Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə18/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   14   15   16   17   18   19   20   21   ...   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 45 – 
 
thematics‖,  ―International  Journal  of  Academic  Research‖  və  s.)  EBSCO  məlumat  bazası 
vasitəsilə 6 mindən çox kitabxana və ali təhsil müəssisəsində oxunur. 
Azərbaycan  kitabxanalarэnэn  geniю  istifadə  etdiyi  məlumat  resurslarэndan  biri  də 
ABЮ Miзiqan və Kembric universitetrlərinin ProQuest elektron verilənlər bazasэdэr. Əsasən 
jurnal və qəzetlərdən ibarət ProQuest elektron verilənlər bazasэ 125 milyard rəqəmsal səhifəni 
özündə  birləşdirir.  Bununla  yanaşı,  ProQuest  dünyanın  ən  böyük  dissertasiya  və  hüquq 
ədəbiyyatı  bazası  hesab  olunur.  Burada  məlumatlar  əsasən  mikrofişlərdə  qorunur.  2008-ci 
ildən etibarən Azərbaycan kitabxanaların bu məlumat bazasından istifadə etməyə başlayıblar. 
Azərbaycan kitabxanalarэnэn oxuculara təqdim etdiyi beynəlxalq informasiya massivlə-
rindən biri də ―Agricola‖ məlumat bazasıdır. ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yara-
dılan və dəstəklənən bu məlumat bazasına ABŞ Milli Kənd Təsərrüfatı Kitabxanasının kollek-
siyaları və dünyada müvafiq sahədə nəşr olunan kitab və jurnalların elektron kataloqu daxil-
dir. Azərbaycandan yalnız ―International Journal of Academic Research‖ multidissiplinar jur-
nalı bu bazaya daxil edilib. 
Ölkəmizin  universitet  və  kitabxanalarında  istifadə  olunan  beynəlxalq  informasiya  re-
sursları  arasında  ―PubMed‖  onlayn  məlumat  bazası  da  var.  Tibb  və  biologiya  elmləri  üzrə 
14,2  milyon  məqalədən  ibarət  bu  resursun  müəyyən  hissəsi  ödənişli,  bir  hissəsi  (3,8  milyon 
məqalə) isə ödənişsiz əsaslarla oxucların istifadəsinə verilib.  
Tibb sahəsində nəşr olunan kitab və jurnalları əhatəetmə baxımından kifayət qədər geniş 
və  nüfuzlu  MEDLINE  məlumat  bazası  (ABŞ  Milli  Tibb  Kitabxanasının  elektron  bazası)  da 
PubMed ailəsinə daxildir. 
2007-ci ildən etibarən bir neçə Azərbaycan kitabxanası Niderlandın ―Elsevier‖ elektron 
informasiya rerurslarına çıxış  əldə edib. ―Elsevier‖ nəşriyyatının SCOPUS elmi informasiya 
bazası  21000  elmi  jurnalın  elektron  variantını  əhatə  edir.  Xidmət  ödənişli  olduğu  üçün 
Azərbaycan kitabxanalarınının hamısı ondan yararlana bilmir. Yalnız ADA Universitetinin və 
Xəzər  Universitetinin  kitabxanaları  bu  xidmətlərdən  istifadə  edə  bilirlər.  2014-cü  ildən 
etibarən  müvəqqəti  olaraq  nəşriyyatın  ―Clinical  key‖  məlumat  bazası  Əziz  Əliyev  ad. 
Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutu  üçün  də  açıq  elan  edilib.  ―Clinical 
key‖  bazasında  610  tibb  jurnalı  var  ki,  onlara  misal  olaraq  ―Lancet‖,  ―European  Urology‖, 
―The Journal of Pediatrics‖, ―The Journal of Urology‖, ―Nutrition‖, ―Pain‖, ―Respiratory Me-
dicine‖, ―Journal of Oral and Maxillofacial Surgery‖ və s. nəşrləri göstərmək olar. 
Azərbaycan  kitabxanalarının  və  ali təhsil müəssisələrinin  istifadə  etdiyi  beynəlxalq  in-
formasiya resurslarından biri də ABŞ Elmi İnformasiya İnstitutunun (ing. Institute of Scientif-
ic  Information-ISI  Thomson)  ödənişli  Web  of  Knowledge  (Biliklər  şəbəkəsi)  elmi  məlumat 
bazasıdır. 12000 jurnalın, kitab və konfrans materiallarının rəqəmli fondu olan Web of Know-
ledge bazası 2011-2012-ci illərdə-1 il ərzində iri Azərbaycan kitabxanaları və AMEA-nın El-
mi Tədqiqat  İnstitutlarında ödənişsiz istifadə  olunub. Bu işdə  ISI Thomson-un əsas  məqsədi 
elektron məhsullarını regionun ən perspektivli ölkəsində təbliğ etmək və nəticədə Azərbaycan 
kitabxana  və  ali  təhsil  müəssisələri  ilə  uzunmüddətli  müqavilə  bağlamaq  idi.  Lakin  2012-ci 
ildə AMEA ilə Almaniyanın ―Springer Verlag‖ nəşriyyatı arasında müqavilənin imzalanması 
Azərbaycanda  Web  of  Knowledge-dən  istifadəni  xeyli  məhdudlaşdırdı.  Buna  baxmayaraq, 
istər elmi, istərsə də tematik əhatəlilik baxımından daha geniş məlumat bazası olan ―Springer 


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 46 - 
Science‖in Azərbaycan oxucusu üçün açıq elan edilməsi təqdirəlayiq hal kimi qiymətləndiril-
məlidir. 
Sözügedən ―Springer Verlag‖ dəqiq və təbiət elmləri üzrə kitab, elektron kitab və elmi 
jurnallar  dərc  edən  beynəlxalq  nəşriyyatdır.  Nəşriyyat  SpringerLink,  Springer  Protocols  və 
SpringerImages də daxil olmaqla çoxsaylı elmi məlumat bazalarını özündə birləşdirir. ―Srin-
ger‖in kitabçılıq fəaliyyətinə soraq kitabçalarının, dərslik və monoqrafiyaların nəşri daxildir.  
Nəşriyyatın  SpringerImages  elektron  bazası  elm,  texnologiya  və  tibbə  aid  1,8  milyon 
şəkil kolleksiyasını əhatə edən unikal bir resursdur. 2 il ərzində Azərbaycan kitabxanalarında 
―Springer‖ məlumat bazasından istifadə öz müsbət nəticələrini vermiş, nəşriyyatın jurnalların-
da Azərbaycan alimlərinin məqalələrinin sayı artmışdır.  
Bununla  yanaşı,  oxucular  müxtəlif  Azərbaycan  kitabxanaları  vasitəsilə  Chemical  Ab-
stracts, SWETS, zbMATH, Agris, MathSciNet, Agris, GeoRef kimi ödənişli məlumat bazala-
rına da çıxış əldə edə bilirlər.  
Ölkəmizdə Dünya Elektron Kitabxanası (www.wdl.org) və Avropa Elektron Kitabxana-
sınının  (www.europeana.org)  elektron  nəşrlərindən  və  Google  Scholar  kimi  beynəlxalq  in-
formasiya  bazasından  geniş  istifadə  olunur.  Qlobal  informasiya  massivləri  ilə  bərabər, 
Azərbaycan kitabxanaları regional informasiya massivlərindən də yararlanırlar. Belə informa-
siya resurslarından biri də Rusiya Elmi Sitat İndeksi-RESİ (rus. РИНЦ) bazasıdır. 
RESİ  bazası  Rusiya  elmi  nəşriyyatlarının  biblioqrafik  məlumat  resursudur.  Bazanın 
daxil olduğu eLIBRARY platforması 2 milyondan çox məqaləni və bu məqalələrə istinad sis-
temini özündə birləşdirir. Bu sistem təkcə biblioqrafik məlumat üçün əməliyyat-axtarış siste-
mi  deyil,  eləcə  də  elmi  müəssisələrin,  tədqiqatçıların  və  elmi  jurnalların  səviyyəsini,  təsir 
əmsalını və effektivliyini qiymətləndirmək üçün güclü bir vasitədir.  
Yarımfəsli  yekunlaşdırarkən,  Azərbaycan  kitabxanaları  tərəfindən  beynəlxalq  elektron 
informasiya resurslarından istifadə təcrübəsini qısaca olaraq aşağıdakı kimi ümumiləşdirmək 
olar: 
1.
 
Azərbaycan kitabxanalarında dünyanın ən qabaqcıl elektron informasiya massivləri-
nə çıxış təmin olunub və həmin resurslar ödənişsiz olaraq oxucuların ixtiyarına verilib; 
2.
 
Azərbaycan  kitabxanalarının  kontenti  qismən  beynəlxalq  rəqəmli  informasiya  fond-
larında əks olunub; 
3.
 
Beynəlxalq elmi jurnallara çıxışın təmin olunması nəticəsində Azərbaycan müəlliflə-
rinin xarici elmi nəşrlərdəki məqalələrinə istinadların statistikasını aparmaq asanlaşıb. 
Bununla belə: 
1. Kitabxanalar tərəfindən çox çətinliklə, böyük maliyyə vəsaiti hesabına əldə olunan və 
ödənişsiz  olaraq  oxuculara  təqdim  olunan  xarici  elmi  informasiya  massivlərindən  istifadə 
qənaətbəxş deyil. Bunun səbəbi kimi aşağıdakıları göstərmək olar: 
a) əksər beynəlxalq elmi informasiya massivləri ingilis dilində olduğundan yerli müəl-
liflər dil baryeri ilə üzləşirlər
b) yerli müəlliflərin heç də hamısı beynəlxalq elmi informasiya massivlərinin sorğu-ax-
tarış  alətlərindən  istifadə  etmək  imkanına  malik  deyillər.  Çünki  bu  proses  oxucudan  ən  azı 
orta səviyyədə kompüter savadlılığı tələb edir. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə