Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə18/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

 

 

 



71 

Respublika 

əhalisinə göstərilən tibbi-profilaktik 

köməyin həcmi də böyüyür, bunu aşağıdakı cədvəldən görmək 

olar. 

 

12-ci cədvəl 



 

Naxçıvan MSSR-ində müalicə-profilaktika müəssisələrinə 

1910-1938-ci illərdə edilən gəlişlərin sayı 

 

Illər Gəlişlərin sayı 



x) 

Hər bir sakinə düşən gəliş 

1910 55785 

0,4 


1924-25 152819 

1,5 


1938 413954 

3,3 


 

Cədvəldən görünür ki, gəlişlərin sayı 1938-ci ildə 

1910-cu ilə nisbətən 8 dəfə, 1924-25-ci illərə nisbətən 2 dəfə 

artmışdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

__________________ 

x)

 Həkim və feldşerlərə gələnlər bir yerdə. 



   (Diş həkimlərinin yanına gələnlər nəzərə alınmır).

 

 



 

 

72



13-cü cədvəl 

 

Naxçıvan MSSR-də səhiyyənin əsas göstəriciləri. 



1930-1940-cı illər ərzində (ilin axırına) 

 

 



1930 il 

1940 il 


Tibb müəssisə-

lərinin adı 

şəhər kənd cəmi 

şəhər kənd cəmi 

Ambulator-polikli-

nika müəssisələri-

nin sayı 

10  1  11 20 10 30 

O cümlədən uşaq və 

qadın məsləhət-

xanalarının sayı 

3 - 3 3 - 3 

Xəstəxanalar və 

stasionarlı dispan-

serlər 

3 1 4 9 5 14 



Onlarda çarpayıla-

rın sayı 

170 10 180 331 68 399 

Feldşer məntəqə-

lərinin sayı 

- 6 6 - 60 

60 

Sanitar epidemio-



loji stansiyaların 

sayı 


1

∗ 

- 1 1 - 1 



Həkimlərin sayı (diş 

həkimlərsiz) 

23  9  32 35 20 55 

Orta tibb işçiləri-nin 

sayı 

31  25  56 121 79 200 



Büdcə 

 

 



65,2 

m.m. 


(1932-

ci il) 


 

 

777,3 



m.m. 

 

 



 

Yada salmaq  yerinə düşərdi ki, 1913-cü ildə Naxçıvan 

Respublikasının indiki ərazisində 20 çarpayılıq 3 xəstəxana 

(onlardan biri Naxçıvan şəhərində – 8 çarpayı, ikisi kənddə – 

12 çarpayı), 3 feldşer məntəqəsi, 5 həkim və 14 orta tibb işçisi 

olmuşdur. 

 

__________________ 



x)

 Sanepidemiya şöbəsi 




 

 

 



73 

Yuxarıda göstərilən rəqəmlərə yekun vuraraq qeyd 

etmək lazımdır ki, istər 1930-cu ildə, istərsə  də 1940-cı ildə 

tibb müəssisələrinin, tibbi kadrların sayı 1913-cü illə müqayisə 

edilməz dərəcədə artmışdır. 

Respublikada cərrahi, uşaq, vərəm, göz, mama -

ginekoloq, burun – qulaq - boğaz kimi  xüsusiləşdirilmiş 

çarpayılar açılmışdır. 

Çarpayıların çoxalması  əhaliyə göstərilən stasionar 

yardımın yaxşılaşmasına səbəb olmuşdu. Belə ki, 1928-29-cu 

illərdə stasionara 3103 xəstə, 1938-ci ildə 5235 xəstə  qəbul 

olunmuşdursa, 1940-cı ildə qəbul olunan xəstələrin sayı 7676-

ya çatmışdır. 

1940-cı ildə 55 dəri-zöhrəvi, 25 vərəm, 35 uşaq 

(onlardan 10-u infeksiyalı xəstələr üçün) carpayıları açılmışdır. 

Kolxoz və sovxoz qurulmasının coşqun vaxtında kənd 

əhalisinə tibbi-sanitar xidmətin yeni forması təşkil edilir. Şəhər 

tibb müəssisələrinin hesabına tibbi dəstələr tərkibində  həkim 

və orta tibb işçiləri təşkil edilirdi ki, onlar kənd yerlərinə 

gedərək tarla işləri vaxtında  kolxozçulara tibbi yardım 

göstərirdilər (8-ci şəkil). 

1935-ci ilin fevral ayında zərbəçi kolxozçuların ikinci 

ümumittifaq qurultayında təsdiq olunmuş «kənd təsərrüfat 

artelinin tipli nizamnaməsi» Naxçıvan MSSR-də öz əksini 

tapdı. Yüzlərlə kolxozçu-qadın doğuşdan bir ay qabaq və 

doğuşdan bir ay sonra məzuniyyət almağa ixtiyarlı oldular. 

Bundan başqa onların orta əmək gününün yarısı saxlanıldı. 

1938-ci ilin aprel ayının 23-də SSRI X.K.S-i «kənd 

həkim sahəsinin möhkəmləndirilməsi haqqında» çıxardığı 

qərar kolxoz – kəndlilərinin tibb xidmətinin daha da 

yaxşılaşdırılmasına səbəb oldu. 

Bu qərar kənd həkimlərinin maddi – məişət  şəraitinin 

yaxşılaşmasına, onların pulsuz evlə, kommunal xidmətlə təmin 

olunmasına, sahədə xidmət göstərən vaxtı nəqliyyatdan istifadə 

etməyə yönəldilmişdir. 

1931-ci ildə ilk dəfə Naxçıvan  şəhərində tibb məktəbi 

açılmışdır. Əvvəlcə feldşer, sonralar isə əczaçılıq, tibb bacıları 

və mamaça şöbələri təşkil edildi. 

 

 

 



 

74

 



 

 

 



8-ci şəkil 

Tarla işləri vaxtında kolxozçulara tibbi xidmət 

göstərmək üçün təşkil olunan səyyar tibbi dəstə 

 

 



Bu vacib və  nəcib işin təşəbbüskarı o zaman Xalq 

Səhiyyə komissarı  vəzifəsində  işləyən Nadir Məmmədli 

olmuşdur. Həmin məktəb yerli əhalidən orta tibb işçisi kadrları 

hazırlamağa imkan vermişdi. Ilk buraxılış 1935-ci ildə 

olmuşdur. 

Buraxılış ilində 

məktəbin direktoru Abdulla 

Abdullayev, məktəbin dərs hissə müdiri Əbdüləli Tahirov 

olmuşdur. 

14-cü cədvəl 

 

1935-40-cı illərdə Naxçıvan tibb məktəbini 



bitirənlərin sayı 

 

I l l ə r 



 

1935 1936 1937 1938 1939 1940 

Feldşerlərin sayı  14 25 32 58  -  32 

Mamaların sayı - 



12 



13 

24 


C ə 



14 25 32 70 13 56 

 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə