Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə17/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   13   14   15   16   17   18   19   20   ...   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 43 – 
 
minilliyin çağırışına ən layiqli cavab oldu. Prezident sadəcə konsepsiya ilə kifayətlənmədi, bu 
ideyanın  həyata  keçməsi  üçün  zərari  addımlar  atdı:  Azərbaycan  kitabxanalarınm  inkişafı  və 
modernləşdirilməsi;  Azərbaycan  elminin  inkişaf  etməsi  üçün  sərəncamlar  verdi,  qeyri-neft 
sektorunun inkişafını prioritet elan etdi. Bütün bunlar onun üçün edilir ki, gələcək nəsillərin 
neftdən, təbii ehtiyatlardan asılılığı olmasın, insanlar təbii intellektin hesabına yaşasınlar. Bu 
isə biliklər cəmiyyətinin əsas məqsədidir. 
Bu gün Azərbaycan, Qafqaz regionunun aparıcı bir dövləti kimi bir sıra qlobal layihələ-
rin reallaşmasına, dünya enerji təhlükəsizliyinin təmin olunmasına təkan verir. Azərbaycanın 
elmi və iqtisadi potensialı bu kimi irimiqyaslı proseslərin önündə getməyə şərait yaradır. 
Cəmiyyətimiz müasir informasiya mühitində inkişaf edir, indiki dinamik inkişaf, sosial 
infrastrukturların mürəkkəbləşməsi şəraitində informasiya enerji resursları kimi strateji bir re-
sursa çevrilir. İnformasiya resurslarının yaradılması, saxlanılması, yenidən işbnilməsi və isti-
fadəçibrə təqdim olunmasım təmin edən müasir kitabxanalar həyatımızın mühüm amilinə çev-
rilib.  
İnformasiya texnologiyalarının kitabxanaların fəaliyyətində geniş şəkildə tətbiq olunma-
sı sonuncunun müasir informasiya məkanındakı rolunu və funksiyalarını xeyli artırıb. 
Başqa sözlə, fəaliyyətini doğru istiqamətdə  qurmuş kitabxanalar XXI  əsrin dəyərli in-
formasiya  mənbələridir.  İndi  artıq  iqtisadi  faktorlar  yalnız  torpaq,  kapital  və  əməyə  deyil, 
həmçinin informasiyaya söykənir. 
Birmənalı şəkildə iddia edə bilərik ki, bilik, informasiya XXI əsrdə xalqların qarşısında 
duran  ən  böyük  rəqabət  mənbəyidir.  Belə  olan  halda  isə  yalnız  informasiya  cəmiyyətində 
biliyə investisiya qoyaraq,  yenilik  yarada bilənlər elmi  zəmində  rəqabət  aparmaq iqtidarında 
olacaq. Müasir dövrümüzdə isə biliyin, informasiyanın toplanıb mühafızə edildiyi, paylaşdı-
rıldığı institusional strukturlar arasında kitabxanaların rolu o qədər böyükdür ki, bütövlükdə 
informasiya cəmiyyətinin əsasında onların durduğunu iddia etmək olar. 
Təbii  və  süni  intellektə  müasir  kitabxana  prosesləri  kontekstində  yanaşdıqda  biz  bir 
daha  əmin  oluruq  ki,  kitabxanalar  nəinki  təbii  intellektin  yüksəldilməsındə,  hətta  onun  qiy-
mətli  bir  əqli  əmtəə  kimi  realizəsində  və  sonradan  süni  intellektin  əsasını  təşkil  etməsində 
bilavasitə  iştirak  edir.  Köhnəni  prolonqasiya  etmək  əvəzinə  yenini  yaradır,  informasiya  cə-
miyyətınin qurucusu qismində çıxış edir. 
 
 
Gulshan Aliyeva 
 
LIBRARY- INFORMATION PROCESSES IN THE CONTEXT OF  
NATURAL AND ARTIFICIAL INTELLIGENCE 
 
Summary 
Libraries are not only increasing natural intelligence, and is directly involved even its 
realization  as  a  valuable  intellectual  commodity  and  later  in  the  foundation  of  artificial 
intelligence. 


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 44 - 
Nigar Babaxanova  
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 
“Əlyazmaların elmi ekspozisiyası və təqdimi” şöbəsinin müdiri 
 
nbabakhanova@gmail.com
 
 
 
BEYNƏLXALQ ELEKTRON KĠTABXANA-ĠNFORMASĠYA RESURSLARI 
VƏ ONLARDAN ĠSTĠFADƏ PROBLEMLƏRĠ 
 
Açar sözlər: Kitabxana-informasiya resursları, beynəlxalq əlaqələr, informasiya müba-
diləsi. 
Ключевые слова: Библиотечно-информационные ресурсы, международные связи, 
информационный обмен. 
Keywords: Library and Information recources, international relations, information ex-
change. 
 
Azərbaycan kitabxanalarında İnternetdən istifadənin sürətlənməsi ilə bir çox beynəlxalq 
elektron kitabxana-informasiya massivlərinə  giriş imkanları genişləndi və prosesin bu istiqa-
mətdə inkişafı: 
1.
 
kitabxanaların beynəlxalq informasiya mübadiləsi fəaliyyətinə zaman və məkan fər-
qinin aradan qaldırılması baxımından müsbət təsir etdi
2.
 
oxuculara təqdim olunan sənəd-məlumat kütləsinin həcmi və məlumat-axtarış imkan-
ları əsaslı sürətdə artdı; 
3.
 
milli kontentin xarici informasiya bazalarına inteqrasiyası asanlaşdı. 
Azərbaycan kitabxanaları, o cümlədən AMEA-nın Mərkəzi Elmi Kitabxanası üçün bey-
nəlxalq elektron informasiya massivlərinə ilk dəfə belə çıxış Azərbaycan Kitabxana İnforma-
siya  Konsorsiumu  (AzKİK)  tərəfindən  yaradılmışdı.  2003-cü  ildə  Bakı  Dövlət  Universiteti, 
Azərbaycan  Tibb  Universiteti  və  Xəzər  Universiteti  tərəfindən  təsis  olunmuş  Konsorsiumun 
fəaliyyətinə rəqəmli informasiya xidmətləri və virtual kitabxana kimi bilik və xidmətlərin in-
kişafına yönələn innovasiya layihələrinə maraq yaratmaq və həmin layihələrdə iştirak etmək; 
elektron mənbələrdən istifadəni təşviq etmək; istifadəsi mümkün olan elektron resurslar haq-
qında informasiyanı inkişaf və təbliğ etmək; konsorsium üzvlərin fəaliyyətini əlaqələndirmək; 
vendorlarla  danışıqlar  aparmaq  və  ehtiyac  olan  elektron  resuslardan  istifadə  imkanı  əldə 
etmək üçün yerli və beynəlxalq konsorsiumlarla əməkdaşlıq etmək və s. idi [1-3]. 
2004-ci ildə məhz AzKİK-in dəstəyi ilə iri Azərbaycan kitabxanaları ilk dəfə hazırda ən 
iri  beynəlxalq  elektron  elmi  informasiya  massivi  hesab  olunan  EBSCO  verilənlər  bazasına 
giriş imkanı əldə ediblər. 
EBSCO-ABŞ Massaçusets ştatının İspviç şəhərində yerləşən elektron məlumat xidməti 
şirkətidir.  1984-cü  ildən  fəaliyyət  göstərən  EBSCO-nun  375-dən  çox  məlumat  bazasında  2 
milyondan  artıq  material  mövcuddur.  Dünyanın  əksər  ölkələrinin  ali  təhsil  müəssisələri, 
kitabxanaları  bu  məlumat  bazasında  toplanmış  jurnal,  kitab,  musiqi  nəşrləri  və  s.  istifadə 
edirlər. Azərbaycanda nəşr olunan bir neçə elmi jurnal da (―Applied and Computational Ma-


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə