqtisadiyyat və Humanitar Kollecinin Kitabxanası, Azər-
baycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyi  Tikintidə  Təhlükəsizliyə  Nəzarət  Dövlət 
agentliyi ―Azərdövlətlayihə‖ dövlət Baş Layihə İnstitutunun Elmi-texniki Kitabxanası, Azər-
baycan  Respublikası  Ədliyyə  Nazirliyi  Məhkəmə  Ekspertizası,  Azərbaycan  Dövlət  Dəniz 
Akademiyası,  Milli  Aviasiya  Akademiyası  kitabxanası,  Binəqədi  rayon  Mərkəzi  kitabxana, 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Elmi kitab-
xanası, Balakən rayon MKS-nin əməkdaşları stajorluq keçmişdir. Bu stajorluqdan onlarla ki-
tabxana əməkdaşı yararlanmışdır. 
Bir  sıra  böyük  kitabxanaların,  xüsusən  də  region  kitabxanalarının  fəaliyyətinə  nəzər 
salsaq görərik ki, kitabxanalarda kitabxanaçı kadrların fasiləsiz təhsili üzrə xüsusi fəallıq yox-
dur  və  planlı  şəkildə  işlər  həyata  keçirilmir.  Bunun  nəticəsində  həm  respublika  əhəmiyyətli 
bir çox böyük kitabxanalarda, həm də region kitabxanalarında kitabxanaçı kadrların ixtisası-
nın artırılması və şəxsi təhsili üzrə iş sərbəst buraxılmış, şəxsin fərdi təşəbbüsü və aktivliyin-
dən asılı olmuşdur. Bu da öz növbəsində kitabxanaçılar arasında passivliyin yaranması ilə nə-
ticələnmişdir. Həm iri universal kitabxanalarda, həm də regionlarda bəzi kitabxanaçılar fasilə-
siz  təhsilin  əhəmiyyətini  anlamır  və  zamanla  onları  bır  sıra  suallar  düşündürür:  İxtisasa  dair 
nəşrləri niyə oxumalıyam?, Mən yeni nə öyrənəcəm, axı mənim kifayət qədər təcrübəm var? 
Mənim intellektual potensialım  kimə lazımdır? Qarşımda hansı  perspektivlər açılacaq? və s. 
Bu suallara cavab tapmaq istəyən kitabxanaçı son dövrlərdə respublika və dünya kitabxanala-
rında  baş  verən  innovativ  proseslərlə  maraqlanmalı,  ixtisasa  dair  çap  edilmiş  elmi  tədqiqat 


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 62 - 
əsərləri,  kitablar,  dövri  mətbuat  nümunələrini  oxumalıdır.  Nəzərə  alsaq  ki,  kitabxana  üzrə 
bilik, bacarıq və vərdişlərin inkişafı fasiləsiz prosesdir, onda həm Mərkəzləşdirilmiş Kitabxa-
na Sistemləri, həm respublika əhəmiyyətli iri kitabxanalar, həm də kitabxanaçı kadrlar özləri 
inkişafa  təşəbbüs  göstərməlidirlər.  Bu  məqsədlə  kitabxanalarda  zona  seminar-müşavirələri, 
elmi-konfranslar,  stajorluq,  mütəxəssis  günləri,  kitabxanaçıların  yay  məktəbi,  innovasiya 
məktəbi,  treninqlər,  master-klasslar,  vebinarlar,  onlayn  təlimlərin  müntəzəm  təşkil  edilməsi 
kitabxanaçı  kadrların  professional  biliklərini  möhkəmləndirməyə  və  bacarıqlarını  təkmilləş-
dirməyə səbəb olar. [9] 
Dünyada kitabxana işi sahəsində çox güclü tərəqqi, irəliləyiş və yeniliklər baş verir və 
sürətlə inkişaf edir. Xarici ölkələrin kitabxana-informasiya mütəxəssisləri kitabxana müəssi-
sələrinin fəaliyyətinə və  vəzifələrinə  yeni prizmadan baxırlar. Dünyada baş verən bu proses-
lərdən  qətiyyən  kənarda  qalmaq  olmaz.  [5,  s.  39]  Lokal  mühitdə  fasiləsiz  təhsil  sisteminin 
modernləşdirilməsi, kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, dis-
tant təhsilin tətbiqi, onlayn təlimlərdə iştirak və ümumiyyətlə beynəlxalq təcrübədən yararlan-
maq zəruridir. Nəzərəçarpan təcrübi nəticələrə nümunə olaraq Onlayn Kitabxana Kompyuter 
Mərkəzinin (OCLC-Online Computer Library Center) portalında http://learn.webjunction.org/ 
olan  onlayn  təlim  layihəsi,  Amerika  Kitabxana  Assosiasiyasının  (ALA  -  American  Library 
Association)  xüsusi  bölməsi  olan  Kolec  və  Araşdırma  Kitabxanalarının  Assosiasiyasının 
(ACRL)  İnformasiya  Mədəniyyəti  İnstitutunun  http://www.ala.org/acrl/issues/infolit/ 
professactivity/iil/welcome kimi resursları kitabxana mütəxəssisləri üçün yararlı hesab edilir. 
Sonda kitabxana işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, kitabxanaçıların hazırlıq 
səviyyəsinin  yüksəldilməsi  məqsədilə  kitabxanalarda  əməkdaşların  fərdi  şəxsi  təhsil  planı, 
kadrların  məqsədli  inkişaf  proqramı,  nümunəvi  əsasnaməsinin  hazırlanması,  bir  sıra  keyfiy-
yətlərin  inkişaf  etdirilməsi  üçün  müntəzəm  olaraq  xüsusi  saatların  ayrılması  və  yuxarıda  adı 
çəkilən bır sıra tədbirlərin həyata keçirilməsi tövsiyə olunur. 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Avtomatlaşdırılmış kitabxana sistemi ilə bağlı treninqlər başa çatıb:[Milli Kitabxa-
nanın treninq mərkəzində keçirilən ―Region kitabxanalarında informasiya texnolo-
giyaları infrastrukturunun təkmilləşdirilməsi‖ və ALİSA-nın tədrisi proqramı çərçi-
vəsində] //Mədəniyyət.-2015.- 17 iyul.- S.5. 
2.
 
Azərbaycan Milli Kitabxanasının 2015-ci il hesabatı, 2015, 88 s. 
3.
 
Hacıyeva, M. Kitabxanaçıların fasiləsiz təhsilinin təşkilində milli kitabxananın rolu 
/M. Hacıyeva //Kitabxanaşünaslıq və biblioqrafiya.-2005.- № 1.- S. 71-84. 
4.
 
Xələfov,  A.  Azərbaycanda  ali  kitabxanaçılıq  təhsilinin  inkişafı  tarixindən  (1947-
2011)  /A.A.Xələfov//Kitabxanaşünaslıq  və  informasiya:  elmi-nəzəri  praktiki 
jurnal.-2012.- № 1.- S.27-38. 
5.
 
İsmayılov, X. Kitabxana işçilərinin fasiləsiz təhsilə cəlb edilməsinin bəzi məsələləri 
/X. İsmayılov//Mədəni-maarif.-2010.- №7.- S.36-40. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə