Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə10/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   6   7   8   9   10   11   12   13   ...   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 28 - 
6.
 
Nitqin  tanınması  sistemi  və  mətnin  nitqə  çevrilməsi  sistemi  ilə  elektron  kataloqun 
yaradılması işi uzlaşdırılmalıdır. 
 
Milli AvtomatlaĢdırılmıĢ Kitabxana-Ġnformasiya Sistemi  
Azərbaycan  kitabxanalarında  əsasən  Rusiya  və  ABŞ  istehsalı  olan  Avtomatlaşdırılmış 
Kitabxana-İnformasiya Sistemləri (AKİS) olan İRBİS-64 və VTLS istifadə olunur. Bu proq-
ram  vasitələri,  digər  ənənəvi  kitabxana  proseslərini  (kitab  verilişi,  oxucu  qeydiyyatı,  kom-
plektləşdirmə  və  s.)  avtomatlaşdırmaqla  bərabər,  elektron  kataloqun  yaradılmasına  da  şərait 
yaradır.  MAKİS-in  tətbiqi  ilə  bağlı  təkliflərimiz  haqqında  danışarkən  bir  haşiyə  çıxmaq 
istərdik:  bəzən  MARC  (maşınla  oxunan  kataloq  formatı)  sistemi  ilə  AKİS  eyniləşdirilir. 
Halbuki, MARC AKİS-in yazı dilidir, yazı formatıdır və bu iki anlayışı eyniləşdirmək doğru 
deyil.  Məsələn,  İRBİS  Avtomatlaşdırılmış  Kitabxana-İnformasiya  Sistemidir  və  biblioqrafik 
yazıları  MARC  formatının  digər  variantları  olan-UNIMARC  və  ya  RUSMARC  formatı  ilə 
emal edir. Beləliklə,  aydın  olur ki,  MARC bir format  kimi  invariantdır,  UNIMARC beynəl-
xalq,  RUSMARC  isə  Rusiyanın  milli  adaptiv  formatıdır.  MARC-ın  Azərbaycan  variantı-
AZMARC-ın  yaradılmaması  müstəqilliyimizə  qədər  bu  məsələnin  aktual  olmaması  və  bu 
problemin aradan qaldırılması üçün təşəbbüslərin göstərilməməsi ilə bağlıdır. Nəhayət, dövlət 
başçısının sərəncamı ilə 2008-ci ildə kitabxanaların inkişafı ilə bağlı Dövlət Proqramında bu 
məsələ öz əksini tapıb və 2013-cü ilədək AZMARC-ın yaradılması məsələsinin həll olunması 
tapşırığı verilib. Milli AZMARC formatının yaradılmasının zəruriliyi ondadır ki, milli-mənəvi 
irsimizə,  ədəbiyyatımıza,  sənətimizə,  musiqi  və  folklorumuza  edilən  biblioqrafik  istinadlar, 
UNIMARC-ın milli identifikasiya bölməsi (9-cu bölmə) vasitəsilə deyil, məhz əsas bölmələr 
vasitəsilə qeyd olunsun. AZMARC formatının yaradılması bizə, məsələn, muğama, folkloru-
muza, incəsənətimizə dair biblioqrafik yazıları altbölmə rəqəmlərindən əsas bölmə rəqəmləri 
sisteminə inteqrasiya etməyə imkan verəcək.  
Lakin  nə  AZMARC  formatının  mövcudluğu,  nə  də  UNIMARC-ın  Azərbaycan  dilinə 
tərcüməsi  MAKİS-in  yaradılması  deməkdir.  MAKİS  bütövlükdə  (yalnız  interfeysi  deyil) 
Azərbaycan dilində, milli göstəricilərə müvafiq, idarəetmə sistemi milli kitabxana prosesləri-
nin idarəedilmə prinsiplərinə uyğun bir proqram təminatı olmalıdır [2]. Əlbəttə belə bir siste-
min yaradılması gərgin əmək, güclü kadr potensialı (kitabxanaçılar, proqramçılar, dilçilər və 
digər  zəruri  mütəxəssislər),  texnoloji  və  maddi  vəsaitlər  tələb  edir.  Bu  sahədə  uğurlu  nəticə 
əldə  etmək  üçün  AR  Rabitə  və  İnformasiya  Texnologiyaları  nazirliyi,  iri  kitabxanalarımız 
olan  AMEA  Mərkəzi  Elmi  Kitabxanası,  Milli  Kitabxana,  Prezident  Kitabxanası,  BDU-nun 
Elmi  kitabxanası,  Naxçıvan  Dövlət  Universitetinin  kitabxanası  və  AMEA-nın  bir  sıra  Elmi 
Tədqiqat  İnstitutları,  o  cümlədən  İnformasiya  Texnologiyaları  İnstitutu  və  Dilçilik  İnstitutu 
birgə fəaliyyət  göstərməlidir. Yalnız belə olan təqdirdə milli əhəmiyyətli Avtomatlaşmış Ki-
tabxana Sistemi qurmaq, onun elmi əsaslarını işləyib hazırlamaq, linqvistik və hüquqi təmina-
tını bərqərar etmək mümkündür. Son zamanlar İT sahəsində ixtisaslaşmış bir sıra yerli müəs-
sisələr bu sahədə ilkin addımlar atıblar. Məsələn, MEGA şirkəti yeni elektron kataloq və ki-
tabxana sistemi yaradıb. Bu sistem ədəbiyyatın elektron formada kataloqlaşdırılmasını, reyes-
trinin aparılmasını, sistemləşdirilməsini təmin edən bir proqram vasitəsidir. Proqramın "Elek-
tron  kataloq"  adlanan  platformasının  köməyilə  kitabxanadakı  sənəd  kütlələri  bir  neçə  para-


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 29 – 
 
metr (qeydiyyat nömrəsi, sərlövhə, müəllif, nəşr tarixi, annotasiya və s.) üzrə elektron katalo-
qa daxil edilir. "Elektron kitabxana" platforması isə elektron kataloqu olan kitabların tam mət-
nini verilənlər bazasına yükləməyə imkan yaradır. 
Həmin proqram təminatı aşağıdakı imkanlara malikdir: 

 
Kitab haqqında məlumatın kataloqa daxil edilməsi;  
o
 
Unikal identifikasiya nömrəsinin (UİN) təyin edilməsi (reyestrin aparılması); 
o
 
Kitabın adı; 
o
 
Müəllif haqqında məlumat; 
o
 
Nəşr tarixi; 
o
 
Annotasiya; 

 
Kataloqda olan mövcud məlumatların redaktə edilməsi

 
Məlumatların strukturlaşdırılması və qruplaşdırılması; 

 
Məlumatların kataloqdan silinməsi; 

 
Axtarış sistemi (müxtəlif parametrlər üzrə); 
o
 
İdentifikasiya nömrəsinə görə; 
o
 
"Açar" sözlərə (kitabın adı, müəllif, annotasiya və s.) görə; 
o
 
Kateqoriya üzrə. 
Məlumatların düzgünlüyü və saxlanmasının təmin edilməsi baxımından proqramın aşa-
ğıdakı imkanları mövcuddur: 

 
Avtomatik back-up (serverdəki bazanın ehtiyat nüsxəsinin çıxarılması); 

 
Kataloqda aparılmış redaktə əməliyyatlarının tarixçəsinin saxlanması; 

 
Kitabxanaçılar üçün 2 pilləli səlahiyyət bölgüsü. 
 
Bu  kimi  təşəbbüslər  təqdirəlayiqdir,  lakin  göründüyü  kimi  sistem  kitabxana  proses-
lərinin  avtomatlaşdırılması  işinin  yalnız  bir  hissəsini  yerinə  yetirməyə,  elmi-nəzəri  əsaslara 
söykənmədən məhdud proqram-mexanizm funksiyasını icra etməyə hesablanıb. Çünki, proq-
ram təminatı linqvistik məsələləri, müxtəlif nəşr tiplərinin (notlar, xəritələr, əlyazmalar) möv-
cudluğunu və xüsusiyyətlərini nəzərə almayıb. Başqa sözlə, kitabxana fondları yalnız kitablar-
dan ibarət olmadığından və kitabxana prosesləri sadəcə elektron kataloq yaratmaqla məhdud-
laşmadığından, bu və buna bənzər təşəbbüslər hələlik milli, vahid AKİS konsepsiyasına cavab 
vermir.  
Azərbaycanda MAKİS-in yaradılması aşağıdakı məsələlərin öz həllini tapmasına imkan 
verər: 
1.
 
Milli elektron kataloqun tezaurus/linqvistik təminat məsələsi həll olunar, mətnləri av-
tomatik olaraq dilimizin orfoqrafik qaydalarına uyğunlaşdırmaq, biblioqrafik yazıların, məlu-
matların  latın  qrafikalı  Azərbaycan  əlifbası  üzrə  avtomatik  sıralanmasını  həyata  keçirmək 
asanlaşar  (qeyd:  hazırda  kitabxanalarımızda  tətbiq  olunan  AKİS-lərdə  bu  əməliyyatı  yalnız 
rus  və  ingilis  dilində  yazılmış  biblioqrafik  yazıları  sistemləşdirərkən  aparmaq  mümkündür. 
Milli ədəbiyyatın biblioqrafiyasını elektron kataloq sistemindən köçürmə yolu ilə kitab halın-
da nəşr edən kitabxanalarımız əlifba üzrə sıralamanı avtomatik yerinə yetirə bilmirlər.) 
2.
 
Müəllif işarələrinin latın qrafikalı Azərbaycan əlifbasına uyğun sıralanması mümkün 
olar. Məsələn, adı və ya soyadı ―Ə‖, ―Ö‖, ―Ü‖ ilə başlanan müəlliflərimizin əsərlərinin elek-


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə