Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə19/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   15   16   17   18   19   20   21   22   ...   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 47 – 
 
Bütün bunlara baxmayaraq, kitabxanalarda yerli nəşriyyatların ənənəvi və elektron çap 
məhsullarından  istifadə  etməklə  bərabər,  beynəlxalq  resurslardan,  ələlxüsus,  elektron  resur-
slardan istifadə olduqca əhəmiyyətlidir.  
Kitabxanalarda xarici informasiya massivlərindən istifadə edənlərin sayı günbəgün artır, 
xüsusən gənc tədqiqatçılar ―Elsevier‖, ―Springer‖ və ―ISI Thomson-Reuters‖-in müxtəlif ba-
zalarından istifadə etməyə üstünlük verirlər. Söylənilənlər onu deməyə əsas verir ki, Azərbay-
can kitabxanalarının beynəlxalq informasiya təşkilatları və nəşriyyatları ilə qurduğu əməkdaş-
lıq və bu sahədə aparılan informasiya siyasəti kifayət qədər uğurludur. 
Kitabxanaların  beynəlxalq  fəaliyyəti bir proses  olaraq tarixin  yalnız müəyyən bir mər-
hələsinə aid olmadığından, məsələn, burjua inqilabları və yaxud renessans dövrü kimi bitmiş 
proses sayıla bilməz. Demək, bu mədəni fəaliyyətin tərəqqisi və yeni elmi-təcrübi modellərlə 
zənginləşdirilməsi, yeni inkişaf mərhələsinə qədəm qoyması qaçılmazdır. Yeni mərhələdə isə 
beynəlxalq  informasiya  və  kitab  mübadiləsinin  aparılmasının  şərtləri  və  üsulları  mütləq 
dəyişəcək və yaxud mübadilə özü bir proses olaraq başqa bir proseslə əvəzlənəcəkdir. Bu ona 
görə belədir ki, artıq cəmiyyətin özü bir formadan (sənaye cəmiyyətindən) digər formaya (in-
formasiya cəmiyyətinə) transformasiya olunur.  
Beynəlxalq  kitab  mübadiləsi  prosesinin  predmeti  təkcə  kitab  deyil.  Doğrudur,  ―kitab 
mübadiləsi‖ təyini bunun belə olmaması ilə bağlı təəssürat  yarada bilər. Lakin daha  əvvəlki 
fəsildə,  ―beynəlxalq  kitab  mübadiləsi‖  ifadəsinə  terminoloji  şərh  verərkən  biz  bu  barədə  da-
nışmış və ―kitab‖ termini ilə istənilən nəşrin, o cümlədən jurnal, qəzet, not və hətta biliktu-
tumlu informasiyanın təyin oluna biləcəyi qənaətinə varmışdıq. Çünki, üzərində yazı yazılmış 
hər hansı daş abidə də, papirus da, dəri də və s. elə kitabdır. ―Kitab‖ sözünün ərəbcə "kətəbə" 
(yazılmış bir şey) felindən əmələ gəlməsi də bu fikri təsdiqləyir. Burada bir məsələyə də xü-
susi diqqət yetirməliyik: kitabxana terminologiyasında ―informasiya mübadiləsi‖ heç də bizim 
təsəvvürümüzdə olduğu kimi, məsələn, iki ölkənin hüquq-mühafizə orqanları arasında aparı-
lan informasiya mübadiləsinə və yaxud dənizdə gəmilərin bir-birini identifikasiya etmək üçün 
həyata  keçirdikləri  siqnal  mübadiləsinə  bənzəmir.  Kitabxanaların  bir-birinə  ötürdüyü  infor-
masiya  konkret  fiziki  tutuma  malikdir,  başqa  sözlə  bu,  hər  hansı  bir  jurnaldan  məqalənin 
sürəti və yaxud bir əlyazmanın mikrofişi, faksmille nümunəsi ola bilər. Yəni o, istənilən halda 
şifahilikdən uzaqdır. Anlayışların mənasına bir daha diqqət yetirməkdə məqsəd, kitabxanala-
rın biri-birilə və yaxud digər elm-təhsil müəssisələrilə, nəşriyyatlarla həyata keçirdiyi beynəl-
xalq kitab mübadiləsinin, elmi-mədəni əməkdaşlığın gələcəkdə hansı formaya transformasiya 
oluna  biləcəyini  müəyyənləşdirməkdir.  Çünki  bir  tərəfdən,  aydındır  ki,  yeni  cəmiyyət  infor-
masiya  tutumludur  və  kitabxanaların  apardığı  informasiya  mübadiləsi  bu  cəmiyyətə  yad  bir 
fəaliyyət növü deyil. Digər tərəfdən, aydın olduqdan sonra ki, kitabxanalar sözün əsil məna-
sında ―informasiya‖ mübadiləsi aparmırlar, yəni onların barter predmeti gündəlik xəbər, mə-
lumat tipli, o cümlədən şifahi xarakterli informasiya deyil, əsasən, bilik daşıyan informasiya-
nəşrlərdir, bu zaman bir sıra suallar meydana gəlir: 
1. Gələcəkdə, iddia olunduğu kimi, kitab olmazsa və kitab nəşri dayandırılarsa, kitabxa-
nalar nə ilə və yaxud necə mübadilə aparacaqlar? 


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 48 - 
2.  Elekton  kitabxanaların  mövcudluğu,  yaxud  ənənəvi  fondların  rəqəmsallaşdırılaraq 
açıq istifadəlilik prinsipi üzrə oxucuların ixtiyarına verilməsi kitabxanalararası mübadilə zəru-
rətini aradan qaldıra bilərmi? 
Hər iki məsələ olduqca aktualdır və onların birmənalı cavablandırılması mümkün deyil. 
Məsələyə  bizim  baxışımız  belədir:  əgər  doğrudan  da  gələcəkdə  kitab  nəşri  dayanacaqsa  və 
kitab yalnız incəsənət nümunəsi kimi muzeylərdə qorunacaqsa, əlbəttə bu zaman kitabxanala-
rın  illər  boyu  mübadilə  etdiyi  əsas  predmet  mövcud  olmayacaq.  Bu  isə  kitabxanaların 
özlərinin ənənəvi mövcudluğunu sual altına qoyur. Bəzi mənbələrdə qeyd olunur ki, bu proses 
yaxın 30-40 ildə öz həllini tapacaq və kitab kağız formasında mövcudluğunu itirəcək və bütün 
ənənəvi  kitabxanalar  elektron  kitabxanalarla  əvəzlənəcək.  Düşünürük  ki,  prosesin  bu  cür 
sürətli templə baş verməsi mümkün deyil. Ona görə ki: 
1.Ənənəvi kitab 2 min ilə yaxın təkamül yolu keçib və indi gördüyümüz form-faktora 
düşüb. Kitabın form-faktoru, qabaritləri, erqonomik təsiri insan üçün o qədər uyğundur ki, o, 
istər psixoloji, istərsə də fiziki cəhətdən kitabla tam vəhdətdədir. Elektron kitabın isə belə bir 
uğur qazanacağı mümkün görünmür. 
2. Nəzəri olaraq düşünsək ki, doğrudan da gələcəkdə bütün kitabxanalar elektronlaşdırı-
lacaq və ―ənənəvi fond‖ anlayışı olmayacaq, hətta belə olan təqdirdə, elektron kitabların bey-
nəlxalq mübadiləsinə ehtiyac böyük olacaq. Çünki, gələcəkdə, düşünüldüyü kimi e-kitabların 
və e-jurnalların tam açıq şəkildə internetdə dərc olunacağı real deyil. Daha öncəki yarımfəsil-
də beynəlxalq elektron informasiya resurslarına çıxışın bir çox hallarda ödənişli olması barədə 
bəhs olunmuşdu. Bu faktın özü də, bir daha təsdiq edir ki, bütün elektron kitab və jurnalların 
İnternetdə açıq istifadədə olması iqtisadi cəhətdən bu nəşrləri hazırlayan müəssisələrin maraq 
dairəsində deyil. 
  Bütün  bunlar  onu  deməyə  əsas  verir  ki,  kitab  və  informasiya  mübadiləsi  sahəsində 
beynəlxalq  əməkdaşlığın  perspektivləri mövcuddur və  onların  müəyyənləşdirilməsi  informa-
siya  təminatı  baxımından  olduqca  vacib  məsələlərdən  biridir.  Lakin  bu  perspektivlər  barədə 
danışmazdan  öncə  ilk  növbədə,  beynəlxalq  kitab  və  informasiya  mübadiləsi  prosesinə  təsir 
edən bir sıra amilləri nəzərdən keçirmək lazımdır. Məsələn, rus kitabxanaşünası S.M.Qrişina-
nın  fikrincə,  mürəkkəb  sistemli  bir  fəaliyyət  növü  kimi,  beynəlxalq  kitab  mübadiləsinin 
inkişaf səviyyəsi bir sıra xarici və daxili faktorlardan asılıdır. Bunlar siyasi, iqtisadi, hüquqi, 
texnoloji, təşkilati və şəxsi-psixoloji amillərdir [4]. Alim öz əsərlərində beynəlxalq kitab mü-
badiləsinin inkişaf səviyyəsinə şəxsi-psixoloji faktorlar prizmasından yanaşır və sübut edir ki, 
ayrı-ayrı  dövlətlərdə  yaşayan  şəxslərin,  kitabxanaçıların  qarşılıqlı  şəkildə  anlaşaraq  kitab 
mübadiləsi  həyata  keçirməsi,  bütövlükdə  beynəlxalq  kitab  mübadiləsinin  özəyini  təşkil  edir 
və  prosesin  inkişafı  üçün  ilk  növbədə  şəxslər  arasında  (təşkilatlar  arasında  deyil)  qarşılıqlı 
anlaşma, mübadilə istəyi olmalıdır. IFLA-nın ―Kitabxana və arxvilərin qarşılıqlı əməkdaşlığı-
nın təşkili üzrə təlimatı‖nda (1994) da bu məsələyə toxunulur və deyilir ki, iki ölkənin kitab-
xanaları arasında qarşılıqlı əməkdaşlıq təhsilin səviyyəsinin yüksəlməsinə, hər bir ölkənin mə-
dəni, sosial, iqtisadi inkişafına birbaşa təsir edir, inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş 
ölkələr arasında dialoqu stimullaşdırır və informasiya resurslarına əlyetərliyi asanlaşdırır.‖  
Göründüyü kimi, bu yanaşma kitabxanalar arasında qarşılıqlı beynəlxalq əməkdaşlığın 
cəmiyyətə  faydalarını  müəyyənləşdirir.  Bəs  kitabxanaların  beynəlxalq  əməkdaşlığını  stimul-


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə