Elektron hökumət innovativ və modern inkişafa aparan yol



Yüklə 24,51 Kb.
tarix20.02.2018
ölçüsü24,51 Kb.
#27184

Elektron hökumət - innovativ və modern inkişafa aparan yol

Müasir dünyamızın inkişafı sürətləndikcə, insanlarıən dünyaya baxışı da dəyişir. Necə deyərlər, zövqlər və tələblər zamanı üstələyir. İndi cəmiyyət İKT imkanlarından daha çox istifadə etməyə meyillidir. Bu baxımdan İKT-nin inkişafı informasiya cəmiyyətinin formalaşmasının mühüm amilinə çevrilib. Hazırda informasiya texnologiyalarının səviyyəsi bir çox ölkələrə e-hökumət qurmaq imkanları yaradıb. Bu isə bilavasitə vətəndaşların rahatlığına, ölkə əhalisinin rifahına xidmət edir.

E-hökumət sadə şəkildə desək, İKT-dən, ilk növbədə kompüter və internetdən istifadə etməklə dövlət təşkilatları ilə vətəndaşlar arasında operativ və maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə formasının qurulmasıdır. Onun əsasında dövlət idarəetmə sistemi infrastrukturunun informasiyalaşdırılması, inzibati idarəetmə fəaliyyətinin avtomatlaşdırılması, kağız üzərində olan sənədlərin rəqəmli məkana keçirilməsi, onlayn rejimində vətəndaşlara operativ xidmətlərin göstərilməsi, əməliyyatlara məmur təsirinin minimuma endirilməklə bürokratik əngəllərin aradan qaldırılması, işin keyfiyyətinin və şəffaflığının artırılması durur.

Məhz elektron hökumətin tətbiqi ilə süründürməçilik, korrupsiya kimi halların aradan qaldırılmasında və vətəndaş məmnunluğunun təmin edilməsində əsas mexanizmlərdəndir. Demokratik inkişafı, hüquqi dövlət quruculuğunu, açıq cəmiyyətin yaradılmasını qarşısına məqsəd qoymuş Azərbaycanda İKT-nin dövlət qurumlarına, təhsilə, icra strukturlarına tətbiqi ilə əlaqədar, elektron imzanın və sənədin tanınması istiqamətində kompleks tədbirlər həyata keçirilir.



Elektron hökumət nədir?

Elektron hökumət və ya e-hökumət — hər hansı bir ölkənin dövlət strukturlarının haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsidir.

E-hökumət sadə şəkildə desək, İKT-dən, ilk növbədə kompüter və internetdən istifadə etməklə dövlət təşkilatları ilə vətəndaşlar arasında operativ və maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə formasının qurulmasıdır. Onun əsasında dövlət idarəetmə sistemi infrastrukturunun informasiyalaşdırılması, inzibati idarəetmə fəaliyyətinin avtomatlaşdırılması, kağız üzərində olan sənədlərin rəqəmli məkana keçirilməsi, onlayn rejimində vətəndaşlara operativ xidmətlərin göstərilməsi, əməliyyatlara məmur təsirinin minimuma yendirilməklə bürokratik əngəllərin aradan qaldırılması, işin keyfiyyətinin və şəffaflığının artırılması durur. Əsas hədəflərindən biri ölkəmizdə bütün sahələrə informasiya və kommunikasiya texnologiyalarının (İKT) səmərəli tətbiqinin genişləndirilməsi və “Elektron hökumət” quruculuğunun daha da sürətləndirilməsi olan


Prezident İlham Əliyevin 11 avqust 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” bu sahədə mühüm əhəmiyyətə malik fundamental sənəddir. Qeyd etmək lazımdır ki, son vaxtlar internet vasitəsilə dövlət orqanlarına vakant iş yerlərinə müsabiqə elan edilməsi, əhalinin kommunal borcları ödəyə bilməsi, virtual məkanda abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, elektron elm, təhsil, kitabxana, ticarət, sağlamlıq kimi layihələrin tədricən tətbiq edilməsi e-hökumətin üstünlüyünü bir daha təsdiqləyir. Mütəxəssislər hesab edirlər ki, "elektron hökumət"in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək.

Azərbaycanda İKT

Son illərdə bu sahəyə diqqət daha artırılmışdır. İnformasiya və rabitə xidmətlərinin həcmində ötən 10 il ərzində 6 dəfə artım müşahidə edilmiş, ən yeni mobil texnologiya - 4G xidməti istifadəyə verilmiş, MDB-də ilk dəfə bütün ölkə ərazisi tam telefonlaşdırılmış, 3-cü mobil operator fəaliyyətə başlamış, mobil abunəçilərin sayı 7 dəfə artmış, “Elektron Hökumət”ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında elektron xidmətlərin tətbiqi genişlənmişdir. Son 10 ildə bu sahədə görülmüş genişmiqyaslı tədbirlər nəticəsində hazırda ölkə əhalisinin 70%-i internet, 50%-i isə genişzolaqlı xidmət istifadəçisidir. Yüksək Texnologiyalar Parkının yaradılması ölkəmizdə İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmtutumlu texnoloji məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasında xüsusi rol oynayaacaqdır. Təsadüfi deyildir ki, ölkəmizin İKT sahəsində qazandığı uğurlar byenəlxalq aləmdə də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun “The Global İnformation Technology Report – 2013” hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə 144 ölkə arasında 56-cı, internet istifadəçilərinin sayına görə MDB-də birinci, internetin əlçatanlığı göstəricisinə görə dünyada 20-ci yerdədir. Ölkəmiz “The Global Competitiveness Report 2012-2013” hesabatda “Qlobal rəqabətqabiliyyətlilik indeksi” üzrə 144 ölkə arasında 46-cı yeri tutmuş, MDB üzrə öz liderliyini qorumuşdur. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatında isə İKT inkişaf indeksi üzrə 68-ci yerdə olan Azərbaycan 10 ən dinamik inkişaf edən ölkələr qrupuna daxil olmuşdur. Dövlət başçısı tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, həmçinin İKT sahəsinin inkişafı istiqamətində görülən digər işlər ölkəmizdə bu sahəyə göstərilən böyük diqqətin nümunəsi olmaqla, informasiya-kommunikasiya texnologiyaları sahəsində ciddi nailiyyətlərin bundan sonra da davam edəcəyini deməyə əsas verir.



E-hökumət bizə nə vəd edir?

Vətəndaşlara göstərilən xidmətlərin sadələşdirilməsinin əhəmiyyətini yeni fəaliyyətə başlamış “ASAN xidmət”in və Vertgilər Nazirliyinin tımsalında izah etmək istərdik. Dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “ASAN xidmət” (Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi) mərkəzləri yaradılır. Artiq Bakının müötəlif rayonlarının sakinləri bu xidmətdən geniş istifadə edirlər. Bir sıra bölgələrdə yaşayanlar da “ASAN xidmət”dən səyyar şəkildə istifadə edirlər. “Bir pəncərə” prinsipli ASAN xidmət konsepsiyası müxtəlif dövlət qurumlarının göstərdikləri xidmətlərin bir mərkəzdə cəmlənməsini ehtiva edir. Burada yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda istifadə etmək mümkündür. Bu isə məsrəflərin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığa və şəxsi rahatlığa imkan verir, dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin inkişafını təmin edir. Milli “elektron hökumət” layihəsinin vergi inzibatçılığının təkmiləşməsi sahəsindəki rolu böyükdür. Xarici ölkələrin təcrübəsi göstərir ki, uzun illər dövlət vergilərin tam və vaxtında yığılaraq, büdcəyə köçürülməsi sahəsində vergi ödəyicilərinin bu sahədə üzləşdiyi çətinliklərin aradan qaldırılması məsələlərinə nisbətən az qayğı göstərilib. Lakin informasiya cəmiyyəti texnologiyalarının inkişafi bu situasiyada da köklü dəyişikliklərə gətirib. Belə ki, müasir zamanda vergi orqanları qarşısında əsas tapşırıqların icrası ilə yanaşı vergi ödəyicilərinin öhdəliklərinin yerinə yetirilməsində maksimal komfortlu şəraitin yaradılması ilə vergi inzibatçılığının prossedurlarının sadələşdirilməsi vəzifəsi də dayanır. Bu vəzifələrin müasir zamanda gerçəkləşməsini isə informasiya cəmiyyəti texnologiyalarının inkişafı mümkün edib. Elektron xidmətə keçidlə bağlı Vergilər Nazirliyində işlər 2005-ci ildən başlayaraq həyata keçirilir. İlk növbədə bu avtomatlaşdırılmış vergi informasiya sisteminin tətbiqi -yəni, həm yerli vergi orqanlarının, həm mərkəzi aparatın avtomatlaşdırılması idi. Mühüm addımlardan biri 2007-ci ilin yanvarında atılıb ki, bu da elektron bəyannamələrin hazırlanmasıdır. 2008-ci ildən başlayaraq kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasında “bir pəncərə” vasitəsilə həyata keçirilir. Əvvəl buna 53 gün sərf olunurdusa, indi 3 günə hüquqi şəxsin qeydiyyat məsələsi həll olunur. ƏDV depozit sisteminə başlanması və vergi məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı olaraq vergi ödəyiciləri üçün elektron hesabat-fakturaların tətbiqi də mühüm addımlardan biridir. Bu il yeni dəyişikliklərdən isə iyulun 1-dən fiziki şəxslərin qeydiyyatının da elektron qaydada həyata keçirilməsidir. Bu işə də əvvəl 2 gün vaxt sərf olunurdusa, indi 3-4 dəqiqəyə vergi orqanında qeydiyyata durmaq mümkündür. Vergi orqanlarında e-xidmətlərin digər imkanlarından da geniç istifadə olunur. Vergilər Nazirliyi ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və s. dövlət qurumlarında elektron xidmətlərdən geniş istifadə olunur. Hazırda ölkdə İKT sənayesinin inkişafı istiqamətində ciddi addımlar atılır. Bu sahədə Azərbaycanda İnformasiya Kommunikasiya Texnalogiyalarının İnkişafı Fondunun yaradılmasını qeyd edə bilərik. Fond ölkəmizin İKT sənayesinin gücləndirilməsinə xidmət göstərəcək. Azərbaycan Respublikası Prezidenti "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanın uğurlu icrası e-xidmətlərin coğrafiyasını daha da genişləndirib. Hazırda vətəndaşlar 250-dən çox e-öidmətlən yararlanmaq imkanına malikdir və bu imkanların sferası günü-gündən genişlənir.

İKT həyatımızın ayrılmaz hissəsinə çevrilir

Artıq Azərbaycanda artıq insanların şəxsi həyatından tutmuş, müxtəlif dövlət qurumlarının fəaliyyətinə qədər informasiya texnologiyaları geniş tətbiq olunmağa başlayıb. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürüdür. Bu proses get-gedə dərinləşir, yeni texnologiyalar ortaya çıxır, informasiya resurslarının sayı da, həcmi də artır. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından istifadə edir. Mobil telefon texnologiyaları kimi artıq onlar özlərini bu texnologiyalardan kənarda hiss etmirlər. Yəni bu o deməkdir ki, bütün sosial təbəqələr artıq bu texnologiyalardan istifadə etməklə hakimiyyət orqanları ilə interaktiv münasibət qurmağa başlayıblar. Vətəndaşlar hakimiyyət orqanlarına müraciət edərkən veb-saytlardan istifadə edirlər. Şikayətlərini, təkliflərini və s. rəsmi orqanlara electron resurslardan istifadə etməklə çatdırırlar. İnsanların tələbatlarını ödəmək üçün informasiya resurslarının sayı get-gedə artır, dərinləşir, yeni xidmətlər ortaya çıxır. Artıq cəmiyyətin idarə olunması onlayn mühit vasitəsi ilə həyata keçirilir. Elektron hökumət sərbəst bazar iqtisadiyyatı və hakimiyyət orqanlarının bölünməsi şəraitində, bütün orqanların seçilməsi, şəffaf olması, vətəndaşlara açıq münasibətin göstərilməsi, cəmiyyətdə informasiya azadlığının təmin olunması, insanların informasiya əldə etmək imkanlarının böyük olması, eyni zamanda insanların şəxsi və ailə həyatına aid olan məlumatların qorunması kimi prinsipləri özündə əks etdirir. Azərbaycanda elektron hökumətin qurulması üçün aparılan işlərin icrasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin atdığı addımlar yüksək qiymətləndirilir. Bununla yanaçı, bütün dövlət orqanları öz saytlarında xüsusi bölmə olan elektron xidmətlər bölməsi yaradıblar. Orda hər bir mərkəzi icra hakimiyyəti orqanı özünün təqdim etdiyi xidmətləri yerləşdirib. Hazırda da bu işlər davam edir. Bir sıra qurumlarda elektron imza sistemi işə salınıb. Dövlət orqanlarının bir-biri arasında informasiya mübadiləsini təmin edən xüsusi şəbəkə, eləcə də elektron hökumət portalı da yaradılıb. Mərkəzi İcra Hakimiyyəti orqanlarının xidmətləri həmin portala inteqrasiya olunur. Ümumilikdə, elektron hökumətin yaradılması səmərəliyi artırır, bürokratizmi aradan götürür, vaxt itkisinin, korrupsiyanın qarşısını alır, əhalinin dövlət orqanlarına gedib-gəlməsi, onlarla birbaşa təması aradan qaldırılır. Vətəndaşlar elektron hökumətin idarə edilməsində bilavasitə iştirak etmək imkanları qazanırlar.



Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə