Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə31/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   27   28   29   30   31   32   33   34   ...   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 72 - 

 
«Elmi informasiyanın bütün ölkələrdə ədalətli əsaslarla və münasib qiymətlərlə əldə 
olunmasını  təmin  etmək  məqsədi  ilə  elektron  nəşriyyat,  diferensial  qiymətləndirmə  və  açıq 
giriş fəaliyyəti sahəsində təşəbbüsləri stimullaşdırmaq» (C7 bölməsi, 22/b bəndi) və s. 
Göründüyü  kimi,  2003-cü  ildə  Cenevrə  şəhərində  keçirilmiş  «İnformasiya  Cəmiyyəti 
üzrə Dünya Sammiti»ndə yeni minilliyin fəaliyyət planında nəzərdə tutulmuş bu və ya digər 
məqsədlərə çatmaq üçün informasiya texnologiyalarının imkanlarından istifadə edilməsi əsas 
vəzifə olaraq qəbul olunmuşdur. 
İnsanlar informasiya böhranı  ilə  əlaqədar olaraq  cəmiyyətdə mövcud olan problemləri 
daha səmərəli üsullarla həll etməyə çalışmışlar. Bu cəhətdən informasiya cəmiyyətinin forma-
laşmasına təsir edən əsas amillərdən biri olan kitab nəşri sahəsində də böyük dəyişikliklər baş 
vermişdir. Belə  ki,  tarixi zərurət  kağız çap məhsulları ilə  yanaşı  elektron qiraət  məhsullarını 
(həmçinin elektron nəşr və yaxud informasiya-nəşriyyat texnologiyalarını) meydana gətirmiş-
dir.  Təsadüfi  deyildir  ki,  Azərbaycan  Respublikasının  prezidenti  İlham  Əliyev  cənabları  12 
yanvar 2004-cü il tarixli «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçi-
rilməsi haqqında» və «Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında» sərəncamlarında 
ümummilli  əhəmiyyətli  bu  nəşrlərin  kağız  üzərində  çapı  ilə  yanaşı,  eyni  zamanda,  elektron 
informasiya  daşıyıcıları  əsasında  və  internet  mühitində  hazırlanması  işlərini  bir  vəzifə  kimi 
müvafiq  qurumların  qarşısına  qoymuşdur.  Etiraf  etmək  lazımdır  ki,  möhtərəm  cənab  prezi-
dentin  məhz  bu  sərəncamları  respublikada  elektron  nəşr  texnologiyaları  sahəsində  həyata 
keçirilməsi zəruri olan elmi-praktiki işlərin əsasını qoydu. 
Bəs informasiya cəmiyyətinin əsas qiraət məhsulu sayılan elektron nəşrlər, ənənəvi çap 
məhsullarından fərqli olaraq, insanların mütaliəsinə necə təsir edir?! Bu problemi hansı bilik 
sahəsi öyrənir?! Gəlin bu məsələyə qısa nəzər salaq. 
Elektron  nəşr  texnologiyaları  müxtəlif  növ  məlumatların  yaradılması,  yadda  saxlanıl-
ması,  birləşdirilməsi,  onların  istifadəçilərə  çatdırılması  və  qavranılması  texnologiyalarının 
məcmusundan ibarətdir. 
Kağız üzərində olan nəşrlərin istifadəçisi yalnız oxucudursa, elektron nəşrlərin istifadə-
çisi oxucu olmaqla yanaşı, eyni zamanda, həm dinləyici, həm də tamaşaçı ola bilər. Bəzi elek-
tron  nəşrlər  istifadəçilərə  interaktiv  formada  ünsiyyəti  də  təmin  edirlər.  Həmçinin  əgər  adi 
kitab  formatı  çap  məhsulunun  enini,  hündürlüyünü,  qalınlığını  və  sairəni  xarakterizə  edirsə, 
elektron nəşrlərdə format informasiyanın təsvir olunma formasını göstərir.  
Məlumdur ki, mütaliə şəxsiyyətin öz mənəvi tələbatına müvafiq psixoloji fəaliyyətidir. 
O,  elmi  və  bədii  sözlə  mənəviyyata  təsir  göstərmək,  mənəviyyat  sahibini  real,  məqsədyönlü 
və  xeyirxah  fəaliyyətə  sövq  etmək,  əxlaqi  keyfiyyətlər  aşılamaqla  bütövlükdə  cəmiyyətin, 
eyni zamanda hər bir fərdin ayrı-ayrılıqda həyatında müstəsna əhəmiyyətə malikdir [3].  
Bildiyiniz kimi, cəmiyyətdə insanı mütaliəyə cəlb edən səbəblər haqqında kifayət qədər 
müxtəlif fikirlər söylənilmiş, tədqiqatlar aparılmışdır. Lakin bunu ilk dəfə müstəqil bilik sa-
həsi kimi dünya elmi müstəvisinə çıxaran, klassik rus kitabxanaşünaslığında kitabxanaçılığın 
fəlsəfi problemlərinə dair böyük və dərin nəzəri irs qoymuş şəxsiyyətlərdən biri, görkəmli rus 
alimi Nikolay Aleksandroviç Rubakin (1862-1946) olmuşdur. O, bütün mənalı həyatını kitab, 
oxucu  və  mütaliə  problemlərinə  həsr  etmiş  və  bunun  nəticəsidir  ki,  «Bibliopsixologiya»nın 
 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 73 – 
 
(yunan. «biblion» - kitab və «psyche» - ruh + «logos» - təlim) əsasını qoymuşdur. Bu problem 
N.A.Rubakin yaradıcılığının qızıl xəttidir [7]. 
N.A.Rubakin  birinci  rus  inqilabının  (1905-1907)  iştirakçısı  olması  səbəbi  ilə  1907-ci 
ildə Rusiya imperiyasından  İsveçrəyə  mühacirət  etmişdir. O, burada 22 oktyabr 1916-cı  ildə 
Jan  Jak  Russo  adına  Cenevrə  pedaqoji  institutunda  «Bibliopsixologiya»  bölməsini  açmağa 
müvəffəq olur. 1929-cu ildə isə İsveçrənin Lozanna şəhərində Beynəlxalq Bibliopsixologiya 
İnstitutunun  əsasını qoyur. N.A.Rubakin  280-ə  yaxın  kitab və kitabçanın, 350-dən çox elmi 
məqalənin  müəllifidir.  Onun  «Kitablar  arasında»,  «Oxucu  və  kitab  psixologiyası»  əsərləri 
bibliopsixologiya dair geniş yayılmış elmi ədəbiyyatlardandır [8]. 
N.A.Rubakin öz əsərlərində «Bibliopsixologiya»ya iki fərqli elmi tərif vermişdir [8]:  
I.
 
«Bibliopsixologiya kitabçılıq işini əhatə edən sosial mühit (zaman və məkan) şəraiti 
ilə əlaqədar inkişaf və tənəzzül prosesinin psixologiyasıdır». 
II.
 
«Bibliopsixologiya sosial psixoloji təsir haqqında elmdir». 
Kütləvi  oxu  (mütaliə),  əsasən,  kitabxanalarda  baş  tutan  böyük  bir  proses  olduğundan 
N.A.Rubakin  kitabxananı  «Bibliopsixologiya»nın  əsas tədqiqat obyekti kimi qəbul  etmişdir, 
bu  nöqteyi-nəzərdən,  istər  sovet,  istərsə  də  rus  kitabxanaşünaslıq  elmində  «Bibliopsixologi-
ya»ya  «Kitabxana  psixologiyası»  elmi  kimi  yanaşılsa  da,  müəllifin  öz  əsərlərində  bu  elmə 
verdiyi  təriflərdən  də  göründüyü  kimi,  bu  kökündən  yanlış  fikirdir.  Məncə,  bu  elm  sahəsinə 
«Mütaliə psixologiyası» kimi yanaşmaq daha doğru olardı.  
Hal-hazırda cəmiyyətdə kitabla ünsiyyət, çap və elektron nəşrlərin qavranılma formaları 
barədə müxtəlif fikirlər söylənilsə də, mütaliə nəzəriyyəsi, onun elmi-metodoloji xüsusiyyət-
ləri elm aləmində hələ də formalaşmaqdadır. Bu da çox güman ki, mütaliənin bir çox elmlərin 
maraq dairəsinə daxil olmasından, həmçinin informasiya cəmiyyətində mütaliə (qiraət) prose-
sinə həm oxucu, həm də istifadəçi nöqteyi-nəzərdən yanaşma prinsipindən irəli gəlir. Bununla 
yanaşı, mütaliə nəzəriyyəsinin əsas tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir. Bunlar: mü-
taliə sosiologiyası, mütaliə pedaqogikası və mütaliə psixologiyasıdır [3]. 
Mütaliə sosiologiyası - cəmiyyətdə qiraət prosesi ilə əlaqədar fəaliyyətə aid olan sosial 
faktları və qanunauyğunluqları öyrənən xüsusi sosioloji bilik sahəsidir. Mütaliə sosiologiyası-
nın  əsas  məsələləri  -  sosial-iqtisadi  və  siyasi  şəraitdə  qiraət  prosesinə  olan  ehtiyacları  aşkar 
etmək,  oxucu  (istifadəçi)  marağının  sosial  xüsusiyyətlərinin  əsaslarını  və  mədəni  hadisələr 
sistemində qiraətin insan varlığının daxili dünyasının formalaşmasında başlıca mövqeyini mü-
əyyən etməkdir. 
Mütaliə  pedaqogikası  -  ümumi  pedaqoji  və  sosial-mədəni  problem  kimi,  cəmiyyətdə 
qiraət prosesinə olan səyləri artırmaq üçün istifadə olunan elmi ifadə; xüsusi pedaqoji bilik sa-
həsidir.  Bu,  əlavə  təhsil  və  maarifləndirici  fəaliyyət  kontekstində,  hər  hansı  bir  əhəmiyyətli 
mövzuda  mütaliə  (qiraət)  prosesinə  dair  pedaqoji  metodların  axtarılması  və  öyrənilməsidir. 
Bütün bunlarla bərabər, sistemli mütaliənin elmi-nəzəri, həmçinin təcrübi əsaslarının işlənib 
hazırlanması,  onun  həyata  keçirilməsi  yollarının  müəyyənləşdirilməsi,  mütaliənin  daha  çox 
keyfiyyət göstəricilərinin aşkar edilməsi problemləri də mütaliə pedaqogikasının tədqiqat ob-
yektlərindəndir. 
Mütaliə  psixologiyası  -  qiraət  bacarığının  formalaşması,  ədəbiyyatın  qavranılıb  dərk 
edilməsi, mütaliəyə dair psixoloji proseslərin və hüquqi vəziyyətlərin rol və xüsusiyyətlərini, 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə