Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə14/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   10   11   12   13   14   15   16   17   ...   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 36 - 
(məsələn,  OCLC  kimi)  milli  toplu  kataloqumuza  inteqrasiya  olunur  (və  əksinə).  Belə  olan 
təqdirdə, oxucu, vaxt itirmədən, zamanından və məkanından asılı olmayaraq, mənbənin hansı 
şəhərdə, hansı kitabxanada yerləşməsini problemə çevirmədən ona lazım olan ədəbiyyatı əldə 
edə bilər.  
Elektron  kataloqa  əlyetərliyin  səviyyəsini  yüksəltmək  üçün  4G  və  Web  3.0  texno-
logiyaları 
Müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə, elektron katalo-
qa əlyetərliyin artırılması üçün ən son texnologiyalardan istifadə etmək zəruridir. Fikrimizcə, 
bu  gün  mobil  rabitədə  istifadə  olunan  müasir  4G  texnologiyası,  elektron  kataloqa  əlyetərlik 
vasitələrindən biri kimi nəzərdən keçirilə bilər. Üçüncü nəsil mobil kommunikasiya texnolo-
giyası  4G  (ingiliscə  ―Third  Generation‖),  yüksəksürətli  İnternet  və  məlumatın  ötürülməsi 
üçün  kanal  rolunu  oynayan  radiorabitə  texnologiyalarının  məcmusundan  ibarət  bir  xidmət 
növüdür. Üçüncü nəsil mobil rabitə, paket məlumatlarının (data) ötürülməsi üzərində qurulub. 
Bu tip şəbəkələr, desimetrlik tezlik (adətən 2Ghz ətrafında) diapazonunda işləyir. 4G şəbəkə-
si, mobil telefonda video konfrans yaratmaq, kino və TV verilişləri izləmək və s. kimi imkan-
ları yaratdığı kimi, ümumiyyətlə, mobil rabitədə yüksək səviyyəli interaktivliyi də təmin edir. 
Belə bir texnologiyanı kitabxana işində, xüsusən də veb kataloqa giriş, ondan istifadə prose-
sində tətbiq etmək, kitabxananın istifadəçiləri üçün çox geniş imkanlar açar. Hələlik dünyanın 
heç bir kitabxanasında bu mövzu aktual olmasa da, bu barədə danışılmasa da, düşünürük ki, 
kitabxanalar,  başqa  sözlə  iri  informasiya  massivlərini  mühafizə  edən,  istifadəçiyə  çatdıran 
mərkəzlər,  ən  yaxın  gələcəkdə,  bu  yüksək  texnologiyanın  üstünlüklərindən  yararlanacaqlar. 
Məsələn, təsəvvür edək ki, nəqliyyatda hərəkət edən və ya portativ kompyüteri yanında olma-
yan istifadəçi öz mobil telefonu vasitəsilə, hər hansı bir kitabxanada ona lazım olan informa-
siyanın olub-olmamasını təftiş etmək istəyir. Şərti olaraq, istifadəçinin müraciət etdiyi infor-
masiya mərkəzi kimi - Bakı Müsiqi Akademiyasının kitabxanasını, daha dəqiq, kitabxanın fo-
noteka  bölməsini  götürək  və  bu  zaman  meydana  gələn  tələb-təklifin  mümkün  ardıcıllığına 
baxaq: 
-
 
İstifadəçi,  4G  texnologiyasını  dəstəkləyən  mobil  telefonundan  (İnternet  vasitəsilə) 
Bakı  Müsiqi  Akademiyasının  kitabxanasının  veb  kataloquna  daxil  olur  və  məsələn,  1965-ci 
ildə  Moskvada  nəşr  olunmuş  "Песня  и  музыка  Азербайджана»  (Azərbaycan  mahnısı  və 
musiqisi)  adlı  kitabı  axtarır.  Kitabın,  kitabxanada  olduğunu  təyin  edən  istifadəçiyə  məlum 
olur  ki,  nəşrin  elektron  biblioqrafik  təsvirindəki  açar  sözlərdən  biri  də  ―Cabbar  Qaryağ-
dıoğlu‖dur.  Bu  isə  o  deməkdir  ki,  istifadəçi,  görkəmli  Azərbaycan  bəstəkarı,  xanəndəsi, 
musiqi xadimi Cabbar Qaryağdıoğlu haqqında əlavə məlumat əldə edə biləcək. Beləliklə, isti-
fadəçi 4G texnologiyasının köməyilə (yüksək sürətli İnternet vasitəsilə) ona lazım olan kitabı 
mobil  telefonunun  yaddaşına  köçürmək  və  üstəlik,  xarici  keçid  vasitəsilə  Cabbar  Qaryağ-
dıoğlunın nüfuz faylına daxil olmaq imkanı əldə edir. Həmin kitabda qeyd olunub ki, Azər-
baycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri olan Cabbar Qaryağdıoğlu, 
hələ 1906-cı ildə Varşavada konsert verib. (Təqdirəlayiqdir ki, xanəndə bu konsertdən topla-
dığı pul vəsaitini Zaqafqaziyanın müsəlman tələbələrinə paylayıb-C.C). Ən maraqlısı və bəlkə 
də ən əsası budur ki, mobil telefonu vasitəsilə kitabxananın elektron kataloquna daxil olan is-
tifadəçi,  lazımi  ədəbiyyatı  kitabxanaya  getmədən  əldə  etməklə  bərabər,  eyni  zamanda,  Var-


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 37 – 
 
şava  konsertinin  Bakı  Müsiqi  Akademiyasının  fonotekasında  mühafizə  edilən  lent  yazısını 
dinləmək, videogörüntüsünü izləmək imkanı qazanır.  
Göstərdiyimiz misaldan aydın görünür ki, 4G texnologiyasından elektron kataloqa əlye-
tərlik vasitəsi kimi istifadə olunmasının üstünlükləri, kifayət qədərdir. 2012-ci ildən etibarən 
Azərbaycanın  mobil  rabitə  seqmentində  4G  texnologiyasından  istifadə  olunmağa  başlanıldı-
ğından, artıq bu tip texnologiyaların istismarı deyil, məhz kitabxana işi sahəsində tətbiqi yeni-
liyin əsas məzmununu təşkil edir. Başqa sözlə, milli İnternet seqmenti və rabitə sektoru texno-
loji baxımdan təklif etdiyimiz xidmət növünün göstərilməsinə tam hazırdır. Qarşı tərəfin, yəni 
kitabxanaların, öz oxucularına 4G texnologiyaları vasitəsilə xidmət göstərə bilməsi üçün, bir 
çox texniki məsələlərin həll olunması gərəkdir.  
Oxucuların elektron kataloqla işini rahatlaşdırmaq və eyni zamanda elektron kataloqun 
keyfiyyət göstəricilərini yaxşılaşdırmaq baxımından vacib olan texnologiyalardan biri də Web 
3.0 platformasıdır. İndiki şəraitdə, müasir Azərbaycan kitabxanaları üçün Web 1.0 texnologi-
yası tanış olsa da, sonrakı nəsil şəbəkə platformaları, istifadə etmədiyimiz yeniliklərdir. İnter-
net  saytı  olan  və  həmin  sayt  vasitəsilə  Veb  kataloqunu  oxucularının  ixtiyarına  verən  hər  bir 
kitabxanamız, demək olar ki,  Web 1.0 texnologiyasının bütün  üstünlüklərindən istifadə  edir. 
Web  1.0  texnologiyasının  şərtlərinə  uyğun  olaraq,  kontenti  (informasiyanı,  mətni  və  s)  onu 
hazırlayan tərəf təqdim edir. Yəni, kitabxana elektron kataloqunu hazırlayıb, oxucusunun ixti-
yarına  verir.  Bu  prosesi  şərh  etməyə,  ehtiyac  görmürük.  Daha  sonrakı  texnologiya  sayılan 
Web  2.0  vasitəsilə  isə,  oxucular  da  informasiya  təklif  edən  tərəfə  çevrilə  bilirlər.  Lakin  bu 
zaman, məlumatların idarə olunmasına nəzarəti, yenə də kitabxanalar həyata keçirir. Belədə, 
oxucu kitabxananın Veb kataloqunda hər hansı bir yanlışlığa rast gələrsə, onu düzəltmək im-
kanına  malik  olur.  Həmin  düzəliş  kitabxanaçı  tərəfindən  qəbul  və  təsdiq  olunandan  sonra, 
Veb  kataloqda  öz  əksini  tapır.  Web  3.0  texnologiyası  isə,  kitabxanaçının  elektronlaşdırma 
prosesinə müdaxiləsini tələb etmir və oxuculara tam səlahiyyət verir. Bu səlahiyyətdən istifa-
də edən hər hansı bir oxucu-müəllif, müstəqil şəkildə, məsələn, öz kitabını kitabxananın elek-
tron bazasına yerləşdirə və onun elektron kataloqunu yarada bilər (əvvəlcədən müəyyən edil-
miş  parametrlər  üzrə).  Bu  isə  kitabxananın  işinin  asanlaşmasına,  elektronlaşdırma  prosesini 
sürətlənməsinə, maliyyə vəsaitinə qənaət olunmasına şərait yaradar. 
Elektron kataloq sisteminin təhlükəsizlik məsələləri  
Elektron  kataloq  sisteminin  təhlükəsizliyi  ümumiyyətlə,  informasiya  təhlükəsizliyi 
məsələsinin tərkib hissəsi kimi çox ciddi aktuallıq kəsb edir. İnternet məkanında günbəgün ar-
tan kibertəhlükə, kibercinayət halları, digər İnternet resursları kimi, kitabxanaların da veb ka-
taloquna  ciddi  hədə  hesab  olunur.  Bu  kimi  hallara  qarşı  önləyici  tədbirlər  görülməli,  ki-
tabxananın  elektron  kataloqu  sanksiyalaşdırılmamış  müdaxilədən  qorunmalıdır.  Hər  bir  ki-
tabxanada informasiya təhlükəsizliyinin qorunması, kiber-hücumlara qarşı dayanıqlı sistemin 
qurulması üçün, texniki-texnoloji, maliyyə və kadr resursları qaydasına salınmalıdır.  
Son  dövrlərdə  milli  İnternet  seqmentinə  kiber  hücumların  artması,  dövlət  saytlarının, 
eləcə  də  kitabxanaların,  veb  informasiya  resurslarının  hazırlanmasına  qarşı  sərt  tələblərin 
qoyulmasını, zəruri edir [10]. Belə saytları təftiş edəcək ciddi audit sisteminin yaradılmasına, 
kibercinayətkarlıqla  bağlı  dövlət  qurumlarının  səlahiyyətlərinin  konkretləşməsinə,  təkcə 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə