Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə12/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   8   9   10   11   12   13   14   15   ...   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 32 - 
İlk növbədə, bu sistem kitabxanadan kitabın oğurlanmasının, icazəsiz aparılmasının qar-
şısını alır. Belə ki, nişanlanmış istənilən nəşr vahidi, RFID darvazadan keçərək kənara çıxarı-
larkən həyəcan siqnalı eşidilir və icazəsiz daşınma halı aşkarlanır. 
RFID texnologiyasının köməyi ilə kitabxanalarımızda aşağıdakı prosesləri həyata keçir-
mək mümkündür: 
- Kitabxana daxilində kitabın hərəkətini və yolunu izləmək
- Nəşrlərin verilişini və qəbulunu asanlaşdırmaq; 
- İnventarlaşdırma proseslərini sürətləndirmək
- Ədəbiyyatın oğurlanmasının və dəyişdirilməsinin qarşısını almaq; 
- Kitabların çeşidlənməsində, seçimində, axtarışında insan faktorunun rolunu azaltmaq
- Kitab verilişini və qəbulunu kitabxanaçının iştirakı olmadan həyata keçirmək.  
Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olar ki, bütün bunlar hər gün yeni tipli ticarət 
mərkəzlərində rastlaşdığımız texnologiyadır. Məsələn, indi Bakının bir çox ticarət mərkəzlə-
rində müştəri satıcının iştirakı olmadan lazimi malı seçərək kassaya yaxınlaşır, satıcı əlindəki 
xüsusi cihaz vasitəsilə malın üzərində əks olunmuş ştrix-koddan həmin məhsulun adını, qiy-
mətini  ―alaraq‖  kompyüterə  ötürür  və  yekunda,  bizə  alınan  malların  çeşidi  və  qiyməti  qeyd 
olunmuş kassa çeki təqdim olunur. Və yaxud geyim dükanlarında quraşdırılan siqnal aparat-
ları  RFID  darvazalarını  xatırladır  və  oğurluğu  aşkar  edir.  Lakin  bizim  rastlaşdığımız  həmin 
texnologiyalar  Ştrix-kodla  eyniləşdirmə  mexanizmi  (bar-kod  texnologiyası)  olduğundan, 
RFID-dən əvvəlki yenilik hesab olunur. Azərbaycan kitabxanalarından fərqli olaraq dünya ki-
tabxanalarının  əksəriyyəti  ştrix-kodla  eyniləşdirmə,  radiodalğa  vasitəsilə  ştrix-kodu  oxuma 
texnologiyalarından  istifadə  edib  və  ya  istifadə  etməkdədir.  Kitabxanalarımızda  ştrix-kodla 
eyniləşdirmə  texnologiyalarından  istifadənin  zəruriliyi  məsələsini  ilk  dəfə  AMEA  Mərkəzi 
Elmi  Kitabxanasının  direktoru,  filologiya  elmləri  doktoru  A.Əliyeva-Kəngərli  qaldırıb  [9]. 
Əfsuslar olsun ki,  yekunda heç bir kitabxanamız bu  yenilikdən bəhrələnməyib.  Halbuki,  ki-
tabxanalarımızda  istifadə  edilən  AKİS-lər  buna  imkan  verir.  Məsələn,  kitabxanalarımız 
İRBİS-64 AKİS-indən istifadə etməklə elektron kataloq yaradarkən ―Kitabın ştrix kodu‖ böl-
məsini həmişə boş buraxır, əvəzində ―Kitabın inventar nömrəsi‖ni daxil edirlər. Belə ki, birin-
ci  əməliyyatı  yerinə  yetirmək  üçün  fonddakı  bütün  kitablara  xüsusi  ştrix-kod  yapışdırılma-
lıdır. Kitabxanalarımız isə, həmişə vaxt qıtlığını önə çəkib, bunu etməkdən yayınıblar. Nəzərə 
alsaq  ki,  mövcud  texnologiyalara  yiyələnəndən  indiyədək,  kitabxanalarımız  əks  xronologiya 
üzrə əsasən, milli ədəbiyyatın elektron kataloqunu yaradırlar və elektronlaşdırma prosesi əsa-
sən, gündəlik daxilolmaları, çox ləng şəkildə isə retrospektiv milli və xarici ədəbiyyatı əhatə 
edir, deyə bilərik ki, bunlar bəhanədir və kitabxanalarımız heç olmasa yeni daxil olan ədəbiy-
yatı ştrix-kodla təmin edə bilərlər.  
Hazırda kitabxanalarımızda 1 kitabxanaçı gün ərzində ən yaxşı halda 50-70 ədəbiyyatın 
elektron kataloqunu yarada bilir. Yuxarıda da qeyd etdiyimiz kimi, bu zaman o, ret-rospektiv 
əməliyyat  aparmadığından,  başqa  sözlə,  kitabın  kartotekadakı  kartoçkasından  istifadə  edib 
elektron təsvir yaratmadığından, elektronlaşdırdığı biblioqrafik yazıları əsasən kitabla bilava-
sitə  təmasdan  alır.  Demək,  haqqında  biblioqrafik  məlumat  toplanılan  və  elektron  kataloqa 
daxil ediləcək nəşr, hardasa fondun bir küncündə, uzaqda deyil, kitabxanaçının bilavasitə əlin-
dədir və belə olan halda kitaba ştrix-kod yapışdırmaq və həmin ştrix-kodun unikal nömrəsini 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 33 – 
 
―İRBİS-64‖  AKİS-in  müvafiq  bölməsinə  yerləşdirmək  olduqca  asandır.  Kitabxanaçılarımız 
isə bunun əvəzinə köhnə qaydalara müvafiq olaraq yenə də kitaba inventar nömrəsi  yazırlar. 
İnventar nömrəsini elektron kataloqa daxil etməkdə məqsəd, sonradan həmin nəşrin, fondun 
hansı  hissəsində,  hansı  şifrə  ilə  yerləşdiyini  aşkar  etməkdir.  Bunun  nəticəsidir  ki,  hazırda 
kitabxanalarımızda  oxucu-fond  münasibətlərində  vəziyyət  dünya  standartları  baxımından 
qənaətbəxş  deyil.  Belə  ki,  oxucu,  əvvəlcə  kitabxanaya  gələrək  oxu  zalındakı  kompyüter  va-
sitəsilə lokal elektron kataloqda və ya ənənəvi kataloqda axtarış aparır, ona lazım olan ədəbiy-
yatın biblioqrafik təsvirini tapır, həmin ədəbiy-yatın fondda saxlanma şifrəsini özü üçün qeyd 
edir (bloknotuna və ya vərəqə) və sonra tələbnaməyə (yenə də kağızda!) eyni şifrəni köçürə-
rək kitabxanaçıya təqdim edir. Kitabxanaçı həmin tələbnaməni fonda ötürür. Fond işçisi kita-
bın inventar nömrəsilə onu axtarmağa başlayır. Hesablamalarımıza görə, müxtəlif kitabxana-
larımızda hər bir oxucunun, lazımi ədəbiyyatın əldə olunmasına sərf etdiyi vaxt, yarım saat-
dan-2  saata  qədər  uzana  bilir.  Əlbəttə,  bəzi  həmkarlarımıza  bu  müddət  bir  qədər  şişirdilmiş 
görünə bilər, lakin nəzərə almaq lazımdır ki, burada söhbət irihəcmli fondlara malik kitabxa-
nalardan gedir.  
Demək, bu vaxta qədər kitabxanalarımızda ştrix-kod texnologiyası tətbiq edilsəydi oxu-
cu sorğularının yerinə yetirilməsi zamanı itirilmiş vaxta qənaət etmək mümkün olardı. İndisə 
kitabxanalarımız  ştrix-kodla  identifikasiya  sistemi  əvəzinə,  yeni  nəsil  texnologiyalarla-RFID 
sistemləri ilə üz-üzədir və bu sistem, ənənəvi, ştrik-kodla nişanvurma texnologiyasını sıradan 
çıxarır. 
RFID  texnologiyasının  ştrix-kodla  nişanvurma  texnologiyasından  üstünlükləri  kifayət 
qədərdir. Belə ki,: 
1.
 
RFID-texnologiyaları, ştrix-kodlu nişanvurma texnologiyasından fərqli olaraq, kitab-
xanada kitab ilə ―oxuyucu cihaz‖ın bilavasitə təmasını tələb etmir. Məlumdur ki, əvvəlki tanı-
ma sistemləri, kitabın üzərindəki ştrix-kodu oxumaq və eyniləşdirmək üçün onunla yaxın tə-
masda  olmalı,  ―oxuyucu  cihaz‖  kitabın  üzərindəki  koda  paralel  şəkildə  yaxınlaşdırılmalı  və 
təsviri, dəqiqliklə, ultrabənövşəyi şüa vasitəsilə yaddaşa ötürməlidir. RFID texnologiyalarında 
isə, ―oxuyucu cihaz‖la çipin, başqa sözlə, axtaran quğru ilə kitabın bir məkanda olması vacib 
deyil. Belə çiplərin 2-növü olur: aktiv və passiv çiplər. Əgər kitaba aktiv çip-nişan yapışdırı-
larsa,  həmin  çip,  10  il  boyunca  lazımi  ―axtarış  enerjisini‖  qoruyub  saxlayacaq.  Çünki,  aktiv 
çiplərin daxili enerji mənbəyi çox güclü olduğundan və özünü lazimi enerji ilə təmin etdiyin-
dən,  belə  çiplərin,  ―oxuyucu  cihaz‖ın  antennasından  əlavə  qidalandırıcı  impulslar  almasına 
ehtiyac yoxdur. Kitablara bu cür çiplərin yerləşdirilməsi əlverişli deyil. Əvvəla, bu tip çiplərin 
əldə olunması olduqca baha başa gəlir və onlar əsasən ekstremal vəziyyətlər üçün (məsələn, 
uzun müddət su altında qalan qurğuların, orbitdə gəzişən peyklərin, bəzən də yırtıcı heyvan-
ların  izlənməsi,  vəziyyətlərinin  öyrənilməsi  üçün)  istifadə  olunur.  İkincisi  isə,  aktiv  çiplərin 
kitabxanada istifadəsi insan orqanizminə mənfi təsir göstərə bilər. Bu səbəbdən, kitabxanada 
passiv biblioçiplərin istifadəsi daha məqsədəuyğundur. Bu cür nişanlar, həm ucuz başa gəlir, 
həm  də azhəcmli  əməliyyatlar üçün nəzərdə  tutulduğundan onlara informasiyanı  ötürmək və 
almaq daha sürətlə həyata keçirilir. 
2.
 
RFID  texnologiyası,  ştrix-kod  sistemindən  fərqli  olaraq  məlumata  çoxistifadəli  ya-
naşmanı təmin edir.  


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə